Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə59/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   55   56   57   58   59   60   61   62   ...   104

 
201 
ciət  eləmiş,  Ənqa  quşu  ildırım  vasitəsilə  öldürülmüşdür,  bu-
nunla da onun nəsli kəsilmişdir. Bəzi mənbələrdə Ənqa Simurq 
kimi də təsvir edilir.  
Əzrail – Ölüm mələyidir, ona Mələkülmövt də deyilir. 
Əhmədi-Mürsəl  –  Məhəmməd  peyğəmbəri  adlarından 
biri. 
Əhmədi-Muxtar  –  Məhəmməd  peyğəmbərin  adların-
dan biri. 
Əsədulla-Əbutalib-Əliyul Mürtəza – Həzrət Əlinin lə-
qəbi. 
Əfrasiyab – Turan dövlətinin eradan əvvəl yaşamış ha-
kimlərindən biri olmuşdur. “Şahnamə”də o, Əfrasiyab adlanır, 
ancaq  türk  mənbələrində  onun  adı  Alp-Ər  Tunqadır.  Qədim 
göytürk,  Uyğur,  Qaraxanilər  kimi  türk  dövlətləri  sərkərdələri 
ilk  hökmdar  olan  Əfrasiyabın  bahadırlıq  ənənələrini  davam 
etdirmişdir. İgid hökmdarın xaincəsinə öldürülməsi türk dünya-
sını sarsıtmış, onun haqqında mərsiyələr, bahadırlıq dastanı ya-
zılmış, bu dastanın müəyyən hissələri “Şahnamə” vasitəsilə gə-
lib bizə çatmışdır. Mərsiyələr isə Mahmud Kaşğarinin “Divani-
lüğət-it-türk”  kitabıda  saxlanmışdır.  Əfrasiyab  igidlik,  qəhrə-
manlıq, dəyanət rəmzi kimi yad edilir. 
Əshabi-Kəhf – Əshab-sahiblər, Kəhf-mağara deməkdir. 
Eramızın  ikinci  əsrində  Dəpyanus  adlı  zalım  bir  padşahın 
zülmündən altı nəfər qaçmış, yolda bir çoban da Qitmir adlı iti 
ilə  onlara  qoşulmuşdur.  Onlar  bir  mağarada  sığınacaq  tapmış 
və  üç  yüz  doqquz  il  orada  yatıb  qalmış,  ayılanda  nə  qədər 
yuxuda olduqlarını hiss etməmişlər. 
Zal  –  Firdovsinin  “Şahnamə”  poemasının  qəhrəman-
larından  birdir.  Samın  oğlu,  Rüstəmin  atasıdır.    Əsatirə  görə? 
doğulanda  tükləri  ağ  olmuş,  atası  onu  ana  südündən  məhrum 
etmiş,  qurda-quşa  yem  olsun  deyə  Elbrus  dağına  tullamışdır. 
Simurq  quşu  onu  tapıb  yuvasına  aparmış,  öz  balası  kimi 
bəsləmişdir.  Zal  böyüyərək  məğlubedilməz  bir  pəhləvan  kimi 
şöhrət tapmışdır. 


 
202 
Zöhrə  –  Ulduz  adıdır,  qədim  iranlılar  ona  Nahid
romalılar  Venera,  ərəblər  isə  Zöhrə  demişlər.  Bu  ulduza  el 
arasında  karvanqıran  da  deyilir.  Qədim  İran  miniatürlərində 
əlində  dəf  rəqs  edən  gözəl  bir  qadın  kimi  əks  etdirib.  Şərq 
ədəbiyyatında  və  mifologiyasında  eşq  ilahəsinin  rəmzi  kimi 
məhəbbətlə tərənnüm olunur. Zöhrə müğənnilərin və musiqiçi-
lərin himayədarıdır. O, həm də Şərqdə geniş yayılmış “Tahir və 
Zöhrə” dastanının qəhrəmanıdır. 
Zöhhak – “Şahnamə”də zülmkar şah surətidir. 
Zümrüd – Əsatiri Simurq quşuna verilən addır. Bu quş 
Günəşlə, Ayla əlaqədar kosmik obrazdır. Nağıllarımızda xeyir-
xah qüvvələri təmsil edir, müsbət qəhrəmanların köməkçisidir. 
Züleyxa  –  Misir  hökmdarının  arvadıdır.  O,  öz  qulu 
Yusifə  aşiq  olmuş,  ondan  istədiyi  cavabı  ala  bilmədiyi  üçün 
ona böhtan atmışdır. 
Züleyxa  və  Yusiflə  bağlı  Tövratda,  Quranda  çoxlu 
hekayətlər  mövcuddur.  Züleyxanı  öz  quluna  aşiq  olmaqda 
qınamışlar. Züleyxa Misirin kübar qadınlarını evinə qonaqlığa 
çağırmış,  yeməkdən  sonra  süfrəyə  portağal-naringi  gətirtmiş-
dir. Qadınlar bıçaq alıb meyvəni soymağa başlayarkən Züleyxa 
Yusifi  otağa  buraxmışdır.  Rəvayətə  görə,  bütün  qadınlar 
Yusifin  gözəlliyini  görüb  özlərini  itirmiş  və  portağal  əvəzinə 
barmaqlarını  kəsmişlər.  Sonralar  Yusif  Misirin  hökmdarı  ol-
muş, Züleyxa da öz arzusuna çataraq onunla qovuşmuşdur. 
İbrahim  Xəlil  –  Babildə  doğulmuşdur,  peyğəmbərlər-
dən    biridir.  Deyilənlərə  görə  Kəbənin  əsasını  o  qoymuşdur. 
Onun  övladı  olmadığı  üçün  Allaha  dua  edir,  oğlu  olduğu 
təqdirdə  onu  qurban  kəsəcəyini  bildirir.  Allah-taala  ona  bir 
oğul bəxş edir. O, övladının adını İsmayıl qoyur. İsmayıl böyü-
yür,  ancaq  ata  oğlunun  qurbanlıq  olduğunu  yadından  çıxarır. 
Lakin bir gecə peyğəmbər yuxusuna girir. İbrahim Xəlil oğlunu 
İsgəndər dağının başına çıxarır, əlinə bıçaq alıb oğlunu kəsmək 
istəyir, ancaq bıçaq kəsməyir. O, hirslənib bıçağı daşa çalır, daş 
iki bölünür. Allah-taalanın buyuruğu ilə Cəbrayıl bir qoç gətirir 


 
203 
və  İbrahim  Xəlil  qoçu  qurban  kəsir.  İndiki  qurbanlıq  bayramı 
isə bu hadisə ilə bağlı yaranmışdır. 
İsa – Xristian dininin banisidir, peyğəmbərdir. “İncil”də 
yazıldığına    görə,  o,  insanların  xilaskarıdır.  İsanın  möcüzələri 
çox  geniş  yayılmışdır.  O,  ən  ağır  xəstələri  sağaldır,  ölüləri 
dirildir, kor doğulanların gözlərinə işıq verirmiş. 
İsanın  süfrəsi  də  bir  möcüzə  kimi  göstərilmişdir.  Bu 
süfrədə  behiştdən  gələn  yeməklər  olarmış  və  heç  bir  zaman 
qurtarmazmış. 
İsa Fələstində yeni bir din təbliğ etdiyinə görə, düşmən-
ləri tərəfindən çarmıxa çəkilərək öldürülmüşdür. O, ölümündən 
üç  gün  sonra  dirilmiş  və  mələklər  tərəfindən  göyün  dördüncü 
qatına  qaldırılmışdır.  Deyildiyinə  görə,  məşhər  günündə  yeni-
dən  dünyaya  qayıdacaq  və  şər  qüvvələr  üzərində  qələbə 
çalacaqdır. 
İsgəndər  (e.n.  356-323)  –  Makedoniyalı  İsgəndər,  İs-
gəndər  Zülqərneyn  (ikibuynuzlu),  İsgəndəri-Kəbir  və  başqa 
adlarla məşhurdur. Dünyada şöhrət tapmış məğlubedilməz sər-
kərdədir.  Onun  qalib  yürüşləri  bir  çox  əfsanə,  əsatir  və  nağıl-
ların mövzusu olmuşdur. 
Rəvayətə görə o, Xızrla birlikdə zülmətə getmiş, dirilik 
suyu  içmək  istəmişdir. Dirilik suyunu  içmək  yalnız Xızra qis-
mət olmuşdur. 
İsrafil  –  Dini  mənbələrdə  İsrafil  öz  Suru  ilə  möcüzə 
yaradan səmavi şəxs kimi təsvir olunur. Göstərilir ki, qiyamət 
qopandan,  yer  üzü  alt-üst  olandan  sonra  İsrafil  öz  Surunu 
çalacaq, sağ qalmış  insanları oyadacaq və  yer üzündə  yenidən 
həyat başlanacaq. 
Yəqub  – Yəhudilərin peyğəmbəridir. Yusif peyğəmbə-
rin  atası,  İbrahim  Xəlil  peyğəmbərin  isə  nəvəsidir.  Deyilənə 
görə,  Yəqubun  doğma,  ögey  on  iki  uşağı  olmuş,  ən  kiçiyi 
Yusifi  o,  hamıdan  çox  istəmişdir.  Yəhudə  onun  böyük  oğlu, 
Yusifin  ögey,  İbn  Yamin  (Binyamin)  isə  onun  kiçik  oğlu, 
Yusifin doğma qardaşıdır. 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə