Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə29/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   25   26   27   28   29   30   31   32   ...   104

 
95 
QALIBDIR 
Ay ağalar, ixtiyarsız dünyadır, 
Neçələrin ötgün sözü qalıbdır. 
Neçə uluların, neçə qazının, 
Neçə əfəndinin yazı qalıbdır. 
 
Neçələrin bala durmaz yuvada, 
Neçələrin əli qalmaz duada, 
Neçələri dövran sürür dünyada, 
Neçələrin seyri, düzü qalıbdır. 
 
Neçələri xınalayır əlləri, 
Neçələri döşə düzür gülləri, 
Neçələri nicələyir belləri, 
Neçə gözələlrin nazı qalıbdır. 
 
Neçələri mərhum olur beşində, 
Neçələri ölür otuz beşində, 
Neçələri gedir doxsan yaşında, 
Neçələrin gündə gözü qalıbdır. 
 
Mən Cüməyəm xoş keçinmir zamanım, 
Axirətdə qarşı gəlsin imanım, 
Beş gün dövr etməyə gəlmir gümanım, 
Ol Aşıq Rəcəbin sazı qalıbdır. 
                                      1989 
        
 
                    El sənətkarının sorağında 
 
1961-ci  ilin  oktyabrında  Molla  Cümənin  şeirlərini  topla-
yan  ekspedisiyamız  Şəkinin  Baş  Göynük  kəndinə  gəlmişdi. 
Ağsaqqallarla,  şeir  həvəskarları  ilə  görüş  zamanı  ədəbiyyat 
müəllimi Şərif İdrisovu nişan verdilər. Dedilər ki, o, müharibə 


 
96 
illərindən  aşığın  şeirlərini,  haqqında  rəvayətləri  toplayır.  Şərif 
müəllimlə  ətraf  kəndləri  dolaşdıq.  Molla  Cümənin  bir  sıra 
şeirlərini yığdıq. Bunlar aşığın 1966-cı ildə çıxan kitabına daxil 
edildi. 
Şərif İdrisov uzun illərdir Molla Cümənin müasirləri, ya-
xın dostları, qohumları, şagirdləri, pərəstişkarları ilə söhbət-lər 
aparıb çoxlu materiallar əldə etmişdir. 
Yaxud  “İsmi  Pünhan”  məsələsini  götürək.  Molla  Cümə 
öz ilk məhəbbətinin adını ona görə gizlətmişdir ki, o çox varlı, 
həm  də  dindar  bir  şəxsin  qızı  idi.  Ş.İdrisov  həmin  məsələ  ilə 
bağlı şeirlərdən birisini şifahi dildən tapıb yazıya almışdır. 
Unutmaram ismin, eylərəm əzbər, 
İki Mim Rey, Yeyin üstündə dilbər. 
Son  misrada  olan  hərflərdən  Məryəm  adı  alınır.  Bu  da, 
bizcə  “ismi pünhan”la əlaqədar olan  mübahisələrə Ş.İdrisovun 
əlavəsidir. O, Molla Cümənin erməni  aşığı Donu ilə deyişmə-
sini də şifahi dildən yazıya alıb. Bu deyişmənin Molla Cüməyə 
aid  hissəsi  məlum  idi.  Aşıq  Donunun  sözlərini  isə  ilk  dəfə 
Ş.İdrisov yazıya almışdır.  
Molla  Cümə şeirlərində özünü  Layisqili adlandırır. Təd-
qiqatçılar da aşığı Aşağı Layisqili sayırlar. Ş.İdrisovun axtarış-
larından  sonra  gəldiyi  nəticə  isə  belədir:  “Cümə  Şəki  rayo-
nunun  Baş  Layisqi  kəndinin  Qumux  hissəsində  Həşim  Şağa 
adlanan  məhəllədə  anadan  olmuşdur.  Atası  Salah  kişi  Abbas-
kəndinə (Selbasana) köçmüş, bir müddətdən sonra həmin kəndi 
sel aparmış, ondan sonra Aşağı Layisqidə məskən salmışdır”. 
Topladığı  materialları Ş.İdrisov  indi səliqəyə salıb Bakı-
ya  gətirmişdir.  Burada  Molla  Cümənin  gəraylı,  qoşma, təcnis, 
divani,  deyişmə,  ustadnamə,  dastan  və  s.  ibarət  çoxlu  əsərləri 
toplanmışdır. 
Şərif  İdrisov  1937-ci  ildən  doğma  kəndi  Baş  Göynükdə 
müəllim,  tədris  hissə  müdiri,  məktəb  direktoru  vəzifələrində 
işləmişdir.  Ədəbiyyat,  şeir  həvəskarıdır,  bədii  yaradıcılıqla  da 
məşğul olur. Doqquz uşaq atasıdır. 


 
97 
M.F.Axundovun  anadan  olmasının  150  illiyi  münasibə-
tilə  yazdığı  “Görüş”  pyesi  1962-ci  ildə  Şəki  xalq teatrında  ta-
maşaya  qoyulmuşdur.  Molla  Cümənin  həyat  və  yaradıcılığına
həsr etdiyi “İsmi Pünhan” pyesini tamamlamışdır. Molla Cümə
haqqında  “Şəki  fəhləsi”  qəzetində  məqalələr  çap  eləyib,  yeni
şeirlərindən nümunələr də vermişdir.
Şərif İdrisov Böyük Vətən müharibəsi iştirakçısıdır. Mü-
haribənin  ilk  günü  cəbhədə  olub.  Vətən  müharibəsi  əlili  kimi
vaxtından  beş  il  əvvəl  pensiyaya  çıxmış,  indi  Molla  Cümənin
həyat və yaradıcılığı üzərində tədqiqat işlərini davam etdirir.
                                                      Paşa Əfəndiyev
                                                         professor
                                                                1981
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Aşıq Məhəmməd Həsrətov,
Balakən rayonu İti tala kəndi
Reyhan xanım,
Molla Cümənin qızı
Yunis Təhməzov,
Qax rayonu İlisu kəndi
Molla Cümənin şeirləri
"Hophopnamə"-nin səhifələrində


 
98 
MOLLA CÜMƏ 
(1854-1920) 
                                           
Klassik  Azərbaycan  aşıq  poeziyasının  görkəmli  nüma-
yəndələrindən  biri  də  Molla  Cümədir.  Molla  Cümə  həyatı, 
yaradıcılığı, poetik aləmi etibarilə maraqlı bir şəxsiyyət olmuş-
dur.  O,  zəngin  ədəbi  irs  qoyub  getmişdir.  Təəssüf  ki,  bu  irsin 
öyrənilməsinə gec başlanmış, aşığın  yaddaşlarda yaşayan  yüz-
lərlə  şeiri  itib-batmış,  ayrı-ayrı  şəxslərdə  olan  onlarla  şeirinin 
əlyazması  bizə  gəlib  çatmamışdır.  Altmışıncı  illərdə  bir  neçə 
dəfə  Şəki,  Qax,  Zaqatala,  Balakən  rayonlarının  kəndlərini  do-
laşmış, aşığın şeirlərindən ibarət bir neçə əlyazması əldə etmi-
şik.  O  zaman  aşıqlarla,  hətta  Molla  Cümə  dövrünün  adamları 
ilə söhbət aparmış, onların dilindən çoxlu şeirlər, xatirələr yaz-
mışıq.  Şəkinin  Baş  Göynük  kəndində  Salman  Ərəbov,  Aşağı 
Göynükdə Mehralı Həşimov, İdris Mustafayev, Qax rayonunun 
İlisu  kəndində  Yunis  Təhməzov,  Cəmil  Həmzəyev,  Qaxbaş 
kəndində  Aşıq  Rəfi,  Zərnədə  Zeynalabdin  və  Əbdülmanaf 
Əfəndiyev qardaşları, Lələpaşa kəndində Şirin Cəlilov, Zaqata-
lanın  Çobankol  kəndində  Aşıq  Kazım,  Kəpənəkçi  kəndində 
Murtuzəli,  Balakən  rayonunun  İtitala  kəndində  Aşıq  Məhəm-
məd  (o,  Molla  Cümənin  şagirdi  olmuşdur)  və  başqaları  aşığın 
əksər  şeirlərinin  əzbərdən  söylədilər.  Bir  zaman  Molla  Cümə-
nin  əsərlərinin  toplayıcıları  –  Şəki  şəhər  internat  məktəbinin 
dil-ədəbiyyat  müəllimi  Cahangir  Qazıyev,  Baş  Göynük  orta 
məktəbinin  müəllimi  Şərif  İdrisov,  aşığın  qız  nəvəsi  Mövlud 
Əzizovla  da  tanış  olduq.  Bütün  bu  axtarışların  bəhrəsi  olaraq 
1966-cı ildə aşığın ilk kitabı çap edildi. İyirmi ilə yaxın bir vaxt 
ərzində  apardığımız  axtarışların  nəticəsi  kimi  biz  yenidən 
aşığın şeirlərini toplayıb nəşriyyata təqdim etmişik. Bu şeirlərin 
böyük əksəriyyətini aşığın əlyazmasından götürmüş, bəzilərini 
isə  eldən  toplayıb  saf-çürük  etdikdən  sonra  kitaba  daxil 
etmişik.  Molla  Cümə  olduqca  məhsuldar  bir  sənətkar  olmuş-
dur.  Bəlkə  də  aşıq  poeziyasının  elə  bir  şəkli  olmayıb  ki, 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə