Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə28/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   24   25   26   27   28   29   30   31   ...   104

 
92 
 
Əlyazmasının sonunda digər aşıqların şeirlərindən və mə-
həbbət  dastanlarından  nümunələr  də  vardır.  Bunlara  Şair,  Sa-
lah,  Yusif,  Heydər,  Şeyda,  Musa,  Donu,  Rəcəb  (Ehraklı),  Ca-
mal  (Qax  rayonunun  Zəyəm  kəndi),  Məhəmməd  (Varxiyanlı) 
və  digər  aşıqların  şeirlərini,  “Abbas  və  Gülgəz”,  “Əsli  və 
Kərəm”,  “Novruz  və  Qəndab”  dastanlarından  mahnıları  misal 
göstərmək olar. 
Ekspedisiyaların birində Zaqatalanın Kəpənəkçi kəndinin 
sakini  Aşıq  Murtuzəli  ilə  tanış  olduq.  Aşıq  Murtuzəli  Molla 
Cüməni görmüş,  məclislərində  iştirak etmiş,  hətta ona bir  şeir 
də  ithaf  etmişdir.  Həmin  qoşmanı  aşıq  Murtuzəli  sazın  müşa-
yiəti  ilə  oxudu  və  bizə  təqdim  etdi.  O,  Molla  Cümənin  çoxlu 
şeirlərini əzbərdən bilirdi. Aşıq Murtuzəli Molla Cümənin uzun 
illər qoruyub saxladığı bir əlyazmasını da bizə təqdim etdi. Bu 
əlyazma  yarımçıqdır,  bir  hissəsi  qopub  düşmüşdür.  Burada 
qoşma,  gəraylı,  divani,  təcnis,  müxəmməs,  müxtəlif  biçimli 
şeirlər,  bayatılar  toplanmışdır,  yüzdən  artıq  şeir  vardır.  Görü-
nür, əlyazması  həcmcə  böyük olmuşdur. Səkkiz  vərəqi qalmış 
əlyazmasında  şeirlər  səliqə  ilə,  tuşla,  xüsusi  xətlə  köçürül-
müşdür. Əvvəlki əlyazmasından fərqli olaraq burada şeir şəkil-
lərinin  sırası  gözlənilməmişdir.  Qoşma  daha  çoxdur.  Əlyaz-
masının  haşiyələrində  ağ  yerlərdə  Molla  Cümənin  qoşduğu 
bayatılardan  nümunələr  də  vardır.  Əlyazmasına  sonralar  müx-
təlif  xətlə  aşığın  şeirləri  yazılmış  adi  kağızdan  ibarət  daha  18 
səhifə  əlavə  edilmişdir.  Bu  şeirlər  içərisində  Molla  Cümənin 
Aşıq  Könül  ilə  deyişməsi  də  vardır.  Həmin  deyişmə  əlimizdə 
olan  dörd  əlyazmasından  yalnız  ikisində  verilmişdir.  Burada 
aşıq  müxtəlif  şeir  şəkilləri  üstündə  öz  könlü  ilə  deyişir. 
Aşıqların dediyinə görə, bu, Molla Cümənin düzəltdiyi maraqlı 
bir dastandır ki, hələlik ondan 80 bənd şeir parçası qalmışdır. 
Molla  Cümənin  Aşıq  Könül  ilə  deyişməsinin  başqa  bir 
variantını  ekspedisiya  zamanı  Balakən  rayonunun  İtitala  kən-
dində  Aşıq  Məhəmməd  Həsrətovun  dilindən  yazıya  almışıq. 


 
93 
Deyişmənin sonu Molla Cümənin qələbəsilə başa çatır. Hər iki 
sənətkar bir dost kimi ayrılırlar. Əlbəttə, Molla Cümənin sənət-
kar dünyasını öyrənmək üçün bu parçaların da nəşrinin mühüm 
əhəmiyyəti ola bilər.  
Molla Cümənin şeirlərini toplamaq üçün getdiyimiz eks-
pedisiyaların birində Şəkinin Baş Göynük kəndində aşığın qızı 
Reyhan xanımın qonağı olduq. Üç gün ətraf kəndləri dolaşdıq. 
Şifahi  dildən  aşığın  çoxlu  şeirlərini  yazıya  aldıq.  Reyhan  xa-
nımla  söhbətdən  aydın  oldu  ki,  evində  atasının  bir  neçə  əl-
yazması olmuşdur. O, hətta xatırlayır ki, 1930-cu illərin əvvəl-
lərində məşhur Azərbaycan folklor toplayanı Hümmət Əlizadə 
bir  neçə  gün  onlarda  oturmuş,  əlyazmaları  üzərində  işləmiş, 
lazım olan şeirləri yazıb aparmışdır. Dönə-dönə tapşırmışdı ki, 
əlyazmalarını  qoruyub  saxlasınlar.  Reyhan  xanımın  dediyinə 
görə, Böyük Vətən müharibəsi ərəfəsində Şəkidə vəzifədə olan 
şəxslərdən biri onlara gəlmiş, əlyazmasını tələb etmiş və zorla 
alıb  aparmışlar. Aşığın qızı  belə bir əlyazması da təqdim etdi. 
Ancaq o, orijinal deyildir, adi mürəkkəblə ümumi dəftərə səliqə 
ilə köçürülmüşdür. 122 səhifədədir. Bizə görə dəftər təxminən 
1940-1950-ci  illərdə  yazılmışdır.  Əlyazmasının  19-cu  səhifə-
sində oxuyuruq:  “Bu dəftər yazıldı 1333-cü ildə. Katibi Molla 
Cümə ibn Salah. Mərhum Aşağı Layısqi. 
1333-cü  ili  hicri  miladi  tarixə  çevirdikdə    1914-cü  il 
alınır.  Görünür,  həmin  dəftər  əsasında  bir  neçə  variant  mey-
dana  gəlmişdir.  Belə  ki,  əlyazmasının  üzünü  köçürənlər, onda 
aşıq  tərəfindən  qoyulan  tarixi  də    yazıb  saxlamışlar.  Reyhan 
xanımın bizə verdiyi dəftər də aşığın  öz xətti ilə yazdığı həmin 
əlyazmasının  üzündən  köçürülmüş  variantdır.  Ancaq  orijinalı 
indiyə qədər dəqiqləşdirilmənişdir. Deyilənə görə, bu əlyazma-
sı  vaxtilə  respublika  Əlyazmaları  İnstitutuna  satılmışdır.  An-
caq biz onu görməmişik, kim bilir bəlkə o da başqa bir varian-
tıdır.  
Əlimizdə  olan  dördüncü  əlyazması  Şəkinin  Aşağı  Göy-
nük  kənd  orta  məktəbinin  müəllimi  B.Hacıyevin  bizə  təqdim 


 
94 
etdiyi M.Ə.Sabirin 1914-cü ildə İsa bəy Aşurbəyovun  mətbəə-
sində  buraxılan  “Hop-hopnamə”sidir.  Kitabın  bütün  səhifə-
lərində ağ  yerlərə Molla Cümənin  şeirləri  yazılmışdır. Bir  sıra 
səhifələrində  hətta  şeirlərin    yazılma  tarixi  də  vardır  (1918, 
1919  və  s.).  Müqayisələr  göstərir  ki,  “Hophopnamə”nin  səhi-
fələrində olan şeirlər daha dəqiq və kamildir. Bizdə olan bütün 
əlyazmalarını  diqqətlə  nəzərdən  keçirən  mərhum  akademik 
Həmid  Araslı  da  bunu  təsdiq  etdi.  Hacıyevin  dediyinə  görə, 
atası Salman Rzaqov (o, 1943-cü ildə vəfat etmişdir), 20 ildən 
artıq Molla Cümə ilə dostluq etmişdir. S.Rzaqov özünəməxsus 
olan “Hop-hopnamə”ni o zamanın ziyalılarını, dostlarını başına 
toplayıb  oxuyarmış,  Molla  Cümə  də  belə  məclislərin  daimi 
qonağı  imiş.  O,  hər  dəfə  “Hop-hopnamə”yə  qulaq  asandan 
sonra    öz  əlilə  kitabın  səhifələrindəki  ağ  yerlərdə    şeirlərdən 
birini  yadigar olaraq və həm də  minnətdarlıq əlaməti kimi  ya-
zırmış. 
“Hop-hopnamə”nin  səhifələrində  ağ  yer  yoxdur.  Molla 
Cümənin şeirləri Sabir satiralarına qaynayıb qarışmışdır. Ümu-
miyyətlə,  həmin  kitabın  səhifələrində  Molla  Cümənin  150-ə 
yaxın şeirləri  vardır. Biz bu əlyazmaları üzərində iş aparmış və 
aşığın  şeirlərini  çapa  hazırlayarkən  onları  əsas  götürmüşük. 
Müşahidə  göstərir  ki,  əlimizdə  olan  dörd  əlyazmasında  Molla 
Cümənin  əksər  əsərləri  toplanmışdır.  Hazırda  aşığın  bütün 
əsərlərininş  qeyd  və  şərhlərlə  çapı  ümdə  vəzifə  kimi  qarşıda 
dayanmaqdadır.  Bizcə,  Molla  Cümənin  əsərlərinin  külliyyatı-
nın hazırlanmasında bunların mühüm rolu olacaqdır. Əlyazma-
larının  səhifələrində  aşığın  indiyə  qədər  heç  yerdə  çap  olun-
mamış  xeyli  şeirləri  də  vardır.  Onlardan  birini  oxuculara  təq-
dim edirik.  
 
 
 
 
 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə