Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə58/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   54   55   56   57   58   59   60   61   ...   104

 
198 
Axsaq  Laçın  Molla  Cüməyə  xəbər  göndərir  ki,  oğluma  toy 
edirəm, arzum budur ki, toyu sən çalasan, ona görə də heç kimə 
söz vermə və kənddən də çıxma, bu günlərdə ismarışı alan kimi 
gələrsən.  Molla  Cümə  ona  inanır  və  oturub  evdə  gözləyir. 
Ancaq  günlər  keçir,  heç  bir  xəbər-ətər  çıxmır.  Bir  gün  Molla 
Cümə yanında da şagirdləri Şəkiyə gəlir. Qulağı çalır ki, Axsaq 
Laçın  toyunu  eləyib  qurtarıb.  Toya  Şəkinin  Səbətli  kəndindən 
Aşıq  Dülgəroğlu  çağrılıb.  Dülgəroğlu  milliyyətcə  ermənidir, 
ancaq şeirlərini azərbaycanca qoşub, sazda da çox gözəl çalıb-
oxuyur. 
Aşıq  həcvlərində  varlıları,  zülmkarları  birbaşa  adı  və 
ləqəbilə tənqid edirdi. “Axsaq Laçın”a da Molla Cümənin kini, 
nifrəti  həddini  aşır.  Ona  görə  də  bəzən  ədəbdən  kənar  sözlər 
işlədir. Şirəli, axıcı, xalq dilinin poetik zənginliklərindən istifa-
də  ilə  qoşulan  həcvlər  az  bir  zamanda  xalqın  dilində  əzbər 
olurdu. Bu həcvlər, əlbəttə, bir sənətkarın şəxsi, necə deyərlər, 
giley-güzarı  deyildi,  el  tənəsi,  el  qəzəbi,  el  nifrəti  idi.  Ağsaq-
qalların  dediyinə  görə,  aşığı  el  içərisində  hörmətdən  salmaq 
istəyən  varlılar,  dindarlar  özləri  hörmətdən  düşür  və  el 
içərisində bədnam olurdular.  
Haqqında  bəhs  etdiyimiz  bu  həcvin  yaranmasına  səbəb 
olan bu əhvalat Molla Cümənin tərcümeyi-halı  ilə bağlı  başqa 
bir  hadisə  ilə  əlaqədardır.  Onu  da  buraya  əlavə  edək.  Molla 
Cümə  Axsaq  Laçının  onu  ələ  saldığını,  ona  mənəvi  zərbə 
vurduğunu  biləndən  sonra  Şəkidə,  şagirdləri  də  yanında  olan 
çayxanalardan  birinə  girir.  Demə,  toyu  çalıb  kəndə  qayıdan 
Dülgəroğlu yolüstü həmin çayxanaya gəlibmiş, camaatın xahi-
şilə çalıb-oxuyurmuş. Bu vaxta qədər Dülgəroğlu Molla Cümə-
ni  görməmiş  və  tanımayırmış,  yalnız  adını  eşitmiş  və  bir  çox 
şeirlərini  də  bilirmiş. Uzaqdan qiyabi surətdə Dülgəroğlu  hələ 
gənc,  istedadlı  Cüməyə  böyük  rəğbət  və  hörmət  bəsləyirmiş. 
Bu  səbəbdən  Molla  Cümənin  gəlişinə  heç  məhəl  qoymur, 
əhəmiyət  vermir.  Hətta  salamını  da  belə  almır.  Onun  bu 
hərəkətindən  Molla  Cümə  təsirlənir.  Aşıq  Məhəmməd  Həsrə-


 
199 
tovdan  yazıya  aldığımız  “Dost  gərək  əzəl  deyə  dosta  salam 
əleyküm” misrası ilə başlayan  divanisini oxuya-oxuya məclisə 
daxil  olur.  “Molla  Cümə  şagirdindən  usta  salaməleküm”  deyə 
sözünü  tamamlayır.  Dülgəroğlu  Cüməni  tanıyır,  yaxına  gəlir, 
görüşür, şad olur, məclis yenidən qızışır. Cümə maraqlı, təsirli 
və  hazırcavab  sözlərilə  tamaşaçıları,  hətta  Dülgəroğlunu  da 
valeh  edir.  Onda  Dülgəroğlu  təklif  edir  ki,  çayxanada  yığılan 
bütün  nəmər  Molla  Cüməyə  çatsın.  Ancaq  Molla  Cümə  heç 
nəyə məhəl qoymayıb şagirdlərilə birlikdə çayxananı tərk edir.  
 Molla Cümənin geniş əhatəli yaradıcılığındakı həcvlərin 
nəşri  və tədqiqi  həm aşığın dünyagörüşünün,  həm də XIX əsr 
aşıq  poeziyamızın  bir  sıra  özünəməxsus  xüsusiyyətlərinin 
aşkarlanmasında mühüm əhəmiyyəti ola bilər. 
 
                                                        1990                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           
 
 
Molla Cümənin əsərlərində işlənən tarixi, əfsanəvi, əsatiri 
şəxs və obrazlar 
 
 
Adəm – Tanrının gildən yaratdığı ilk insandır, bəşəriy-
yətin atası sayılır. O, həm də ilk peyğəmbərdir. Allah Adəmdən 
sonra  Həvvanı  yaratmış  və  hər  ikisi  cənnətə  göndərilmişdir. 
Onlar şeytanın sözü ilə qadağan edilən buğdanı yedikləri üçün 
cənnətdən çıxarılmışdır. 
 
Bilqeys  –  Yəmən  ölkəsinin  qədim  Səba  şəhərində 
hökmdar  olmuş,  şəhəri  abad  edərək  onu  şöhrətləndirmişdir. 
Bilqeys  Süleyman  peyğəmbərin  şan-şöhrətini,  müdrikliyini 
eşitmiş, onu ziyarət etmək üçün Fələstinə gəlmiş, öz məsləkini 
qurban  verərək  peyğəmbərə  məhəbbət  bağlamışdır.  Bilqeysin 
Süleymanla  məhəbbət  macəraları  bütün  Şərqə  yayılmışdır. 
Bilqeysin adı məhəbbət, sədaqət rəmzi kimi hədislərdə, qədim 
hekayətlərdə və başqa mənbələrdə çəkilmişdir. 


 
200 
 
Bubbu  quşu  –  nağıllarda  olan  Hüd-hüd  (şanapipik) 
quşudur. Ona Süleymanın quşu da deyilir. Çünki  bu quş guya 
Süleyman  peyğəmbərlə  Bilqeys  arasında  xəbər  aparıb  gətirir, 
Bilqeysin sirlərini açırmış. 
 
Qaf  –  Əfsanəvi  Simurq  quşunun  yaşadığı  ehtimal  olu-
nan  dağın  adıdır.  Belə  bir  mülahizə  də  var  ki,  Qaf  Qafqaz 
dağıdır. 
Qarun – Əsatirlərdə həddindən artıq dövlətli və həm də 
xəsis bir surət kimi təsvir olunur. Eramızdan  əvvəl yaşamışdır. 
Əvvəllər çox yoxsul olan Qarun yəhudilərin peyğəmbəri Musa-
nın  vasitəsilə  böyük  mal-dövlət  sahibi  olmuşdur.  Qarun  mal-
dövlətindən  zəkat  verməkdən  boyun  qaçırdığı  üçün  Musanın 
bədduası ilə guya bütün sərvəti ilə diri-diri yerə batmışdır. 
Qara daş –  Kəbədə göydən gəlmiş  olan  müqəddəs bir 
daşdır, ziyarətçilər mütləq onu öpməlidirlər. 
Davud  –  Süleyman  peyğəmbərin  atasıdır.  Davudun  o 
qədər gözəl səsi var imiş ki, oxuyanda bütün heyvanlar, quşlar 
toplaşıb onu dinlərmişlər. 
Zəm-zəm – Kəbənin yanında bir su quyusudur. Müsəl-
manların əqidəsinə görə onun suyu müqəddəsdir. 
Əyyub – İslam mənbələrinin birində söylənir ki, Əyyub 
adında  bir  peyğəmbər  olub.  O,  çox  varlı  imiş  və  Allahı  çox 
sevirmiş.  Məlaikələr  onun  paxıllığını  çəkərək  allaha  deyir: 
“Əyyuba  hədsiz  var-dövlət  verdiyinə  görə  səni  çox  sevir”. 
Allah  Əyyubu  imtahana  çəkir,  əvvəl  əmlakını,  sonra  övladını 
və  nəhayət  sağlamlığını  əlindən  alır.  Bunlara  baxmayaraq 
Əyyub Allaha olan məhəbbətini daha da artırır, Allah yenə onu 
mükafatlandırır.  Hətta  Əyyubun  bədəninə  qurd  da  düşür.  An-
caq o yenə də Allaha inamını itirmir. 
Ənqa – Əfsanəvi bir quşdur, guya Qaf dağında yaşayır, 
tükləri zərif, boynu uzun, üzü insan üzünə bənzəyən və hər bir 
heyvandan  bir  əlaməti  olan  bir  quşdur.  Yaşadığı  ərazidə  nə 
qədər quş, heyvan varsa hamısını ovlayırmış, heyvan olmadıq-
da isə insanları aparırmış. Əsatirə görə xalq peyğəmbərə müra-


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə