Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə12/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   8   9   10   11   12   13   14   15   ...   104

 
37 
oxuyub kitaba salmışdır. O yazır: “Əlyazmalarından biri aşığın 
özü tərəfindən hicri 1329-ci ildə yazıya alınmışdır, 19 vərəqdən 
ibarətdir,  divanilər  toplanmış  cüngdür.  Diqqət  edin,  bu  adam 
cünglə  əlyazmasının  fərqini  bilmir.  Molla  Cümə  cüng  yaz-
mayıb,  cüng  klassik  ədəbiyyatımızın  nümunələri  toplanmış 
böyük sənətkarlar haqqında müəyyən məlumat olan əlyazma  – 
qaynaqdır,  mənbədir.  Yarəhmədov  məqalələrində  də  yalnız 
Molla Cümənin cüngləri yazır. Kitabın müqəddiməsində sonra 
oxuyuruq ki, Mövlüd Yarəhmədovun əlində olan aşığın  ikinci 
əlyazması  oğlu  Həsənə  hədiyyə  verdiyi  mənbədir.  Həmin  əl-
yazması  Molla  Cümə  yaradıcılığı  üçün  əsas  və  səhih  mən-
bədir.  Məncə,  onun  orijinalı  indiyə  qədər  tədqiq  olunmayıb. 
Əldə olanlar isə hamısı ondan köçürmədir. Mən Baş Göynükdə 
Reyhan  xanımın  yanında  olarkən  o,  lütflə  mənə  əlyazma 
bağışladı. Mən bu variantın vaxtilə həmin orijinaldan köçürül-
düyünü yazmışdım. Bu əlyazması üzərində 30 il işləmişəm. Bir 
də  ona  görə  ki,  köçürən  şəxs  bir  o  qədər  də  savadlı  deyil  idi. 
Mövlüd Yarəhmədov da qeyd edir ki, o aşığın oğluna hədiyyə 
verdiyi  əlyazmasının  harada  olduğunu  bilmir.  O  da  yazır  ki, 
köçürmə  variantından  istifadə  etmişdir.  Mövlüd  Yarəhmədov 
yazır ki, ikinci əlyazmasında 1200-ə qədər şeir var, bunu da o, 
divan  adlandırır.  Ancaq  məsələ  burasındadır  ki,  o,  bu  əlyaz-
malarının  harada  olduğu,  kimdə  olduğu,  hansı  yerdə  olduğu 
haqqında  heç  nə  yazmır.  Mən  Şəki-Balakən  zonasını  qarış-
qarış  dolaşıb  aşığın  şeirlərini  toplamış  və  xüsusi  şəxslərdən 
(hamısının da adlarını qeyd eləmişəm) 4 əlyazmasını almışam. 
Onlar  üzərində  illərlə  işləmişəm.  Əlyazmalarının  məzmunu, 
quruluşu  haqqında  çox  dəqiq  məlumatlar  vermişəm.  Daha 
sonra Mövlüd Yarəhmədov davam edir: “Molla Cümənin şeir-
ləri olan başqa üç əlyazması da var. Bu əlyazmalar yazılarkən 
katiblər  ciddi  sərbəstliyə  yol  vermiş  (heç  bir  sərbəstliyə  aid 
misal,  fakt  göstərilmir  –  P.Ə.),  şairin  şeirlərində  yersiz 
əməliyyat  aparmış,  lazımsız  dəyişikliklər  etmişlər.  Çoxunda 
sənətkarın dili  və şeirlərin həcmi  nəzərə alınmamış,  ixtisarlara 


 
38 
yol  verilmişdir.  Əlbəttə,  bütün  bunlar  Molla  Cümə  şeirlərinə 
etinasızlıqdan  deyil,  zamanın,  dövrün  katiblərə  verdiyi  geniş 
imkanlardan irəli gəlirdi”. Belə bir sual ortaya çıxır. Haradadır 
bu əlyazmaları? Mövlüd Yarəhmədov onları  haradan əldə elə-
yib,  üzərində  iş  aparıb.  Məqalələrin  birində  deyir  ki,  əlimizdə 
Molla  Cümənin  400  səhifəlik  əlyazması  var.  Kitabda  müqəd-
dimənin  bir  yerində  o  yazır:  “İstər  əlyazmalarında,  istərsə  də 
çap  kitablarında  bir  sıra  nöqsanlar  var.  Əvvələn,  qeyd  etmək 
lazımdır ki, haqqında söhbət açdığımız əlyazmaların heç birisi 
Molla Cümənin ədəbi irsini tam əhatə etmir. İkincisi, bu vaxta 
qədər  çap  olunmuş  şeirlərin  hamısı  şifahi  məxəzlərdən  (?) 
toplandığı  üçün  həddindən  artıq  söz,  misra,  ifadə,  üslub 
təhriflərinə, yersiz ixtisarlara və lazımsız artırmalara yol veril-
mişdir”.  Əlyazmalarına  kimlər  əl  gəzdirib,  səhvlərə  yol  verib, 
bir müddətdən sonra biz ona aydınlıq gətirəcəyik. Məsələ bura-
sındadır ki,  məqalələrində, kitabın  müqəddiməsində böyük sə-
nətkarın  bədii  yaradıcılığından,  sənətinin  məziyyətlərindən, 
bənzərsiz  şeirlərinin  məzmun  və  forma  xüsusiyyətlərindən, 
Molla  Cümənin  poetik  aləmindən  bir  kəlmə  də  olsa  danışmır. 
Nə  desə  də,  şifahi,  yaxud  yazılı  mənbələrə  əsaslanaraq  titanik 
bir  sənətkarın  hərtərəfli  fəaliyyətini  qiymətləndirə  bilmək 
iqtidarına  malik  deyil.  Bununla  bərabər  diqqət  edin,  o,  Molla 
Cümə  yaradıcılığı  haqqında  nələri  şərh  edir:  “Mövcud  ictimai 
quruluş  bir  sədd  kimi  Molla  Cümənin  qarşısını  kəsmişdi. 
Qoluzorlular,  darfikirli  ailə  başçıları  İsmi-Pünhanı  sevmədiyi, 
məhəbbəti, sevgini pulda, var-dövlətdə görən Paşa bəy adlı bi-
risinə  zorla  ərə  vermişlər.  Qız  məhəbbət,  sevgi,  eşqində  yan-
mış, Molla Cüməni unuda bilməmişdir. Zamanın  ədalətsiz qa-
nunları  onu  vaxtsız  məhv  etmişdir.  İsmi-Pünhan  1899-cu  ildə 
həyatla vidalaşmışdır.” 
Yaxud  başqa  bir  misal.  “Yaratdığı  şeir  nümunələrində 
antoqonist siniflər arasında  mövcud olmuş ziddiyyətlər  yoxsul 
xalqın  kədər  və  həyatı  incəliklə  təsvir  olunmuşdur.”  Müəllif 
sonra  Molla  Cümənin  həyatının  müəyyən  sahələrini,  məqam-


 
39 
larını  göstərməyə  çalışır.  Bunların  da  heç  bir  şifahi  və  yazılı 
mənbə,  qaynaq  və  əsasları  yoxdur.  Hamısı  göydən  asılı  qalır. 
Məsələn,  o  yazır  ki,  Molla  Cümə  oxumaq  üçün  Marsan  kən-
dinə  Hacı  İbrahim  Əfəndinin  hücrəsinə  gedir.  Qeyd  edək  ki, 
heç bir mənbədə və şifahi xatirələrdə belə aşığın Marsana oxu-
mağa getməsi  haqqında  məlumat  yoxdur. Çünki  Hacı İbrahim 
Əfəndinin mədrəsəsi məhz Aşağı Göynükdədir. Mən aşığın ilk 
kitabında  da  (1966)  Molla  Cümənin  Aşağı  Göynükdə  təhsil 
aldığını yazmışam. 1961-ci ildə fərdi ekspedisiya zamanı Şəki-
də  internat  məktəbinin  müəllimi  Cahangir  Qazıyevlə  tanış 
oldum. O vaxt “Nuxa fəhləsi” qəzetində çap elədiyi məqaləsini 
lütflə  mənə  hədiyyə  verdi.  Orada  da  yazılıb  ki,  Hacı  İbrahim 
Əfəndinin  məktəbi  Aşağı Göynükdədir. Molla Cümə də təhsi-
lini  orada  alıb.  Molla  Cümə  müxəmməslərinin  birində  Hacı 
İbrahim Əfəndinin məktəbinin adını çəkir: 
İbrahim Əfəndinin 
Məktəbi haqq cənnətidir. 
Molla Cümə haqqında yazan Dilrüba Qiyasbəyli də aşı-
ğın məhz Aşağı Göynükdə Hacı İbrahim Əfəndinin məktəbində 
oxuduğunu söyləyir.    
Kiçik  bir  haşiyə.  Dilrüba  Qiyasbəyli  Azərbaycan  Tibb 
Universitetinin  müəllimidir.  Bir  gün  o,  mənimlə  görüşdü  və 
dedi ki, Paşa müəllim,  mən Molla Cümə haqqında namizədlik 
dissertasiyası  yazmaq  istəyirəm.  Mən  onun  bu  fikrini  bəyən-
dim,  məsləhətlər  verdim,  hətta  onun  elmi  rəhbəri  olmağa  da 
razılıq verdim. Sonra bir neçə dəfə görüşdük, zəngləşdik. “Elm 
və  həyat”  jurnalında  Dilrüba  xanımın  Molla  Cümə  haqqında 
böyük bir məqaləsi də çap olundu (1971, № 6). Hətta müəyyən 
məruzə  üçün  onun  tezislərini  də  redaktə  eləmişdim.  D.Qiyas-
bəyli məqaləsində yazır ki, o, 1970-ci ildə avqust ayında Şəki-
Zaqatala zonasında olub, aşıq Hacıbala  və Məhəmməd Həsrə-
tovla  da  görüşüb,  söhbətlər  aparıb.  Sonralar  Dilrüba  xanımın 
səsi-sorağı  gəlmədi.  Məncə,  o,  daha  böyük  aşığın  yaradıcılığı 
ilə məşğul olmayıb. 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə