Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə46/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   42   43   44   45   46   47   48   49   ...   104

 
153 
Əhmədov  Məhəmməd  Əhməd  oğlu  (Aşıq  Məhəmməd) 
Qaxda  yaşayırdı,  100-dən  artıq  yaşı  vardı.  Gözləri  yaxşı  gör-
mürdü.  ən  çox  Molla  Cümədən  şeir  bilir,  çoxlu  xatirələr 
söyləyirdi. Molla Cümənin apardığı məclislərdə iştirak etmişdi. 
Çox  qocaldığından  Molla  Cümənin  bir  sıra  şeirləri  və  bir  çox 
şeirlərin  də  bəzi  bəndləri  yadından  çıxmışdı.  Molla  Cümə 
haqqında  danışmağı  xahiş  etdikdə  aşağıdakı  sözləri  dedi: 
“Ortaboylu, dolubədənli adam idi, kiçik saqqalı olardı, iri, qara, 
aralı  qaşları  var  idi,  ağbəniz  idi.  “Özünün  yaxşı  səsi  yox  idi, 
bütün  saz  havalarından  xəbərdar  olmasına  baxmayaraq,  yaxşı 
saz çala bilmirdi. Onun sazı ürəyi olubdur. Maşa, odun, xəncər 
götürüb coşar və oxuyardı, özü də həmişə şagirdləri ilə olardı, 
nə  görsə,  nədən  təsirlənsə,  o  saat  şeir  deyərdi,  şagidləri  də 
yadda  saxlar  və  sonra  oxuyardılar.  Bir  milyon  da  versələr, 
Molla Cümə xoşu gəlməyən yerdə oxumazdı, deyərdi ki, mənə 
həqiqi  insanlar  məclisi  lazımdır.  Xoşuna  gələn  məclisdə  isə 
hətta təmənnasız nə qədər desən, oxuyardı. Aşağıdakı bayatını 
çox xoşlayar, və tez-tez deyərdi. 
 
İlisuda olaydım, 
Şişələrə dolaydım, 
İlisi qızlarının  
Nişanlısı olaydım. 
 
Onun  şagirdlərindən  Aşıq  İsmayıl  məşhur  idi.  1925-ci 
ildə  Ağamalı  oğlu  böyük  olanda  İsmayılı  Zaqataladan  Bakıya 
Təbriz  qəstininə  aparıblar”.  Aşıq  Məhəmməd  Molla  Cümənin 
ölümü haqqında belə dedi: “Molla Cümənin özü ilə bərabər üç 
yoldaşı  da  gedirmişlər,  çiynində  sazı  olub,  tüfəng  bilib  vurub 
öldürüblər, öldürənlər isə erməni soldatları idi, tanımayıblar”. 
Qax  rayonu,  Zərnə  kəndi,  Əfəndiyev  Zeynalabdin.  Özü 
şeir də qoşur, yaxşı saz çalır, sazın müşayiətilə şeirləri ifa edir. 
Ümumiyyətlə, Şəki-Zaqatala zonasının aşıqları haqqında yaxşı 
məlumatı  var.  Ən  çox  sevdiyi  sənətkar  Molla  Cümədir.  Onun 


 
154 
çoxlu  şeirlərini  bilir.  Xüsusilə,  divanilərini  həm  əzbərdən 
söyləyir  və  həm  də  saz  havası  ilə  ifa  edir.  Zeynalabdin  dayı 
dövlət qulluğunda çalışırdı. Uzun illər Qax rayonunda icraiyyə  
komitəsinin  sədri  olmuşdur.  Zeynalabdin  dayının  dediklərin-
dən:  “Molla  Cümə  Qax  rayonunun  Ləkit  kəndində  Dağıstanın 
Saxur kəndindən olan Aşıq Hüseynlə təsadüfən rastlaşmış, bir 
gecə-gündüz deyişmişlər. Hüsen Savadsız olub, çobanlıq eylə-
yirmiş, Molla Cümə ona deyir ki, sən haqq aşığısan”. 
Zeynalabdin  dayının  dilindən  qoşmalar,  divanilər,  müx-
əmməsləri yazıya aldıq. Biz Zeynalabdin dayı ilə söhbətə baş-
layandan  bir  az  sonra  Əbdülmənaf  da  gəlib  çıxdı.  Əfəndiyev 
Əbdülmənaf Zeynalabdin dayının qardaşıdır. Zərnədə kolxozda 
hesabdar  işləyir.  Hər  iki  qardaş  aşıq  sənətinin  vurğunudurlar. 
Ancaq  Əbdülmənaf  dayı  Molla  Cümə  şeirlərini  daha  çox  və 
daha dəqiq bilir, hafizəsi çox itidir. 
Mustafayev  İdris.  Şəki  rayonunun  Aşağı  Göynük  kən-
dində  yaşayırdı.  100-dən  çox  yaşı  vardı.  İcraiyyə  komitələri 
yaradılanda  yer  quruluşu  vəkili  olmuşdur.  İdris  dayı  Molla 
Cümənin, necə deyərlər, yaxın adamı, dostu olmuşdur. O, aşı-
ğın yalnız şeirlərini deyil, onun həyatı, fəailiyyəti haqqında da 
çoxlu  faktları  bilir.  Molla  Cümənin  cənazəsini  tapıb  basdıran 
da İdris dayı olmuşdur. 
Şəki rayonunun  Aşağı Göynük kəndində Həşimov Meh-
rəli  Seydəli  oğlu,  85  yaşı  vardı,  kolxozçu  idi.  Aşıq  sənətini, 
ədəbiyyatı  sevən  bir  adamdır.  Molla  Cümənin  çoxlu  şeirlərini 
yadında saxlamışdır. 
Zaqatala rayonunun Kəpənəkçi kəndində Aşıq Murtuzəli. 
O başqa aşıqlarla bərabər, Molla Cümənin də şeirlərini bilir və 
oxuyur.  Yaxşı  saz  çalır.  Gənc  ikən  Molla  Cüməni  öz  kənd-
lərində  görmüş  və  ona  “Xoş  gəldin”  rədifli  bir  qoşma  həsr 
etmişdir. Aşıq Murtuzəli əhvalatı özü belə nəql eləyir. “Dedilər 
ki, Molla Cümə kəndimizə gəlir. Hazırlaşdıq ki, onun qabağına 
gedək, aşığı qarşıladıq. Əynində qara haşiyəli ağ kürk, kürkün 
altında da kiçik saz var idi. Çox gümrah idi və tez-tez yeriyirdi. 


 
155 
Axşam  məclisdə  mən  əvvəlcədən  tələsik  qoşub  hazırladığım 
aşağıdakı qoşmanı sazı çala-çala oxudum: 
 
Göydən əmr olunub düşübsən yerə, 
Allahın şöləsi, nuru, xoş gəldin! 
Dünyanın hər üzü bəyandır sənə, 
Yüz min sirrin qır açarı, xoş gəldin! 
 
Ustalar ustası, mollalar başı, 
Elminin müştağı, alim yoldaşı, 
Ölkənin dildarı, ellər sirdaşı, 
Şəkistanın şah sərkarı, xoş gəldin! 
 
Oxudun tərkibi – nəhvi-sərfində, 
Otuz cüzv Qurandır təkrar dilində, 
Yüz on dörd kitabdan xəbər verəndə 
Haqq rəsulun qələndəri, xoş gəldin! 
 
Murtuzəliyəm, yalvarıram mən sağa, 
İstəyirəm yol-ərkanı qanmağa, 
Mən sənə qul olum, sən mənə ağa, 
Ol üstümün havadarı, xoş gəldin! 
 
Molla Cümə məni dinlədi və dedi: “Oğul, Allahdan qeyri 
heç  kəsə  qul  olma.  İnsan  heç  vaxt  insana  qul  olmamalıdır”. 
Aşıq  Murtuzəli  sözünü  belə  yekunlaşdırdı:  “Cümə  kimi  şair, 
söz  deyən  dünya  –  aləmə  az-az  gəlir.  Çox  savadlı,  elmli  bir 
insan olub. O kişi dünyanın altını da bilirdi, üstünü də”. 
Balakən  rayonunun  İtitala  kəndində  Aşıq  Məhəmməd 
Həsrətov.  Məhəmməd  Əli  oğlunun  75  yaşı  vardı.  Əvvəllər 
kolxozda işləmiş, sonra yaşı çox olduğu üçün işdən çıxmışdır. 
O,  Zaqatalanın  Tala  kəndində  olan  aAşıq  Dibronun  (Kamal) 
şagirdi  olmuşdur.  Bir  müddət  mədrəsədə  oxumuşdur.  Sərbəst 
oxuyub yaza bilirdi. 1928-ci ildən sonra müstəqil olaraq aşıqlıq 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə