Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə10/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   6   7   8   9   10   11   12   13   ...   104

 
31 
elədim. Onu da əlavə edim ki, mən onsuz da Qulam  müəllimə 
zəng  eləyəsi  idim.  Elə  indi  yadıma  düşdü.  Böyük  jurnalistə 
təşəkkür  edəndən  sonra  çox  ehtiyatla  xahişimi  bildirdim. 
Dedim ki, Qulam müəllim, böyük aşığımız Molla Cümənin çox 
qiymətli  və  gözəl  bir  şeiri  var.  7  bənddən  ibarətdir,  vücud-
namədir, orada bəndlərin birində belə misralar var: 
Vələdim Həsəndir, əxim Süleyman  
Famlim Molla oruc ədnasıyam mən. 
İkinci  misradakı  “ədna”  sözünə  etiraz  edirlər.  Deyirlər 
ki,  o,  pis  mənalı  sözdür.  Mövlud  Yarəhmədov  kitabının  mü-
qəddiməsində  belə  yazır:  “Bu  misradakı  “ədnayam”  sözünün 
kökü  “ədna”dır.  Əsli  ərəb  sözü  olan  “ədna”nın  mənası  “çox 
rəzil”, “çox alçaq” deməkdir. Əgər bu misra həqiqətən də Cü-
məyə  məxsusdursa,  “onda  nə  üçün  sənətkar  özünü  belə 
adlandırmalı idi”. Əlbəttə, mən Molla Cümənin ilk şeirlər kita-
bında bu  misranı  böyük sənətkarın dediyi  şəkildə saxlamışam. 
Çox  maraqlıdır  ki,  Mövlud  Yarəhmədovun  da  sonrakı  qeydi 
çox qəribə və gülünc görünür:  “Əlbəttə, belə təhriflərin  hamı-
sını Hümmət Əlizadənin ünvanına  yazmaq  bir qədər də doğru 
deyildir. Buraxılmış bəzi səhvlər korrektorların öz işinə soyuq 
yanaşması  nəticəsində  baş  vermişdir.  Ola  bilsin  ki,  tərtibçi 
“əbna”  vermiş,  korrektorlar  isə  latın  əlifbasındakı  “b”  –  “б”lə 
“d”  –  “g”nı  dolaşıq  salmış,  nəticədə  isə  “əbna”nın  yerinə 
“ədna”  getmişdir”.  Maraqlıdır  ki,  Mövlud  Yarəhmədov  hətta 
bu sözün işlədilmədiyi bir bənd şeiri də düzəltmişdir.   
Binamız Layisqi, özüm bir mehman, 
Pədərim Salahdır, madərim Reyhan, 
Vələdim Həsəndir, əxi Süleyman 
Təbibsiz dərdlərin dəvasıyam mən. 
Bu bənd heç bir vəchlə Molla Cümənin şeirinə uyğun-
laşmır,  uyuşmur.  Molla  Cümənin  şeiri  ustadnamədir,  özü  də 
zəncirləmə  şəklində  düzülüb  qoşulmuşdur.  Aşığın  bu  gözəl, 
məşhur  şeirində  hansı  bənd  nə  sözlə  qurtarırsa,  sonra  gələn 
bənd həmin sözlə başlayır: 


 
32 
Məsələn: 
...Vələdim Həsəndir əxim Süleyman 
Famlim Molla Oruc ədnasıyam mən. 
Bu  bənddə  çox  diqqətəlayiq  və  uyğun  sözlər  işlə-
dilmişdir. Baxın, aşıq öz ailə üzvlərinin adlarını çəkir, nəslinin 
böyüyü  Molla  Orucla  bəndi  tamamlayır,  özünü  də  bu  nəslin 
kiçiyi, kəmtəri, balacası, ədnası adlandırır. 
Ədnayəm, kəmtərəm dərdə dərmanam, 
Hənəfi-məzhəbəm, həm müsəlmanam, 
Nəbim Məhəmməddir, əhli-Quranam, 
Mömin qardaşların aşnasıyam mən. 
Molla  Cümə  başqa  bir  şeirində  də  özünü  belə  adlan-
dırmışdır.  “Ədna”  kiçik,  balaca,  kəmtər  və  s.  mənalarını  daşı-
yır.  Aşığın  “Yenə”  rədifli  müxəmməsi  var,  şeirin  birinci  bən-
dində belə misralar işlədilmişdir. 
Əl atıb tutmağa qorxdum, 
Düşərəm qovğaya yenə. 
Yazacam rəhm eyləsin 
Mən təki ədnaya yenə. 
Molla Cümə belə yazıb, belə oxuyub və mən də aşığın 
yazdığı  şəkildə  digər  əlyazmaları  ilə  müqayisələr  aparıb  əsər-
lərinin  külliyyatına  daxil  eləmişəm.  Mən  bunları  çox  çəkinə-
çəkinə, ehtiyatla Qulam müəllimə danışdım və əlavə elədim ki, 
bu  sözü  Molla  Cümə  işlədə  bilərdimi,  yaxud  Molla  Cümə 
şeirində  saxlamaq  olarmı?  Qulam  müəllim  çox  səbrlə  və 
ehtiyatla  söylədi  ki,  əlbəttə,  böyük  sənətkar  bilməsə,  bu  sözü 
işlətməz.  Paşa  müəllim,  narahat  olmayın,  ədna  kiçik,  kəmtər, 
balaca  mənasında  da  işlədilir.  Mən  böyük  minnətdarlıqla 
Qulam  müəllimdən  ayrıldım.  Ancaq  bununla  da  kifayətlən-
mədim.  Respublika  Əlyazmaları  Fondunda  böyük  şərqşünas 
alimimiz Məmmədağa Sultanov işləyir. Çox fikirləşəndən son-
ra  Məmmədağa  müəllimə  də  zəng  çaldım.  Məmmədağa 
müəllim  də  Qulam  müəllimin  dediklərini  təsdiq  elədi.  Bir  də 
onu  əlavə  elədi  ki,  Paşa  müəllim,  çəkinmədən  heç  bir  ehtiyac 


 
33 
olmadan  Molla  Cümənin  sözlərini  təsdiqləməyi  məsləhət  bili-
rəm.  Bütün  bunlardan  sonra  mən  uzun  müddət  fikirləşdim  və 
bir  mühüm  problemin  həllini  tamamlanmış  hesab  elədim. 
Molla Cümənin şeirini aşığın yazdığı kimi də külliyyatına daxil 
etdim.  Molla  Cümənin  “Adəmin  nəvəsi”  vücudnaməsinin  çox 
ibrətamiz bir son bəndi var: 
Mənada Mollayam, Molla Cüməyəm, 
İsmi Pünhan oda şux pərvanəyəm, 
Gəlmişəm cahana bir gün fənayam, 
Axırda Kərəm tək yanasıyam mən. 
Mən  əvvəllər,  düzü  Mövlud  Yarəhmədovun  Molla 
Cümənin  şeirlər  kitabını  çap  elədiyini  bilmirdim.  Çünki  o, 
aşığın şeirlərini nə vaxt, necə, haradan toplaması haqqında heç 
nə yazmamışdır. Mən bir gün Azərbaycan Milli Elmlər Akade-
miyasının Nizami  adına Ədəbiyyat İnstitutuna getmişdim. Be-
şinci mərtəbədə liftin qabağında dayanmışdım. Birdən Mövlud 
Yarəhmədov liftdən düşdü, çox kobud, azğın bir görkəm alaraq 
bütün  etik,  tərbiyəvi  normaları  tapdalayaraq  mənim  üstümə 
qışqırdı:  “Sənin  nə  ixtiyarın  var  ki,  Cumanı  Cümə  yazırsan, 
kim sənə icazə verib ki” deyərək çox mədəniyyətsiz bir şəkildə 
qışqırmağa  başladı.  Mən  duruxdum,  ürəyimdən  səslər  gəldi, 
abrını  kimdən  gözləmək  lazımdır,  abırsızdan.  Dönüb  sakitcə 
uzaqlaşdım. 
Bir  gün  akademik  Məmmədcəfər  Cəfərovun  imzası  ilə 
belə bir məktub aldım. 
“Hörmətli Paşa Əfəndiyev. 
Molla Cümənin ədəbi irsi ilə əlaqədar mübahisəli məsə-
lələri  həll etmək üçün Sizin  sentyabr ayının 23-də saat 11:00-
da Azərbaycan SSR EA ədəbiyyat, dil və incəsənət bölməsinin 
(Akademiyanın əsas binası, V mərtəbə, otaq 530) iclasına gəl-
məyiniz vacibdir”. 
Ədəbiyyat,  dil,  incəsənət  bölməsinin  akademik  katibi 
M.C.Cəfərov. 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə