Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə31/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   27   28   29   30   31   32   33   34   ...   104

 
102 
mişdir.  Bu  münasibətlə  yenicə  yazdığı  müxəmməsini  o,  belə 
başlayırdı: 
 
Min üç yüz otuz iki, 
Tarixdədir indi sənə, 
Altmışa çatmış yaşım, 
Sevda səndə durur yenə... 
 
Həmin hicri tarix miladiyə çevriləndə 1914-cü il alınır.  
Deməli, bu zaman Molla Cümənin yaşı altmışa çatıbmış. 
Ona  görə  də  aşığın  özünün  dediyi  tarixə  əsaslanaraq  onun 
1854-cü  ildə  anadan  olduğunu  qəbul  edə  bilərik.  Ölüm  tarixi 
isə  1920-ci  ildir.  İndiyə  qədər  biz  yazmışıq  ki,  Molla  Cümə 
1920-ci ildə vəfat etmişdir. Əslində isə Molla Cümə öz əcəli ilə 
ölməyib,  onu  öldürmüşlər,  özü  də  vəhşicəsinə  öldürmüşlər. 
Aşığın ölümü də indiyə qədər bir sirr olaraq qalmaqdadır. Çox 
təəssüf ki, bu barədə heç nə yazılmamışdır. 
Əlbəttə, biz onun şeirlərini toplamaq üçün ekspedisiyaya 
gedərkən bu məsələ barədə də maraqlandıq və çoxlu rəvayətlər 
eşitdik.  Onlardan  bəzilərini  burada  misal  gətirmək  istəyirik. 
Hələ  uşaq  vaxtı  mən  eşitmişdim  ki,  Molla  Cüməni  öz  həyət-
lərində  öldürüblər.  O  zaman  həyətə  soxulan  kənar  adamlar 
özbaşınalıq  etmiş,  aşıq  gəlib  işə  qarışmış,  azğınlaşmış  şəxslər 
isə  onu  öldürmüşlər.  Təxminən  belə  bir  rəvayəti  biz  Qax 
rayonunun Zərnə kəndində aşığın  yaradıcılığının  gözəl  bilicisi 
olan  Əbdülmənaf  Əfəndiyevdən  də  eşitdik.  “Arvadı  və  qızı 
çörək  bişirirmişlər,  şübhəli  adamlar  gəlib  həyətə  doluşur, 
qarışıqlıq  salırlar.  Bu  zaman  aşıq  yaxınlaşır,  dözə  bilmir, 
acıqlanır, o zaman onu doğrayırlar”. Qaxda yaşı yüzü addamış 
Aşıq  Məhəmməd:  “Molla  Cümə  üç  nəfər  yoldaşı  ilə  gedir-
lərmiş,  çiynində  sazı  olub,  tüfəng  bilib  vurub  öldürüblər. 
Öldürənlər  isə  soldat  paltarında  şübhəli  adamlar  idi,  tanıma-
yıblar, səhvən öldürüblər”. Məsələ  burasındadır ki, aşıq 1920-
ci  ilin  may  ayında  öldürülmüşdür.  Bu  zaman  Şəki-Zaqatala 


 
103 
zonasında  Sovet  hakimiyyətinin  qələbəsi  uğrunda  mübarizə 
aparılan  bir  dövrdür.  Bəzi  rəvayətçilər  aşığın  məhz  belə  bir 
qarışıq zamanda öldürüldüyünü söyləyirlər.  
1961-ci  ildə  Şəkidə  ekspedisiyada  olarkən  internat  mək-
təbinin dil və ədəbiyyat müəllimi Cahangir Qazıyevlə tanış ol-
duq. O, bir neçə il idi ki, aşığın şeirlərini toplamaqla, tərcüme-
yi-halını  öyrənməklə  məşğul  idi.  C.Qazıyev  o  zaman  “Şəki 
fəhləsi” qəzetində Molla Cümə haqqında dərc etdirdiyi bir mə-
qaləsini lütflə bizə təqdim etdi. Məqalədə Molla Cümənin ölü-
mü  haqqında  aşağıdakı  sözlər  yazılmışdı:  “1920-ci  ilin  may 
ayının əvvəllərində XI Qızıl Ordunun hissələri Şəkidən Zaqata-
laya  doğru  gedərkən  bu  yolun  ətrafındakı  kəndlərin  varlıları 
orduya  müqavimət  göstərmək  fikrinə  düşürlər.  Burada  atışma 
başlayır.  Bir  çox  yoxsul  kəndli  ilə  orduya  qarşı  mübarizə 
aparanların arasında qalır. Molla Cümə də yoxsulların yanında 
idi. Bu vaxt ona güllə dəyir.  
Şəkinin  Baş  Göynük  kəndindən  olan,  sənəti  etibarı  ilə 
feldşer  Yaqub  Əkbərov  doğma  dayısı  Mahmud  müəllimin  he-
kayəsini olduğu kimi bizə nəql elədi. Mahmud o zaman Aşağı 
Layisqidə  müəllimlik  edirmiş.  Şəki-Zaqatala  tərəfdə  qarışıqlıq 
düşən  vaxtı,  yəni  Sovet  hakimiyyətinin  qurulmasına  qarşı  Za-
qataladan olan Hafiz Əfəndiyevin düzəltdiyi əksinqilabi qiyam 
zamanı məhz burada – Aşağı Layisqidə qaçhaqaç düşür. (Aşağı 
Göynük, Aşağı Layisqi Şəki ilə Qaxın arasındakı yolun üstün-
dəki kəndlərdir). Çünki XI Qızıl Ordunun əsgərləri  ilə qiyam-
çılar  arasında  atışma  olur.  Camaat  dağlara  çəkilir.  Bu  zaman 
Mahmud müəllim də qaçırmış, özü də atnan qaçırmış. O danı-
şır ki, atnan gedirdim. Bir də gördüm ki, Molla Cümə çiynində 
də saz yol ilə çox sakitcə yeriyir. Nə qədər təkid etdim ki, gəl, 
min ata, qaçaq, razı olmadı, cavab verdi ki, mən aşıq babayam, 
mənə  heç  kim  heç  nə  eləməz,  heç  bir  yerə  qaçmaram,  qonşu 
kəndə gedirəm. Mən atla uzaqlaşandan sonra güllə səsi eşitdim. 
Məncə bu güllə Molla Cüməyə dəydi. Hər halda bu rəvayətdə 
müəyyən  həqiqət  ünsürü  olsa  da,  xalq  arasında  tez-tez  təkrar 


 
104 
olunan danışıqdır. Çoxlu rəvayətlər təxminən bu məzmuna gə-
lib çıxır. 
Molla  Cümənin  qızı  Reyhan  xanım  atasının  ölümü  haq-
qında belə danışır:  əvvələn, atam nə özü kənddən çıxıb, nə də 
ailəsini heç yerə qaçmağa qoymamışdır. O zaman Aşağı Layis-
qi  kəndinin  əksər  camaatı  dağlara  qaçmışdı.  Ancaq  Molla 
Cümə ailəsi ilə birlikdə kənddə qalıb. Onda elə bir qənaət olub 
ki,  sənətkar  adamdır,  ona  heç  kim  heç  nə  eləməz.  O  biri 
tərəfdən  gələnlərin,  -    XI  Qızıl  Ordunun  kim  olduğunu  Molla 
Cümə çox yaxşı bilirdi. Ona görə də kənddən çıxmayıb, onların 
yolunu gözləmişdir... 
Şəkinin  Aşağı  Layısqi  kəndində  yaşı  yüzə  çatmış  İdris 
Mustafayev  (o,  Molla  Cümənin  uşaqlıqdan  dostu  olmuşdur) 
söyləyir ki, doğrudan da əksinqilabçıların qiyamı kəndə, cama-
ata  çox  zərər  vurdu.  Bu  atışma  zamanı  səhvən  çox  adamlara 
güllə dəydi. Onlar  ya  yaralandı,  yaxud da öldülər. Atışma ge-
dən  kəndlərdə  sonra  çoxlu  ölü  yığılıb  basdırıldı.  İ.Mustafayev 
davam  edir:  təxminən  may  ayının  axırları  idi,  ara  nisbətən 
sakitləşmişdi, adamlar yerbəyer edildi. Bir də yolun kənarında 
olan  kolluqdan  nəsə  ağır  bir  qoxu  hiss  edilir,  camaat  şübhə-
lənir, gedib baxırlar, bir neçə insan cəsədi tapırlar. Molla Cümə 
də  onların  arasındadır.  İdris  dayı  göstərir  ki,  Molla  Cüməni 
yolun  alt  tərəfində  şəxsən  mən  özüm  bax  bu  əllərimlə  bas-
dırmışam.  Özü  də  üzü  aşağı  yatdırılmışdı.  Bir  necə  yerdən 
qılınc yarası vurulmuşdur, sifəti tanınmaz olmuşdu, aşığı yalnız 
paltarlarından tanıdıq. İdris Mustafayev davam edir ki, kəndin 
bu mötəbər adamlarını aparan və məhv edən o zaman müxtəlif 
yollarla hətta orduya belə soxulan, özü də əslən Şəkinin Səbətli 
kəndindən  olan  millətçilər  idilər.  Onlar  Molla  Cüməni  tək 
aparmağa  ehtiyat  etmiş,  çünki  bu,  müəyyən  şübhə  doğura 
bilərdi,  bir  çox  işlərin  üstünü  açardı,  həm  də  xalq  buna 
qətiyyən  icazə  verməzdi.  Ona  görə  də  kəndin  ən  hörmətli 
adamlarından - qocalardan bir neçəsini seçmiş və aldadıb aşıqla 
birlikdə aparıb tələf etmişlər. Beləliklə, 1920-ci ilin may ayının 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə