Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə39/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   35   36   37   38   39   40   41   42   ...   104

 
129 
Nə zülmünən alağını çəkibdir, 
Ayaqyalın Reyhan qarı, sərçələr! 
Molla  Cümənin  «Ay  arvad»  rədifli  şeirinə  nəzər  salaq. 
Şeir aşığın dilindən arvadına müraciətlə söylənmişdir: 
Ağyazlıda taxılımız zay ola, 
İndən belə kəsəyənlər bay ola, 
İnanmıram çəltikdən də pay ola… 
«Üç  ildir  ki,  yarımçıqdır  xanamız»  –  deyən  aşıq  evini 
tikib  qurtarmağa  imkanı  olmadığından,  güzəranının  ağır  keç-
məsindən şikayətlənir: 
Soruşursan neçə-neçə halım var, 
Ev tikəsi nə ustaya pulum var, 
Quyruğu yox, dişləri yox kəlim var, 
Nagah ölsə evim yıxdı, ay arvad. 
Ulu  söz  sərrafı  həmin  şeirin  başqa  bir  bəndində  o  zaman 
qoyulan ağır vergilərdən təngə gəldiyini bildirir: 
Məşədilərin üstümüzdə borcu var, 
Saldat pulu, bir də Mirzə xərci var, 
İki koxa, otuz manat töycü var, 
Az deyirəm, hələ çoxdu, ay arvad. 
Aşığın  arvadına  müraciətlə söylədiyi  bu şeir, şübhəsiz, o 
zaman  ehtiyac  içərisində  yaşayan  ümumi  xalqın  dərdi  idi. 
Molla Cümə çar məmurları və yerli zülmkarlardan yaxa qurtar-
maq  üçün  arvadına  xitab  etməklə  xüsusi  bir  priyom  işlətmiş, 
məsələyə  sadəcə  evə,  ailəyə  məxsus  bir  don  geydirmişdir. 
Ancaq  diqqət  etdikdə  aşığın  etirazının  xalqın  şikayətilə  birləş-
diyinin şahidi oluruq: 
Mən Cüməyəm, bir murada irmədim,  
Ha ki, cəfa çəkdim səfa sürmədim, 
Bu dünyada yaxşı bir gün görmədim, 
Haqqın dərgahında bədbəxt qul oldum. 
O, əzabların və xoşbəxtliyin səbəbini dünyada, zəmanədə, 
hətta fələkdə görür. Ona görə də şeirlərində bəzən zəmanədən, 
fələkdən şikayətlənir: 


 
130 
Çoxlarına tər bənövşə iylədir, 
Çoxlarını gecə-gündüz göynədir, 
Çoxlarını dırnaq üstə oynadır, 
Çoxlarına tanbur çalan dünyadır. 
 
…Molla Cümə, sənin kimi aşığı, 
Kəmənd ilə çəkən dara dünyadır. 
Səciyyəvidir,  klassik  aşıq  yaradıcılığında  kama  yetməz-
lik, butasına, sevgilisinə qovuşa bilməmək böyük bir dərd kimi 
təsvir olunur. Bu dərd böyüyür, məhəbbət sərhədlərini keçərək 
elin,  xalqın  ümumi  dərdi  kimi  ictimai  bir  rəng  alır.  Ustadların 
dərdləri, kədərləri bu yolla elin dərdinə qovuşur, onunla birləşir 
və o zaman daha böyük ictimai məzmun alır. 
Ey cahan içrə olan 
Ömrü-günü qara Cümə. 
Möhnətin, hicrin əlindən 
Düşübsən avara Cümə. 
 
Xalq ara sirlərini 
Etməyən aşkara Cümə, 
Dili şikəst, özü miskin 
Kimsəsiz, biçara Cümə. 
Ta ölüncə bu yarın 
Sevdası sərdə qalacaqmı? 
Molla  Cümənin  çox  kəsərli  deyilmiş  həcvləri  də  vardır. 
Aşıq  bunları  o  zaman  ayrı-ayrı  bəy,  xan,  torpaq  sahibləri, 
yaramaz  adamların  üzünə  söyləmişdir.  Bu  həcvlərdə  tiplər, 
günahkarlar  öz  adları  ilə  ifşa  olunur.  «Hacı  Kərimi  həcv», 
«Molla»,  «Axsaq  Laçın»,  «Dəllək  salam»,  «Səid»,  «Cavad 
ağa» və s. şeirləri buna misal göstərmək olar. 
Molla  Cümənin  təcnis  və  bağlamaları  da  maraqlıdır. 
Bağlamalarda  aşıq  bu  və  ya  digər  şəkildə  müəmmalı  fikirlər 
söyləyir,  dinləyicilərini,  rəqibi  düşünməyə  sövq  edir.  Bu 


 
131 
cəhətdən  onun  «Gəlirəm»  rədifli  bağlaması  böyük  maraq 
doğurur. 
Görkəmli  sənətkarın  təcnis  növündə  yazdığı  şeirləri  də 
müxtəlifdir.  Bir  sıra  təcnislərdə  bütün  misralar  eyni  hərflə 
başlayır:  «Zəhmətim  əşəddir,  bülbülüm  gülsüz»  təcnisinin 
bütün  misraları  «z»,  «Muştuluq  sevdiyim,  istəkli  dostum» 
təcnisininki  isə  «m»  üstündə  qurulmuşdur.  «k»  üstündə 
qurulmuş bir təcnisə diqqət edək: 
Kəşf etdik çölləri divana düşdük, 
Kələyə, qovğaya, divana düşdük, 
Göstərdin camalın divana düşdük, 
Kərəm et Cüməyə ya dili göyçək. 
Bütün  göstərdiyimiz  şeirlərlə  yanaşı,  Molla  Cümə  yara-
dıcılığında  əsas  yeri  məhəbbət  lirikası  tutur.  Aşığın  müxəm-
məs, gəraylı, divani, təcnis  və deyişmələrindəki  yüksək sənət-
karlıq,  ülvi  məhəbbət  hissləri,  nəhayətsiz  həyat  eşqi,  canlı  və 
təbii lirik duyğular, əxlaqi-estetik duyumlar kütlələrin zehninə, 
təfəkkürünə,  dünyagörüşünə  güclü  təsir  göstərir,  onları  daim 
düşündürür. 
Molla  Cümə  gəncliyindən  başlayaraq  ustad  sənətkarların 
ədəbi irsini dərindən öyrəndiyi üçün onun yaradıcılığı getdikcə 
zənginləşmiş və bənzərsiz bir orijinallıq kəsb etmişdir. Belə ki, 
o,  özündən  əvvəlki  poeziyanın  bəzi  xüsusiyyətləri  ilə  bir 
səsləşən  əsərlər  yaratmış  və  onlara  oxşatmalar  yazmışdır.  Ən 
başlıcası  isə ulu ustad özünə qədər  deyilməyən  fikirləri böyük 
ustalıqla  müxtəlif  şəkildə  təcəssüm  etdirmişdir.  Molla  Cümə 
hər şeydən əvvəl gözəllik aşiqidir. Onun «Pəri» rədifli müxəm-
məsində gözələ xas olan bütün əlamətləri görmək olar: 
Yəqin bil kərəm kanı, 
Mən yanıram ataşına. 
Mayılam camalına, 
Həm gözünə, həm qaşına, 
Yıxılım ayağına, 
Durub dolanım başına, 


 
132 
Həm sənə qurban olum, 
Həm də sənin yoldaşına, 
Yoldaşın pərvazdı gəlin, 
Xub yerişin qazdı gəlin, 
Bu necə əndazdı, gəlin, 
Baxışın şahbazdı, gəlin, 
Doğmuşsan şəmsü qəmər, 
Gül didarın yazdı gəlin. 
Ey bahar yazım, 
Durna avazım, 
Əlimdə sazım, 
Eşit niyazım. 
Aç qolunu qucaqlaşaq, 
Demək nə lazım. 
Oynatsın Molla Cümə, 
Şamama tək səni pəri. 
Misralardakı axıcılıq, şirinlik, canlı portret gözəlliyi oxu-
cunu  vəcdə  gətirir.  Aşıq  bir  qitədə  dörd  dəfə  şeirin  şəklini 
dəyişdirir. Eyni qitədə bir hissədən o birisinə elə ustalıqla keçir 
ki, oxucu onun sənətkarlığına heyran qalır. Hecaların sayı dəyi-
şərkən,  bir  hissədən  o  biri  hissəyə  keçilərkən  əlaqə  yaradan 
sözlər işlədilir. Məsələn, birinci səkkiz misranın sonunda gələn 
«yoldaş» sözü ikinci hissəyə, ikinci altı misranın sonunda rədif 
kimi  işlənən  «yaz»  sözü  ikinci  hissəyə  keçid  vasitəsi  kimi 
işlədilir. Bu cür sənətkarlıq xüsusiyyətlərinə görə aşıqlar Molla 
Cüməni müxəmməsin atası adlandırmışlar. 
Kəndlərdə, eldə, obada, elin  bəzəyi,  yaraşığı olan el qız-
larını  Molla  Cümə  böyük  ilhamla  vəsf  etmişdir.  Əliabadda 
Məryəm,  Çobankolda  Nigar,  Ənbərçayda  Güllü,  İlisuda  Şirin-
can,  Qımırbazarda  Firdövs,  Marsanda  Reyhan,  Almalıda  Tü-
kəzban, Şotavarda Leyli, Tasmalıda Gülüzar, Güllükdə Fətmət, 
Talada  Həlmət  və  başqaları  Molla  Cümənin  şeirlərində  vəsf 
olunmaları ilə fəxr edirlər. 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə