Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə33/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   29   30   31   32   33   34   35   36   ...   104

 
108 
badda Məryəm, Qımırbazarda Firdovs, Əmbərçayda Güllü, Ço-
bankolda Nigar, İlisuda Şirincan... 
 
1960-cı illərdə aşığın şeirlərini toplamaq məqsədilə Qax 
rayonunda  olarkən  yaşı  yüzü  addamış  Aşıq  Məhəmmədlə  gö-
rüşdük. 
 
O, Molla Cümənin müasiri olmuş, məclislərində iştirak 
etmişdir,  onun  şeirlərini  əzbərdən  bilirdi.  O,  dedi  ki,  Molla 
Cümə tez-tez aşağıdakı bayatını  çağırmağı sevirdi: 
İlisuda olaydım, 
Şüşələrə dolaydım. 
İlisu qızlarının 
Nişanlısı olaydım. 
 
 
Molla  Cümənin  ən  çox  təriflədiyi  gözəllərdən  biri 
Nigardır. Nigar gözəl, ürəyi açıq, qonaqpərvər idi. Saza, sənətə, 
el  aşıqlarına  böyük  hörməti  olmuşdur.  Çobankola  gələndə 
Molla  Cümə  bu  ailənin  qonağı  olarmış.  Molla  Cümə  bir  neçə 
mahnısında  Nigarı  xatırlamış  və  nəhayət ona  üç  şeir  həsr  elə-
mişdir.  Şeirlərin  birincisi  beş  bənddən  ibarət  müxəmməsdir. 
Burada  Nigar  elimizin  ən  ulu,  müqəddəs,  ad-sanını  özündə 
yaşadan bənzərsiz bir gözəl kimi təriflənir. 
 
Hər dəfə Zaqatalaya yolu düşəndə Molla Cümə bu ailə-
yə  baş  çəkərdi.  Yenə  bir  gün  Nigarı,  onun  anası  Ayşaxatını 
yoluxmaq  üçün  onlara  gəlir.  Bu  zaman  Ayşaxatın  pəncərədən 
görür  ki,  Molla  Cümə  həyət  qapısını  açıb  içəri  girir.  Özünü 
saxlaya  bilmir,  dizlərinə  döyə-döyə,  başının  tükünü  yola-yola 
aşığın  qabağına  yüyürür.  Molla  Cümə  o  saat  işin  nə  yerdə 
olduğunu bilir. Ayşaxatına ürək-dirək verir, elə bu anda ikinci 
bir şeir Molla Cümənin başında dolanır. “Tək düşmüşdün Ço-
bankola ay Nigar” deyən aşıq vaxtsız dünyadan köçmüş bu el 
qızına ağı oxuyur: 
 
                 Ərə getdin, yaman dərdə tuş oldun, 
                 Boylanmadan sağa-sola, ay Nigar. 


 
109 
 
Ər evində Nigarın qısa ömrü xoş keçməmişdir. 
 
Gəlin oldun, hərgiz yetmədin başa, 
Dağ düyünüm qoydun dosta-sirdaşa. 
Anan Ayşaxatın dönüb bayquşa 
Ağlar, deyər: aman bala, ay Nigar. 
 
 
 
Molla  Cümə  həyatla  vaxtsız  vidalaşan  bu  el  gözəlinin 
faciəsini  üzün  illər  unuda  bilməmişdir.  Nəhayət,  bizə  məlum 
olan  üçüncü  şeirində  yenə  Nigarı  xatırlamışdır.  “Ay  ağalar 
gəldi, düşdü yadıma:” “Viran qaldı gözəl bağı Nigarın” sonra: 
 
Molla Cümə ağlar, eylər ahu-zar 
Getməz sinəsindən dağı Nigarın. 
 
 
Balakən  rayonunun  İtitala  kəndində  Aşıq  Məhəmməd 
Həsrətov  dedi  ki,  Molla  Cümə  bu  üçüncü  şeiri  Nigarın  qəbri 
üstündə demişdir. 
 
Elin qız-gəlinləri saysız-hesabsızdır, biri-digərindən gö-
zəldir. Hər bir gözəllə rastlaşanda aşığa elə gəlir ki, daha ondan 
gözəli yoxdur. 
 
Molla  Cümənin  elin  dərdini  və  sevincini  bölüşdüyü, 
elin gözəllərini elə car elədiyi “sazının qotazını da üç gözəl, üç 
mehriban asıbdır”. 
 
Kəhrəbası, göz muncuğu olanı, 
Zeynəb adlı bir növcavan asıbdı. 
Yaşıl muncuq üstə olan qotazı, 
Xumar gözlü o Tükəzban asıbdı. 
Ta ölüncə sazda saxla yadigar 
Canım alan Bədircahan asıbdı. 
 
 
El gözəlləri Molla Cümənin dadlı, duzlu məclisini həs-
rətlə gözləyirmişlər. Çünki aşıq gözəllik və gənclik nəğməkarı 


 
110 
olmuşdur.  Bir  dəfə  Zaqatalanın  kəndlərindən  birində  aşıqlar 
məclisi  olur.  Qızlar  küləfirəngiyə  toplaşıb  mübahisə  edirlər. 
Molla  Cümə  bu  məclisə gəlib,  ya gəlməyib? Onların  bu nara-
hatlığını  evin  içərisində  aşığın  qulağı  çalır.  Elə  bu  zaman  gö-
zəllərdən  ən  cəsarətlisi  yoxlamaq  üçün  bir  anlığa  qapını  açıb 
baxır, gözləri Molla Cümənin gözlərinə sataşır, sevinir, qapını 
örtüb  rəfiqələrini  muştuluqlayır.  “Gəlib-gəlmədiyini  bildi  qa-
yıtdı” misrası ilə bitən mahnı ordaca dünyaya gəlir və məclisdə 
oxunur.  Məclis  qızışandan  sonra  Molla  Cümə  bir  anlığa  gözü 
çaldığı  gözəlin  yadda  qalan  xarici  görünüşünü  də  mahnıya 
salır. 
 
Qızılgül tək açılıb 
Qarşımıza çıxıbsan. 
Kirpiklərin ox edib 
Bağrımıza çaxıbsan. 
Qola qolbax sarıyıb 
Ələ xına yaxıbsan. 
Şümşad qələm barmağa 
Gümüş üzük taxıbsan. 
Minə kəmər bağlayıb 
                   İncə belin sıxıbsan... 
 
 
El sənətkarının gözəllərə həsr etdiyi mahnılarından gül-
çiçək,  bənövşə  qoxusu  gəlir,  baharın  təravəti  duyulur.  Molla 
Cümə el içərisində ağıllı, kamallı, vəfalı, sədaqətli, gül çöhrəli 
gözəllər gördükdə ilhama gəlmişdir. 
 
Şəninə  tərif  dediyi  gözəllərin  aşıq  həm  də  xarici  görü-
nüşünü  təsvir  edir.  El  qızlarına  zinət  verən,  onları  daha  da 
gözəlləşdirən geyimini də öz tərifinə əlavə edir. 
 
Başında kalağayı 
Baftası ləçək bacına. 
Saçları güləbatın 


 
111 
Teli quyrum çək bacına. 
Qabağı ayna kimi 
Yanağı çiçək bacına. 
Him vurub qaş oynadan  
Sığalı birçək bacına. 
 
 
Molla  Cümə  el  gözəllərini  üzü,  qaşı,  xalından  başla-
yaraq əyninə geydiyi bütün paltarları və bər-bəzəyi ilə birlikdə 
çox  ustalıqla  öz  şeirlərinə  salır.  Bizə  belə  gəlir  ki,  bu  şeirlər 
əsasında  bütün  hərtərəfliliyi  ilə,  yəni  zahiri  və  mənəvi  məziy-
yətlərilə Azərbaycan gözəlinin portretini çəkmək olar. 
 
Güləbətin zülflərini 
Qulaq dibində burursan. 
Şahmar kimi birçəklərin 
Yaraşmış yanağa Məryəm. 
 
Yaxud: 
 
Belində gümüş kəmər 
Yaxasında düyməsi xub. 
Ayağında kişmir tuman 
Taftalı yun geyməsi xub. 
 
 
İnsanın hər şeyi gözəl olmalıdır tezisini də Molla Cümə 
şeirlərində təsdiqləyirdi. 
 
Molla  Cümə  el  qız  və  gəlinlərini  xarici  görünüşüncə 
gözəl  və  mənəviyyatca  isə  təmiz  istəyirdi.  Aşıq  şirin  dilliliyi 
gözəllərin ən ümdə keyfiyyətlərindən biri kimi tərifləyirdi. 
 
Şəhdi şəkər bal sayaq 
Danış şirin dilli yar. 
 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə