Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə26/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   22   23   24   25   26   27   28   29   ...   104

 
84 
Son zamanlar əldə etdiyimiz bir kitabda  - Mirzə Ələkbər 
Sabirin  1914-cü  ildə  çıxan  “Hophopnamə”sində  bəzi  maraqlı 
faktlara  rast  gəldik.  Kitabın  səhifələrinin  ağ  yerlərində  Molla 
Cümənin  şeirləri  var,  əksəriyyətini  də  aşığın  özü  yazıb,  
“Hophopnamə”nin 4-cü səhifəsində “Vücudnamə”nin yuxarıda 
göstərdiyimiz misrası belədir? 
      Vələdim Həsəndir, əxim Salman. 
 
Əlyazmasında    həmin  bəndin  qənşərində,  elə  bil  “əxim” 
sözünə  izah  üçün,  başqa  bir  xətlə  “qardaşı  Salman”  sözləri 
qeyd  edilib.  Həmin  sözlər  üzərində  düşünəndə  gördüm  ki, 
“Əxim  Salman”  ifadəsi  vəzni  pozur.  Əlyazmasının  başqa  bir 
şeirində  “Hophopnamə”nin  150-ci  səhifəsində  yazılmış  digər 
bir şeir bu məsələni aydınlaşdırır. Şeirdən aydın olur ki, Molla 
Cümə Zaqatalanın Tala kəndində xəstələnib  yatağa düşür, çox 
ağır  vəziyyətdə  yaxın  adamlarını,  qohum-əqrəbasını  yadına 
salıb, adbaad xatırlayır: 
Qürbətdə ağrıyır başım, 
Gözlərimdən axır yaşım, 
Aşə yengəm, bir qardaşım, 
O Süleyman yada düşdü. 
Bəlli  olur  ki,  Süleyman  Cümənin  qardaşının  adıdır. 
Deməli,  “Vücudnamə”də  də  “əxim  Salman”  deyil,  “əxim 
Süleyman”  olmalıdır.  Salman  və  Süleyman  sözlərinin  ərəb 
əlifbası  ilə  yazılışı  bir-birinə  oxşayır.  “Vücudnamə”də  “l”  ilə 
“m” hərflərinin arasında yaddan çıxıb iki nöqtə qoyulmadığına 
görə  Süleyman  Salman  kimi  oxunur.  Aşığın  qızı  Reyhan 
xanımın bizə təqdim etdiyi əlyazmasında da “əxim Süleyman” 
yazılmışdır.  Hümmət  Əlizadənin  əsas  səhvi  ondan  ibarət olub 
ki,  “əxim”  sözünü  “adım”  kimi  oxumuşdur.  Diqqət  yetirsək 
görərik  ki,  Molla  Cümə  heç  bir  şeirində  öz  adının  süleyman 
olduğunu  yazmır.  Aşığın  bir  qoşmasınn  möhür  bəndinə  nəzər 
salaq.  
Adım Molla Cümə, Salahzadəyəm, 


 
85 
Üzüqara  bəndə, kəmtər kədayam. 
Mən özüm də səntək yardan cidayəm, 
Dərdimə dərd qoşma, gülsənə, bülbül! 
Bütün  bunlardan  sonra  deyə  bilərik  ki,  “Vücudnamə”də 
olan misra belə oxunmalıdır: 
Vələdim Həsəndir, əxim Süleyman.   
Ustad  aşığın  əsil  adı  Süleyman  yox,  Cümədir.  Yerli 
ləhcədə  ona  “Cuma”  deyirlər.  Aşığın  göstərilən  əlyazmasında 
olan və indiyə qədər çap olunmayan bir neçə şeirini oxuculara 
təqdim edirik: 
 
        Gəraylılar 
 
Bir gözələ gözüm düşdü, 
Mən dönərəm, könül dönməz. 
Ruhum getdi, əqlim çaşdı, 
Mən dönərəm, könül dönməz. 
 
Dərdimi söylərəm başdan, 
Ay qabaqdan, qələm qaşdan, 
Şirin dilli bir ölmüşdən, 
Mən dönərəm, könül dönməz. 
 
Molla Cümə, eylə dastan, 
Mail baxan gözü məstan, 
Bir vəfalı sevən kəsdən 
Mən dönərəm, könül dönməz. 
 
************ 
 
Gözlərim eylə tamaşa: 
Yar qarşıda dayanıbdır. 
Mənim yatan kor taleyim 
İndi xabdan oyanıbdır. 


 
86 
 
Ay qabaqda siyah tellər, 
Bülbül tək danışır dillər. 
Ağ biləklər, həm ağ, əllər 
Al xınaya boyanıbdır.  
 
Gözlərin oxşar badama, 
Ziyan verir çox adama, 
Layisqili Molla Cümə 
Baxıb səni bəyənibdir. 
 
 
               Qoşma  
 
Səndən xəbər alım, ey badi-səba, 
Dilimin diləyi neçün gəlmədi. 
Sarmaşa boynuma, deyəm, mərhəba, 
Sərimin çələngi neçün gəlmədi? 
 
Neçə vaxt görmədim dost məhəbbəti, 
Versələr, almaram onsuz cənnəti. 
Behişt hurisidir yer səltənəti 
O ərşin mələyi neçün gəlmədi. 
 
Adını demirəm, İsmi Pünhandı, 
Ləblərinin suyu dərdə dərmandı, 
Bu Cümə müntəzir xeyli zamandı, 
Könül əyləncəyi neçün gəlmədi? 
 
            Qoşayarpaq  
 
Bir zülfü ənbərə, qarşı peykərə, 
Bir gözü xumara canım peşkəşdir. 
Yanağı əhmərə, üzü qəmərə 


 
87 
Bir dişi gövhərə canım peşkəşdir. 
 
Bir ləbi şükkərə, dili şəkkərə, 
Bir sinə mərmərə, bəxti əxtərə, 
Bir qəddi ərərə, təzə nükbərə 
Bir belə dilbərə canım peşkəşdir. 
 
 Bir ismi əzbərə, əndamı tərə, 
Bir cavan bəkərə, gözəl duxtərə, 
Bir eşqi əxkərə, çox zülmkərə 
Cüməyəm, aşkara canım peşkəsdir. 
 
                                   1976 
 
 
 
                       Molla Cümənin yeni əlyazması 
 
XIX əsrin axırları, XX əsrin əvvəllrində yaşayıb-yaradan 
Azərbaycan aşıqlarından biri də Molla Cümədir. O, çox maraq-
lı bir həyat yolu keçmiş, zəngin ədəbi irs qoyub getmişdir. Son 
illər aşığın həyatına, yaradıcılığına maraq artmışdır. Onun ayrı-
ayrı naməlum şeirləri mətbuat səhifələrində çap edilmiş, 1966-
cı  ildə  isə  Azərnəşr  aşığının  əsərlərini  kitabça  halında  burax-
mışdır. Mətbuatda Molla Cümənin bu yaxınlarda tapılmış şəkli 
də verilmişdir. Biz uzun illərdir ki, aşığın şeirlərini toplamaqla 
məşğuluq. Onun fəaliyyət göstərdiyi yerləri gəzmiş, xeyli şeiri-
ni  toplamışıq.  Molla  Cümənin  bir-neçə  əlyazmasını  da  tap-
mışıq.  Bu  əlyazması  haqqında  “Bakı”  qəzetinin  oxucularına 
məlumat vermək istəyirik.  
Bu  sənəd  öz  quruluşu,  məzmunu,  yazılış  tərzi  etibarı  ilə 
başqa əlyazmalarından fərqlənir. Bu “əlyazması” sevimli şairi-
miz  M.Ə.  Sabirin  1914-cü  ildə  İsabəy  Aşurbəyovun  “Kaspi” 
mətbəəsi tərəfindən buraxılmış “Hophhopnamə”sidir. 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə