Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə11/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   7   8   9   10   11   12   13   14   ...   104

 
34 
İclası  Məmmədcəfər  müəllim  aparırdı.  İclasda  Əziz 
Mirəhmədov,  Kamal  Talıbzadə,  Mirəli  Seyidov,  Yaşar  Qara-
yev  iştirak  edirdilər.  Mən  oxucularımdan  üzr  istəyirəm.  İndi 
iclası  bütövlükdə  yaddaşımda  canlandıra  bilmirəm.  Bir  o 
yadımda qalıb ki, Mövlud Yarəhmədov tez-tez yerdən atmaca 
atır,  çıxışlara  mane  olurdu,  bir  sözlə,  iclası  pozurdu.  Arada 
mənə  də  hücum  elədi,  kobudluqla  “Paşa  Əfəndiyev  ərəb  əlif-
basını  bilmir”  dedi.  Ancaq  bu  ittihamın  heç  bir  əsası  yox  idi. 
Bircə  yadımda  o  qalıb  ki,  qərar  belə  oldu.  Molla  Cümənin 
əsərləri əlyazmalarından çap olunsun. 
Mən  Molla  Cümənin  seçilmiş  şeirlərindən  ibarət  bir 
kitabı tərtib eləyib “Yazıçı” nəşriyyatına apardım. Baş redaktor 
Sabir  Rüstəmxanlı  dedi  ki,  “Paşa  müəllim,  narahat  olmayın, 
plana  salacağıq.”  Bir  müddətdən  sonra  “Yazıçı”  nəşriyyatının 
tematik  planı  nəşr olundu.  Nə  görsəm,  yaxşıdır. Molla  Cümə-
nin  cəmisi  8  müəllif  vərəqi  həcmində  şeirləri  plana  düşüb. 
Ancaq  mənim  familyamın  yanında Mövlud Yarəhmədovun də 
familyası  yazılmışdı.  Əlbəttə,  mən  çox  təəssüf  elədim,  əvvəl-
cədən bilsəydim, dünyada Mövludun adının  yazılmasına  icazə 
verməzdim,  mənim  razılığım  olmadan  belə  olması  haqqında, 
əlbəttə, nəşriyyatla mübahisəyə girişə bilməzdim. Nə olardı, bu 
kitabları növbə ilə bir neçə ilin müddətində çap eləmək olardı. 
Mən  heç  bir  zaman  yan-yana  oturub  Mövlud  Yarəhmədovla 
kitab tərtib eləyə bilməzdim.  
Elə  həmin  günlərdə  məni  xalqımızın  fəxri  olan  böyük 
pedaqoji  məbədin  filologiya  fakültəsinə  dekan  seçdilər.  İnsti-
tutun  ən  böyük  fakültəsidir,  yalnız  birinci  kursda  300  tələbə 
oxuyur. Fakültədə çox çətin, ağır, böyük işlər görmək gərəkdir. 
Dərslər  Ketsxaveli  küçəsində  köhnə  bir  məktəbin  binasında 
keçirilirdi.  Mən  hər  səhər  saat  8-də  işə  gəlir,  axşam  saat  5-də 
fakültəni  gözətçiyə  tapşırıb  gedirdim.  Bu  zaman  ömrümdə  ən 
böyük  günahlardan  birini  işlətdim.  Mən  çox  mülayim,  sadə-
lövh,  hər  şeyə  inanan,  düzünə,  etibarlı  bir  insanam.  Diqqət 
edin, zəng çalıb Mövlud Yarəhmədovu dekanlığa dəvət etdim. 


 
35 
Dedim ki, bu qovluq mənim Molla Cümə yaradıcılığı üzərində 
illərlə apardığım fəaliyyətimin nəticəsidir. Bunu götür, bir şeir 
səndən, bir şeir məndən seçib kitabı tərtib elə, nəşriyyata təhvil 
ver.  Mövlüd  Yarəhmədov  qovluğu  götürüb  əkildi.  Evə  gedib 
hər  şeyi  buraxıb  mənim  qovluğumun  üzərinə  düşdü,  onun 
şirəsini  çıxarmağa  başladı.  Bir  neçə  vaxtdan  sonra  nəşriyyat 
mənə zəng edib kitabı istədi. Cavab verdim ki, Mövlüd Yarəh-
mədov kitabı sizə təhvil verməli idi. Cavab verdilər ki, Mövlüd 
heç  bu  yerlərdə  görünməyib.  Heç  ayağı  bu  yerlərə  dəyməyib. 
Görünür  o,  mənim  kitabımı  aparıb,  əlinə  bir  xəzinənin  keçdi-
yini görüb və onunla  məşğul olur. Kitab vaxtında təhvil  veril-
mədiyi üçün o biri ilin tematik planına keçirildi. Mən zəng edib 
Mövlüddə olan qovluğumu istədim, dedi ki, verəcəyəm. Bir ay 
keçdi,  vermədi.  Gördüm  ki,  o  kitabı  mənimsəyib.  Orada  həm 
də  Molla  Cümənin  “Baxış  bəy  və  Leyla  xanım”  dastanının 
xüsusi variantı var idi. Mövlüd onu da özününküləşdirdi. Mirəli 
Seyidova,  Həmid  Araslıya  müraciət  elədim  ki,  mənə  kömək 
eləsinlər. Heç bir nəticə alınmadı. Cahil, mədəniyyətsiz, azğın, 
tərbiyəsiz,  mənəviyyatsız,  şərəfsiz  Mövlüd  Yarəhmədov  mə-
nim  uzun  illər  çəkdiyim  əziyyətin  bəhrəsi  olan  xəzinəmi  qay-
tarmadı,  mənimsədi.  O  biri  il  kitabı  təkbaşına  hazırlamalı  ol-
dum. 
Bir  gün  kafedrada  başıma  gələn  o  əhvalatdan  şikayət-
lənirdim.  Mənim  sözlərimi  kafedranın  professoru  Xeyrulla 
Məmmədov  eşitdi.  O  dedi  ki,  Paşa  müəllim,  bilirsinizmi,  çox 
nadir bir kitabım  var idi. Mövlüd Yarəhmədov  yalvardı, xahiş 
elədi ki,  bir  neçə günlüyə onu oxumaq üçün  verim.  Kitabı  iki 
günlüyə ona verdim. Mən nə biləydim, o, nə yuvanın quşu idi. 
Verdim,  təsəvvür  edirsinizmi,  mən  öz  kitabımı  ondan  ala 
bilmədim,  qaytarmadı.  O  biri  il  Molla  Cümənin  kitabını  mən 
“Yazıçı”  üçün  təkbaşına  hazırlamalı  oldum,  üzərində  çox 
işlədim,  nəhayət  qurtarıb  təhvil  verdim.  Həmin  kitab  1983-cü 
ildə çap olundu. 


 
36 
İndi mən Mövlüd Yarəhmədovun Molla Cümə şeirlərin-
dən ibarət çap elədiyi kitaba qayıdıram. Məmməd Adilov kitabı 
mənə göndərəndən sonra onu heç vərəqləməmişdim. İndi kitabı 
əlimə  alıb  vərəqləməyə  başladım,  vərəqlədikcə  də  diqqət  və 
marağım  artdı.  İlahi  nələr  gördüm,  kitabda  demək  olar  ki, 
korlanmamış, təhrif edilməmiş şeir yox idi. Mən çox ağır hallar 
keçirməyə  başladım.  Molla  Cümə  mənim  ailəmə  daxil  olub, 
doğmalaşıb.  Ömrümün  yarısını  onun  yaradıcılığına  həsr  elə-
mişəm.  Ulu  Tanrı,  mən  bu  faciəvi  vəziyyəti  görüb  necə  rahat 
ola bilərdim. İndi onu hərtərəfli yoxlamağa, müqayisələr apar-
mağa  və  böyük,  dahi  sənətkarın  yaradıcılığını  özünə  qaytar-
mağa  nə  fiziki,  nə  də  mənəvi  cəhətdən  gücə,  qüvvətə  malik 
deyiləm.  Bu  faciəvi  səhnələri  elə  belə  qoyub  necə  o  dünyaya 
köçüm.  Böyük  sənətkarın  qanuni  hüququnu  özünə  qaytarmaq 
lazımdır. 
Kitab  2002-ci  ildə  nəşr  edilib.  Müqəddimədə  yalnız 
mənim  1966-cı  ildə  “Azərnəşr”də  çap  olunan  kitabımın  adı 
çəkilir.  Ondan  sonra  1983  və  1995-ci  illərdə  aşığın  daha  iki 
kitabını nəşr eləmişəm. 1995-ci il nəşrində aşığım əlimdə olan 
bütün  şeirlərini  çap  eləmişəm.  Qeydlər,  şərhlər,  Molla  Cümə-
nin  şeirlərində  işlənən  mifoloji  və  tarixi  adlar,  terminlərin 
şərhləri çox geniş şəkildə verilmişdir. Həmin kitablar haqqında 
heç  nə  deyilməmişdir.  O  zaman  böyük  sevinclə  qarşılanan 
Molla Cümənin şeirlərinin 1966-cı  il  nəşri  isə Mövlüd Yarəh-
mədov  tərəfindən  nöqsanlı  kitab  kimi  qiymətləndirilmişdir. 
Əvvəlcə  mən  Mövlüd  Yarəhmədovun  Molla  Cümə  kitabına  o 
qədər  də  əhəmiyyət  verməmişdim.  Birdən  vərəqləməyə  başla-
dım.  İlahi,  Böyük  Tanrı,  kitabda  demək  olar  ki,  nöqsansız, 
qüsursuz şeir yoxdur. Məni dəhşət bürüdü. Bunlar haqqında bir 
az sonra daha geniş məlumat verəcəyəm. Hazırda məni maraq-
landıran  odur  ki,  Mövlüd  Yarəhmədov  bu  kitabdakı  şeirləri 
haradan  əldə  edib,  toplayıb.  O,  mənim  kimi  dəfələrlə  ekspe-
disiyaya  getməyib,  aşıqlarla,  qocalarla  görüşməyib.  Müqəd-
dimədən  aydın  olur  ki,  o,  müəyyən  əlyazmalarında  şeirləri 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə