Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə57/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   53   54   55   56   57   58   59   60   ...   104

 
194 
Cümə  onun  ölümünə  şeir  həsr  etmişdir.  Həmin  şeir  də  haq-
qında söhbət açdığımız əlyazmasında saxlanmışdır. 
 
MOLLA CÜMƏ 
QALIBDIR 
 
Ay ağalar, ixtiyarsız dünyadır, 
Neçələrin ötgün sözü qalıbdır. 
Neçə uluların, neçə qazının, 
 
Neçə əfəndinin yazı qalıbdır. 
 
   
 
Neçələri mərhum olur beşikdə, 
Neçələri ölür otuz beşində. 
Neçələri gedir doxsan yaşında, 
Neçələrin gündə gözü qalıbdır. 
 
Neçələrin bala durmaz yuvada,   
 
Neçələrin əli qalmaz duada. 
 
Neçələrin dövran sürür dünyada, 
 
Neçələrin seyri, düzü qalıbdır. 
 
Neçələri xınalayır əlləri, 
Neçələri döşə düzür gülləri. 
Neçələri incələyir belləri, 
Neçə gözəllərin nazı qalıbdır. 
 
Mən Cüməyəm, xoş keçinmir zamanım, 
Axirətdə qarşı gəlsin imanım. 
Beş gün dövr etməyə gəlmir gümanım,  
Ol Aşıq Rəcəbin sazı qalıbdır. 
2

 


 
195 
İKİ HƏCVİN TARİXÇƏSİ 
 
Molla  Cümə  görkəmli  Azərbaycan  aşığıdır.  Onun  yara-
dıcılığı XIX əsrin sonları  və XX əsrin əvvəllərinə təsadüf edir. 
Bu  müddət  ərzində  Molla  Cümə  zəngin  ədəbi  irs  qoyub  get-
mişdir. Aşığın  mövzu daurəsi genişdir. O, klassik Azərbaycan 
aşıq  sənətinin  ənənələrini  uğurlu  surətdə  davam  və  inkişaf 
etdirmiş, bununla belə XIX əsr Azərbaycan aşıq yaradıcılığına 
yeni motiv və keyfiyyətlər gətirmişdir. 
XI  əsrdə  Azərbaycan  aşıq  poeziyası  yeni  bir  mərhələyə 
daxil olmuşdu. Klassik aşıq poeziyasının  sabitləşmiş  ənənələri 
üzərində  qərar  tutan  “XIX  əsr  aşıq  sənəti  yeni-yeni  keyfiy-
yətlərlə zənginləşmişdi. Hər şeydən əvvəl burada ictimai-siyasi 
motivlər  güclənmiş,  həyata  fəal  münasibət,  çox  zaman  isə 
müdaxilə,  kəskin  tənqid,  satira  aşıq  poeziyasında  məhz  XIX 
əsrdə özünə mövqe qazanmağa başlamışdı.  
Görkəmli  xalq  aşığı  olan  Molla  Cümə  də  öz  dövründə 
səsini  müasirlərinin səsinə qoşmuş, çoxlu satirik  şeirlər, həcv-
lər yazmışdır. 
Görkəmli  xalq  aşığı  olan  Molla  Cümə  də  öz  dövründə 
səsini müasirlərinin səsini qoşmuş, çoxlu satirik şeirlər, həcvlər 
yazmışdır. 
 
Məşdilərin üstümüzdə borcu var, 
Saldat pulu, bir də Mirzə xərci var, 
İki koxa, otuz manat töycü var, 
Az demirəm, hələ çoxdu, ay arvad! 
 
“Hacılar”,  “Əfəndi”,  “Molla”,  “Axsaq  Laçın”,  “Almalı 
İsa dəllək”, “Hacı Kərimi həcv”, “Səid”, “Cavadağa” və başqa 
həcvləri aşığın yaradıcılığında mühüm yer tutur. Əlbəttə, bizim 
burada  aşığın  bütün  həcvlərindən  danışmağa  imkanımız  yox-
dur. Ancaq ikisi barədə qısa da olsa fikrimizi söyləyək. Çünki 


 
196 
bunlar  həm  XIX  əsr  aşıq  poeziyamız  və  həm  də  Molla 
Cümənin yaradıcılığı üçün səciyyəvidir. 
Bu həcvlərdən birisi “Hacı Kərimi həcv”dir. Hacı Kərim 
Qax rayonunun Qıpçaq kəndinin varlılarındandır. Bu əsərin biz 
üç  variantını  yazıya  almışıq.  Ən  mükəmməli  Qax  rayonunun 
İlisu kəndində Cəmil Həmzəyevin dilindən  yazdığımızdır. Biz 
ekspedisiyada  olarkən  ağsaqqallar,  aşıqlar  bu  həcvin  yazılma 
tarixini  ətraflı surətdə nəql elədilər. Biz Şəkinin Aşağı Göynük 
kəndində  aşığın  dostu  İdris  Mustafayevin  dediklərini  yazıya 
almışıq.  Hacı  Kərim  çox  xəsis,  zalım  və  kinli  bir  varlı  idi. 
Molla  Cümənin  xalq  içərisində  nüfuzunun  get-gedə  artması, 
xususilə  həcvləri  onu  çox  narahat  edirdi.  Hacı  Kərim  özünü 
aşığa  üzdən  dost  kimi  göstərir,  camaatın  yanında  guya  ona 
hörmət etdiyini söyləyirdi. Ancaq onun bütün bu zahiri hərəkə-
tləri  müqabilində  aşıqdan  nəinki  tərifli  şeir,  hətta  bircə  xoş 
kəlmə  də  eşitməmişdi.  Çünki  Hacı  Kərimin  daxili  aləmini 
Molla  Cümə  yaxşı  bilirdi.  Nəhayət,  aşıqdan  intiqam  almaq 
üçün onun əlinə fürsət düşür. Cüməni biabır etmək, ona mənəvi 
zərbə  vurmaq  qərarına  gəlir.  İdris  Mustafayev  nəql  edir  ki, 
çəltiyə  çıxmağın  vaxtı  gəlib  çatmışdı.  Molla  Cümə  çəltiyə 
həmişə mənimlə birgə çıxardı. Bu zaman 2-3 ay çöldə qalmaq, 
çəltiyin əkilməsi, suvarılması  ilə  fasiləsiz  məşğul  olmaq  lazım 
idi.  Molla  Cümə  mənə  dedi  ki,  evdə  ailənin  azuqəsi  qurtar-
mışdır,  bilmirəm  nə  edim.  Çox  fikirləşəndən  sonra  aşıq  yaxın 
bir neçə kəndi dolaşmaq qərarına gəlir ki, bəlkə ailəsinə bir şey 
tapsın.  Gəlib  Qıpçaq  kəndinə  çıxır.  Kəndin  girəcəyində  görür 
ki,  bir  araba  gəlir,  araba  yaxınlaşır,  onun  içində  Hacı  Kərim 
yayxanıb oturmuşdu. O, Molla Cüməni saxlayır, yağlı dilini işə 
salır, haraya, nə məqsədlə getdiyini xəbər alır. Aşıq ona dərdini 
açmaq istəmir, buna baxmayaraq, Hacı Kərim ondan əl çəkmir 
ki,  çəkmir.  (Cümə  bilirdi  ki,  Hacı  Kərimdən  ona  xeyir  yox, 
yalnız zərər dəyə  bilər). Aşıq  məqsədini deməyə  məcbur olur. 
Bu zaman Hacı Kərim xoş bir görkəm alaraq aşığa deyir ki, get 
bir araba tap, qoş gətir, mən sənə buğda verərəm. Molla Cümə 


 
197 
buna  inanmır,  inad edir, nəhayət, yalvarır ki, ona toxunmasın, 
azad  etsin,  özü  başqa  yerdən  taxıl  tapacaqdır.  Ancaq  Hacı 
Kərim  elə  inandırıcı,  mülayim  danışır  ki,  Molla  Cümə  inan-
mağa  məcbur  olur.  Hacı  Kərim  deyir  ki,  axşamüstü  evdə, 
darvazanın  qabağında  səni  gözləyəcəm,  gəl  bir  tağar  buğdanı 
apar.  Cümə  isə  cavabında  borcu  yalnız  məhsul  vaxtı  verə 
biləcəyini  söyləyir.  (Cümə,  yay  aylarında  Zaqatala,  Balakən 
rayonlarında varlıların zəmisində biçinçilik edərdi).  
 
Çəltik  əkininin  qızğın  vaxtında  Cümə  inanmasa  da, 
Hacı  Kərimdən  borc  buğda  almaq  üçün  araba  dalınca  getməli 
olur.  Axşamüstü  idi.  Qıpçaq  kəndinin  camaatı  işdən  sonra 
həyətə, yola, doqqaza çıxıb dəstə-dəstə oturub söhbət edirdilər. 
Hacı  Kərim  də  bir  tərəfdə  papirosunu  tüstülədir,  harın-harın 
danışırdı.  Belə  bir  zamanda  Molla  Cümə  arabanı  sürüb  gəlir. 
Aşığı  görən  Hacı  Kərim  ayağa  qalxır,  üzünü  camaata  tutub 
ucadan  deyir:  “Ay  camaat,  doğrudan  da,  aşıqların  ağlı  olmaz-
mış, bircə  baxın  buna,  mən demişəm gəl  sənə  bir tağar buğda 
verəcəyəm, o da inanıb araba sürüb gəlibdir, mən taxıl paylay-
anam, ay Molla Cümə, sənin ağlın başındadır, yoxsa itirmisən” 
və  s.  Bu  sözləri  eşidən  aşıq  çox  pərt  olur,  başını  aşağı  salır, 
mənən  sarsılır.  Elə  arabanın  üstündəcə  balaca  sazını  çıxarıb 
sinəsinə basır, camaatın gözü qarşısında Hacı Kərimi həcv edir 
(Aşığın çox kiçik sazı varmış, həmişə çuxasının altında gəzdi-
rərmiş,  yeri  düşən  kimi  çıxarıb  əlini  sazına  vura-vura  bəda-
hətən şeir qoşarmış, qızı  Reyhan  indi də  həmin sazı saxlayır). 
Həcv  dildən-dilə  düşür,  sonralar  Hacı  Kərim  Molla  Cümənin 
adını eşidəndə uzaq qaçırmış. 
Aşığın  haqqında  bəhs  açdığımız  ikinci  həcvi  “Axsaq 
Laçın”  adlanır.  Bunun  da  əsas  variantını  biz  Cəmil  Həmzə-
yevdən  yazıya  almışıq.  Bir  variantını  da  ixtisarla  Hümmət 
Əlizadə “Aşıqlar” (1938) kitabında çap etdirmişdir. Bu həcvin 
də yaranmasının çox qəribə bir tarixçəsi vardır. 
Şəkinin  Oxud  kəndində  Laçın  adında  bir  baqqal  olub. 
“Axsaq  Laçın”  ləqəbilə  məşhur  imiş.  Çox  varlı  olub.  Bir  gün 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə