Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə40/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   36   37   38   39   40   41   42   43   ...   104

 
133 
El-obanın  tərcümanı  olan  sevimli  sənətkar  hər  yetən 
gözəli  tərifləməzdi.  Onun  vəsf  etdiyi  gözəllər  sazın-sözün, 
sənətin  qədrini  bilən  ləyaqətli,  vəfalı  el  qızları  idi.  Aşıq 
Zaqatalanın  Çobankol  kəndindən  olan  nəcib  keyfiyyətləri  ilə 
başqalarından  seçilən  gözəllər  gözəli  Nigara  üç  şeir  həsr 
etmişdir: 
Kəhrəbası, göz muncuğu olanı, 
Zeynəb adlı bir növcavan asıbdı, 
Yaşıl muncuq üstdə olan qotazı, 
Xumar gözlü o Tükəzban asıbdı. 
Ta ölüncə sazda saxla yadigar 
Canım alan Bədircahan asıbdı. 
El  sənətkarının  gözəllərə  həsr  etdiyi  mahnılardan  gül-
çiçək,  bənövşə  qoxusu  gəlir,  baharın  təravəti  duyulur.  Aşığın 
gözəlləmələrində  el  qızlarının  orijinal  portretləri  sözlə  böyük 
ustalıqla rəsm edilmişdir: 
İncə belli, şümşad əlli, 
Fəsih dilli, şirin sözlü, 
Orta boylu, gözəl xoylu, 
Əmbər boylu, qəmər üzlü, 
İncə dişli, şux baxışlı 
Qəmər qaşlı, maral gözlü… 
Ümumiyyətlə, xalq  ədəbiyyatımızda, xüsusilə dastanları-
mızda  xalq  belə  bir  ideyanı  müdafiə  edir  ki,  əsl,  səmimi,  ülvi 
məhəbbət  dünyada  hər  şeydən  qiymətlidir.  Onu  heç  nə  əvəz 
edə  bilməz.  Qoca  dünyanın  mehrabını  eşq  sayan  xalqın  əsrlər 
boyu  mənəvi-bədii  sərvətimizdə  qoruyub  yaşatdığı  bu  bəşəri, 
ənənəvi motiv ustad aşıqlarımız tərəfindən də el məclislərində, 
sazın müşayiətilə təbliğ və tərənnüm edilmişdir.  
Mal-dövlət özgəyə, bircə sən mənə, 
Xudadan qismətim ol, ağrın alım. 
Yaxud: 
Bir para axmaq adam, 
Bu dünyada mal cəm eylər. 


 
134 
Sənin təki yarı olan 
Bu dünyada qəm nə eylər. 
Aşıq  eşqində  sadiqdir.  O,  ayrılıqda  keçən  ömrü  bihudə 
sayır.  Çünki  onu  yaşadan,  onun  həyatına  rövnəq  verən  İsmi-
Pünhan eşqidir: 
Səndən ayrı ömür sürüb neylərəm, 
Molla Cümə istər ölsün səninlə. 
İsmi  Pünhan  kimdir?  İsmi  Pünhan  həm  Molla  Cümənin 
tərcümeyi-halının,  həm də,  ümumiyyətlə,  yaradıcılığının öyrə-
nilməsində  mühüm  rol  oynayan  problemlərdən  biridir.  İsmi 
Pünhanın  adı  Molla  Cümənin  əksər  şeirlərində  çəkilir,  külli 
miqdarda şeirlər isə məhz İsmi Pünhanla başlayır. Qax rayonu-
nun  Ləkit  kənd  sakini,  Molla  Cümə  yaradıcılığına  yaxından 
bələd  olan  Əzəddin  Əsgərov  deyir:  «Xalq  ədəbiyyatında  gizli 
şey  olmamışdır.  Ancaq  İsmi  Pünhanın  mənası  açılmamış  qal-
mışdır.  İsmi  Pünhan  adı  gizli  deməkdir.  Molla  Cümənin  şeir-
lərində birbaşa öz adları ilə tərif edilən gözəlləri çoxdur. Bəs nə 
üçün  aşıq  öz  sevgilisinin  adını  gizlətmişdir?  Bu  barədə  müx-
təlif rəvayətlər var, onların əksəriyyəti əsasən bir ümumi qütb-
də  birləşir:  Molla  Cümə  varlı,  yaxud  dindar  bir  yerdən  qıza 
aşiq olmuş, ancaq şeirlərində onun əsl adını çəkə bilməmişdir. 
Hətta  bəzən  bu  «varlı»,  «dindar»  sözləri  dəqiqləşdirilir.  Zaqa-
tala  rayonunun  Çobankol  kəndində  aşıq  Kazımın  dediyinə 
görə,  İsmi  Pünhan  Qax  rayonunun  Şabalıtlı  kəndində  Şeyx 
baba  adlı  bir  dindarın  qızı  olmuşdur.  O,  Molla  Cümənin  buta-
sıdır». 
Hətta Şəkidə qocalardan biri demişdir:  «İsmi Pünhan elə 
Molla  Cümənin  özüdür».  Şəkinin  Aşağı  Layisqi  kəndində  yaşı 
yüzü haqlamış İdris Mustafayev isə fikrini belə ifadə edir: Mən 
Molla  Cümənin  ürək  dostu  olmuşam,  bir  gün  söz  salıb  ondan 
soruşdum ki, kimdir o İsmi Pünhan? Molla Cümə cavab verdi 
ki, üz vurma, andım var, gərək bu sirr açılmasın». 
Bəzi rəvayətlərdə isə İsmi Pünhanın gənc yaşlarında Mol-
la  Cümənin  oxuduğu  mədrəsə  sahibinin,  yəni  aşığın  müəl-


 
135 
liminin  qızı  olduğu  göstərilir.  Bu  rəvayətlərdən  belə  bir  fikir 
hasil etmək olar. Molla Cümə yalnız sevgilisinin adını ya məd-
rəsə  sahibi-müəlliminin,  yaxud  da  ən  dindar  bir  şəxsin  qızı 
olduğu  təqdirdə  gizlədə  bilərdi.  Biz  də  o  fikirdəyik  ki,  folk-
lorda,  xüsusilə  xalqın  məhəbbət  lirikasında  təriflənən  gözəl-
lərin  heç  bir  zaman  adı  gizlədilməmişdir.  Məhəbbət  dastan-
larımızda  dünyada  ümidi  bir  sazı  və  bir  də  sözü  olan  yoxsul 
aşıq zəmanənin  ən varlı adamının qızına aşiq olur, onu adı  ilə 
vəsf  edir.  Lakin  onun  adını  gizlətmir.  İsmi  Pünhan  adı,  heç 
şübhəsiz,  Molla  Cümənin  tərcümeyi-halı,  yaradıcılığı  və  dün-
yagörüşü ilə bağlı bir müəmmadı. İsmi Pünhan kimdir? sualına 
cavab  vermək  üçün  uzun  müddət  tədqiqat-axtarışlar  aparmaq 
lazım gələcəkdir. İki illik ekspedisiya müddətində apardığımız 
sorğu-sual  da  İsmi  Pünhanın  kimliyi  barədə  bir  nəticə  vermə-
mişdir. 
Xalq  ədəbiyyatımızda  təsvir  olunan  məşhur  aşıqların 
butaları,  sevgililəri  olur.  Buta  aşiqə  haqqın  qisməti  kimi  ba-
ğışlanır.  Buta  ilə  birlikdə  adi  insanlara  haqq  vergisi,  aşiqlik 
istedadı da verilir. Aşıqlar  isə bütün ömrü boyu öz butalarının 
eşqilə gözəl şeirlər düzüb qoşurlar. 
Molla  Cüməyə  də  Allah  vergisi  verilib, eşq camı  içirilib, 
xudanın qisməti kimi buta verilib. Şəki əlyazmasının bir yerin-
də  bu  barədə  deyilir:  «On  beş  yaşlarında  bir  dəfə  gözəl  bahar 
günlərinin  birisində  sərin  bir  ağac  kölgəsində  yataraq  yuxuya 
dalır. Bu vaxt röyasında ona badə verirlər ki, bunu içib qurtar-
dığı  hədd  anası  oyadır.  Bildiyimiz  tarixi  rəvayətlərə  görə  bir 
çoxları  röyada  içmiş  olduqları  badənin  təsirindən  aşiq  olurlar. 
Molla Cümə də haman gündən yazmağa başlamışdır». 
Molla  Cümə  özünü  bu  haqq  aşiqləri  sırasına  daxil  edir. 
Bütün ömrü boyu  butası – İsmi Pünhanın şəninə şeirlər qoşur. 
Bu  cəhətdən  İsmi  Pünhan  haqqında  hələlik  ən  səhih  məlumatı 
biz  elə  aşığın  şeirlərində  alırıq,  hətta  Molla  Cümənin  öz  buta-
sına vurulduğu tarixi də şeirlərdən öyrənirik.  
Könül dönsə bu dostluğu atarıq, 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə