Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə22/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   18   19   20   21   22   23   24   25   ...   104

 
69 
Bununla  əlaqədar  Rəşid  Mahmudovun  qəbulunda olmuş,  o  da 
vaxtilə Sizin adınıza məktub göndərmişdir.  
Çox hörmətli Faiq müəllim! 
Bu  kitabda  mənim  30  illik  zəhmətim,  ürəyim,  əsəbim, 
qanım  vardır.  Ona  görə  də  Molla  Cümənin  bütün  əsərlərinin 
nəşri üçün Sizin köməyinizi xahiş edirəm. 
 
                                                           Paşa Əfəndiyev 
                                    V.İ.Lenin adına APİ-nin Azərbaycan  
                                   ədəbiyyatı tarixi kafedrasının müdiri, 
                                  filologiya elmləri doktoru, professor   
                                  Əmək veteranı 
4/VI-1990 
 
 
 
Azərbaycan SSR EA Nizami adına 
Ədəbiyyat İnstitutuna 
Paşa Şərif oğlu Əfəndiyevdən 
                              
M Ə L U M A T 
 
Molla Cümənin ədəbi irsi ilə əlaqədar aşağıdakıları Sizin 
nəzərinizə  çatdırıram.  Şərif  İdrisov  uzun  illərdir  ki,  Molla 
Cümənin  şeirlərini  toplayır.  1961-ci  ildə  aşığın  şeirlərini 
toplamaq  məqsədilə  ekspedisiyada  olarkən  mən  onunla  Baş 
Göynükdə  tanış  olmuşam.  Doğrudan  da  o,  çox  zəhmət  çəkib, 
çoxlu  nümunələri  şifahi  dildən  toplamışdır.  O,  topladığı 
materialları  əvvəlcə  Sizin  instituta təqdim  edib,  bu  barədə  rəy 
də  alınmışdır.  Sonra  mən  də  nəzərdən  keçirib  aşığın  şeirlərini 
tərtib  edərkən  oraya  dastanı  (“Baxış  bəy  və  Leyli  xanım”)  və 
bir neçə şeiri daxil etmişəm. Ş.İdrisovun şifahi dildən topladığı 
şeirlərin demək olar ki,  hamısı aşığın əlyazmalarında  var, özü 
də  daha  kamil  və  tamdır.  Başqa  sözlə  əlyazmalarında  aşığın 


 
70 
üslubu  və  orijinallığı  daha  çox  özünü  saxlamışdır.  Madam  ki, 
belədir  onda  əlyazmalarının  çap  edilməsi  məsləhətdir.  Məncə 
Ş.İdrisovun  materiallarını  nəzərdən  keçirmək,  əlyazmalarında 
olmayan  nümunələrdən  seçib  kitaba  daxil  etmək  (əgər  bəyə-
nilərsə)  və  həmin  səhifədə  toplayıcının  adını  qeyd  etmək 
məsləhətdir. 
                                     
                                   Paşa Əfəndiyev 
 
 
 
 
“Yazıçı” nəşriyyatının direktoru  Ə.Xanbabayev yoldaşa 
 
ƏRİZƏ 
 
20  ildən  artıqdır  ki,  görkəmli  Azərbaycan  aşığı  Molla 
Cümənin  (1854-1920)  əsərlərini  toplayıram.  Dəfələrlə  aşığın 
anadan  olduğu,  gəzib  dolaşdığı  yerlərdə  olmuş,  şifahi  dildən 
çöxlu  şeirlərini,  bununla  belə  4  (dörd)  əlyazmasını  əldə  etmi-
şəm. Aşığın şeirlərindən bir qismini səliqəyə salıb 1966-cı ildə 
“Azərnəşr”də çap etdirmişəm. Təxminən 15 ildir ki, Molla Cü-
mənin  əlyazmaları  üzərində  iş  aparmışam,  bunlarda  olan  şeir-
ləri  oxuyub  müqayisə  etmiş,  dəqiqləşdirmiş,  bir  neçə  məqalə 
yazmış,  “Maarif”  nəşriyyatı  tərəfindən  buraxılan  “Azərbaycan 
şifahi  xalq  ədəbiyyatı”  kitabında  aşığın  həyat  və  yaradıcılığı 
haqqında ayrıca oçerk də vermişəm. “Azərnəşr”də direktor ol-
duğunuz  vaxt  bir  neçə  dəfə  Sizin  qəbulunuzda  olmuş, 
əlyazmalarını  Sizə  göstərmişəm  (1976-cı  ildə  Sizin  adınıza 
yazdığım ərizəni də əlavə edirəm). “Yazıçı” nəşriyyatı açıldıq-
dan  sonra  toplayıb  tərtib  etdiyim  kitabı  ora  təhvil  vermişəm. 
Belə  olub  ki,  mənim  kitabım  1982-ci  ilin  planına  müəllif 
Mövlud  Yarəhmədovla  birgə  salınmışdır.  Mən  yalnız  aşığın 
şeirlərinin işıq üzü görməsi naminə onunla şərik olmağa razılı-


 
71 
ğımı vermişəm. 1981-ci ilin təxminən oktyabrında Azərbaycan 
SSR EA Nizami  adına Ədəbiyyat İnstitutunda akademik M.C. 
Cəfərov və professor Əziz Mirəhmədovun bilavasitə rəhbərliyi 
ilə  iclas keçirildi,  belə  məsləhət olundu ki, M.Yarəhmədov da 
öz əlyazmasını nəşriyyata versin və sonra birlikdə kitabı nəşrə 
hazırlayaq.  (o  zaman  mənim  əlyazmam  artıq  “Yazıçı”  nəşriy-
yatında  idi.  Mən  Sizin  nəşriyyatınızda  olan  əlyazmamı  elə  o 
günlərdə  M.Yarəhmədova  təhvil  verdim  ki,  o  da  özündə  olan 
nümunələrlə birgə təcili olaraq  nəşriyyata təhvil versin.  
Çox  hörmətli  Əjdər  müəllim!  İndi  o  vaxtdan  bir  il  keç-
mişdir.  M.Yarəhmədov  nəşriyyata  bir  səhifə  də  material  ver-
məmişdir. Deməli, o öz bildiyini etmiş, Nizami adına Ədəbiy-
yat İnstitutunu, “Yazıçı” nəşriyyatını və bir müəllif kimi məni 
də  əgər  təbiri  caizsə  aldatmışdır.  Keçən  bir  il  müddətində 
mənim əlyazmamla onun necə rəftar etdiyindən də xəbərsizəm, 
eşitdiyimə  görə  qəsdən  gecikdirir  ki,  kitabı  plandan  çıxart-
sınlar.  Əjdər  müəllim,  necə  olub  ki,  M.Yarəhmədov  indiyə 
qədər nəşriyyata bir səhifə də material vermədiyi halda adı bir 
müəllif  kimi  nəşriyyat  planına  düşmüşdür?  O  son  illər  özünü 
çox şübhəli və qeyri-səmimi aparmış, başqa sözlə Molla Cümə-
nin  əsərlərinin  hazırlanmasına açıqcasına  mane olmuşdur. Ona 
görə  də  uzun  illər  Molla  Cümənin  toplayıcısı  və  tədqiqatçısı 
kimi  (Aşığın  həyat  və  yaradıcılığına  həsr  etdiyim  monoqra-
fiyanı  tamamlamaq  üzrəyəm)  kitabın  M.Yarəhmədovla  şərikli 
çap  olunmasına  razı  deyiləm.  Molla  Cümənin  əsərlərindən 
ibarət  kitabın  mənim  Sizə  təqdim  etdiyim  əlyazması  əsasında 
çap edilməsi üçün sərəncamınızı xahiş edirəm. 
 
            Paşa Əfəndiyev 
                                      Filologiya elmləri doktoru, professor 
 
 
                
 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə