Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə30/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   26   27   28   29   30   31   32   33   ...   104

 
99 
M.Cümə  onda  qələmini  sınamasın.  Bu  mənada  ustad  aşığın 
əsərləri  külliyatının  nəşri  qarşıda  bir  vəzifə  kimi  dayanmaq-
dadır. 
Molla  Cümənin  yaradıcılığında  əsas  yeri  məhəbbət 
lirikası tutur. Aşıq şeirlərində insan gözəlliyini böyük səmimiy-
yətlə vəsf edir. Amma onun ilk və son sevdası İsmi Pünhandır. 
Diqqət  etdikdə  İsmi  Pünhanın  tarixi  şəxsiyyət  olduğuna 
inanırsan. 
Bəs  nə  üçün  aşıq  sevdiyi  qızın  adını  gizlətmişdir?  İsmi 
Pünhan  haqqında  çoxlu  rəvayətlər  dolaşmaqdadır.  Məsələn, 
Aşıq  Kazımın  dediyinə  görə,  İsmi  Pünhan  Qax  rayonunun 
Şabalıtlı  kəndində  Şeyx  Baba  adlı  bir  nəfərin  qızı  olmuşdur. 
Əksər  söyləmələrə  görə,  İsmi  Pünhan  varlı  və  həm  də  dindar 
bir  yerdəndir.  İdris  Mustafayev  bizə  dedi  ki,  mən  Molla 
Cümənin yaxın yoldaşı və ürək dostu olmuşam. Çəltik əkininə 
də  bir  yerdə  çıxardıq.  İsmi  Pünhanın  kim  olduğunu  məndən 
belə gizli saxladı, andı var idi, sirr açılmamış qaldı. Qax rayonu 
qocalarından  birinin  dediyi  kimi,  el  ədəbiyyatında  indiyədək 
gözəlin adı gizli qalmamışdır. Molla Cümənin İsmi Pünhanı isə 
pünhan qaldı. 
Aşığın şeirlərində onlarla gözəl öz adları ilə vəsf olunur. 
Molla  Cümə  tərif  etdiyi  gözəllərin  adını  bərk  ayaqda  əbcəd 
hesabı  ilə  demiş,  yaxud  da  gözəlin  adında  olan  hərfləri  şeirin 
vəzninə  uyğunaşdırıb  söyləmişdir.  Bir  sıra  şeirlərində  dörd 
hərfin həsrətilə alışıb yandığını söyləyir. Ancaq bu dörd hərf də 
müxtəlif şeirlərdə müxtəlif hərflərdir. Bu cəhətdən kitaba düşən 
bir sıra şeirlər tədqiqatçılara  maraqlı  material  verəcəkdir. Onu 
da  deyək  ki,  şeirdən  şeirə  keçdikcə  İsmi  Pünhan  ümu-miləşir, 
ülviləşir, poetikləşir, aşığın  bütün  yaradıcılığına  hakim kəsilir. 
Molla  Cümənin  özünün  dediyi  kimi  “İsmi  Pünhan  üstündədir 
xeyri-şərim”. 
Bir  sıra  şeirlərdə  təsvir  olunur  ki,  İsmi  Pünhan  Molla 
Cümə  ilə  məclis aparır,  məşvərətlərdə  iştirak edir, dost-müha-
sib kimi onun dərd və sevinclərinə şərik çıxır. Şeirlərin birində 


 
100 
göstərilir ki, İsmi Pünhan səfərə yollanır, başqa bir şeirdə əlin-
də  alma,  heyva  xəstə  uşağı  yoluxmağa  gəlir,  özü  də  “çeşmi 
ala”dır,  “çinar  boylu”dur,  “xasiyyəti  yumşaq”dır.  Başqa  bir 
şeirdə o, vəfasız yardır, bir başqa şeirdə isə “turab-altda” yatır 
və s. 
Aşıq  əksər  şeirlərində  dünyaya  İsmi  Pünhanın  gözüylə 
baxmışdır.  Xalq  dastanlarında,  ustad  aşıqlarımızın  yaradıcılı-
ğında hər bir qəhrəmanın yeganə bir idealı var, bu ideal onların 
ömrünün məğzi, mənasıdır. Bəziləri bu ideala qovuşur, bəziləri 
isə  qovuşa  bilmir.  “Əsli  və  Kərəm”  dastanından  danışarkən 
N.Nərimanov  deyirdi: “Həqiqi, təmiz məhəbbət müqəddəs bir 
hissdir.  Onu  pul  ilə  almaq,  pula  satmaq  olmaz.  Bu  hiss  şan-
şöhrətdən, tac və taxtdan əl çəkdirir. Bu hiss padşahı gədadan 
ayırmaz. Həqiqi, təmiz məhəbbət, məzhəb, din bilməz və çirkin 
fikirlər  bəsləməz...  Məşuqun,  məbudun  vüsalına  çatıb  sonra 
ölmək  ancaq  həqiqi,  təmiz  məhəbbətin  nişanəsidir.  Məbud 
idealdır.  Həqiqi,  təmiz  məhəbbət  sahibi  məbuduna,  məşuquna 
çatarsa, ideala çatan kimidir. İdeala çatarsa, ideal ideallığından 
çıxar... 
Kərəm  başında  qara,  çirkin  fikirlər  bəsləsə  idi,  Əsli  ilə 
yaşamaq  istərdi, fəqət yaşamadı, öldü... və ölməyinə də səbəb 
Əslinin min cövr və cəfadan sonra tapılmağı və sonra Kərəmə 
verilməyi oldu. Baxınız, nə nazik bir mətləb! Nə gözəl və dərin 
bir fəlsəfə! Nə qədər təmiz və müqəddəs bir əqidə...”
11
 
Molla  Cümə  ömrü  boyu  belə  təmiz  və  müqəddəs  ideala 
can atmışdır. O, məhəbbətə də belə toxunulmaz və ülvi bir hiss 
kimi baxmışdır. 
Aşağı Göynükdə aşığın  həyatını  və şeirlərini  yaxşı  bilən 
Mehralı  Həşimovun  söylədiyi  kimi  Molla  Cümənin  əksər 
şeirləri “qarğışdan” ibarətdir. Gəlin, biz bunu şikayət mənasın-
da başa düşək. Dövranın ağır qanunları altında əzilən aşıq dün-
yadan  şikayətlənmiş,  çox  zaman  isə  yaşadığı  dövrü  lənətlə-
mişdir. Bu mənada onun dünya, aləm, yaranış haqqında əsərləri 
                                                
11
 N.Nərimanov. “Seçilmiş əsərləri”. “Elm” nəşriyyatı, 1973, səh.393



 
101 
xüsusi  bir  əhəmiyyət  kəsb  edir.  Aşığın  dünyagörüşünü  öyrən-
mək üçün bu şeirlərin geniş təhlilə ehtiyacı vardır. 
Kəndləri  dolaşdıqca,  dünyagörmüş  qocalarla,  şeir-sənət 
həvəskarları  ilə  söhbət  etdikcə  bu  qənaətə  gəlirsən  ki,  Molla 
Cümə  el  üçün  yalnız  zövqlər  oxşayan,  insanlara  sevinc  bəxş 
edən  sənətkar  olmayıb,  üstəlik  xalq  onun  şeirlərindən  dünya, 
zaman, həyat, yaşamaq məsələlərinə dair bir çox suallara cavab 
tapmışdır.  
Bu kitabın tərtibinə başladığımız zaman Şərif İdrisov öz 
materialları  ilə  bizə  müraciət  etdi.  Onun  topladığı  şeirləri  də 
diqqətlə nəzərdən keçirdik. Şifahi dildən yazıya alınan şeirlərin 
demək  olar  ki,  əksəriyyəti  bizdə  olan  əlyazmalarında  var:  özü 
də daha tamdır. Onun şifahi dildən topladığı şeirlər qüsurludur. 
Ona  görə  də  kitaba  daxil  etmək  mümkün  olmadı.  Ş.İdrisov 
Molla  Cümənin  şagirdi  aşıq  Hacıbalanın  arxivindən  əlyazma-
ları  əldə  etmişdir.  Həmin  əlyazmasında  olan  bir  sıra  şeirləri 
kitaba daxil etməyi lazım bildik. 
Bizcə, gələcəkdə Molla Cümənin şeirləri yalnız əlyazma-
larından,  özü  də  müxtəlif  nüsxələr  arasında  müqayisələr  apar-
maq  yolu  ilə  çap  edilməlidir.  Qeyd  edək  ki,  Molla  Cümənin 
xalqın yaddaşında yaşayan, əlyazmalarına düşməyən şeirləri az 
deyildir. Elə buna görə də oxuculara təqdim olunan bu kitabda 
da təbii ki, müəyyən kəm-kəsir, qüsur olacaqdır. 
Molla Cümə şeirlərinin hələ yaddaşda qalan, dildə-ağızda 
gəzən nümunələrini toplamaqda bizə kömək edəcək oxucuları-
mıza irəlicədən minnətdarlığımızı bildiririk. 
                                                               1983 
 
                Molla Cümənin ölümü haqqında həqiqət 
               (Anadan olmasının 135 illiyi münasibətilə) 
 
Ömrünün  sonlarında  Molla  Cümə  əldə  olan  bütün  şeir-
lərini  səliqə  ilə  bir  dəftərə  köçürüb  oğlu  Həsənə  yadigar  ver-


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə