Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə17/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   13   14   15   16   17   18   19   20   ...   104

 
52 
məhz  saysız-hesabsız  bu  sözlərdir.  Bir  neçə  misal  göstərmək 
istəyirəm. 
zəvicə 
 
 
 
həksim 
hələbçi 
 
 
 
nəkbət 
murtaya 
 
 
 
mətlub 
suptuya 
 
 
 
məhmur 
ərab  
 
 
 
məcublar 
xurni 
 
 
 
dənanı 
nazılıb 
 
 
 
tər abə 
ədbar 
 
 
 
kərabə 
həcud 
 
 
 
kütən   
dövləftar                                        quzluqdan 
şafiya 
 
 
 
rifami 
həristan 
 
 
 
dərmançı 
Mən  misalların  sayını  istənilən  qədər  artıra  bilərəm, 
belə sözlər saysız-hesabsızdır. Məsələn, xoy sözünün mənasını 
bilmir,  hər  yerdə  xuy  yazır.  Molla  Cümənin  şeirlərinin  böyük 
bir qismini mənasız hala salıb, oxuyursan, heç nə başa düşmür-
sən. Yaxşı ay tərtibçi, oxuya bilmirsən, bir tədbirə əl at, kömək 
axtar.  Böyük  sənətkarın  yaradıcılığının  nə  günahı  var?  Yalnız 
sözlər  deyil,  böyük  bir  miqdarda  mənasız,  eybəcər  hala  salın-
mış misralar var. Heç nə başa düşə bilmirsən. Aşığın qızıl gül 
kimi təravətli, dağ çeşməsi kimi şəffaf, büllur sözləri mənasız, 
eybəcər bir şəklə salınmışdır. 
Bu qar bu girvədə yayan oluban, 
Çilə günü qızdırmadan zağlıyam. 
Hasil kəklik döşündə qızıl mətllə, 
Cənabından sualım şəbih kalam. 
Saluban kəsmə eylərəm kərbə, 
Bir bürcü ölüyü tale bürcündən, 
Mən bəsərə səni bəzir istərəm 
Qərib üçün bez yaxşıdır dibadan 
Arzulat ol yenə xaki şər abı. 
Xədəngdir kərəkin millərdən sənin. 


 
53 
Xəlqə dinmə arvadını yoğurma 
Bir padişah Cüm-Cüm
5
 adı neylədin. 
“Molla Cümə dönüb yenə qarğaya 
Nə düşübsüz ağzın-ağzın yorğaya”. 
Cön donquzu mollaların xəridir, 
İmam-əhzəm-malik-şafimi həmbəl, 
Yığaq əğyar, namərd sürdü salımı və s. 
Bu misalları da artırmaq olar. Hətta mənasız bəndlər də 
var. 
Yanaşsa muyimə sətri məgrazi, 
Dolar canıma xifətdən mərəzi, 
Kağazı şamna yazmaqdan qərəzi, 
Məni sən özündən əda eyləmə. 
 
Sən kimilər onu girər ortaya, 
Çığırmaqdan gözü dönər murtaya, 
Olan qazancını verər surtuya, 
Ələ gəlməz, gözü qalar dalınca. 
Çoxlu  misralar  var  ki,  tərtibçi  sözləri  başa  düşməyib, 
əlyazmasından  da  oxuya  bilməyib,  mənasız  şəkildə  şeirlərdə 
saxlayıb, əsərləri korlayıb. 
Çəməndə dür nədir göldə yaşılbaş. 
Durnadır sözünü belə oxuyub. 
İsmi Pünhan həristanın düzündə 
Ərəsəti həristan kimi oxuyub. 
Yoxsa düşməz idin tər abə səngi 
Türabə (torpağa) sözünü belə təhrif eləyib. 
Eylərsən cahili qoca bəxtəvər. 
Şəki-Balakən  zonasında  cavan  əvəzinə  cehil  sözü  də 
işlənir, həmin sözü cahil kimi oxuyaraq şeiri bərbad hala salıb. 
Duam qəbul olub duşunda yatın 
Döşündə sözünü duşunda oxuyub. 
                                                
5
 Cami-Cəm belə oxunub
 


 
54 
Dərd bilməyən bir nəkbəti neylərəm. 
Nəkbət yox, nəbkəddir və s. 
Belə  misralar  olduqca  çoxdur,  bu,  onu  göstərir  ki, 
Mövlüd  Yarəhmədov  Azərbaycan  dilinə  də  əməlli-başlı  bələd 
deyil. 
Bir sıra şeirləri başdan-ayağa təhrif eləyib. Yenə də bəla 
burasındadır  ki,  tərtibçi  oxuya  bilmir.  Arada  böyük  sənətka-
rımız Molla Cümənin şeirləri zərər çəkir. Aşığın İsmi Pünhana 
həsr  elədiyi  “Hayıf  oldu”  adlı  gözəl  bir  şeiri  var.  Mövlüd 
Yarəhmədov bu qoşmanı da əməlli-başlı oxuya bilməyib, mah-
nı  səhvlərlə  doludur.  Yaxud,  böyük  bənzərsiz  sənətkarın  “Ay 
arvad”  rədifli  qoşma  üstündə  iri  həcmli  bir  şeiri  var.  Bu  şeir 
yalnız  gözəl  bədii  əsər  deyil,  həm  də  Molla  Cümənin  dövrə, 
zəmanəyə,  insanlara  münasibətini  bildirən  ictimai  bir  ittiham-
namədir.  Bu  şeirdə  salamat  bir  bənd  qalmamışdır,  təhriflərlə 
doludur.  
Molla Cümənin “Dolana-dolana” rədifli gəraylı üstündə 
iri  həcmli  bir  şeiri  var.  Onun  qaynağı  xalqdan  gəlir.  Mövlud 
Yarəhmədov  bu  şeiri  də  əməlli-başlı  oxuya  bilməmişdir.  Mən 
şeirin iki bəndini misal çəkmək istəyirəm. 
Bəndin əsli:    
 
 
Yarəhmədov 
oxuyub: 
 
Bu dünyadır hicran dağı, 
 
Bu dünyadır hicran dağı, 
Bir yana çıxmaz ayağı, 
 
Biyanı Xaçmaz ayağı, 
Haqqın özü qalır baqi, 
 
Haqq özü qalır boyağı, 
Qulu dolana - dolana.  
 
Qolu dolana - dolana. 
O biri bəndi: 
Onçun dedim dünya fani, 
 
Sonçun dedim bu nə fani, 
Saydığım aşiqlər hanı, 
 
Saddadığım şahlar hanı, 
Əzrayıl da bir-bir canı, 
           Ol əzrayıl bir-bir canı 
Alı dolana - dolana.   
 
Aldı dolana - dolana. 
Başqa bir bənddə belə misralar var. 
 


 
55 
Əsli:   
 
 
 
 
Oxunub: 
Qarun girdi dərin quya, 
 
Dərin girdə dərin quya, 
Neçə-neçə divanələr,   
 
Neçə-neçə seyranələr, 
Unutmuşdu dünyasını  
 
Tullamışdı dünyasını, 
Şüşə könlüm şüşə sını. 
 
Şüşə könlüm şahisini. 
 Müxtəlif  cəhətlərdən  qüsuru  olmayan  şeir  nümunəsi 
demək olar ki, yoxdur. Məsələn, söz, ad, misra, bənd qüsurları 
olmayan  şeir  tapa  bilməzsən.  Şəki  ilə  Balakən  arasında  xüsu-
silə  də  Qax,  Zaqatalada  bir  sıra  kəndlər  var.  Molla  Cümə  bu 
kəndlərdə  məclislər  aparıb  rəğbət  bəslədiyi  insanları,  elin  gö-
zəllərini  tərif  eləmişdir.  Çox  təəssüflər  olsun  ki,  Mövlüd 
Yarəhmədov  bu  kəndlərin  heç  birisinin,  təkrar  edirəm,  heç 
birisinin  adını  düz  oxuya  bilməmişdir.  Həm  də  bu  kəndlərin 
adları  ilə  tanış  olmamışdır.  Çünki  o  kəndləri  dolaşmamışdır. 
Əlyazmasından  da  düz  oxuya  bilməmişdir,  beləliklə,  gülünc 
adlar alınmışdır. 
Kəndlərin düzgün adları   
Yanlış oxunması 
 
Əliabad  
 
 
 
Əli Abad 
Zəyəm  
 
 
 
Zəkəm 
Şıxlar   
 
 
 
Şeyxlər 
Baydarlı  
 
 
 
Faydarlı 
Qımırbazar    
 
 
Qəmərbazar 
Şotavar  
 
 
 
Şutavar 
Ənbərçay  
 
 
 
Ənbər cida 
Ağyazlı  
 
 
 
Ağ yazı 
Molla Cümənin haqqında söhbət açdığımız şeirlər kita-
bının əksər şeirlərin bu şəkildə oxucu qarşısına çıxarmaq məs-
ləhət  bilinmir.  Şeirlərin  yazıldığı  əlyazmaları  əldə  edilməli, 
ərəb əlifbasını yaxşı bilən şəxs tərəfindən yenidən oxunmalı və 
üzə  çıxarılmalıdır.  Bu  kitabda  olan  əksər  şeirlər  açıq-aydın 
böyük sənətkarın zəngin yaradıcılığına hörmətsizlikdir.  
Molla Cümə böyük sənətkardır, ülvi, müqəddəs şəxsiy-
yət.  Dünya  şöhrətli  Azərbaycan  aşıq  sənətinin  ən  qüdrətli 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə