Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə18/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   14   15   16   17   18   19   20   21   ...   104

 
56 
dirəklərindən biri. Mən şəxsən fəxr eləyirəm ki, ömrümün 30-
40  ilini  o  böyük  sənətkarın  həyat  və  fəaliyyətinə  həsr  eləmi-
şəm.  Böyük  aşığın  unudulub  getməkdə  olan  bədii  sərvətinə 
ikinci  həyat  vermişəm,  böyük  zəhmətlər  bahasına  yığıb, 
toplayıb,  arayıb,  araşdırıb,  səliqəyə  salıb  tərtib  etdiyim  ilk 
külliyatını  doğma  xalqıma  qaytarmışam.  Molla  Cümə  mənim 
həyatıma,  ailəmə  daxil  olub,  doğmalaşıb.  Onun  bütün  yara-
dıcılığı,  hətta  şəxsi  həyatı  da  mənim  əzbərimdədir.  Böyük 
sənətkar  haqqında  çox  böyük  ədalətsizliyə,  məsuliyyətsizliyə 
rast gəlmişəm. Əziz oxucularım, mən indi ağır xəstəyəm, göz-
lərim  görməyir,  hazırda  mənim  böyük  sənətkara  olan  hörmət-
sizliyi pisləmək üçün nə  fiziki,  nə də  mənəvi gücüm var. Belə 
olduqda  əllərimi  açdım,  üzümü  səmaya  tutdum.  Həmişə,  hər 
zaman mənim mənə kəramətini göstərən Ulu Tanrıdan sonuncu 
dəfə güc, qüvvət təmənna elədim. Ulu Tanrı  məni  bəklədi,  bu 
işin  öhdəsindən  gəlmək  üçün  mənə  güc,  qüvvət,  hey  verdi. 
Mən  də  ağır,  çətin  işin  öhdəsindən  gəlmək  üçün  var  gücümü 
topladım. Nə səviyyədə gələ bilmişəmsə, türk dünyasını tərpə-
dən  “Kredo”  qəzetinin  oxucuları  bunun  şahidi  ola  bilərlər. 
Molla Cümə müqəddəs bir şəxsdir, ocaqdır, ömrü faciə ilə başa 
çatıb. Əsərləri sənətkarın dimağından süzülən incilərdir. Onlara 
əl qatmaq, təhrif eləmək Ulu Tanrı yanında günah işlətməkdir. 
Əziz oxucularım,  böyük əziyyətlə, bəzən də  yataqda başa çat-
dırdığım bu qeydləri sizin öhdənizə buraxıram. Mən daxilən bir 
rahatlıq hiss edirəm ki, Ulu Tanrı mənə güc, qüvvət verdi, belə 
bir ağır zəhmətin öhdəsindən gələ bildim.   
 
                          
 
 
 
 
 
 


 
57 
III BÖLMƏ 
 
MƏKTUBLAR, ƏRİZƏLƏR, XAHİŞNAMƏLƏR 
 
Mən intensiv olaraq Molla Cümənin şeirlərini 1961-ci il-
dən toplamağa başlamışam. İki il fərdi ekspedisiyada olmuşam. 
İndiyə  qədər  aşığın  şeirlərindən  ibarət  5  kitab  çap  elətdir-
mişəm.  Bütün  bu  illər  ərzində  arxivimdə  bir  çox  ərizə,  müra-
ciət, məktublar toplanmışdır. əlbəttə belə sənədlər lap çox olub. 
Ancaq evimdə az bir miqdarda nümunələr saxlanmışdır. Bunlar 
tarixi  sənədlərdir.  Aşığın  böyük  bədii  sərvətinin  üzə  çıxarıl-
masındakı rolunu çox aydıncasına biruzə verməkdədir.  
Bir qədər mövzudan kənara çıxıram. Zaqatalada və Qax-
da  Əfəndiyevlər  nəslinin  bir  çox  ailələri  yaşamışdır  və  yaşa-
maqdadır.  Əfəndiyevlərin  kahini,  patriarxı  Həmzət  Əfəndiyev 
bütün ömrü boyu Azərbaycan balalarına rus dilini öyrətmişdir. 
Zaqatalada  Fazil  və  Arif  Əfəndiyev  qardaşları  yaşamış,  onlar 
əsas etibarilə pedaqoji texnikumda çalışmışlar. Arif Əfəndiyev 
görkəmli  riyaziyyatçı  idi.  Onun  oğlu  Maqsud  Əfəndiyev  indi 
professordur. Almaniyada yaşayır və işləyir. Zahidə fizik, Nilu-
fər  isə  tarixçi  idilər.  Onlar  çox  mehriban  insanlar  idi.  Qardaş-
ları  Tofik  və  İrfan  Zaqatalanın  həyatında  mühüm  rol  oyna-
mışlar.  Şəhərin  abadlaşmasında  müəyyən  əmək  sərf  etmişlər. 
Tələt, Nurməmməd, Əşrəf qardaşları  isə pedaqoji  fəaliyyətləri 
ilə  hörmət  qazanmışlar,  xüsusilə  Nurməmməd  Əfəndiyev. 
Zaqatalanın  maarif  şöbəsində  uzun  müddət  rəhbər  vəzifələr 
daşımışdır.  Şövkət  Əfəndiyev  də  tanınmış  müəllim  idi,  çox 
maraqlı  şeirlər  müəllifi  idi.  Nəcibə  xanım  Əfəbdiyeva  Bakı 
şəhərində Ticarət orqanlarında çox məsul  vəzifələr daşımışdır. 
Ədhəm,  Əyyub,  Fikrət,  Aydın  Əfəndiyev  qardaşları  Zaqatala-
nın həyatında mühüm rol oynamışlar. 
Mərhum  atam  Şərif    Müslüm  oğlu    Əfəndiyev  İlisuda 
yaşayıb.  Tarixilik  baxımından  Qax-Zaqatala  zonasında  maari-
fin yayılması və inkişafında xüsusi rol oynamışdır. 45 il maarif 


 
58 
sahəsində  çalışmışdır.  Qaxın  Qıpçaq  kəndində  məktəb  direk-
toru  olmuş,  bir  neçə  il  də  rayonun  mərkəzində  300  nəfərlik 
uşaq  evinə  rəhbərlik  etmişdir.  Sonra  İlisuya  qayıdaraq  ömrü 
boyu məktəbdə çalışmışdır. Oğlu Nəriman Əfəndiyev pedaqoji 
institutun  məzunudur.  Uzun  müddət  rayon  maarif  şöbəsində 
rəhbər vəzifələr daşımışdır. Sonra ömrünün  axırına qədər Qax 
rayon orta məktəblərində riyaziyyat müəllimi  işləmişdir. Nəri-
manın qardaşı Fikrət Əfəndiyev  BDU-nun məzunudur, Zaqata-
lanın maarif şöbəsində işləmişdir. 
Əfəndiyev  nəslindən  olan  Rauf  Əfəndiyev  ailəsi  ilə 
birlikdə  Qax  rayonunun  Marsan  kəndində  yaşamışdır.  Mən 
Molla  Cümə  ilə  əlaqədar  Qaxın  Marsan  kəndinə  getmişdim. 
Orada  bizə  uzaq  qohumluğu  olan  Rauf  Əfəndiyev  müəllim 
işləyir,  ailəsi  ilə  birlikdə  yaşayırdı.  Rauf  müəllim  Marsanın 
başbiləni  və  ağsaqqalıdır.  Xeyir  və  şər  işləri  Rauf  müəllimsiz 
görülməzdi.  O,  Zaqatalada  pedaqoji  texnikumun  və  sonra  da 
Şəkidə  ikiillik  institutun  dil  və  ədəbiyyat  fakültəsinin  qiyabi 
şöbəsinin dekanı işləyəndə də oranı uğurla başa vurmuşdur.  
Mənim  nə  üçün  gəldiyimi  bilən  kimi  Rauf  müəllim 
dilləndi.  Paşa  müəllim  Balakəndə  İti  Tala  kəndində  Aşıq 
Məhəmməd  yaşayır.  O,  Molla  Cüməni  görüb,  məclislərində 
iştirak edib, aşığın əksər şeirlərini əzbərdən bilir. Bir neçə dəfə 
Marsanda  məclis  aparıb,  çox  istedadlı  bir  sənətkardır.  Elə 
indicə  gedib  onu  tapaq.  Kəndin  maşınını  aldıq,  sürücü  Əyyub 
çox  istiqanlı,  hörmətli  bir  oğlan  idi.  Gedib  Balakəndə  Aşıq 
Məhəmmədi tapdıq. Rauf müəllim təklif etdi ki, indi biz Şəkiyə 
Baş  Göynük  kəndinə  Molla  Cümənin  qızı  Reyhan  xanımın 
hüzuruna  getməliyik.  Razılaşdıq.  Şəki  ilə  Qaxın  arasında  bir 
kəndə  çatanda  maşın  xarab  oldu.  Gecənin  yarısı  idi.  Rauf 
müəllimlə  Əyyub  düşdülər.  Mən  isə  maşının  bir  küncündə 
bürüşüb  səhəri  açdım.  Səhər  açıldı  və  biz  yolumuza  davam 
elədik. Baş Göynüyə çatdıq. Rauf müəllim evinə qayıtdı. Mən 
və  aşıq  Məhəmməd  Reyhan  xanımın  qonağı  olduq,  üç  gün 
qaldıq.  Sonra  mən  aşağı  düşdüm.  Yola  çıxdım,  sürücüyə  pul 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə