Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə45/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   41   42   43   44   45   46   47   48   ...   104
    Bu səhifədəki naviqasiya:
  • Şəmil

 
149 
dindən olan Şeyxin qızı idi. Şeyxin ocağı ziyarət yeri idi. Ona 
görə  Molla  Cümə  butasının  adını  söyləməyib.  El  ədəbiy-
yatında,  ümumiyyətlə,  gizli  şey  yoxdu.  Molla  Cümənin  İsmi 
Pünhanı açılmadı”. 
Ə.Əsgərov  yenə  deyir:  “Molla  Cüməni  Çobankola  toya 
çağırırlar. O gəlib çıxana qədər Nigar vəfat edir. Toydan əvvəl 
Nigara  və  onun  anası  Ayşa  xanıma  baş  çəkmək  istəyir.  Gəlib 
görür ki, Nigar artıq vəfat etmişdir”. 
Ə.Əsgərovun  dilindən  “Bu  oğlanın”,  “Tamaşa”,  “Duy-
dunmu  heç”  rədifli  şeirləri  yazıya  aldım.  O,  Molla  Cümənin 
çoxlu  şeirlərini  əzbərdən  bilirdi,  özü  də  dəqiq  bilirdi.  Bundan 
başqa, Aşıq Məhəmmədin, dağıstanlı Azad Abdullanın, Ehraklı 
Aşıq Rəcəbin, Varxiyanlı aAıq Məhəmmədin şeirlərini də yaz-
dıq. 
Aşıq Rəcəbin şeiri: 
 
Mənim yarım yenə məndən yad olur, 
Yad oluban özgələrə ad olur, 
Dostlar ağlaşıban düşmən şad olur, 
Meydan olar o düşmənə mən ölsəm. 
 
Sona, səni sevdim əzəl sonası, 
Geyinmisən başdan-başa libası, 
Anam, bacım, qohum, qardaş, babası, 
Yığılsınlar vay-şüvənə mən ölsəm. 
 
Əcəlim yetişib, vədəm dolubdu, 
Günlərdə bu gün rəngim solubdu, 
Deyəsən ki, Miskin Rəcəb ölübdü, 
Xəbər çatsın Dağıstana mən ölsəm. 
 
Ə.Əsgərov qadın aşıqlarımızın şeirlərindən çoxlu nümu-
nələr  oxudu.  Qızyetər,  Pəri  və  başqa  qadın  aşıqların  şeirlərini 
dəftərimə yazdım. 


 
150 
Qax  rayonunun  Lələpaşa  kəndində  olduq.  Oraya  Şirin 
dayının  sorağına  getmişdik.  Cəlilov  Şirin  Məhəmməd  oğlu 
Lələpaşanın  ağsaqqallarındandır.  Özünün  dediyinə  görə,  75-ə 
yaxın  yaşı  vardı.  Həmişə  qaş-qabağı  açıq,  şən  əhval-ruhiyyə 
yaradandı  və  gümrahdı.  Çox  gözəl  hafizəsi  var.  Sinəsi  sözlə 
doludur, özü də şeir, mahnılar qoşur. Onunla elədiyimiz söhbət 
əsnasında  aşağıdakı  atalar  sözləri  və  xalq  ifadələri  yadımda 
qaldı.  “El  var  ikən  məscid  haramdı”,  “Cümədən  böyük  aşıq 
bilmirəm”,  “Soğanın  adı  sarımsaq  olmaz”,  “Donuza  baba 
deyən dünyadı”, “Ağıldan yüngül ayaqdan diri”, “Sözü adamın 
qaşqasına  deyir”  və  s.  Şirin  babanın  dilindən  Molla  Cümənin 
çoxlu şeirlərini bloknota yazdıq. O, aşığın müxtəlif formalı şe-
irlərini  çox dəqiqliklə  yadda saxlamışdır. Şirin  babanın dedik-
lərindən:  “Molla  Cümənin  məclislərində  olmuşam  mən  onun 
şeirlərinin  böyük  bir  hissəsini  yadımda  saxlamışam.  Özüm  də 
onun  kəndlərdə  keçirilən  məclislərində  iştirak  etmiş  və  aşığın 
şeirlərini dəfələrlə ifa etmişəm”. 
Qax  rayonunun  Qaxbaş  kəndində  Rəfi  dayını  nişan 
verdilər. 1961-ci ilin oktyabr ayının əvvəllərində evində olduq. 
Ona  aşıq  Rəfi  deyirlər  (özünün  dediyinə  görə  yaşı  70-dən 
ötmüşdür).  Rəfinin  atası  Həzrət  aşıqlıq  etmiş,  özü  də  Molla 
Cümənin  yaxın  dostu  olmuşdur.  Bir-birinin  evlərinə  gedib-
gələrlərmiş. Molla Cümənin Həzrətə həsr etdiyi  şeiri Rəfi da-
yının dilindən yazdıq. Rəfi dayı da bir zaman aşıqlıq eləyib. O, 
sazını gətirdi, çox yaxşı çalırdı. Özü dedi ki, ona vaxtilə aşıqlıq 
vergisi  verilib.  Aşıq  Rəfinin  çox  gözəl  hafizəsi  var,  dilindən 
Molla Cümənin və digər aşıqların bir neçə şeirini yazıya aldıq, 
sonralar  bunların  bəzilərini  əlyazmaları  ilə  tutuşdurduq,  bizi 
heyrət bürüdü, insanda da belə hafizə olarmış! 
O həm də Qax, Şəki, Zaqatala tərəflərdə yaşayıb-yaradan 
aşıqların  şeirlərini  bilirdi.  Şeyx  Şamil  haqqında  çox  həvəslə 
danışır  və çoxlu rəvayətlər  bilirdi.  “Amandı”, “Sən” rədifli  iri 
həcmli  müxəmməsləri  onun  dilindən  bloknota  köçürdük. 
Birinci  müxəmməs  Molla  Cümənin  1966-cı  ildə  “Azərnəşr” 


 
151 
tərəfindən  buraxılan  ilk  şeirlər  kitabına  düşdü.  Aşıq  Rəfinin 
özünün çoxlu şeirləri olub, ancaq indiyə qədər heç kəs onunla 
maraqlanmayıb  və  şeirləri  də  toplanmayıb.  Vaxtımızın  darlı-
ğına  baxmayaraq,  biz  onu  Şeyx  Şamilə  və  İlisu  kəndinə  həsr 
elədiyi  şeirləri  də  dəftərə  köçürdük.  Rəfi  dayının  dediyinə  
görə, Molla Cümə öz dostu, Rəfinin atası Həzrət kişinin adına 
şeir də həsr edib göndərmişdir. Bu şeiri də Rəfi dayı əzbərdən 
dedi  və  biz  də  yazdıq.  Aşıq  Rəfinin  Şeyx  Şamilə  həsr  etdiyi 
şeiri belədir: 
 
    Şəmil 
 
İstərəm haqq yolunda 
Müridinən səni, Şəmil. 
Yoluna qurban dedim, 
Mən bu şirin canı Şəmil. 
Ölkələrin şahısan, 
Dünyaların xanı Şəmil. 
Təhnəsindən ağlaram 
Kafərə divanı Şəmil. 
Gələydi tuş qabağa 
Ataydı müjganı Şəmil. 
 
Seyraqub ayağından 
Gədalanan xanlara bax. 
Axıdıb göz yaşını 
O tökdüyü qanlara bax. 
Vətəndən cida düşüb 
Çəkdiyi bir günlərə bax. 
İsmayıltək haqq yolunda 
Qurban olan canlara bax. 
Qurtarsın qayğılardan 
Daniyə Sultanı Şəmil. 
 


 
152 
İlisu yandı deyin 
Oda bimürvət əlindən. 
Ölkələr ərbab oldu 
Onların dövlət malından. 
Özün bilməz danışsan 
Xəbərdar olmaz dalından. 
Üz tutub o Allaha 
Dua eləyin dilindən. 
Gələydi bu diyara, 
Quraydı divanı Şəmil! 
 
İşləni şəriəti 
Çox söylənir doğru sözü. 
Padşahla dava qılıb 
Xotkara bənzəmiş özü. 
Tutdurur topa onu 
Nə qoymaz Cari, Tiflisi. 
Gəlibən bu yerlərə 
O alıbdı dağı, düzü. 
Tökübdü bulud kimi 
Kövkəbi, asmanı Şəmil. 
 
Bilirəm ki, tab eləməz 
Kimsə onun savaşına. 
Yandırır eşq oduna, 
Pərvanətək ataşına. 
Titrəşir xəlayiqlər 
Çıxanda mizan qoşuna. 
Biçarə Rəfi deyər 
Bəxtəvər onun başına. 
Alıbdı bu dünyada 
Cənnəti-rizvanı Şəmil. 
 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə