Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə36/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   32   33   34   35   36   37   38   39   ...   104

 
119 
idi.  Getdim,  görüşdük.  İmam  Mustafayev  gülümsündü,  məni 
aşığın şeirlərini toplamaqla məşğul olduğumu eşidənmiş, radio-
dan  müxbir  də  mənim  ardımca  onun  xahişi  ilə  gələnmiş, 
gördüyüm  işlərdən  razı  qaldı.  Molla  Cümənin  bir  neçə  şeirini 
əzbərdən  söylədi  və  mənim  həmin  nümunələri  əldə  edə  bilib-
bilmədiyimi  xəbər  aldı.  O,  əlavə  etdi  ki,  bilirsənmi,  Molla 
Cüməni daşnaklar öldürüblər, bu barədə maraqlanıbsanmı, mə-
lumat əldə edibsənmi? Dedim ki, yalnız aşığın faciəvi ölümünü 
bilirəm.  Ancaq  bu  haqda  məlumatım  hələlik  çox  azdır.  Əlavə 
etdim  ki,  aşığın  vətəninə  ikinci  ekspedisiyam  da  planlaşıb,  bu 
dəfə  həmin  məsələ  ilə  xüsusilə  məşğul  olaram.  Doğrudan  da 
mən 1961-62-ci illərdə bu barədə çox eşitdim, çoxlu rəvayətlər 
yazdım,  qruplaşdırdım,  müəyyən  nəticələrə  gəldim.  Əksər 
şəxslər aşığın doğrudan da ermənilər tərəfindən öldürüldüyünü 
təsdiq etdilər. Ancaq elə bir əlyazması, yəni yazılı mənbə tapa 
bilməmişdim.  Bu  yaxınlarda  33  il  əlimin  altında  olan  əlyaz-
malarından  birindən  aşığın  ölümü  haqqında  qeydləri  görüb 
sevindim  və  məni  heyrət  bürüdü.  Bir  cəhət  inkar  olunmaz  idi 
ki,  Molla  Cümə  1920-ci  ildə  XI  Qızıl  Ordunun  Şəkiyə,  Zaqa-
talaya hücumu zamanı qətlə yetirilib, özü də çox faciəvi surət-
də.  Bu  ölümü  heç  kəs  görməyib,  elə  ona  görə  də  müxtəlif 
rəvayətlər meydana gəlmişdir. İndi bütün apardığım işləri ümu-
miləşdirib həmin məsələ  barəsində oxuculara məlumat vermək 
istəyirəm. 
Molla  Cümənin  ölümü  haqqında  olan  şifahi  məlumat-
ları üç qrupa ayırmaq olar. Birincisi odur ki, Molla Cüməni adı 
ilə öldürüblər. O zaman, yəni XI Qızıl  Ordunun  gəlişi zamanı 
mollaları  yığıb  harasa  aparıblar  və  onlar  bir  daha  geri  qayıt-
mayıblar, yəni gizlicə məhv eləmişlər. Molla Cümə də onların 
arasında  olub.  İkinci  variant  odur  ki,  Molla  Cümə  atışma 
zamanı kəndlilərin arasında olub, bir çoxları kimi, ona da güllə 
dəymişdir. Ən əsası və xüsusilə çoxlarının təsdiq etdiyi versiya 
odur  ki,  aşığı  XI  Qızıl  Ordu  gələrkən  əsgər  paltarına  girmiş 
ermənilər-daşnaklar öldürmüşlər. 


 
120 
Mən ekspedisiya zamanı topladığım rəvayətlərdən bəzi-
ləri  ilə  oxucuları  tanış  etmək  istəyirəm.  Hələ  uşaq  yaşlarında 
eşitmişdim ki, Molla Cüməni  öz həyətlərində əsgərlər öldürüb; 
təxminən  buna  oxşar  bir  rəvayəti  bizə  Qax  rayonunun  Zərnə 
kəndində aşığın yaradıcılığının gözəl bilicisi olan Əbdülmənaf  
Əfəndiyev  söylədi:  “Arvadı  çörək  bişirirmiş,  balaca  qızı  da 
yanında imiş, yad adamlar gəlib həyətə doluşmuş, qəsdən qarı-
şıqlıq  salmışlar.  Bu  zaman  aşıq  dözə  bilməmiş,  yaxınlaşıb  işə 
qarışmış, o zaman azğınlaşmış düşmənlər onu doğramışlar”. 
Qaxın mərkəzində milliyətcə ləzgi olan, yaşı yüzü adda-
mış Aşıq Məhəmmədin dediklərini dilindən çıxdığı şəkildə ve-
ririk: “Molla Cümə üç nəfər yoldaşı ilə gedirmiş, aşığın çiynin-
də sazı olub, tüfəng bilib vurub öldürüblər. Öldürənlər isə sal-
dat paltarı geymiş ermənilər olub”. 
1961-ci ildə Şəkidə ekspedisiyada olarkən internat mək-
təbinin  dil  və  ədəbiyyat  müəllimi  Cahangir  Qazıyevlə  tanış 
olduq.  O,  bir  neçə  il  idi  ki,  aşığın  şeirlərini  toplamaqla, 
tərcümeyi-halını  öyrənməklə  məşğul  idi.  C.Qazıyev  o  zaman 
“Şəki  fəhləsi”  qəzetində  Molla  Cümə  haqqında  dərc  etdirdiyi 
bir məqaləsini lütflə bizə təqdim etdi. Məqalədə Molla Cümə-
nin  ölümü  haqqında  aşağıdakı  sözlər  yazılmışdı:  “1920-ci  ilin 
may  ayının  əvvəlllərində  XI  Qızıl  Ordunun  hissələri  Şəkidən 
Zaqatalaya doğru gedərkən bu yolun ətrafındakı kəndlərin var-
lıları  orduya  müqavimət  göstərmək  fikrinə  düşürlər.  Burada 
atışma  başlayır.  Bir  çox  yoxsul  kəndli  ordu  ilə  orduya  qarşı 
mübarizə  aparanların  arasında  qalır.  Molla  Cümə  də  yoxsul-
ların yanında idi. Bu vaxtı ona güllə dəyir”. 
Şəkinin  Baş  Göynük  kəndindən  olan,  sənəti  etibarı  ilə 
feldşer  Yaqub  Əkbərov  doğma  dayısı  Mahmud  müəllimin  he-
kayətini  olduğu  kimi  nəql  elədi.  Mahmud  o  zaman  Aşağı 
Layisqidə müəllimlik edirmiş. Şəki, Zaqatala tərəfdə qarışıqlıq 
düşən  vaxtı,  yəni  Sovet  hakimiyyətinin  qurulmasına  qarşı  Za-
qataladan  olan  Hafiz  Əfəndinin  düzəltdiyi  müqavimət  və  mü-
barizə  zamanı  məhz  burada,  Aşağı  Layisqidə  qaçhaqaç  düşür 


 
121 
(Aşağı Göynük,  Aşağı Layisqi Şəki ilə Qaxın arasındakı yolun 
üstündəki  kəndlərdir.).  Çünki  XI  Qızıl  Ordunun  əsgərləri  ilə 
Hafiz  Əfəndinin  adamaları  arasında  atışma  olur.  Camaat  dağ-
lara  çəkilir.  Bu  zaman  Mahmud  müəllim  də  qaçırmış,  özü  də 
atnan qaçırmış. O danışır ki, atnan gedirdim. Bir də gördüm ki, 
Molla  Cümə  çiynində  də  saz  yol  ilə  çox  sakitcə  yeriyir.  Nə 
qədər təkid etdim, gəl min ata qaçaq, razı olmadı, cavab verdi 
ki,  mən  aşıq  babayam,  mənə  heç  kim  heç  nə  eləməz,  heç  bir 
yerə  qaçmıram,  qonşu  kəndə  gedirəm.  Mən  atla  uzaqlaşandan 
sonra güllə səsi eşitdim. Məncə bu güllə Molla Cüməyə dəydi. 
Hər  halda  bu  rəvayətlərdə  müəyyən  həqiqət  olsa  da,  xalq 
arasında  tez-tez  təkrar olunana  danışıqlardır.  Çoxlu  rəvayətlər 
təxminən bu məzmuna gəlib çıxır. 
Molla  Cümənin  qızı  Reyhan  xanım  atasının  ölümü 
haqqında belə danışır: “Əvvələn atam nə özü kənddən çıxıb, nə 
də  ailəsini  heç  yerə  qaçmağa  qoymamışdır.  O  zaman  Aşağı 
Layisqi kəndinin əksər camaatı dağlara qaçmışdı. Ancaq Molla 
Cümə ailəsilə  birlikdə kənddə qalıb. Onda elə  bir qənaət olub 
ki, sənətkar adamdır ona heç kim heç nə eləməz”. 
Qızı  Reyhanın  yadında  qaldığına  görə,  axşam  çağı 
kəndin  bir  neçə  hörmətli  adamı  ilə  birlikdə  Molla  Cüməni  də 
evindən aparıblar. Ondan sonra aşıqdan bir xəbər çıxmamışdır. 
Bir  neçə  gündən  sonra  meşədən  meyidi  tapılmışdır.  Reyhan 
xanım dəqiq bilmir ki, atasını çağırıb aparan adamlar kim olub, 
onu  qəsdənmi  öldürüblər,  yoxsa  səhvən,  birdən  qarışıqlığamı 
düşüb, atışma zamanı ona güllə dəyib və s. 
Molla  Cümənin  uşaqlıq  dostu  Şəkinin  Aşağı  Layisqi 
kəndində  yaşı  yüzə çatmış İdris Mustafayev söyləyir ki, doru-
dan  da  Ordunun  hücumu  kəndə,  camaata  çox  zərər  vurdu.  Bu 
atışma zamanı səhvən çox adamlara güllə dəydi. Onlar ya yara-
landı, yaxud da öldülər. Atışma gedən kəndlərdən sonra çoxlu 
ölü  yığılıb  basdırıldı.  İ.Mustafayev  davam  edir:  “Təxminən 
may  ayının  axırları  idi,  nisbətən  ara  sakitləşmişdi.  Araba  ilə 
oradan  keçənlər  yolun  kənarında  olan  kolluqdan  nəsə  ağır  bir 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə