Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə13/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   9   10   11   12   13   14   15   16   ...   104

 
40 
Mövlüd Yarəhmədov yazır ki, İbrahim Əfəndinin mək-
təbində  Molla  Cümə  və  Əfəndinin  qızı  arasında  məhəbbət 
macərası  başlayıb.  Onun  yazdığına  görə,  guya  bu  məhəbbətə 
İbrahim Əfəndi  icazə  verməmiş,  Molla  Cümə də onun qızının 
adını  gizlətmiş  və  İsmi-Pünhan  adlandırmışdır.  Guya  qızın  da 
adı  Mərziyə  olub.  Bütün  bu  məlumatların  heç  birisinin  şifahi, 
yaxud yazılı mənbəsi olmayıb və göstərilməyib də. 
M.Yarəhmədov  Molla  Cümənin  həyatı  haqqında  çox 
ziddiyyətli,  əsası  olmayan  mülahizələr  söyləyir.  Məsələn,  mə-
qalələrin  birində  yazır  ki,  İsmi  Pünhanı  zorla  Paşa  bəyə  ərə 
verirlər.  Mən  özümün  əldə  etdiyim  əlyazmalarının  birində 
Molla  Cümənin  Paşa  bəyə  həsr  elədiyi  şeiri  tapdım.  Şeir  belə 
başlayır: 
Gün tək şölə salıb dünyaya çıxdın, 
Mis yerinə qızıl tökdün, Paşa bəy. 
Şeir  qoşma  üstündədir,  beş  bənddir.  Son  misraları 
belədir: 
İrazıdır səndən Cümə qardaşın, 
Yüz ilən könlümü tikdin, Paşa bəy. 
M.Yarəhmədov  kitabın  müqəddiməsində  isə  yazır: 
“Yuxarıda  deyildiyi  kimi,  zorla  bir  Göynüklüyə  ərə  verirlər.” 
Daha  sonra  M.Yarəhmədov  daha  qəribə  və  mənasız  fikirlər 
söyləyir. Məsələn, o deyir ki, “İbrahim Əfəndi Molla Cümənin 
qızına  olan  məhəbbətini  hiss  eləyərək  aşığı  hücrədən  qovur”. 
Guya  sonra  baş  Göynükdə  olan  daha  iki  mədrəsənin  sahibləri 
Əbdürəhman  Əfəndi,  Şeyx  Həmid  Əfəndi  də  Molla  Cüməni 
mədrəsələrindən  qovurlar.  Belə  məsuliyyətsiz  fikirlər  böyük 
aşığımıza  yaraşmır.  O,  lap  cavan  vaxtlarından  elin,  camaatın 
sevimlisi  olub,  Molla  Cümə  çox  ağayana,  tərbiyəli,  ağıllı, 
xoşxasiyyət  bir  şəxs  idi.  M.Yarəhmədovun  heç  bir  məsuliy-
yətsiz böhtanları ona yaraşmır. Mövlüd Yarəhmədovdan başqa 
İbrahim  Əfəndinin  məktəbinin  Marsan  kəndində  olmasını  heç 
kəs yazmamışdır. Molla Cümənin bir müxəmməsi var. “Baxın” 
rədifli çox yüksək bədii keyfiyyətlərə malik əsərdir. M.Yarəh-


 
41 
mədov yazır ki, Molla Cümə bu şeirində göstərir ki, guya İsmi 
Pünhan,  yəni  İbrahim  Əfəndinin  qızı  bir  gün  geyinib-kecinib 
Göynüyə gedir.  Aşıq Göynük camaatına  müraciət edir ki, onu 
yaxşı  qarşılasınlar.  Əslində  isə  belə  deyil.  Əvvələn,  Molla 
Cümə ilə görüşməyi qadağan elədiyi qızını, yəni İsmi Pünhanı 
İbrahim  əfəndi  eləcə  Göynüyə  yola  salmazdı.  İkincisi,  M. 
Yarəhmədovun bəhs elədiyi müxəmməs İsmi Pünhan deyil, bir 
nəfər  ağıl-kamal  mücəssəməsi  olan  qəşəng,  səliqəli  geyinmiş 
cavana həsr olunub. Müxəmməsdə belə misralar var: 
Rəhmət ol atasına, 
Qoymuş dala böylə pusər. 
Yaxud,  
Olaydı dostum mənim, 
Ya da ola bəradərim. 
Tərif edilən bu şəxs heç bir zaman İsmi Pünhan – gözəl 
ola  bilməzdi,  gənc  oğlandı.  Mövlüd  Yarəhmədovun  daha  bir 
şifahi,  yaxud  yazılı  mənbəyə  əsaslanmayan  şübhəli  bir  müla-
hizəsi  var.  O  yazır:  “Molla  Cümə  1882-ci  ildə  rəcəb  ayında 
Zöhrə ilə ailə həyatı qurmuşdur”. Düzünü deyim ki, mən 30-40 
ildir  Molla  Cümə  yaradıcılığı  ilə  məşğul  oluram,  iki  il  Şəki-
Balakən rayonlarını, kəndlərini gəzmişəm, sorğular aparmışam, 
böyük aşığın Zöhrə ilə evlənməsini eşitməmişəm. Məsələ bura-
sındadır ki, aşığın şeirlərində onun şəxsi ailəsi haqqında, ömür 
yoldaşına olan məhəbbəti haqqında nişanələr yoxdur. 
Bizə  o  məlumdur  ki,  Molla  Cümənin  bir  neçə  övladı 
olub, ancaq iki uşağı qalıb, oğlu Həsən və qızı Reyhan xanım. 
Həsən  1919-cu  ildə  vəba  xəstəliyindən  vəfat  edib.  Reyhan 
xanım  isə  son  dövrlərə  qədər  yaşayıb.  Molla  Cümə  öldürülən 
vaxtı  Reyhan  xanımın  12  yaşı  olub.  Mən  iki  il  hər  dəfə  Baş 
Göynükdə  3  gün  Reyhan  xanımın  qonağı  olmuşam.  Molla 
Cümə arvadına  müraciətlə gözəl  bir şeir qoşub. Bu şeir aşığın 
böyük və keşməkeşli həyatının bədii salnaməsi, həm də ictimai 
əhəmiyyətə malik bir yadigarıdır. 


 
42 
Böyük sənətkarın  həyatı  ilə əlaqədar olaraq daha  hansı 
məlumatlar var? Molla Cümənin oğlu Həsənlə bağlı bir əhvalat 
olub. Aşıq bu hadisəyə müəyyən bir şeir də həsr eləyib. Şeir tez 
bir zamanda el arasında  yayılıb. Məsələ  belə olub:  Həsən çox 
şən, istiqanlı, hörmətcil, tərbiyəvi bir oğlan olub. Yoldaşları ilə 
həmişə  yaxşı  rəftar  eləyərmiş.  Bir  gün  yoldaşları  ilə  evə  gəlir 
ki,  yeyib-içib  şənlənsinlər.  Evdə  isə  təmir  işləri  gedirmiş.  O, 
yoldaşlarını qonaq eləyə bilmir, həyətdəki atı minib çıxır. Ata-
anasının isə onun hərəkətlərindən xəbəri olmur. Bir neçə gün o, 
evdə görünmür. Ata-anası çox narahat olurlar. Bir neçə gündən 
sonra  xəbər  gəlir  ki,  Həsəni  Balakəndə  çayxanada  görüblər. 
Deməsən, o, atı  minib Şəki, Qax, Zaqataladan keçib Balakənə 
gedib  çıxır.  Pulu  qurtarır,  atı  satıb  özünə  ayaqqabı  və  arxalıq 
alır. Bu hadisəyə Molla Cümə bir şeir həsr eləyib. Mən o şeiri 
yoxlayıb, müqayisələr aparıb aşığın külliyatına daxil eləmişəm. 
Maşallah, ay oğul, yaxşıdır zəndin, 
Bir arxalıq bir cüt çustnan bəzəndin, 
At getsə də dost və aşna qazandın, 
Hər kənddən bizlərə bir qonaq oldu. 
Arvadına  müraciətlə  dediyi  şeirdən  başqa  Molla  Cümə 
yaradıcılığında  ailəsinə,  ömür  yoldaşına  olan  sonsuz  məhəb-
bətinə  həsr  elədiyi  şeirə  rast  gəlmədim.  İki  il  gəzdiyim  rayon 
və  kəndlərdə  də  bu  barədə  eşitmədim.  Molla  Cümə  böyük 
aşıqdır,  eşqi,  məhəbbəti  ilahidən  alıb.  Bütün  yaradıcılığı  boyu 
deyir  ki,  eşq  fədaisidir.  Allah-Taala  ona  eşq  verməklə  onun 
boynuna  böyük  yük  qoyub.  O,  bu  böyük  yükü,  ilham  və  mə-
həbbəti daşıyır. Ancaq bütün yaradıcılığı boyu şahidi oluruq ki, 
o, nakam aşiqdir. Öz əsl məhəbbətini görə bilməmişdir, bu cə-
hətdən  Molla  Cümə  böyük  qürurla  təsvir  edir  ki,  o,  Kərəm, 
Məcnun,  Fərhad  kimi  nakam  aşiqdir.  Nakamlıq  onun  üçün 
xoşbəxtliyə çevrilmişdir. Bütün  yaradıcılığında dinləyicilərdən 
üzr istəmişdir ki, onu qınamasınlar, onun özünün heç bir güna-
hı yoxdur. Allahın bəxş etdiyi məhəbbəti ona layiq bir qüvvədə 
yerinə yetirir. 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə