Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə15/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   11   12   13   14   15   16   17   18   ...   104

 
46 
varlıqdır,  Molla  Cümənin  bütün  yaradıcılığının  üstündə  qərar 
tutub. Ona da özüm yenə inana bilmirəm. Çünki aşıq haqqında 
son  məqaləmdə  Molla  Cümənin  şeirlərinə  söykənərək  İsmi 
Pünhanın real insan, el qızı, kənd gözəli olmasını sübut etməyə 
səy göstərmişəm. 
İsmi  Pünhanla  bağlı  digər  bir  problem,  necə  deyərlər, 
xətt var. Məlumdur ki, hər bir ustad aşığımızın bütün məhəbbət 
dastanları  qəhrəmanlarının  özlərinə  məxsus  butası  var.  Qur-
bani,  Abbas  Tufarqanlı,  Xəstə  Qasım,  Sarı  Aşıq,  Aşıq  Valeh, 
hətta aşıq Hüseyn Şəmkirlinin də butası var. Məhəbbət dastan-
larımızdan  “Tahir  və  Zöhrə”,  “Yusif  və  Züleyxa”,  “Vərqa  və 
Gülşa”,  “Leyli  və  Məcnun”,  “Fərhad  və  Şirin”,  “Abdulla  və 
Cahan”, “Əsli və Kərəm”, “Arzu və Qənbər”, “Şah İsmayıl və 
Gülüzar”,  “Xurşud  və  Mah”,  “Aşıq  Qərib”,  “Novruz  və 
Qəndab” və s. Buta aşıqlara Ulu tanrının qismətidir. Onu Allah 
Taala  Xızır  Nəbi  ilə  aşiqlərə  göndərir  və  vergi,  ilhamla 
bağışlayır. Heç nədən, dünyadan xəbəri olmayan gənclər, hətta 
ömründə aşiq görməyən şahzadələr aşiq olur. Bununla bərabər 
aşiqlik cəmi gənclərə nə verir: aşiqlik istedadı, hər cür yarış və 
deyişmələrdə  qələbə,  müqəddəslik,  yəni  toxunulmazlıq  və  s. 
Mən  heç  yadımdan  çıxara  bilmirəm  ki,  1962-ci  ildə  Zaqa-
talanın Çobankol kəndində  yaşı 70-i ötmüş  Aşıq  Kazım  mənə 
dedi ki, İsmi Pünhan Molla Cümənin butasıdır. Mən burada bir 
aşığımızın  buta  alma  əhvalatını  qısa  da  olsa  qeyd  etmək  istə-
yirəm. Məsələn, görkəmli ustad aşığımız  Abbas  Tufarqanlının 
həyatına  nəzər  salaq.  O,  Güney  Azərbaycanımızın  Tufarqan 
mahalında  yaşayan  bir  gəncdir.  Heç  bir  əlamət    ilə  yaşıd-
larından fərqlənmir. O, müxtəlif sənətlər haqqında fikirləşir və 
birini seçmək qərarına gəlir. Elə bu zaman gecə Xızr Peyğəm-
bər  peyda  olur.  Əlindəki  cəmdə  olan  müqəddəs  suyu  içirərək 
xəbər  verir  ki,  Təbriz  şəhərində  şəhərin  bəylərbəyisi  Məhəm-
mədin bacısını ona buta verir. Buta Gülgəz Pəri Abbasa Allah 
tərəfindən  göndərilən  qismətidir.  Butadan  sonra  adi  bir  gəncə 
hansı əlamət və xasiyyətlər əlavə olunur. Birinci, o, Ulu Tanrı-


 
47 
dan  vergi,  ilham  alır,  görkəmli  sənətkara  çevrilir.  Abbas  eyni 
zamanda  müqəddəs  bir  insan  olur,  yəni  haqq  aşığına  çevrilir. 
Abbasa  həm  də  elə  ilham  verilir  ki,  o,  heç  bir  yarışda,  deyiş-
mədə  məğlub  olmayacaq,  yəni  həmişə  qalıb  gələcək.  Abbas 
butasının  dalınca  getməyə  hazırlaşır,  sazını  kökləyir,  Tufar-
qandan  Təbrizə  gəlir.  Təbrizdə  o,  bəylərbəyi  Məhəmmədin 
aşıqlar  məclisinə  düşür.  Orada  böyük,  təcrübəli  aşıqlar  var. 
İndiyə qədər məğlubiyyətin nə olduğunu bilməyən Aşıq Şirvan 
dostu  var,  onunla  deyişmək  mütləqdir.  Aşıq  Abbas  onunla 
deyişir,  qalib  gəlir.  Bu  arada  o,  sevgilisini  də  görə  bilir.  Ona 
qovuşmaq  üçün  yollar  axtarır.  Elə  bu  zaman  İsfahanda  Şah 
Abbas  Gülgəz  Pərinin  gözəlliyinin  sorağını  alır.  Onu  zorla  öz 
sarayına – hərəmxanasına gətirməyi əmr edir, hətta adamlarını 
da  göndərir.  Gülgəz  Pərini  Aşıq  Abbasın  gözləri  qarşısında 
kəcavəyə  qoyub  İsfahana  yola  salırlar.  Aşıq  Abbas  yol  boyu 
kəcavənin  arxasınca  yanıqlı-yanıqlı  qoşmalar  oxuyaraq  onu 
müşayiət eləyir. Hətta Abbası yolda zəhər quyusuna salırlar. O, 
quyudan  salamat  çıxır,  çünki  haqq  aşığıdır.  Beləliklə,  Aşıq 
Abbas İsfahana gəlib hətta Şah Abbasın sarayına yol tapır. Onu 
çox çətin imtahanlardan keçirirlər. Aşıq Abbas həm haqq aşığı 
olması  və  həm  də  qüdrətli  sənətkar  olması  ilə  Şah  Abbasın 
sarayından  “üzü  ağ”  çıxır,  xilas  olur.  Haqq  aşığı  olan  Abbası 
sevgilisi  ilə  birikdə  azad  edirlər.  O,  xoşbəxt  olur  və  vətənə 
dönür. Kim deyə bilər ki, bu, tarixi bir hadisədir, yaxud olmuş 
əhvalatdır.  Məsələ  burasındadır  ki,  əlbəttə,  bu  mənim  şəxsi 
qənaətimdir.  Şah  Abbas  xalqın  gözəl  qızlarını  seçib  hərəm-
xanaya  aparması  haqqında  nisbətən  daha  çox  Aşıq  Abbas 
şeirlər  qoşub.  Bu  əhvalat  xalqın  ismətinə,  namusuna  toxun-
maqdır.  Aşıq  Abbas  elə  özünün  sağlığında  bu  mövzuda  olan 
şeirlərini toplayıb dastanın ilk variantını qoşmuşdur. Sonra çox 
tezliklə dastan dillərə düşmüş,  mükəmməl  bir sənət  əsəri kimi 
məşhurlaşmışdır. Yaxud Novruz bayramı günü anadan olduğu 
üçün  adını  Novruz  qoyduqları  şahzadə  oğlu  aşıqdan,  sazdan 
xəbəri  olmayan  Novruz  da  yuxuda  Xızr  peyğımbərdən  cəm 


 
48 
alır,  içir  və  ona  Misir  padişahının  qızı  Qəndabı  buta  verirlər. 
Novruz bir gecədə gözəl aşıq-sənətkar olur. Butasının dalısınca 
gedir,  çox  çətinliklərə  düşür,  ölümlə  qarşılaşır,  dənizə  düşür, 
kəlləgöz pəhləvanla vuruşur, qələbə çalır və butasına qovuşur. 
Göründüyü kimi, bütün Azərbaycan ustad aşıqlarının məhəbbət 
dastanlarının  qəhrəmanlarının  hamısının  butası  var.  Bəs  nə 
üçün  böyük  titanik  sənətkar  olan  Molla  Cümənin  butası 
olmasın.  Molla  Cümənin  də  butası  olub,  bunu  özü  dəfələrlə 
etiraf  edib.  Biz  aşığın  butasını  axtarmalı,  aramalı,  aşkarlamalı 
və  bəkləməliyik.  Aşıq  deyir,  “Mən  işdiyim,  Xızr  Nəbi  verən-
di”,  deməli  Xızr  Nəbi  ilahi,  müqəddəs  cəmlə  birlikdə  böyük 
sənətkara buta da bəxş eləyib. Aşıq deyir:  
Mən yeddi yaşına dolandan bəri, 
Bəlalı başımda eşq sövdası var. 
Hər dərdə bir dərman veribsə Tanrı, 
Bəs mənim dərdimə nə davası var. 
 
Daha sonra görün Molla Cümə nə deyir: 
 
Butasız dünyada ömür sürmərəm, 
Səndən özgəsinə könül vermərəm, 
Bu işi şəninə layiq görmərəm, 
Cüməni özündən cida salıbsan. 
Aşıq deyir: “İsmi Pünhan üstdədir xeyri, şərim.” 
Əldə  etdiyim  Şəki  əlyazmasının  bir  yerində  oxuyuruq: 
“On beş yaşlarında bir dəfə gözəl bahar günlərinin birində sərin 
bir  ağac  kölgəsində  yataraq  yuxuya  dalır.  Bu  vaxt  röyasında 
ona  badə  verirlər  ki,  bunu  içib  qurtardığı  hədd  anası  oyadır. 
Bildiyimiz  tarixi  rəvayətlərə  görə  də,  bir  çoxları  röyada  içmiş 
olduqları badənin təsirindən aşiq olurlar. Molla Cümə də həmin 
gündən yazmağa başlamışdır.”  
Təsəvvür  edin  ki,  aşıq  yeddi  yaşından  məhəbbət alovu 
ilə  yanır.  15  yaşından  isə  artıq  şeir  və  mahnılar  qoşur.  Yaxşı, 
gənc  aşıq  15  yaşında  kimi  vəsf  eləyirdi.  Xızr  ona  butasının 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə