Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə42/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   38   39   40   41   42   43   44   45   ...   104

 
140 
ğəmbərlərin,  islam  dünyasının  şöhrətli  şəxslərinin  həyatına, 
fəaliyyətinə çox gözəl bələd imiş. 
Böyük ustad sənətkar heç bir şeirində İslamı təbliğ etmir, 
insanları  dinə  çağırmır.  Ancaq  İslamın  böyüklüyünü,  müqəd-
dəsliyini  və  toxunulmazlığını  ürəkdən  gələn  sözlərlə  bədii 
şəkildə ifadə edir. Molla Cümə din kahinləri kimi insanları bu 
dünyadan,  həyatdan, zövq-səfadan əl çəkməyə səsləmir. Aşığa 
görə,  İslama  hörmət  və  məhəbbət  bu  dünyadan  əl  çəkmək 
demək deyil. Bu mövzuda şeirləri oxuyanda aydıncasına görür-
sən  ki,  İslamın  müqəddəs  qanunlarını,  Quranı  əlində  tutub  bu 
dünyada  ömür  sürməyə,  gözü  açıq  olmağa,  halal  zəhmətlə 
yaşamağa, düzlüyə çağırır. «Mən içdiyim Xızır Nəbi verəndir» 
– deyən ustad Allahdan gələn vergini qəbul edərək bəzən eşq-
məhəbbətdən,  bəşəri  hisslərdən  çox  danışdığı  üçün  günahının 
bağışlanmasını  da  rica  edirdi.  «Mədəd»,  «Bax»,  «Dünya», 
«Qalacaqmı», «Yarəb» və  başqa şeirlər. Aşıq Könül ilə deyiş-
mələri aşığın İslam dünyasına dərindən bələd olduğunu nüma-
yiş  etdirməkdədir.  Xüsusilə  dünyaya  müraciətlə  söylədiyi  bir 
neçə şeir bu cəhətdən çox səciyyəvidir. 
İslamın çırağı, haqqın həbibi, 
Məhəmməd Mustafanı neylədin, dünya? 
Aşığın  bu  mövzuda  şeirləri  haqqında  geniş  danışmağa 
imkan  yoxdur,  onlar  ilk  dəfə  işıq  üzü  görür,  əminik  ki,  bu 
şeirlər öz həqiqi qiymətini alacaqdır. 
Vaxtilə  məşhur  dilçi  alim  Mirzə  Kazım  bəy  demişdi  ki, 
mifoloji  lüğət  olmadan  Xaqaninin  yaradıcılığını  başa  düşmək 
çətindir.  Biz  də  deyək  ki,  İslam  dini  tarixini,  mifologiya  və 
əfsanələrini,  xüsusilə  Qurani-Kərimi  bilmədən  ustad  aşıqları-
mızın  yaradıcılığının  müəyyən  bir  hissəsini  qiymətləndirmək 
çətindir. O cümlədən də Molla Cümənin şeirlərini. 
Aşığın  yaradıcılığında  nə  qədər  tarixi,  əfsanəvi,  dini 
şəxslərin  adları  çəkilir,  sadəcə  çəkilmir.  Məlum  olur  ki,  onlar 
haqqında olan əfsanə və əsatirlərin hamısı aşığa bəlli olmuşdur: 
Habil,  Qabil,  Mənsur,  Davud,  Süleyman,  İsa,  Musa,  İbrahim 


 
141 
Xəlil,  Əyyub,  Yunis,  Adəm,  Nuh,  Yəqub,  Şəddad,  Firon, 
İskəndər, Nuşirəvan Keykavus, Xosrov Pərviz, Namrud və b. 
Bəzən  bir-iki  misra  ilə  böyük  bir  hekayətə,  yaxud  dini-
fəlsəfi  adlara  işarə  olunur.  Molla  Cümə  bunların  hamısını 
məktəbsiz,  institutsuz,  akademiyasız  təkbaşına  öyrənmişdir. 
Bunları  oxuduqca  onun  erudisiyası,  üləmalığı  qarşısında  baş 
əyirsən: 
Yüz iyirmi dörd min Nəbi 
Dünyaya qılmış zühur, 
Yeddi qat yer, yeddi qat göy, 
Ərş, Kürs, Qafi, Tur. 
Şəms, Qəmər, mələk, nücum, 
İnsi, cins, mari, mur, 
Yüz sühufnan endi Tövrat, 
Fürqani, İncil, Zabur, 
İxlasnan, Yasin, Taha 
Oxuyan dildən mədəd. 
Bununla  belə,  Molla  Cümə  eşq  odu  ilə  yanıb-yaxılan 
aşiqdir. O, özünü ən məşhur, cəfakeş, əzabkeş aşiqlərin cərgə-
sində sayır. Qeys, Fərhad, Yusif, Tahir, Kərəm, Vərğa, Qənbər 
Şeyx Sənan kimi aşiqlərlə özünü müqayisə edir. 
Molla  Cümə  həyatı,  ömrü,  dərin  və  ziddiyyətli  yaradı-
cılığı  ilə sirli  bir  xəzinədir.  Bir əlində  insanı ucaldan,  yaşadan 
həyata  bağlayıb  qanadlandıran,  bəşəri  məhəbbəti  vəsf  edən 
şeirləri,  o  biri  əlində  isə  həmin  insanı  ruhən,  daxilən  təmiz-
ləyən, xeyirxahlığa, əli açıqlığa, comərdliyə, mənəvi təmizliyə 
çağıran Quran surələrindən süzülüb gələn  minacat və surələri. 
Biz  belə  hesab  edirik  ki,  bu  kitab  həmin  sirli  mücrünü  açmaq 
üçün  açar  olacaqdır.  Bu  açarı  biz  xalqın  mənəvi  sərvətinin 
keşiyində  dayanan  gənc  folklorşünas  alimlərimizə  lütflə  bəxş 
edirik. 
Bu,  Molla  Cümənin  üçüncü  kitabıdır.  Çalışmışıq  ki,  aşı-
ğın şəxsən bizə məlum olan bütün əsərləri bu kitabda toplansın. 
Şifahi  dildən  yazıya  alınan  şeirlərin  əksəriyyətini  biz  aşığın 


 
142 
birinci  kitabına daxil etmişdik. Həmin  nümunələri keçən  müd-
dət  ərzində  əlyazmalarında  olan  nüsxələrlə  tutuşdurub  dəqiq-
ləşdirmiş  və  beləliklə,  son  kitabında  həmin  şeirlərin  əlyazma 
nüsxələri verilmişdir. 
Onu  da  əlavə  edək  ki,  hətta  əlyazmalarının  özlərində  də 
şeirlər  arasında  fərqlər  var.  Əlbəttə,  şeirlərin  üzünü  köçürən-
lərin  burada  müəyyən  dəyişiklik  etməsi  aydın  görünür.  Buna 
baxmayaraq  biz  daha  kamil,  ideya-bədii  cəhətdən  mükəmməl 
nüsxələri  seçib  yeni  kitaba  daxil  etmişik.  Bizə  görə,  aşığın 
şeirlərinin əksəriyyəti bu kitabda verilmişdir və ona görə də biz 
bu kitabı  Molla  Cümənin  külliyatının  nəşri  yolunda  ilk addım, 
ilk təşəbbüs adlandırırıq. 
Aşığın  bir  şeirini  oxuyub  bəzən  deyirlər:  Molla  Cümə 
bunu  yazmaz,  yaxud  misranı  belə  deməzdi.  Ola  bilsin  ki,  bu, 
düzdür. Ancaq unutmaq olmaz ki,  hansı  yolla da olsa,  bu şeir 
əlyazmasına  belə  düşüb.  Bizdə  olan  başqa  əlyazmalarında  da 
variantı  yoxdur.  Ona  görə  də  həmin  şeir,  yaxud  misra  hələlik 
necə  varsa,  o  şəkildə  də  kitaba  daxil  edilmişdir.  Gələcəkdə, 
əlbəttə, onun əslinin üzə çıxarılacağına əminik. 
Şəki  əlyazmasında  çox  maraqlı  bir  qeydə  rast  gəlirik. 
Orada  deyilir:  «Molla  Cümə  Zaqatalanı,  Dağıstanı  gəzmişdir. 
Bir  qədər  ürəyi  darıxdığı  zaman  Zaqatalaya  keçərdi.  Hər  bir 
yerdə şeir yazmaqla da məşğul olmuşdur. Başqa-başqa yerlərdə 
kəndisi aşıqlar tərzincə qoşduğu bir çox el  sözlərini  hər  yerdə 
söylər və oxuyardı. Bəzi lazımlılarını evdə dəftərinə köçürərdi. 
Əksəriyyəti isə el içərisində yayılıb qalmışdır ki, çoxlarını əldə 
etmək  mümkünsüzdür.  Çünki  hanki  bir  məclisdəki  söylədiyi 
şeirləri  çox  vaxt  dəftərinə  yazmazdı.  Odur  ki,  kənd  aşıqları 
ağzında əzbər qalmışdır». 
Molla  Cümə  şeirlərini  ilkin  olaraq  topladığımız  vaxtdan 
indi təxminən 30 ildən artıq bir dövr keçir. Bu illər ərzində biz 
heç zaman aşığın əlimizdə olan əlyazmalarından ayrılmamışıq. 
Onlar  üzərində  iş  aparmışıq.  Bir  şeirinin  oxunmasına  günlərlə 
vaxt  sərf  etmişik.  Bu  kitab  bizim  30  illik  gərgin  əməyimizin 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə