Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə16/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   12   13   14   15   16   17   18   19   ...   104

 
49 
adını deməmişdi. Ona görə də Molla Cümə naməlum gözəlləri 
vəsf  eləyir.  Onlara  da  özü  şəxsən  heç  bir  ad  vermir  və  adını 
gizlədərək  “İsmi  Pünhan”  deyir.  İllər  keçdikcə  aşığın  adları 
məlum  olmayan  gözəlləri  onun  yaradıcılığına  adı  gizli,  İsmi 
Pünhan  kimi  daxil  olur  və  ömrünün  sonuna  qədər  tərənnüm 
mənbəyinə çevrilir. Bunu biz çox cəsarətlə deyirik ki, aşıq Xızr 
Peyğəmbərdən  buta  almış  və  ömrünün  sonuna  qədər  onunla 
yaşamışdır. 
Təkrar edirəm:  
İsmi-Pünhan üstdədir xeyr-şərim, 
Molla Cümə, butadarın sağ ikən 
Baxmasın yadlara gözün, ay mədəd. 
Molla  Cümə  və  buta  problemi  ilə  bağlı  daha  bir  neçə 
misal: 
Eşqə düşüb saralıban solmuşam, 
Bu aşiqliq mənə vergidən oldu. 
Saldı sövdaya bunu Rəblil-Cəlil 
Vermədi dərmanın eylədi zəlil. 
                             Yaxud: 
Göründü gözümə mələk simalı, 
Geyibsən qəddinə ay ağı sən də. 
Xızrın verdiyi qədəh misalı, 
İçirdin bir qədəh ay ağı sən də. 
 
Molla Cümə eşq əhlidir, 
Aşiqlər atasıdır, 
Mədrəsədə dərs oxuyur 
Fikrində də butasıdır. 
Məsələ burasındadır ki, Molla Cümə bütün  yaradıcılığı 
boyu ilahidən aldığı vergidən, ilhamdan və özünün butasından 
danışır. 
Ey dünya, Cüməyə çox etdin sitəm, 
Nə tay tuşum qaldı, nə atam, anam, 
Könül əyləncəyi istəkli butam 


 
50 
Ol İsmi-Pünhanı neylədin, dünya. 
Oxucularımdan  üzr  istəyərək  mən  yenə  təkrar  eləmək 
istəyirəm. 1962-ci ildə Zaqatalanın Çobankol kəndində yaşı 70-
i  ötmüş  məşhur  Aşıq  Kazım  mənə  dedi:  Paşa  müəllim,  İsmi-
Pünhan  Molla  Cümənin  butasıdır.  Mən  belə  hesab  edirəm  ki, 
Molla Cümənin həyatında olan buta hadisəsi, buta xətti də İsmi 
Pünhan sirrinin açılmasında mühüm rol oynaya bilər. 
Böyük  sənətkarın  faciəvi  ölümü  də  onun  həyatı  və 
fəaliyyətinin  ən  ağır,  ən  möcüzəli  problemlərdən  biridir.  Bu 
barədə  çoxlu  mülahizələr,  müddəalar,  fərziyyələr  mövcuddur. 
Mövlud Yarəhmədovun belə bir fikri var: “Molla Cümə 1920-
ci  ildə  təxminən  may  ayının  20-də  ömrünün  66-cı  ilində  təsa-
düfi bir yanlışlıq nəticəsində öldürülmüşdür”. Oxuculara təkra-
rən  xəbər  verməliyəm  ki,  mən  bu  problemin  üzərində  illərlə 
işləmişəm,  müxtəlif  fərziyyələr,  məlumatlar  öyrənib,  müqa-
yisələr  aparmaqla  Molla  Cümənin  ölümü  haqqında  iki  böyük 
məqalə çap elətdirmişəm. Oxucular hər iki məqaləni bu kitabda 
oxuya bilərlər. 
Oxuculara məlum edirəm ki, böyük sənətkarımız Molla 
Cümənin  yaradıcılığına  bir  də  qayıtmağımın  səbəbi  aşığın 
şeirlərindən  ibarət  Mövlud  Yarəhmədovun  çap  elədiyi  kitab 
olmuşdur.  Mən  əvvəlcə  kitaba  heç  baxmamışdım,  hətta  heç 
vərəqləməmişdim  də.  Kitab  yenidən  son  dövrdə  əlimə  keçdi, 
vərəqlədim, şeirlərin böyük bir hissəsini nəzərdən keçirdim, ilk 
təəssüratım  bu  oldu  ki,  çox  təəssüfləndim,  vərəqlədikcə  də 
hirsləndim  və  qəzəbləndim.  İndi  mənim  bu  kitab  haqqında 
qənaətlərimi oxucularımla bölüşdürmək istəyirəm.  
Birinci  təəssürat:  Kitab  çox  məsuliyyətsiz  bir  şəkildə 
çap  olunub.  O  qədər  də  böyük  olmayan  kitabda  200-ə  qədər 
söz var ki, onlar böyük aşığın şeirlərinin canına daraşıb onları 
korlayır,  acınacaqlı  bir  hala  salmışdır.  Mən  uzun  müddət 
fikirləşdim  bu  qədər  sözü  necə  qruplaşdırmaq  olar,  yerbəyer 
edib  qiymətləndirmək  olar.  Bunlar  axı  böyük  ustadın  əksər 
şeirlərini eybəcər şəklə salıb. 


 
51 
Birinci qrup əsas etibarilə kompyuter səhvləridir. Kitab-
da  iki  nəfərin  adı  var.  Bu  səhvlər  saysız-hesabsızdır.  Bəla 
burasındadır  ki,  kitabın  müəllifi  qətiyyən  baxmamış,  oxuma-
mış, yaxud da səhlənkarlıq eləmişdir, bəlkə də heç başa düşmə-
mişdir. Dediklərimə bir neçə misal göstərmək istəyirəm: 
Əsl sözlər yazılmalı 
  Təhrif     olunmuş şəkli 
oyanıb  
 
 
 
oynayıb 
dəyirmançı 
 
 
 
dərmançı 
ölüsünə 
 
 
 
ölsünə 
təmənna 
 
 
 
təmənə 
gərdanına 
 
 
 
kardanına 
xoyuna 
 
 
 
xuyuna 
əğyara  
 
 
 
əğrayə 
müalicə 
 
 
 
malaca 
sağalmaz 
 
 
 
sağlamaz 
kəlim   
 
 
 
kəlam   
əksər   
 
 
 
əsgər 
məhşər  
 
 
 
məşhər 
 
Belə  səhvlər  həddən  artıqdır,  yüzə  qədərdir.  Hamısını 
göstərmək qeyri-mümkündür. Acınacaqlı haldır ki, kitabın mü-
əllifi  kompyuterdan  sonra  kitabı  oxumamışdır.  Oxumuşsa  da, 
başa düşməmişdir, oxuduqca adamın ürəyi ağrıyır. 
Mövlüd  Yarəhmədov  kitabın  müqəddiməsində  yazır: 
“Molla  Cümə  hər  sözü  yerində  işlədən  bir  sənətkar  idi.  Buna 
görə  də  onun  yaradıcılığına  həssaslıqla  yanaşmaq  lazımdır”. 
Görün,  böyük  sənətkarın  əksər  şeirlərinə  necə  deyərlər,  bəla 
gətirən  müəllif  nə  yazır  və  yazdıqlarına  necə  riayət  eləməyi 
bacarır. 
Ən  böyük  bəla  odur  ki,  çoxlu  sözlərin  mənası  yoxdur. 
Onları tərtibçi oxuya bilməmiş, yaxud da səhv oxumuşdur, elə 
qüsurlu  da  kitabda  saxlamışdır.  Folklor  el  malıdır,  çörək  kimi 
müqəddəsdir.  Ona  əl  qatmaq  olmaz.  Ulu  Tanrının  yanında  da 
elin dimağından süzülən sərvət müqəddəsdir. Böyük sənətkarın 
şeirlərini  təhrif  edən,  korlayan  demək  olar  ki,  məhv  edən  də 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə