Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə54/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   50   51   52   53   54   55   56   57   ...   104

 
180 
«Tamaşa»  və  başqa  şeirlərini  dəftərçəmə  yazdım.  Bir  sıra 
aşıqların  indiyə  nədər  məlum  olmayan  şeirlərini  də  o,  bizə 
oxudu.  Həmin  şeirlərdən  bir  neçəsini  «Dədə  Qorqud»  jurnalı-
nın oxucularına çatdırmaq qərarına gəldim.  
 
 
MOLLA CÜMƏ 
 
TAMAŞA 
 
Ay ağalar, heç qorxmuram ölümdən, 
Torpaq altda yatandadı tamaşa. 
Neçə günah qurtarıbdı əlimdən, 
İnkir-Minkir sorandadı tamaşa. 
 
Xilaf yoxdu alimlərin sözündə, 
Yazılıbdı dörd kitabın özündə. 
Çilin-çılpaq Ərəsətin düzündə 
Boynu buruq durandadı tamaşa. 
 
Molla Cümə, haqq bir divan qayırıb, 
Möminləri behişt içrə buyurub. 
Günahları dəstə-dəstə ayırıb 
Cəhənnəmə sürəndədi tamaşa. 
 
 
VARXİYANLI AŞIQ MƏHƏMMƏD 
 
Əlyazmada  Aşıq  Məhəmmədin  də  bir  neçə  şeiri  vardır. 
Aşıq  Məhəmməd  Zaqatala  rayonunun  Varxiyan  kəndindəndir. 
XIX əsrdə yazıb-yaratmışdır. Şəki-Zaqatala zonasının ən  məş-
hur aşıqlarındandır. Aşıq Məhəmmədin iki şeirini veririk. 
 
 


 
181 
YÜKÜM 
 
Eşqdən kamın alan xeyli iqbaldır yüküm, 
Dürlü qumaş cəm etmişəm yaşıldır, aldır yüküm, 
Mətahım mətah olunca, bazarım bazar olsun, 
Nə alınmaz, nə satılmaz, xeyli cavandır yüküm. 
 
Mərdanələr yığılıban söhbəti xoş eyləsin, 
Bir-birinə xoş deyil, şirin peşkəş eyləsin. 
Saqiyəm mərd məclisində, içən nuş eyləsin, 
Abi-kövsərdən almışam, abi-zülaldır yüküm. 
 
Məhəmməd sərrafkardır, hər nə desən varıdır, 
Bir sözü cavahirat, bir sözü gövhər varıdır. 
Qəbirbilən, yaxın gəl, qədirbilməz, geri dur, 
Göstərmərəm hər yetənə, yaqutu-ləldir yüküm. 
 
                   AŞIQ LƏZGİ MƏHƏMMƏD 
GECƏ 
 
Gəlibən getməkdən üzüldü halım, 
İstərəm bu yerdə qalım bu gecə. 
Nə dərdin var isə, gəl mənə söylə, 
Sınıxmış könlünü alım bu gecə. 
 
Gedibən hər yana salmışam sorax, 
Sənnən də yaxşı olarmı gorax. 
Bir saat gözümdən sən getsən uzax, 
Dağılar dövlətim, malım bu gecə. 
 
Ləzgi Məhəmmədəm, olmuşam məstə, 
Canım da qurbandı sən təki dosta. 
Başımı qoyuban ağ məmən üstə 
İstərəm, səninlə olum bu gecə. 


 
182 
 
                         AZAD ABDULLA
14
 
MƏNİM 
 
Ay ağalar, gəlin sizə söyləyim, 
Bayaqkindən yaxşı halım var mənim. 
Ağacdan kövkürüm, quvaşdan qazan, 
Tülü şişli tovasarım var mənim. 
 
O yandan çala-çala gəlir zəngi, 
Muğamı sevirəm qulağım həngi. 
Keçi ağacından qırma tüfəngi 
Ağac qalxan, zülfüqarım var mənim. 
 
Azad Abdullayam, bir belə çağda, 
Üç stəkan bəkməz, beş istəkan yağ da. 
Yeddi çanax çəltik, on çanax buğda, 
İyirmi beş çanax da darım var mənim. 
 
 
QIZYETƏR 
 
YARIM 
 
Ellər köçdü yaylağa,   
    Bağlı tükənlər açılsın, 
Nə durmusan, oyan, yarım. 
    Yar, sənə xələt biçilsin. 
Əzəl başdan dost yolunda 
   Boyun uzunu ölçülsün, 
Şirin canı qıyan yarım.  
   Yar, xələtə dolan, yarım. 
 
Almalar qana boyandı,  
Dəryadan ayrılan ada, 
Tüstüsü ərşə dayandı.             Bəs mən gedim kimə dada? 
Hamılar yardan güvəndi,         Qızyetəri bu dünyada 
                                                
14
  Гах-Загатала  зонасында  сатирик  шеирляриля  танынмыш 
ашыг 


 
183 
Məni yarsız qoyan yarım.         Gözü yaşlı qoyan yarım. 
 
Uzundu, yar, sənin boyun, 
Çağır, molla töksün suyun. 
Qiyamətə qaldı toyun, 
Məhşər günü oyan, yarım. 
 
 
AŞIQ RƏCƏB 
 
XIX  əsrdə  Dərbənd  ətrafında  yaşamışdır.  Deyildiyinə 
görə, o, Samur qəzasının Ehrak kəndində doğulmuşdur. Ehrak 
Azərbaycana  sərhəd  olan  Rutul  rayonunun  kəndlərindəndir. 
Aşıq Rəcəb, əsas etibarilə, Şəki, Qax, Zaqatala, Balakən rayon 
və  kəndlərində  məclislər  keçirmiş,  xalq  arasında  geniş  şöhrət 
tapmışdır.  Aşıq  Rəcəb  Huri  adında  bir  qıza  aşiq  olmuş,  lakin 
qızı varlı bir şəxsə zorla ərə vermişlər. Aşığın Hurinin dilindən 
söylədiyi  qoşmaları  da  məlumdur.  Ömrünün  axırlarına  yaxın 
gözləri kor olmuşdur. Dağıstan və Azərbaycan ellərində Xəstə 
Rəcəb,  Kor  aşıq,  Haqq  aşığı  adları  ilə  böyük  hörmətə  malik 
olmuşlar. 
 
ÖLSƏM 
 
Mənim yarım genə məndən yad olur, 
Yad oluban özgələrə ad olur. 
Dostlar ağlaşıban, düşmən şad olur, 
Meydan olur o düşmana, mən ölsəm. 
 
Sona, səni sevdim, əzəl zonası, 
Geyinmisən başdan-başa libası. 
Anam, bacım, qohum-qardaş, babası 
Yığılsınlar vay-şüvana, mən ölsəm. 
 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə