Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə19/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   15   16   17   18   19   20   21   22   ...   104

 
59 
verdim  ki,  Məhəmməd  dayını  Balakənə,  İti  Tala  kəndinə  çat-
dırsın. 
Rauf  Əfəndiyevlə əlaqədar başqa bir əhvalat da qeyd et-
mək istəyirəm. Mən Baş Göynükdə olarkən eşitdim ki, Reyhan 
xanımda Molla Cümənin şeirlərindən  ibarət bir əlyazması  var. 
Ancaq heç kimə vermək istəmir. Mən dolayısı ilə Reyhan xanı-
ma xəbər göndərdim. Ancaq eşitdim ki, o, əlyazmasını mənə də 
vermək istəmir. Bu əhvalatı Rauf müəllim eşidir. Rauf müəllim 
məni  çağırıb  dedi  ki,  Reyhan  xanımın  ən  yaxın  qohumu 
mənimlə dostdur. Onun vasitəsi ilə mən o əlyazmanı alacağam. 
Zəkəriyyə  Əzizov  Şəkidə  Rauf  müəllimlə  oxuyub,  indi  çox 
dostdurlar.  Zəkəriyyə  müəllim  Raufun  xahişi  ilə  əlyazmasını 
Reyhan  xanımdan  alıb  mənə  bağışladı.  Bu  isə  ən  böyük 
əlyazmalarından  biridir.  Bunun  haqqında  kitabda  yazmışam. 
Mən  arxivdən  Rauf  müəllimin    mənə  yazdığı  iki  məktubunu 
tapmışam.  Bunlardan  başqa  Molla  Cümənin  nəvəsi  Mövlud 
Əzizovun mənə ünvanladığı məktub vardır. Onları kitaba daxil 
edirəm.  Mövlud  müəllim  mənə  ünvanladığı  məktubunda  yaz-
mışdır:  “Paşa  müəllim,  sizə  məlum  olsun  ki,  bu  yaxınlarda 
babamın  şəkli  tapılıb.  Qaxdan  həkim  Calal  kişinin  qızı  verib. 
Axtıda  (Dağıstan    R.Ə.)  1914-cü  ildə  çəkilib.  Mən  Qaxda 
olarkən  həkim  Əzizin  arvadında  Molla  Cümənin  şəkli  oldu-
ğunu dedilər.  Düzü mən Əziz doktoru tapa bilmədim. Sonralar 
mətbuatda  aşığın    şəkli  haqqında  məlumat  çıxdı.  Şəkli  də  çap 
eləmişdilər.  Orada  yazılmışdır:  ...  “Q.Hüseynovla  Ə.Əsgərov 
Zaqatalaya  gəldilər.  Doğrudan  da  Calal  kişinin  qızı  Firəngiz 
xanım  atası  ilə  Molla  Cümənin  1912-ci  ildə  Axtıda  (Dağıs-
tanda)  müalicə  günlərində  çəkdirdikləri  şəkli  əziz  xatirə  kimi 
saxlayırmış”. Şəkil də məqalənin yanında verilib. 
Artıq  aşığın  əsərlərindən  ibarət  iki  kitab  çap  eləyib 
oxucuların  ixtiyarına  vermişdim  (1966,  1983).  Yay  aylarında, 
tətil zamanında birdən məni qayğı götürdü. Nə üçün mən aşığın 
əlimdə  olan  bütün  əsərlərini  toplamayım.  Onun  necə  deyərlər 
külliyatını hazırlamayım. Çox böyük həvəs və məsuliyyət tələb 


 
60 
edən bu işin öhdəsindən gəlmək üçün işə başladım. Axı indiyə 
qədər  aşıq  Ələsgər  də  daxil  olmaq  şərti  ilə  heç  bir  aşığımızın 
sözün  həqiqi  mənasında  elmi  külliyatı  ortaya  qoyulmamışdı. 
Molla  Cümənin  bütün  şeirlərini  yığdım,  düzdüm.  Topladığım 
nümunələri  əlyazmaları  və  qeydlərimi  ortaya  qoyub  tərtibata 
başladım. Çoxlu çətinliklərlə rastlaşdım. Deyəsən aşığın əlimdə 
olan  bütün  şeirlərini  bir  yerə  toplaya  bilmişəm.  Çoxlu  müqa-
yisələr,  dəqiqləşdirmələr  apardım.  Aşıq  sənətimizdə  deyəsən 
ilk  elmi-müqayisəli  külliyat  Molla  Cüməyə  nəsib  olmuşdu. 
Çox əziyyət çəkməli oldum. Molla Cümənin bütün əsərlərində 
işlənən  mifoloji,  ictimai  adları  toplayıb  aşkarladım.  Gözəl  bir 
lüğət  tərtib  elədim.  Geniş  bir  müqəddimə  yazdım.  Makinaya 
verdim.  800  səhifə  alındı.  Beləliklə,  böyük  zəhmətin  bəhrəsi 
kimi aşığın əsərlərinin külliyatı hazırlandı. İndi  fikirləşdim ki, 
haraya, hansı  nəşriyyata aparım. Qərara gəldim ki,  “Yazıçı”ya 
aparacağam.  Getdim,  direktor  Faiq  Məlikov  idi.  Məni  çox 
yaxşı qarşıladı.  Şöbə müdiri İsgəndərzadəni çağırıb tapşırdı ki, 
nəzərdə  tutsun.  Bir  müddətdən  sonra  Faiq  müəllim  dünyasını 
dəyişdi. Yerinə Əkrəm Əylislini qoydular. O, mənə açıqcasına 
dedi  ki,  bizim  çap  eləməyə  imkanımız  yoxdur.  Əlyazmasını 
tələb  elədim,  iki  gün  axtardılar  tapa  bilmədilər.  Özüm  şəxsən 
arxivə  gedib  axtardım,  800  səhifəlik  əlyazmamı  mənimsəmiş-
dilər. Əkrəm Əlisli də heç məhəl qoymadı, üzr də istəmədilər. 
Əlyazmamın  məndə  ikinci  nüsxəsi  var  idi.  Onun  əsasında 
yenidən  makinada  yazdırdım.  İndi  mən  nə  edim,  başıma  nə 
çarə  çəkim,  hara  gedim,  əlacım  kəsilib  “Maarif”  nəşriyyatına 
getdim.  Oranın  direktoru  mənim  sevimli  tələbəm  Allahverdi 
Eminov  idi.  Şöbə  müdiri  də  yenə  yaxşı  tələbələrimdən  olan 
İmran  Abbasov  idi.  Allahverdi  müəllim Molla Cümənin külli-
yatını  “Maarif”  nəşriyyatının  tematik  planına  daxil  elədi.  Elə 
oldu ki, Allahverdi müəllim nəşriyyatın direktorluğundan çıxdı. 
Mən  heç  görmədiyim,  adını  belə  heç  eşitmədiyim  Ziya 
Abdullayevi direktor təyin elədilər. Onun qəbuluna getdim. O, 
mənə qəti cavab verdi, biz Molla Cüməni o həcmdə çap eləyə 


 
61 
bilməyəcəyik.  Kitabın  yarısını  götürün.  Mən  isə  sakitcəsinə 
dedim:  Ziya  müəllim,  kitabın  yarısı  artıq  çap  olunub.  Bu  isə 
Molla  Cümənin  bütün  əsərlərinin  külliyatıdır.  O,  mənimlə 
kobud  danışdı,  mən  heç  gözləməzdim.  Çox  zəhmət  çəkdim, 
hətta nazirin yanına da getdim. Şəki şəhərinin rəhbər şəxslərinə 
məktub  yazdım.  Məktub  “Şəkinin  səsi”  qəzetində  çap olundu. 
Hər  yerdən  əlim  üzüldü.  Birdən  yadıma  Elçin  Əfəndiyev 
düşdü.  Elə  bu  yaxınlarda  Elçin  müəllimə  yenicə  çap  olunmuş 
kitabımı  vermişdim.  Nəhayət  Nazirlər  Sovetində  Elçin 
Əfəndiyevin  qəbuluna  getdim.  O,  məni  çox  yaxşı  qəbul  elədi. 
Dedi ki, sizi yaxşı tanıyıram. Bu yaxınlarda sizin “Azərbaycan 
şifahi  xalq  ədəbiyyatı”  dərsliyiniz  haqqında  mətbuatda  çıxış 
eləmişəm.  
Dərdimi  danışdım.  Elçin  müəllimin  köməkçisi  yanımda 
idi. Adı da Rasim idi. Elçin müəllim Rasimə dedi ki, direktorun 
nömrəsini  yığ.  Rasim  isə  bilmirəm  nə  dedi.  Onda  mən 
dilləndim  ki,  əzbərdən  bilirəm.  Rasim  yığdı.  Elçin  müəllim 
birbaşa direktorla danışdı. Dedi ki, Paşa Əfəndiyev bizim yaxşı 
folklorşünasımızdır. Zəhmətkeş alimdir. Uzun illər çox zəhmət 
çəkib  Molla  Cümənin  şeirlərini  toplamışdır.  Bu  folklordur. El 
sərvətidir.  Paşa  Əfəndiyevin  şəxsi  yaradıcılığı  deyil.  Paşa 
müəllimin  kitabını  olduğu  kimi  çap  eləyin.  Mən  Elçin 
müəllimə minnətdarlığımı bildirərək qayıtdım. Bir ay, daha çox 
keçdi. Kitab yerindən tərpənmir, direktor işi uzadır. Mən yenə 
işə qarışdım, dedim yenə Elçin müəllimin yanınamı gedim. Bir 
neçə  gündən  sonra  kitabı  mətbəəyə  göndərdilər.  Beləliklə, 
ömrü  faciə  ilə  başa  çatan  böyük  sənətkarın  külliyatı  dünyaya 
göz açdı. Kitab böyük əks-səda doğurdu. Bu nəşrin çox qəribə 
taleyi  olub.  Bu  kitabın  daha  təkmilləşdirilmiş  nüsxəsi 
Azərbaycan  prezidenti  İlham  Əliyevin  sərəncamı  ilə  25  min 
nüsxə  çap  edilib.  Bütün  Azərbaycan  kitabxanalarına  pulsuz 
hədiyyə  verilmişdir.  Hazırda  Molla  Cümənin  bu  külliyatı 
Almaniyanın Halle şəhərində kitabxanada saxlanılır.   
                     


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə