Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə50/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   46   47   48   49   50   51   52   53   ...   104

 
168 
Aşıq  Məhəmmədin  dilindən  yazıya  almışıq.  Həmin  şeir  Şəki 
əlyazmasında da vardır. 
Həsən 1919-cu ildə atasından bir il əvvəl 26 yaşında vəba 
xəstəliyindən vəfat etmişdir. 
8.  Şeir  beş  bənddən  ibarətdir.  Son  dörd  bəndin  hər 
birində  gözəlin  adında  olan  hərflərdən  birinin  adı  çəkilir. 
S.R.T.M.  hər  bəndin  birinci  misrasında  hərfin  adı  deyilir. 
Ondan sonarakı söz və ikinci, üçüncü misralar da həmin hərflə 
başlayır. 
9. Qax rayonunun İlisu kəndi bir neçə məhəlləyə ayrılıb, 
hər  məhəllənin  də  özünə  görə  adı  var.  Bunlardan  biri  Tovla 
Taladır.  Bu  məhəllə  bir  talanın  -  düzənliyin  üstündə  yerləş-
mişdir.  İlisu  kəndinin  içərisindən  iki  çay  axır:  Gümrük  və 
Ağçay  çayları.  Tovla  Talanı  kəndin  əsas  hissəsindən  Ağçay 
ayırır. Oraya getmək üçün mütləq aşağıya – Ağçayın məcrasına  
enmək,  bir  müddət  daşlı-kəsəkli  ərazi  ilə  (buranı  çaylaq 
adlandırırlar)  getmək,  çayı  keçəndən  sonra  yenə  dik  yuxarı 
Tovla  Talaya  qalxmaq  lazımdır.  Molla  Cümə  “yollarım  qara 
daş  oldu”  deyəndə  Ağçayın  axarına  –  daşlı,  çınqıllı  məcraya 
işarə  edir.  Deməli,  aşıq  Tovla  Talada  da  olmuşdur.  İlisu 
kəndinin 7-8 kilometrliyində Ağçayın başlanğıcında müalicəvi 
əhəmiyyətli isti (hərarəti 36-37

C olan) su axır. Bu suyun ürək-
damar,  əsəb,  yel  xəstəliklərini  müalicə  xassəsi  vardır.  Oraya 
hamam  deyirlər,  hər  yayda  buraya  çoxlu  adamlar  gəlir,  hətta 
qonşu  kənd  və  rayonlardan  da  gəlib  burada  şəfa  tapanlar  çox 
olmuşdur.  Şeirdən  göründüyü  kimi,  Molla  Cümə  də  həmin 
hamama  getmişdir.  Maraqlıdır  ki,  həmin  isti  suyun  çox  kiçik 
bir  hissəsi  də  məhz  Tovla  Talanın  aşağısından  çıxır.  Bura  isə 
Moh  su  deyirlər.  Bura  kəndə  yaxın  olduğundan  çox  zaman 
camaat elə həmin suda çimib kəndə qayıdırdı.  
Deməli,  Molla  Cümə  həm  yuxarı  hamamda,  həm  də 
Tovla  Talanın  yanından  çıxan  isti  suda  olmuşdur.  Qoşma  bu 
münasibətlə  və  bu  səfərdən  alınan  təəssüratla  əlaqədar 
deyilmişdir. 


 
169 
10. Aşıqların dediyinə görə, Molla Cümə gürcüdən (çox 
ehtimal  ki,  ingiloydan  –  P.Ə.) on  manata  bir  öküz  alıb  gətirir; 
uzun  yol  gəlir,  həyətə  girəndən  bir  müddət  sonra  öküz 
xəstələnir,  yıxılır...  Aşıq  görür  ki,  indicə  gətirdiyi  öküz  əldən 
gedir. Bu zaman çox narahat və həyəcanlı şəkildə öküzə müra-
ciətlə  həmin  qoşmanı  söyləyir.  Ancaq  şeirdə  öküzə  yalvar-
manın bir nəticəsi olmur, öküz ölür. Milla Cümə öküzü soyur, 
müəyyən  qədər  də  olsa,  xərcini  çıxarmaq  niyyətilə  öküzün 
dərisini  dabbağa  gətirir,  satmaq  istəyir.  Dabbaq  ilə  Molla 
Cümənin deyişməsi kitabın “Deyişmələr” bəhsində verilmişdir. 
 
 
 
DİVANİLƏR 
 
1.  Divanidə  bir  sıra  misralarda  Molla  Cümə  ərəb  əlif-
basının hərflərinin adını çəkir, onlardan qafiyə, rədif yaradır və 
həm  də  şeirdə  müəyyən  müəmmalar  yaradır.  Məsələn,  birinci 
misranın  sonunda  “ad”,  ikincidə  “bad”  (“külək”),  dördüncüdə 
“vəd”,  ikinci  bəndin  sonunda  “yad”,  üçüncü  bəndin  sonunda 
isə “dad” sözləri müəmma kimi işlədilmişdir.  
2.  Qax  rayonunun  Lələpaşa  kəndindən  Aşıq  Şirinin 
dediyinə  görə,  Molla  Cümə  bu  divanini  1917-1919-cu  illərdə 
çox qarışıq bir zamanda qoşmuşdur. 
3. Divani 1961-ci ildə Qax rayonunun Lələpaşa kəndində 
aşıq Şirinin dilindən  yazıya alınmışdır. Əlyazmalarında həmin 
şeirə rast gəlmədik.   
4.  Molla  Cümə  bu  divanini  çox  gənc  yaşlarında,  təsa-
düfən Şəkidə çayxanada rast gəldiyi Aşıq Dülgər oğluna bəda-
hətən  demişdir.  Şeir  1961-ci  ildə  Balakən  rayonunun  İtitala 
kəndində Aşıq Məhəmmədin dilindən yazıya alınmışdır.  
 
                           
 


 
170 
MÜXƏMMƏSLƏR 
 
1.”Amandı”  rədifli  müxəmməs  1961-  ci  ildə  Qax  rayo-
nunun  Qaxbaş  kəndində  Aşıq  Rəfinin  dilindən  yazıya  alın-
mışdır.  Əlyazmalarında da var. 
2.  Xalq  içərisindən  çıxmış  igidlər  –  kəndli  hərəkatı 
başçılarına  el  sənətkarları  həmişə  rəğbət  bəsləmişlər.  Belə 
qəhrəmanlar xüsusilə XIX əsrdə çox yetişmişdir. Hətta dillərdə 
dastanlara  belə  düşmüşlər.  Adıgözəl,  Yarəli,  Dəli  Alı  və  baş-
qaları.  Şəkjli  Məhəmməd  Cavad  oğlu  da  belə  qəhrəmanlar 
sırasındadır.  Onun  adına  biz  ilk  dəfə  akademik  Feyzulla 
Qasımzadənin  "XIX“əsr  Azərbaycan  ədəbiyyatı  tarixi”  (1956) 
kitabında  rast  gəlirik.  Bütün  bu  xalq  qəhrəmanları  haqqında  
aşıq şeirləri, xalq mahnıları, epizod, xatirə və dastanlar vardır.  
Mola cümə bu müxəmməsində Şəkili Məhəmməd Cavad oğlu-
nun  çar  müstəmləkəçilərinə  qarşı  mübarizəsini  vəsf  etmişdir. 
Müxəmməsi  bizə  1961-ci  ildə  Şəkidə  Şərif  idrisov  təqdim 
etmişdir.  
3. “Ələ düşməz” rədifli müxəmməs ilk dəfə 1966-cı ildə 
Molla Cümənin şeirlər kitabında çap olunmuşdur.  
4.  XX  əsrin  əvvəllərində  Şəkinin  Baş  Göynük  kəndində  
böyük  təbii  fəlakət  baş  vermişdi.  Kənd  dağların  döşündə  yer-
ləşir. Gecə yarısı, camaat  dərin  yuxuda olan vaxt  güclü  yağış 
yağmış,  birdən  dəhşətli  sel  gəlmiş  və  yarım  saat  müddətində 
kəndin  400-dən  çox  evini  yuyub  aparmışdır.  Bu  fəlakət  də 
aşığın  nəzərindən  qaçmamış,  xalqın  faciəsini  həmin  müxəm-
məsdə  ifadə  etmişdir.  Aşıq  özü  bu    zaman  Göynükdə    qonşu 
olan  Aşağı  Layisqi  kəndində  yaşayırdı.  Molla  Cümə  müxəm-
məsin sonunda deyir: 
Min üç yüz igirmi səkkizdə 
Eylədi Fərman Göynüyü, 
Rəcəbül mürəccəbdə 
Qıldı pərişan Göynüyü. 
Bu hicri tarixini miladi tarixə çevirəndə 1907-ci il alınır.  


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə