Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə25/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   21   22   23   24   25   26   27   28   ...   104

 
80 
Molla  Cümənin  ədəbi  irsi  içərisində  həcvlər  mühüm  yer 
tutur.  XIX  əsrdə  ümumiyyətlə  ədəbiyyatımızda  satiranın  inki-
şafı ilə əlaqədar həcv də geniş yayılmışdır. 
Aşıq Cümə həcvlərinin çoxusunda bu və ya digər varlını, 
din  xadimini,  alverçi  və  ya  mülkədarı  kəskin  tənqid  atəşinə 
tutmuşdur. 
Molla  Cümə  yaradıcılığında  fırıldaqçı  din  nümayən-
dələrinə kəskin nifrət vardır. Çox xarakterikdir ki, Molla ləqəbi 
götürən aşıq çəkinmədən mollaları qamçılayır. Özü dı bu təsa-
düfi deyil, qərəzlə deyil, münasibətdən münasibətə deyil, məhz 
ideyadan irəli gələn tənqiddir. Bu şeirlərlə Molla Cümə yolunu 
azan  din  nümayəndələrinin  bütün  fırıldaqlarını  üzünə  deyir, 
min cür yollarla xalqı aldadıb malını əlindən aldıqlarını açıqca 
göstərir: 
Mənim kəftarıma yaxşı deməzsən, 
Nə keçir könlündən, kimə əvəzsən? 
Yediyin haramdır, halal yeməzsən, 
Gəl çəkmə xalçanı qırağa, molla. 
Molla  Cümənin  həyat,  mühit,  insanlar  və  münasibətlər 
haqqında  şeirləri  onun  dünyagörüşünü  aydınlaşdırmaq  üçün 
bizə mühüm material verir. Bu şeirlər göstərir ki, Molla Cümə 
həyata,  mühitə  və  onda  olan  ziddiyyətlərə  açıq  gözlə  baxan, 
onların səbəblərinə varmaq istəyən, düşünən, axtaran bir sənət-
kar  olmuşdur.  Şair  həmişə  haqsızlığı,  varlı-güclü,  yoxsul-zəif 
məsələlərini  demokratik  cəbhədən,  xalq  cəbhəsindən  təhqir 
etməyə çalışmışdır. 
Aşığın  dərdi  şəxsi  dərd  deyil,  el,  xalq,  dərdidir.  O, 
özbaşınalıqdan, dərəbəylikdən şikayətlənir, ağıla, kamala, elmə 
qiymət  verən  yoxdur,  qolu  güclülər,  namərdlər  dünyasıdır,  - 
deyir. 
Molla  Cümənin  ictimai  movzuda  da  şeirləri  çoxdur. 
Bunlardan  bəziləri  bilavasitə  aşığın  məşğuliyyəti,  əmək  və 
zəhməti  ilə  əlaqədardır.  Buna  misal  olaraq  “Ay  arvad”  və 


 
81 
“Sərçələr”  rədifli  şeirlərini  göstərə  bilərik.  Aşıq  arvadına 
müraciətlə o dövrün bir sıra məsələlərini belə qələmə almışdır: 
Ağyazlıda taxılımız zay oldu, 
Bu ilki il kəsəkənlər bay oldu. 
İnanmıram, çəltikdən də pay oldu; 
Qazı kimi it ortaqdı, ay arvad. 
 
Məsdilərin üstümüzdə borcu var, 
Saldat pulu, bir də mirab xərci var, 
İki qəvlə otuz manat töycü var, 
Az demirəm, hələ çoxdu, ay arvad. 
Təbii ki, bu şeir o zaman vergilər altında inləyən, ehtiyac 
içərisində yaşayan xalqların dərdi idi. 
Xalq  içərisindən  çıxmış  igidlər  –  kəndli  hərəkatı  başçı-
larına  el  sənətkarları  həmişə  rəğbət  bəsləmişlər.  Belə  qəhrə-
manlar  xüsusilə  XIX  əsrdə  çox  yetişmiş,  hətta  dillərə,  dastan-
lara  belə  düşmüşdülər:  Adıgözəl,  Yarəli,  Dəli  Alı,  Qaçaq  Kə-
rəm,  Cavadoğlu,  nəhayət  ən  böyük  və  sevimli  qəhrəmanlar 
Qaçaq  Nəbi,  (bu  qəhrəmanların  hamısının  haqqında  aşıq  şeir-
ləri,  xalq  mahnıları,  epizod,  xatirə  və  dastanlar  vardır).  Molla 
Cümə  də  belə  igidlərdən  olan  Cavadoğlunun  rəşadətinə  şeir 
qoşmuşdur. 
Cavadoğlunun qəhrəmanlığı, qorxmazlığı,  həddindən ar-
tıq igid və çevik olması haqqında indi də Nuxada danışırlar. O, 
dəfələrlə çar hökümətinin məhz onu tutmaq, əsir etmək, yaxud 
məhv etmək üçün göndərdiyi qoşunla döyüşdə qalıb çıxmışdır. 
Xarakterik cəhət budur ki, aşıq qorxusundan həmin şeirin sonu-
na öz təxəllüsünü qoymamışdır. Şeirin yazılma tarixi yoxsa da, 
vuruşun  harda  getməsi,  qoşunların  sayı,  yerli  bəylərdən  kimin 
canfəşanlıq  etməsi  və  s.  haqqında    düzgün  məlumat  almaq 
mümkündür. 
 
Ağalar, guş tutun, 
Mən sizə əlanı deyim, 


 
82 
Seydi tək çöldə gəzən 
Bir neçə oğlanı deyim. 
 
Məhəmməd Cavadoğlu, 
İgidlərin xanı deyim, 
Rüstəmi zal, Muxtarı, 
Əhmədi, Aslanı deyim. 
 
İstərəm İsgəndərə 
Zülfüqarı sanı deyim. 
 Molla  Cümə  Azərbaycan  aşıq  yaradıcılığının,  xalq 
şeirinin  bütün  şəkillərində  əsərlər  qoyub  getmişdir.  (Qoşma, 
gəraylı,  cığalı  gəraylı,  divani,  təcnis,  cığalı  təcnis,  hərf  üstə 
təcnis,  yedəkləmə  təcnis,  sallama  qafiyə,  əvvəl-axır,  əlifləmə, 
bayatı,  müxəmməs,  müsəddəs,  bağlama,  deyişmə,  ustadnamə, 
hərbə-zorba, həcv və dastan). 
Bizə hələlik Cümənin iki dastanı məlumdur. “Səyyad və 
Səyalı”, “Molla Cümə və Aşıq Könlü”. İkinci dastandan təxmi-
nən 80 bənd əldə etmişik. Bu qoşmalar və Könlünün deyişmə-
lərindən ibarətdir. (Həmin dastanı hər iki şəxsin dilindən Cümə 
özü söyləmişdir). 
Onu  da  əlavə  edək  ki,  bu  dastandakı  bağlamaların  bir 
hissəsi “Abbas və Gülgəz”, “Valeh və Zərnigar” və başqa das-
tanlarımızda  olan  dini  mövzulara  aid  deyişmələri  xatırladır. 
Məlum olan əlyazmalarında Molla Cümənin elə şeirləri  vardır 
ki,  onlar  (xüsusilə  forma  cəhətdən)  tədqiqata  möhtacdır  və 
bunların  təhlili  Azərbaycan  aşıq  və  xalq  poeziyasının  bir  sıra 
forma  xüsusiyyətlərinin  aydınlaşdırılmasında  ədəbiyyatşünas 
və folklorşünaslarımıza gözəl və yeni material verə bilər. 
                                                                                                          
1966 
 
 
 


 
83 
Bir daha Molla Cümə haqqında 
 
Molla Cümə haqqında bu qeydlərimizi yazmaqda məqsə-
dimiz  indiyə  qədər  ədəbiyyatşünaslığımızda,  folklorşünaslığı-
mızda aşığın adı barəsində buraxılan bir səhvi islah etməkdir. 
Məşhur ədəbiyyatşünas  və  folklorşünas Salman  Mumtaz 
1927-ci  ildə  çap  etdirdiyi  “El  şairləri”  kitabında  aşığın  adını 
“İlisulu Molla Cümə” yazmışdır. Həmin kitabın ikinci nəşrində 
isə sadəcə “Cümə” getmişdir. Akademik H.Araslının redaktəsi 
və  müqəddiməsilə  çap  olunan  “Aşıqlar”  kitabında  deyilirdi: 
“Molla Cümə XIX əsrin sonları və XX əsrin əvvəllərində Qax 
rayonunda yaşamışdır”. 
30-cu  illərdə  Molla  Cümənin  şeirlərini  məşhur  folklorçu 
H.Əlizadə  çap  etdirmişdir.  Aşığın  qızı  Reyhan  xatırlayır  ki, 
H.Əlizadə  hətta  bir  neçə  gün  onların  evində  qalmış  əlyaz-
malarını nəzərdən keçirib çoxlu şeirlərinin üzünü köçürmüşdür. 
Tədqiqatçı “Aşıqlar” kitabının birinci cildində Molla Cümənin 
“Vücudnamə”sini vermişdir. 
Şeirdə oxuyuruq: 
Binəm Layisqiyə düşübdür mehman, 
Pədərim Salahdır, madarım Reyhan, 
Vələdim Həsəndir, adım Süleyman 
Familim Molla Oruc, ədnasıyam mən. 
Bu  şeirin  nəşrindən  sonra  bütün  kitablara  aşığın  əsil  adı 
Süleyman kimi daxil olmuşdur. Akademik F.Qasımzadə,  folk-
lorşünas Ə.Axundov da belə yazmış, aşığın 1966-cı ildə Azər-
nəşr  tərəfindən  buraxılan  kitabında  da  belə  qeyd  edilmişdir. 
Filologiya elmləri namizədi M.Yarəhmədov aşığın hətta famil-
yasını  göstərmişdir:  Orucov  Süleyman  Salah  oğlu.  Sonra  şair 
V.Qafarov  rusca  çap  etdirdiyi  məqaləsində  Cümə  əvəzinə 
Süleyman  Orucov  yazmışdır.  İllər  uzunu  adı,  təxəllüsü  xalqın 
dilinin  əzbəri  olan  şairlərə  təzədən  familiya  “düzəltməyə”  nə 
ehtiyac var? 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə