Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə41/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   37   38   39   40   41   42   43   44   ...   104

 
136 
Yol uzaqdır, özüm bihal, at arıq, 
Cümə səni sevəndəydi o tarix –  
Min iki yüz doxsanıncı sənədə. 
Həmin tarix miladi ilə 1873-cü ildir. Bu zaman aşığın 19 
yaşı var imiş. 
Bəhs  etdiyimiz  şeirdə  İsmi  Pünhanın  yaşı,  gözəllik  əla-
mətləri  göstərilir:  hüsnü  gülə,  laləyə  bənzədilir,  qaşları  ayla 
müqayisə edilir. 
Hesabda olubdur 19 yaşı, 
Qabağı aynadır, hilaldır qaşı. 
«Alagöz»  rədifli  müxəmməsində  isə  Alagözün  İsmi 
Pünhana oxşarlığı təsvir olunur: 
Alagöz, İsmi Pünhana 
Əvvəl baxışın oxşayır, 
Həm gözün, həm kirpiyin 
Həm qələm qaşın oxşayır, 
Həm dilin, həm dodağın 
Həm inci dişin oxşayır, 
Həm boyun, həm buxunun 
Həm də qumaşın oxşayır. 
Aşığın başqa bir şeirində İsmi Pünhanın obası ilə bağlılığı 
eyhamla verilir: 
Cümə ölüb tapılmasa meyidi, 
İsmi Pünhan obasını axtarın. 
Bu  obanı  gündə  dörd  yol  dolanmaq  aşıq  üçün  bir  təsəlli 
və həm də bir ziyarətdir: 
Göynüyün ətrafın bu Molla Cümə 
Gündə dörd yola ziyarət eylər. 
«Layisqi»  rədifli  qoşmasında  isə  İsmi  Pünhanın  həmin 
kənddə  qərar  tutması  aydınlaşır.  Aşığın  Butası  orada  yaşadığı 
üçün Layisqi cənnətə bənzədilir: 
İsmi Pünhan səndə qərar tutubdur, 
Oxşayırsan lap cənnətə Layisqi. 


 
137 
Böyük  söz  ustadı  bir  sıra  əsərlərində  İsmi  Pünhanın 
səciyyəvi  xüsusiyyətləri  də  təsvir  edilmişdir.  İsmi  Pünhan 
gözəl, vəfalı, ülvi  bir sevgilidir. O, bəzən öz aşiqinə eşq əzabı 
verir, onunla görüşdükdə gülüb danışmaq belə istəmir. 
Xubluqda əladır, kəmalı cəmdir, 
O olan məclis də söhbətdir, dəmdir. 
Danışmağı hicran, gülmağı qəmdir 
Həsrətindən canım zara gəlibdir. 
Belə  hallarda  aşiq  məşuqəsinin  cövrü-cəfasından  ah-zar 
edərək bir ümid yeri axtarır: 
Kimsə deməz zalım İsmi Pünhana, 
Aşiqini etmə dəli-divana, 
Gah yönümü çevirirəm Şirvana, 
Gah üz tutub Gürcüstana ağlaram. 
İsmi  Pünhan  Molla  Cümənin  ilk  və  son  sevgilisidir. 
Molla Cümə butasız yaşaya bilmir:  
İsmi Pünhan qamətini sındıran 
Biri mənəm, biri də varmı ola. 
Zaman  keçdikcə  İsmi  Pünhan  yavaş-yavaş  əlçatmaz, 
ünyetməz bir varlığa dönür, aşığın həyat idealına çevrilir. 
Biz  Molla  Cümənin  şeirlərində  İsmi  Pünhanın  ölümü 
haqqında da məlumata rast gəlirik: 
İsmi Pünhan köçdü fani dünyadan, 
Qarışdı torpağa göz hayıf oldu. 
Yaxud: 
Min iki yüz doxsanda sevmişdim 
Min üç yüz onda da əlimdən getdi. 
Aşıq  hətta  o  biri  dünyada  da  İsmi  Pünhansız  yaşamaq 
istəmir: 
İsmi Pünhan ərəsətin günündə 
Ol hesab kitabın açmanam sənsiz. 
Nəticə belə olur ki, Molla Cümə «İsmi Pünhan deyə-deyə 
cahanda  əyləşmişəm»  deyərək  ömrü  boyu  onunla  bağlı  oldu-
ğunu təsdiqləyir. 


 
138 
İsmi  Pünhanın  həyatdan  getməsi  aşığı  sarsıtmışdır.  O, 
şeirlərində bütün ömrü boyu İsmi Pünhanı yad etmişdir. 
İsmi Pünhanla əlaqədar bir cəhəti də qeyd etmək istəyirik. 
Ən böyük ustad aşıqlarımızın butaları olub. Qurbaninin Pərisi, 
Abbasın  Gülgəzi,  Sarı  Aşığın  Yaxşısı,  Xəstə  Qasımın  Mələk 
Siması,  Abdullanın  Cahanı,  Valehin  Zərnigarı  və  s.  Butasız 
haqq  aşığı  ola  bilməz.  Bunlar  hamısı  dastana  düşmüş,  orada 
ömrünü  davam  etdirmişdir.  Kim  deyə  bilər  ki,  doğrudan  da 
Abbas  Tufarqanlıya  eşq  camı  ilə  Təbrizdə  yaşayan  Gülgəzi 
buta verirlər. Abbas bir gecədə saz ustadına çevrilərək Təbrizə 
gəlir,  sevgilisinin  çöhrəsini  hələ  görə  bilməmiş  Şah  Abbas 
gözəlliyinin  sorağını  aldığı  Gülgəzi  öz  adamları  vasitəsilə 
İsfahana  apartdırır.  Abbas  Təbrizdən  Gülgəzin  kəcavəsinin 
dalınca  payi-piyada  yanıqlı-yanıqlı  qoşmalar  oxuya-oxuya 
dəfələrlə ölümdən qurtararaq Şah Abbas sarayına yol tapa bilir. 
Haqq  aşığı  kimi  hər  cür  imtahandan  çıxır,  Gülgəzi  alır  və 
Tufarqana qayıdaraq xoşbəxt yaşayır. 
Kim  deyə  bilər  ki,  bu  tarixi  həqiqətdir,  bədii  əsər  deyil. 
Məsələ burasındadır ki, Abbasın yaradıcılığında buta –  sevgili 
ilə əlaqədar bir müddət meydana gəlmiş şeirlər əsasında aşığın 
özü  dastan  –  bədii  əsər  düzəltmişdir.  Bu  dastan  da  sonralar 
digər  aşıqlar  tərəfindən  təkmilləşdirilmişdir.  Buna  oxşar  hadi-
sələrin  məhz  Molla  Cümə  yaradıcılığında  da özünü  göstərdiyi 
göz qabağındadır. İsmi Pünhan da Molla Cümə yaradıcılığında 
ustad  aşıqlarımızın  həyat  və  fəaliyyətinə  öz  butalarının  oyna-
dığı  rolunu  oynamışdır.  Ustad  aşıqlarımızdan  fərqli  olaraq 
Molla Cümə İsmi Pünhanla əlaqədar dastan yaratmamışdır. 
Molla  Cümə  böyük  sənətkardır.  Aşıq,  göründüyü  kimi 
insanın  ən  ümdə,  incə,  zərif  hisslərini  dilləndirən,  ehtizaza 
gətirən  lirik  mahnılarla  yanaşı, dövrünün sərt, amansız qanun-
larını,  bu  qanunların  məngənəsində  çabalayan  insanların  izti-
rablarını,  faciəsini  yüksək  sənətkarlıqla  təsvir  edən  çox  ciddi 
əsərlərin də müəllifidir.  


 
139 
Bütün  bunlarla  bərabər  biz  onun  yaradıcılığında  dini 
mövzuların da ifadəsinin şahidiyik. Bəzən aşığın hər şeydən əli 
üzülür, onun dərdinə nə dostları, nə də tez-tez üzünü çevirdiyi 
fələk kömək edir. O zaman aşıq, necə deyərlər, ibadətə oturur, 
üzünü allaha çevirir. Bizdə hasil olan qənaətə görə gözəl ustad 
olan  Molla  Cümə  üz  tutduğu  allahdan  dərdinə  əlac  olacağına 
inanırdı. Bu, elə şeirlərdən də açıq  hiss edilir. Belə  əsərlər bir 
insan,  şəxsiyyət  kimi  xalqın  ağsaqqalı,  bilicisi  və  nəhayət 
sənətkarı  kimi  ona  lazım  olurdu.  Molla  Cümə  dövrünün  ən 
görkəmli  aşıqlarının  sənət  ənənəsinə  sadiq  qalaraq  islam  dini, 
onun tarixi, yaradıcıları haqqında geniş məlumata malik idi. Bu 
sahədə biliklərini o, çox sənətkarlıqla bir sıra şeirlərində  ifadə 
edirdi.  Belə  şeirlər  həm  də  onun  sənətkar  dünyasını,  poetik 
aləmini,  dinlərə  olan  münasibətini,  etiqadlarını  gözümüzün 
qarşısında canlandırır. Azərbaycan aşıq sənətində belə şeirlərin 
özünəməxsus  yeri  vardır.  Bunlar  aşıqların  elmini,  biliyini,  hə-
yat  təcrübəsini,  dünyaya  baxışını,  xalqın  qəlbinə  necə  təsir 
etmək məharətini öyrənmək üçün xüsusi əhəmiyyətə malikdir. 
Acınacaqlı haldır ki, ustad aşıqlarımızın bu mövzuda olan 
şeirləri vaxtilə məhv edilib. İslam mifologiyası ilə zəngin olan 
əsərləri  inkar  etmiş,  yolunu  azan  bir-iki  molla,  əfəndi,  qazı 
haqqında  şeirləri  nümunə  göstərmiş,  onları  yazan  sənətkarları 
isə elə car eləmişik. 
Molla  Cümənin  ədəbi  irsi  içərisində  Qədim  Şərq,  Azər-
baycan əfsanə və əsatirləri, xüsusilə İslam dünyası  ilə əlaqədar 
çoxlu şeirlər vardır. Qeyd edək ki,  bu məzmunlu şeirlər vaxtilə 
əlyazmasına yazıldığı üçün gəlib bizə çatmışdır. Həm də aşığın 
belə  şeirlərinin  hamısı  əlyazmalarına  köçürülməmişdir  və 
onların  bir  qismi  bizə  məlumdur.  İlisuda  olarkən  bizə  dedilər 
ki,  Yunis  dayı  onu  Quran  kimi  oxuyur.  Biz  sonralar  başa 
düşdük  ki,  orada  aşığın  minacat  və  surələri  toplanmış  imiş. 
Aşığın  bu  mövzuda  olan  şeirlərini  oxuyan  görəcək  ki,  o,  hər 
şeydən  əvvəl  Qurani-Kərimə,  yer  üzünə  gəlmiş  məşhur  pey-


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə