Мащмуд аллащманлы


V.İ.lenin adına APİ-nin dosenti Paşa Əfəndiyev



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə21/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   17   18   19   20   21   22   23   24   ...   104

 
65 
 V.İ.lenin adına APİ-nin dosenti Paşa Əfəndiyev. 
                          Aşağı Göynük kəndi 
                         2.X.1961-ci il  
Çox təəssüf redaksiyadan cavab ala bilmədim. Elə bil ki, 
mən  heç  müraciət  etməmişəm.  İkinci  dəfə  artıq  müraciət  et-
mədim.  
 
 
Şərif  İdrisovun məktublarından sətirlər 
 
Akademiyada M.Yarəhmədov: “Sənin bir şeirini də çapa 
qoymayacağam”  deməsi,  Bəhlul  Abdullayevin  ikibaşlı  çıxışı, 
əvvəlki rəyi ilə son çıxışı daban-dabana zidd idi”. 
“Əlyazmalar fondunda Molla Cümənin təxminən 492 sə-
hifəyə qədər olan əlyazması kiminsə tərəfindən oğurlanmışdır”. 
(1981) 
“Şəkili Əliəşrəf İsmayılov Molla Cümənin əlyazmalarını 
qızı  Reyhandan  almış  və  Əlyazmalar  Fonduna  vermişdir”. 
(1981) 
“Molla  Cümə  arvadına  baramadan  tuman,  anasına  baş-
maq alacağına söz verməsi haqqında rəvayət”. (1980) 
“Müdrik  qoca  Xızrın  Cüməyə  və  onun  butası  İsmi  Pün-
hana  eşq  şərabı  içirməsi.  Şeyxin  Cümənin  məlahətli  səsini 
alması,  lakin  çalmağa,  qoşmağa  icazə  verməsi  haqqında  rəva-
yət”. (1973) 
Cümə ilə deyişməyə gələn iki aşığı Molla Cümənin on iki 
yaşlı  qızı  Reyhanın  bağlayıb  geri  qaytarması  haqqında  rəva-
yət.”. 
Molla Cümənin “Ay arvad” qoşmasını yazması haqqında 
rəvayət”.  
Marsanlı Qazıdan inciməsi haqqnda rəvayət”. 


 
66 
“Aşıq Ələsgərlə Bərdədə deyişməsi, tanış olması. “Gəli-
rəm” şeirinin yazılması haqqında rəvayət”
7
.  
 
 
 
                        Hörmətli Paşa müəllim! 
 
“Azərbaycan  şifahi  xalq  ədəbiyyatı”
8
  dərsliyinizi  oxu-
dum.  
Zəkanıza,  səyinizə,  səbirliliyinizə,  təmkinliliyinizə  hey-
ran qaldım.  
Siz  gör  kitabı  yazmaq  üçün  nə  qədər  məxəzlərdən  isti-
fadə  etmişsiniz.  Nə  qədər  folklorşünas  alimlərin,  tədqiqatçı-
ların, yazıçıların, folklor toplayıcılarının əsərləri ilə tanış olmu-
sunuz? Nə qədər vaxt arxivlərdə araşdırmalar aparmısınız? Nə 
qədər  kəndlər,  nə  qədər  rayonlar  gəzmiş,  folklor  yayıcıların, 
aşıqların  məxsi  yaradıcılıqları  ilə  tanış  olmusunuz?  Nə  qədər 
klassik ədəbiyyatı, Azərbaycan tarixini, partiya qərarlarını oxu-
muşsunuz və məxəzlərin siyahısını tərtib etmişsiniz?... 
Nə qədər yuxusuz gecələr düşünmüsünüz? ... 
Siz  xoşbəxtsiniz,  ona  görə  ki,  sizin  dərsliyinizdə  yalnız 
təkcə  “Azərbaycan  şifahi  xalq  ədəbiyyatı”  haqqında  deyil, 
Azərbaycan  xalqının  tarixi,  dünya  ədəbiyyatı  və  folkloru  haq-
qında, Rus Sovet ədəbiyyatı və rus klassik ədəbiyyatı haqqında, 
ictimai quruluşlar haqqında, Marksist klassiklər haqqında, par-
tiyamızın qərarları, yazıçılar və aşıqlar qurultayı və s. haqqında 
dolğun  məlumat  toplamısınız.  Mənə  qalsa  siz  təkcə  dərslik 
deyil, tariximizin ensiklopediyasını yaratmışsınız. 
Dərsliyi  səlis,  emosional,  sadə  dillə  yazmısınız.  Hər  bir 
bölmə  və  başlıqları  bir-biri  ilə  üzvü  surətdə  bağlamısınız.  Elə 
buna görə də dərsliyin birbaşa nöqtəbənöqtə oxudum. 
                                                
7
 Məlum olsun ki, Ş.İdrisov bu rəvayətlərin heç birisini şərh etməyib, 
açıqlamayıb. 1973, (müəllif) 
8
 Rəy dərsliyin 1981-ci il nəşrinə yazılıb.
 


 
67 
Dərslik  şifahi  xalq  ədəbiyyatı  haqqında  mənə  mənəvi 
zövq  bağışladı.  Sizin  təvazökar  və  humanist  münasibətiniz, 
özünüzdən əvvəlki hər bir toplayıcıya müsbət qiymət verməniz  
heykəlinizi bir daha qəlbimdə ucaltdı. 
Dərslik təkcə ali və orta ixtisas məktəblərində dərs deyən 
müəllimlərə,  tədqiqatçı  aspirantlara  deyil,  kütləvi  məktəblərə, 
ədəbiyyat  müəllimlərinə,  folklor  sevənlərə  və  başqalarına  da 
gərəklidir.  
Belə qiymətli dərs vəsaiti gərək 28 000 nüsxə tirajla de-
yil, 100 000 nüsxələrlə çap ediləydi. 
Dərsliyiniz  haqqında  yazdığım  13  vərəqəlik  rəyi  “Azər-
baycan müəllimi” qəzeti nəşriyyatına göndərmişəm! 
Paşa müəllim, Sizə daha böyük uğurlu yaradıcılıq müvəf-
fəqiyyətləri və can sağlığı arzu edirəm. 
 
                                                Hörmətlə:        Şərif İdrisov 
                                                 Şəki, Qızıl Əsgər küçəsi 17 
14/IX 82 
 
 
 
“Azərnəşr”in direktoru Nazim Novruzov yoldaşa 
Müəllif Paşa Şərif oğlu Əfəndiyevdən 
 
                                         
Ərizə  
 
25  ildir  ki,  görkəmli  Azərbaycan  aşığı  Molla  Cümənin 
ədəbi  irsini  toplamaqla  məşğulam.  Dəfələrlə  aşığın  yaşadığı, 
fəaliyyət  göstərdiyi  yerlərdə  olmuş,  el  ağsaqqalları  ilə  görüş-
müş,  aşıq  haqqında  xatirələri  və  onun  şeirlərini  şifahi  dildən 
toplamışam.  Bununla  belə  Molla  Cümənin  şeirlərindən  ibarət 
dörd əlyazması  əldə etmişəm. Bu əlyazmalarında aşığın 500-ə 
qədər şeiri vardır. Topladığım materiallar əsasında 1966-cı ildə 
“Azərnəşr”  mənim  tərtibimdə  aşığın  ilk  şeirlər  kitabını  burax-


 
68 
mışdır  (5  m/v).  1983-cü  ildə  “Yazıçı”  nəşriyyatı  yenə  mənim 
tərtibimdə  aşığın  “Seçilmiş  əsərləri”ni  çap  etmişdir  (8  m/v). 
Son  kitabda  olan  şeirlərin  əksəriyyəti  yenidir.  Hazırda  aşığın 
əlimdə  olan  bütün  əsərlərinin  tərtibatı  ilə  məşğulam.  Əlyaz-
malarını  topladığım  nümunələri  nəzərdən  keçirir,  şeirlərini 
müxtəlif variantlarını yoxlayıb orijinalını üzə çıxarır və dəqiq-
ləşdirirəm.  Beləliklə,  aşığın  yeni  və  daha  iri  həcmli  kitabını 
çapa  hazırlayıb  qurtarmaq  üzrəyəm.  Burda  Molla  Cümənin 
yeni əldə edilmiş külli miqdarda şeirləri vardır. Bütün bunlara 
görə  də  Molla  Cümənin  yeni  şeirlər  kitabını  –  külliyatını  20 
m/v  həcmində  rəhbərlik  etdiyiniz  nəşriyyatın  planına  (1987) 
salınması üçün icazənizi xahiş edirəm. 
              
                                                 Paşa Əfəndiyev 
                                  V.İ.Lenin adına APİ-nin Azərbaycan  
                                 ədəbiyyatı tarixi kafedrasının müdiri, 
                                filologiya elmləri doktoru, professor   
 
 
 
Yazıçı nəşriyyatının direktoru 
F.Məlikov yoldaşa  
Müəllif Paşa Şərif oğlu Əfəndiyevdən 
 
Ərizə 
 
30  ildir  ki,  görkəmli  Azərbaycan  aşığı  Molla  Cümənin 
şeirlərini toplamaqla  məşğulam. Dəfələrlə aşığın  vətənində ol-
muş,  çoxlu  şeirlərini  yazıya  almış  və  dörd  əlyazması  əldə 
etmişəm.  Aşığın  şeirlərindən  ibarət  ilk  kitabım  1966-cı  ildə 
(“Azərnəşr”, 5/v), ikinci kitabım 1983-cü ildə (“Yazıçı” 8 m/v) 
çap  olunmuşdur.  Bütün  bu  30  il  ərzində  əlyazmalar  üzərində 
işləmiş,  bütün  şeirlərini  dəqiqləşdirib  tərtib  edib  qurtarmışam. 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə