Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə55/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   51   52   53   54   55   56   57   58   ...   104

 
184 
Əcəlim yetişib, vədəm dolubdur, 
Günlərdə bir gün rəngim solubdur. 
Deyəsən ki, Miskin Rəcəb ölübdür, 
Xəbər çatsın Dağıstana, mən ölsəm. 
 
 
                       AŞİQ OLDUĞUM 
 
Səhərdən çıxdı yollara 
Yoluna qurban olduğum. 
Gəl bizə bir doğru danış, 
Dilinə qurban olduğum. 
 
Soyuq sular axar dağdan, 
Qızıl güllər qoxar bağdan. 
Əcayib qucmalı çağdan 
Belinə qurban olduğum. 
 
Kiçi Aşıq söylər halı, 
Sənsiz neylər dünya malı? 
Anası bir kaftar qarı, 
Qızına qurban olduğum. 
 
* * * 
Qax rayonunun İlisu kəndində oldum. Yunis Təhməzovla 
görüşdüm. O da aşıq şeirinin  vurğunlarından  biridir.  Yaşı  yet-
mişi  keçmişdi.  Yunis  dayı  Molla  Cümənin  böyük  bir  əlyaz-
masını mənə hədiyyə verdi. Burada Mola Cümənin 200-ə qədər 
şeiri toplanmışdır. Şeirlər şəkillər üzrə düzülmüşdür. Bu əlyaz-
ması  üzərində  uzun  illər  iş  aparmışam.  Molla  Cümənin  şeir-
lərini çap elətdirmişəm. Ancaq əlyazmasının son səhifələrinə əl 
vurmamışam.  Burada  müxtəlif  aşıqların  şeirləri,  dastanlardan 
parçalar vardır. Salah, Yusif, Heydər, Şeyda, Şair, Musa, Donu, 
Ehraklı  Rəcəb,  Qax  rayonunun  Zəyəm  kəndindən  olan  Aşıq 


 
185 
Camal, Varxiyanlı Məhəmməd, Tifarqanlı Abbas və digər aşıq-
ların  şeirləri,  «Abbas  və  Gülgəz»,  «Əsli  və  Kərəm»,  «Novruz 
və Qəndab» dastanlarından mahnılar vardır. 
Mən  İlisuda  Molla  Nazim  haqqında  çox  eşitmişdim. 
Ancaq  şifahi  dildən  heç  bir  şeirini  əldə  edə  bilməmişdim.  Bu 
əlyazmasında Molla Nazimin də bir şeirinə rast gəldim. Həmin 
şeirlərdən bir neçəsini də aşağıda verirəm. 
 
 
İLİSULU MOLLA NAZİM 
 
GÖYÇƏK 
 
Bulut kimi dallarına tökülmüş, 
Yarıtan zülflərin sonalı Göyçək. 
Həsrətindən əlif qəddim bükülmüş, 
Bəyaz mərmər təki xınalı Göyçək. 
 
Xınalı barmağın, ağ əlin nazik, 
Cığalı zülflərin sonası nazik. 
Sənə əcəb vermiş sığalı nazik, 
Sən baxtı canansan, analı Göyçək. 
 
Dodaqların yaqut, mərcan, ləlinən, 
Dilin şirin, şəkər, nəbat, balinən. 
Nazim ilən bu yar eşqin alinən, 
Sən boyat əlləri xınalı, Göyçək. 
 
DÜŞƏN YAR 
 
Yenə bu könlümə saldın bir talan, 
Pünhan yerdə gəlib yada düşən yar. 
Əzəl mənim ilə danışıb gülən, 
İndi yadlarinən bayramlaşan yar. 


 
186 
 
Tiğləyibsən ciyər bağrım dəlginən, 
Xəzəl kimi saralıban solginən. 
Hara getsən, qayıdıban gəlginən, 
Gah bir ərin ölsün, gah da boşan, yar. 
 
Məhəmmədin könlünü dəlməyəsən, 
Bu dünyada bir mətləb almayasan. 
Günün qara keçsin, heç gülməyəsən, 
Həmişə ağlamaq olsun peşən, yar. 
 
GEDİRƏM 
 
Mən bülbüləm, gül düşübdür yadıma, 
Vətən sarı çox həvəsdi gedirəm. 
Qan ağlaram, kimsə yetməz dadıma, 
Yürəgi qaralı, yasdı gedirəm. 
 
Dərin-dərin dəryalara boylama, 
Tığ vuruban ciyər bağrun teyləmə. 
Çox minnətdi, məni yoldan eyləmə, 
Bu qədər danışmaq bəsdi, gedirəm. 
 
Məhəmmədəm, neyçün könlüm almadın, 
Gözdən axan qanlı yaşı silmədin, 
Dedim, bayramlaşaq, razı olmadın, 
Ol səbəbdən səndən küslü gedirəm. 
 
 
AŞIQ CAMAL 
 
Aşıq  Camal  Qax  rayonunun  Zəyəm  kəndində  anadan 
olub,  orada  da  yaşayıb-yaratmışdır.  Əsil  adı  İsadır,  Camal 
təxəllüsüdür. Anadan olduğu və öldüyü illər belə təxmin edilir 


 
187 
(1830-1908).  Bizdə  olan  əlyazmasında  onun  bir  neçə  şeiri 
vardır. 
 
                           GƏRAYLILAR 
 
GÜLXANIM 
 
Dünən bir gözəl görmüşəm, 
Adı Gülxanım, Gülxanım. 
Təzədən dərdə düşmüşəm, 
Dərdi bil, xanım, bil, xanım. 
 
Gedib ollam ona nökər, 
Nökər olan cəfa çəkər. 
Dişi inci, dili şəkər, 
Dodaq bal xanım, bal xanım. 
 
Aşıq Camal neylər nazı, 
Əlinə götürməz sazı. 
Allahım yazaydı yazı, 
Mənim ol, xanım, ol, xanım. 
 
 
QURBAN MƏN OLUM 
 
Gözəllər yola çıxanda 
Yoluna qurban mən olum. 
Mehrin bizə doğru danış, 
Dilinə qurban mən olum. 
 
Soyuq sular çıxar dağdan, 
Gül, bənəfşə çıxar bağdan. 
Yeriyib qucmalı çağdan 
Belinə qurban mən olum. 


 
188 
Aşıq Camal neylər malı? 
Sənsiz keçər necə halı? 
Anası bir halım qarı, 
Gülünə qurban mən olum. 
 
 
                              QOŞMALAR 
 
GƏLMƏDİ 
 
Gecə-gündüz yollarına baxaram, 
Hanı mənim barabarım, gəlmədi. 
Məni saldı beylə müşkül hallara 
Bietibar biilqarım gəlmədi. 
 
Genə dərdim ziyad oldu bu gündən 
Yaramın həsrəti heç çıxmaz candan 
Nə səbəbdir, yüzün döndərdi məndən? 
Bu insafsız biqərarım gəlmədi. 
 
Şahbazın qəmzəsi mənə yağıdır, 
Bundan ayrı bal da yesəm, ağudur. 
Aşıq Camal, ağlamağın çağıdır, 
Cümləsi gəldisə, yarım gəlmədi. 
 
GEDİRƏM 
 
Seyr elədim İstambulun elini, 
Qədəm basıb İsfahana gedirəm. 
Yeddi ildir yarın həsrətindəyəm, 
Alışıban yana-yana gedirəm. 
 
Mən yarın yolunda çox çəkdim cəfa, 
Getməsəm, olaram, şəksiz, bivəfa. 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə