Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə20/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   16   17   18   19   20   21   22   23   ...   104

 
62 
 Hörmətli Paşa müəllim! 
 
Salam! 
Paşa,  sizin  məktubunuzu  aldım.  Mövlüd  müəllim  öz 
kəndlərində  xeyir  işləri  olduğundan  gec  cavab  yazmağımı  ba-
ğışla. O, 3/IX-61 ildə məktəbə gəldi. Mən onunla ətraflı danış-
dım.  
O,  mənə  dedi  ki,  mən  və  anam  ona  hərtərəfli  köməklik 
göstərə  bilərik.  Hazırda  Mövlüd  müəllimin  deməsinə  görə, 
onun  anasında  ərəb  əlifbası  ilə  Molla  Cümənin  əl  yazmaları 
var.  Mövlüdun  özündə  də  140  qədər  qoşma,  müxəmməs, 
divani,  təcnis  və  s.  vardır.  Mövlüdun  deməsinə  görə,  Layisqı 
kəndində Molla Cümə  ilə bir dövrdə yaşayan Molla Cümənin 
dayısı oğlu Şirin kişi adlı 97  yaşlı qocadan da ətraflı  məlumat 
almaq mümkündür. 
Paşa, sonra mən özüm Molla Cümənin qoşmalarının ək-
səriyyətini bilən və onun haqqında rəvayətlər danışan Balakən 
rayonun  İtitala  kəndindən  aşıq  Məhəmməd  adlı  bir  nəfəri 
tanıyıram.  Onun  Marsanda  keçirilən  bir  neçə  məclisində  mən 
özüm  olmuşam.  O,  Molla  Cümə  haqqında  çox  qoşma  bilir. 
Əyər  lazım  olsa  onunla  da  məsləhətləşmək  olar.  Sən  yenə 
lazımı  məlumatı  almaq  üçün  əlaqə  saxla.  Mən  Mövlüd  müəl-
limdən  onun  anasında  olan  məlumatları  (qoşmalarını)  tələb 
etdim.  O  dedi  ki,  anam  həmin  əlyazmasını  heç  kimə  vermir. 
Ancaq özlərində baxmağa icazə verir. 
Sonra Mövlüdün əmisi oğlu da mənim yaxın dostumdur. 
Sən gəlsən həm Layisqiyə birlikdə gedərik, həm də Aşıq 
Məhəmmədlə səni görüşdürərəm.  
Paşa,  Mövlüdün  deməsinə  görə  bu  yaxınlarda  Nuxalı 
Ələşrəf adlı  bir  nəfər Molla Cümənin əl  yazmalarından 2 dəf-
təri Nizami  institutuna təhvil  verib. Sən oranı da yoxla. Sonra 
sənə  nə  kimi  materiallar  lazımsa  mənim  gücüm  çatanı  düzəlt-
məyə  hazıram.  Əyər  sənsiz  düzələsi  şeylər  varsa  mənə  yaz. 


 
63 
Mən Layisqıya gedim. Mövlüdün anasından və həmin qoca Şi-
rin kişidən öyrənib sənə yazım. 
Mənə  ətraflı  məlumat  yaz.  Mövlüd  müəllim  də  sizə  hər 
cür köməklik göstərməyə hazırdır. 
Hörmətlə sizin Rauf 
4/IV-61 
 
 
 
 
 
                          Hörmətli mama oğlu
6

 
Sizin  məktubunuzu  aldım  və  oxudum.  Sizə  minnətdar-
lığımı  bildirirəm.  Çox  sağ  olun.  Başa  düşdüm  ki,  əziyyətimi 
çox çəkirsən.  
Mama oğlu. Mən Layısqıya getdim. Mövlüdlə və Reyhan 
xala  ilə  görüşdüm.  Mövlüddə  təzə  bir  şey  yoxdur.  Siz  yazan 
şeiri yazdım. Reyhan xalanında tək şəklini tapa bilmədik. Yenə 
göndərdiyimlə iş açmırsa ona mən demişəm şəklini çəkdirəcək. 
Xəbər  ver  onu  alıb  çatdırım.  Ona  Zəkəriyyə  müəllim  dedi  ki, 
Baş  Göynükdə  bir  adamda  yeni  şeirlər  var.  Onu  alacaq,  əyər 
yenisi  varsa  sizə  çatdıracağam.  Sonra  Mövlüdün  deməsinə 
görə,  Balakəndə  güya  Molla  Cumanın  şəkli  var.  Mövlüd  bu 
kanikulda  ora  gedəcək.  Əyər  tapsa  onu  mənə  çatdıracaq,  mən 
də sizə göndərəcəm. “Bolşevik” şeirini mənə verən Ləkit kənd 
sakini,  63  yaşlı,  pensiyaçı  Meçid  Məsum  oğlu  Əhmədovdur 
(bizim əmi qızı İmamatın əri).  
                                              Qax rayonu Marsan kəndi 
                                             Rauf Əfəndiyev.  1/XI-1961 
                                                
6
  Şəki-Balakən  zonasında  bibiyə  mama  deyirlər.  Deməli,  bibi 
oğlu  yox,  mama  oğlu  Rauf  Əfəndiyevin  də  bizə  qohumluğu  çatır. 
Məni də mama oğlu adlandırmışdır.  
 


 
64 
 
“Hörmətli  Paşa  müəllim!  Salam.  Sizin  göndərdiyiniz 
hədiyyəni  aldım  və  çox  şad  oldum.  Siz  bilirsiniz  ki,  anam  və 
bacılarım nə qədər şad oldu. Xüsusən anam nə qədər şadlandı, 
həddi-hesabı  yoxdur.  Kitab  çatandan  sonra  demək  olar  ki, 
kəndin  adamlarının  hamısı  kitabı  oxumaq,  xüsusən  babamın 
haqqında  sizin  yazdığınız  müqəddiməni  oxuması  ilə  daha  çox 
maraqlanırlar.  Bir  sözlə  sizin  adınız  əzbər  olmuşdur.  Xüsusən 
sizin Cavad oğluna verdiyiniz yüksək qiymət Göynük camaatı 
arasında  böyük  şadlığa  səbəb  olmuşdur.  Paşa  müəllim,  sizə 
məlum olsun ki, bu yaxınlarda babamın şəkli tapılıb. Qaxda hə-
kim  Calal  kişinin  qızı  verib.  Axtıda  (Dağıstanda)-P.Ə.)  1914-
cü ildə çəkilib. Həmin şəklin üzünü çıxarıb, hər-halda ya özünü 
gətirərəm və ya göndərərəm”. 
                                                 Mövlüd Əzizov 
                                                (Molla Cümənin nəvəsi) 
                                                 Baş  Göynük, 1966 
 
 
            Şəki  kəndlərinin  birində  redaksiyaya  belə  bir  mək-
tub ünvanladım: 
 
Hörmətli  redaksiya!  Mən  Nuxa,  Qax,  Zaqatala,  Balakən 
rayonlarının bir sıra kəndlərini gəzib Molla Cümənin həyat və 
fəaliyyəti  haqqında  məlumat  toplamışam,  külli  miqdarda  yeni 
şeirlərini əldə etmişəm. Xüsusilə Aşağı Göynük, Biləcik, Aşa-
ğı Layişqi, Baş Layişqi və başqa kəndlərin necə deyərlər torpa-
ğı, daşı da belə Molla Cümədən danışır. Bu maraqlı şəxsiyyətin 
–böyük aşığın əsərlərini toplayıb sistemə salıb çap etmək, yara-
dıcılığını da öyrənmək folklorşünaslığımız qarşısında duran ən 
mühüm vəzifələrdən biridir. Ona görə də sizdən artıq dərəcədə 
xahiş  edirəm  ki,  mənim  məktubumu  və  hələ  indiyə  qədər  çap 
üzü görməyən aşağıdakı şeirləri qəzetinizdə dərc edəsiniz. 
           


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə