Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə56/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   52   53   54   55   56   57   58   59   ...   104

 
189 
Ollam qabağında Bağdad xəlifə, 
Mən dərdliyəm, yar, dərmana gedirəm. 
 
Aşıq Camal yola tikmiş gözünü, 
Bəndə poza bilməz xuda yazanı. 
İsfahanda Nadir şahın qızını 
Puta içib Zərnişana gedirəm. 
 
YAXIN GƏL 
 
Hərdəm-hərdəm nə daldadan baxarsan, 
Gözəllər sultanı, xanı, yaxın gəl. 
Çıx daldadan, boyun görüm, yar, sənin 
Yandırma oduna məni, yaxın gəl. 
 
Hərdəm-hərdəm al qumaşı geyirsən, 
Eşq əlindən piyaləni içirsən. 
Eşitdim ki, təzə qəzəl deyirsən, 
Oxuduğun mahnı hanı, yaxın gəl. 
 
Aşıq Camal səni yadlara qıymır, 
Tutubdur yaxandan, heç əldən qoymur. 
Uzaqdan baxmaqdan gözlərim doymur, 
Elimin şöhrəti, şanı, yaxın gəl. 
 
QIRMIZI 
 
Yenə məni dərdə saldı bu gözəl, 
Yaşıl çarşab, corabları qırmızı. 
Onu gördüm, fikrim uçdu başımdan, 
Qaşı qələm, yanaqları qırmızı. 
 
Mən ki gördüm şahlar mehribanını, 
Tamam alır görənlərin canını. 


 
190 
Dərdli idi, kəsdirmişdim yanını, 
Diş mirvari, dodaqları qırmızı. 
 
Ərz eyləyim, sən dərdimi biləsən, 
Mən fəqirlə danışasan, güləsən. 
Ağlayıram, göz yaşımı siləsən, 
Mənə çəkdin bu dağları qırmızı. 
Könlüm evi uçdu, dözə bilmərəm, 
Dərdimi Fatmaya yaza bilmərəm. 
İsayam, bu dərdə dözə bilmərəm, 
Könlüm istər barmaqları qırmızı. 
 
 
QALMIŞAM 
 
Fələk məni saldı qəm dəryasına, 
Qəmər atlı yüzə-yüzə qalmışam. 
Gecələr sübhə tək əfqan eylərəm, 
Göz yaşımı süzə-süzə qalmışam. 
 
Gəzirəm elləri dili salamlı, 
Mənə irast düşməz bir xoşkəlamlı. 
Sinəsi dəftərli, dəsti qələmli, 
Dərd tükənməz, yaza-yaza qalmışam. 
 
Aşıq Camal deyər xan diyə-diyə, 
Vücudum saraldı dərd yiyə-yiyə. 
Məcnun təki «a Leyli» diyə-diyə 
 
Bu dağları gəzə-gəzə qalmışam. 
 
 
 
 
 


 
191 
AŞIQ RƏCƏB 
 
OLSUN 
 
Mənim könlüm pərişandır, 
 
Doldur piyaləni, doldur, 
Ədalət xana ərz olsun. 
    Dəsdim bu canında boldur. 
Gəlmiyəndən yaralıyam, 
     Yanaqları qızıl güldür, 
Dərdə, dərmana ərz olsun.       Çeşmi məstanə ərz olsun. 
 
Dərdin saxlaram ölüncə, 
 
Sidqinən sevmişəm mərdi, 
Saralıb bənzim solunca. 
 
Neylərəm yatan namərdi? 
Əcəl piyalə dolunca 
 
Qayğulu Rəcəbin dərdi 
Cümlə insana ərz olsun.         
Ali sultana ərz olsun. 
 
 
 
DE GƏLSİN 
(Hurinin dilindən) 
 
Məndən xəbər apar butam Rəcəbə, 
Baxmasın dağlarda qara, de, gəlsin. 
Vaxtlı-bivaxt mənim gözüm yoldadı, 
Əglənməsin, şanlı yara de, gəlsin. 
 
Aşıqlar can qoyur bablı babına, 
Qəndim-şəkər axar dil-dodağına. 
Mən də mail oldum eşq kitabına, 
Bülbül isə ahı-zara, de, gəlsin. 
 
Bülbül deyər, bağda gülşən itibdir, 
Avara düşmüşəm, məskən itibdir. 
Əli sazlı cavan oğlan itibdir, 
Ciyər olu həzar para, de, gəlsin. 
 


 
192 
Bir dərdə düşmüşəm, tapılmaz dərman, 
Yarəb, harda qaldı həkimi-loğman? 
Başına döndüyüm, eylə bir ehsan, 
Bəlkə, bu dərdimə çarə de, gəlsin. 
 
Gecə-gündüz çəkdiyim əzabdır? 
Yarı görmək kisvə qılan savabdır. 
Huri deyər, sevdigim aşıq Rəcəbdir, 
Gizlin deyil, var, aşkardı, de, gəlsin. 
 
SEVDİGİM 
 
Nə ovqatsız səfər oldu, bilmədim, 
Yollar mənə yaman oldu, sevgilim. 
Külək qalxdı, qar-qar əsdi, sovruldu, 
Çün gədiklər duman oldu, sevdigim. 
 
Sevdiyim yadıma düşdü o vaxtı, 
Sərasər bağrıma xançallar taxdı. 
Göy guruldayıb, ildırım çaxdı, 
Dünya axır zaman oldu, sevdigim. 
 
Sinəmə çəkmisən dügünü, dağı, 
Gözdən axan yaşın qandı fərağı, 
Gah çökür qaranlıq, gah dolu yağır, 
Axdı sellər, ümman oldu, sevdigim. 
 
Bir yanı bəladı, bir yanı qara, 
Cəhənnəm desələr, cəhənnəm dara. 
Ol xudam göndərdi fərağın mənə, 
Cəbrayıl güman oldu, sevdigim. 
 
Dilim ahu-fəğan edərdi mənim, 
Gözüm yaşı sel tək gedərdi mənim. 


 
193 
Xəstə Rəcəb deyər, budur dərmanım, 
Əgdi qəddim, bükdü belim sevdigim. 
 
OLMUŞ 
 
Qazılar canımda arzuman qalmış, 
Mənim yarım əğyarinən yar olmuş. 
Gözlərim qan-yaş tökmüş, bidad eyləmiş, 
Həmişə dilimdən ahu-zar olmuş. 
 
Cavan ölmüş, məni atəşə salmış, 
Atmış peykan oxu, bağrımı dəlmiş. 
Tiğa almış əlinə, gərdanə çalmış, 
Necə qanlar etmiş o xun-xar olmuş. 
 
Sinən təzə yağmış bəyaz qar imiş, 
Qoynundakı yumru-yumru nar imiş. 
Çünki qələm yazmış beylə var imiş, 
Mənsur təki çəkmiş məni dar olmuş. 
 
Cünun olmuş canın fəda eyləmiş, 
Dürlü yarım məni gəda eyləmiş. 
Qəsdi durmuş, məni cüdu eyləmiş, 
Yurdundan oynatmış dərbədər olmuş. 
 
Rəcəb çox Huriyə iltica etmiş, 
Gözləmiş yolları, gəlməmiş batmış. 
Məni bəgənməmiş, sən ona getmiş, 
Görüm o da məni təki kor olmuş. 
Müdriklərin  dediyinə  görə,  Aşıq  Rəcəb  Azərbaycanda 
fəaliyyət  göstərdiyi  kimi,  Molla  Cümə  də  tez-tez  Dağıstan 
ellərinə gedərək məclislər aparmışdır. Bizim qənaətimizə görə, 
bu  iki  böyük  sənətkar  bir-birilə  görüşmüş,  hətta  çox  yaxın 
olmuşlar. Təsadüfi deyildir ki, Aşıq Rəcəb vəfat edəndə Molla 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə