Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə47/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   43   44   45   46   47   48   49   50   ...   104

 
156 
edirdi. 1920-30-cu illərdə Zaqatalada keçirilən aşıq yaradıcılıq-
larına  baxışlarda  iştirak  etmişdir.  Molla  Cüməni  çox  məclis-
lərdə görmüş və yaxşı xatırlayırdı. Aşıq Məhəmməd “Novruz”, 
“Valeh”, “Alıxan və Pəri xanım”, “Qul Mahmud və Şəhriyar”, 
“Nəcəfxan  və  Pərizad”,  “Sayad  bəy  və  Sayalı  xanım”  və  s. 
dastanları  tam  bilirdi.  Aşıq  Məhəmmədin  ən  çox  sevdiyi  və 
bildiyi  aşıqlar  Ələsgər  və  Cümədir.  Molla  Cüməni  Aşıq 
Məhəmməd  qədər  bilən,  yadda  saxlayan  hələ  ikinci  bir  nəfər 
yoxdur.  Özü  də,  o,  şeirləri  tam,  dəqiq  və  qaydasında  yadda 
saxlamışdı. Molla Cümənin şeirlərini biz ən çox Aşıq Məhəm-
mədin  dilindən  yazmışıq.  Hüseyn  Bozalqanlının  “Geri  dur” 
rədifli  müxəmməsi  vardır.  Aşıq  Məhəmməd  Həsrətov  dedi  ki, 
onun  bir  bəndini  ixtisar  edib  nəşrlərdən  çıxarıblar.  Biz  onu 
yoxladıq.  H.Əlizadənin  “Aşıqlar”  (1935)  kitabında  həmin 
müxəmməsin dörd bəndi verilmişdi. Çıxarılmış son bəndi Aşıq 
Məhəmmədin dilindən yazıya aldıq. 
 
 
Qülfü Allahı Əhəd 
Dünyanı qərar elədi. 
Lamyəlüd vələmyüləd 
Vahidi aşkar elədi. 
Vələmyəkun küffənəhəd 
Ləhzədə tarmar elədi. 
Yasin halətə əmməni 
Hüseyn də əzbər elədi. 
Dörd kitabda üç hürüfat, 
Mən dili təngəm, geri dur. 
 
Bütün  bunlardan  başqa,  Qax  rayonunun  mərkəzində  ya-
şayan  70  yaşlı  Diniyev  Nəbi,  Şəkinin  Baş  Göynük  kəndində 
Salman  dayı,  Zaqatalanın  Çobankol  kəndində  Aşıq  Kazım  və 
başqaları  da  Molla  Cümənin  şeirlərindən  bir  çoxunu  yadda 
saxlamışlar.  Bunlar  bizim  tanış  olduğumuz  adamlardır.  Molla 


 
157 
Cümənin  hələ  görüşə  bilmədiyimiz  biliciləri  çoxdur.  Qeyd  
etməliyik  ki,  yuxarıda  adlarını  çəkdiyimiz  adamların  çoxusu 
aşıq  deyillər,  söz  həvəskarlarıdırlar.  Ona  görə  də  bir  çox 
şeirləri tam bilmir, qafiyə və rədifləri qarışdırırlar. Bu səbəbdən 
biz  bir  şeiri  bəzən  iki,  üç  nəfərdən  yazır,  müqayisə  və  bərpa 
edirdik.  Bu  isə  çox  çətin  olsa  da,  nəticədə  aşığın  əsəri  tam 
şəkildə ortaya çıxırdı. 
İdrisov  Şərif  Yunis  oğlu.  1961-ci  ildə  Baş  Göynük 
kəndində üç gün Molla Cümənin qızı Reyhan xanımın qonağı 
olmuşam.  Mənə  dedilər  ki,  orta  məktəbin  dil-ədəbiyyat  müəl-
limi  Şərif  İdrisov  neçə  illərdir  ki,  Molla  Cümənin  şeirlərini 
toplamaqla  məşğuldur.  Ancaq  o,  indi  evdə  yoxdur,  harasa 
gedib.  Mən  üç  gün  Şərif  müəllimi  gözlədim.  Axırıncı  günü 
axşam mənə xəbər verdilər ki, Şərif müəllim gəlib. Axşam saat 
9-da  o,  evində  məni  qəbul  elədi.  Mənə  Molla  Cümənin  iki 
müxəmməsini bağışladı. Hər iki şeir kitabın 1966-cı il nəşrinə 
daxil  edildi.  Sonralar  biz  məktublaşdıq.  Bir  neçə  dəfə  o  bizdə 
oldu.  Mən  Şərif  müəllimə  məktub  yazdım  ki,  Molla  Cümənin 
şagirdləri  haqqında  mənə  məlumat  əldə  eləsin.  Ondan  cavab 
məktubu  aldım.  İndi  oxucular  üçün  həmin  məktubdan  bəzi 
sətirləri  vermək  istəyirəm.  Şərif  müəllim  məktubun  əvvəlində 
yazır  ki,  Molla  Cümə  el  sənətinin  sirlərini  onlarla  şagirdinə 
öyrətmişdir.  Şagirdləri  içərisində  aşağıdakı  şəxslərin  adları 
çəkilir:  “Ləzgi  Aşıq  Yarəli,  Məhəmmədəli,  Ümid  Ağa  Gözlü, 
Aşıq  İskəndər,  Aşıq  Məhəmməd,  Rutullu  (Dağıstan  –  P.Ə.) 
Aşıq  Hacı  Məhəmməd,  Qadruxlu  (Dağıstan  –  P.Ə.)  Aşıq 
İsmayıl,  Zəyəmli  (Qax)  Molla  Oruc,  Aşağı  Göynüklü  Aşıq 
Yusif, Aşıq Hacıbala Layisqili,  Aşıq  Kərəm oğlu, Qaçay oğlu 
Aşıq  Məhəmməd,  Əlizadə  Almalı,  Qara  Oruc  İsmayıllı  və 
sairə”. 
Bizim  üçün  daha  çox  maraqlısı  Molla  Cümənin  şagirdi 
Aşıq  Hacıbalanın  haqqında  olan  məlumatdır.  Çünki  o,  son 
dövrlərə qədər yaşamışdır. Yenə Şərif müəllimin məktubundan 
sətirlər:  “Baş  Layisqinin  Miğan  məhəlləsində  1901-ci  ildə 


 
158 
dünyaya  gəlmiş  Aşıq  Hacıbala  sovet  hakimiyyəti  illərində 
çalmış-çağırmış, Cümə irsini təbliğ etmişdir. “Gülür”, “Çəkər-
lər”,  “Ceyran”,  “Mollalar”,  “Zənqərəb  oğlu”,  “Tütün”,  “Bay-
ramdır”,  “Son  vida”,  “May  günləri”  və  sairə  30-a  yaxın  şeir-
lərin müəllifidir. 1977-ci ildə vəfat etmişdir”.  
Şərif İdrisovun məktubunun sonunda çox maraqlı qeydlər 
vardır. Bu, eyni zamanda, Molla Cümə şeirlərinin qorunub sax-
lanması üçün çöx əhəmiyyətli bir məlumatdır. 
Aşıq Hacıbalanın ən böyük xidməti orasındadır ki, miras 
qoyub  getdiyi  10  cib  dəftərinə  Cümənin  196  əsərini  köçür-
müşdür.  Dəftərdə  saxlanılan  iri  həcmli  şeirlərdən  bəzilərinin 
adlarını veririk: 
Dastanlar: “Baxşı bəy və Leyli xanım”, “Molla Cümə və 
Aşıq Könül”; 
Deyişmələr:  “Qafiyə  və  təcnis”,  “Molla  Cümə  və  Aşıq 
Donu”.  Bunlardan  başqa,  heç  bir  yerdə  rast  gəlinməyən 
“Dübeyti misal” adlı gəraylı üstündə 30 bənddən ibarət şeir. 
Aşıq Hacıbalanın şeirlərindən nümunələr: 
 
                                 GÜLÜR 
 
Sovet Ordusundan gələndə səda, 
Səhra gülür, çəmən gülür, düz gülür. 
Şair coşub ona nəğmə yazanda, 
Qələm gülür, kağız gülür, söz gülür. 
 
Bizim qoşunların qəhrəmanları, 
 Ölümdən qorxmayan mərd insanları, 
Saldılar nəfəsdən qan soranları, 
Ellər gülür, dillər gülür, üz gülür. 
 
Reystağa bayrağı sancan əsgərlər, 
Hitleri taxtından salar əsgərlər, 
Tarixdə yadigar qalan əsgərlər, 


 
159 
Alnıaçıq, indi keyfi saz gülür. 
 
Qızıl Ordu dağlar yarıb, yol açdı, 
Elə bil ki, qayalardan sel aşdı, 
At oynadıb, qılınc vurub qol açdı, 
Həvəslənib ürək gülür, göz gülür. 
 
Cəbhədən qayıdan qəhrəman qoşun, 
Dağ kimi dayanıb dik tutub başın, 
Ata oğlu gördü, bacı qardaşın, 
Ana gülür, oğul gülür, qız gülür. 
 
 
           CEYRAN 
 
Səhər-səhər səfalanıb, 
Nə çıxmısan yola, Ceyran? 
Bülbül kimi pərvazlanıb, 
Sağdan baxır sola Ceyran! 
 
Qaş-gözünü süzə-süzə, 
Qurban olum xumar gözə, 
Gəl, gözəlim, gedək bizə, 
Əl Salıban qola, Ceyran! 
 
Ayrılmaram belə yardan, 
Qaşı qara, göz xumardan, 
Qoynundakı heyva, nardan, 
Birin versən nola, Ceyran? 
 
Mən səni görəndən bəri, 
Olmuşam divanə, Ceyran! 
Sinəm oldu qəm dəftəri, 
Yetir o dərmana, Ceyran! 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə