Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə14/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   10   11   12   13   14   15   16   17   ...   104

 
43 
Molla Cümə böyük titanik sənətkardır. Onun mənalı hə-
yatı, bənzərsiz poetik aləmi sirlərlə, möcüzələrlə, problemlərlə 
doludur.  Mən  bir  kitabımın  sonunda  folklorşünaslara,  aşıq-
şünaslarımıza, xüsusilə də cavanlara vəsiyyət eləmişəm ki, aşı-
ğın  bənzərsiz  sənət  əsərləri  üzərində  30-40  il  işləyib,  səliqəyə 
salıb bir külliyatda toplamışam, bunların təhlil edilməsini, qiy-
mətləndirilməsini Sizə vəsiyyət eləyirəm. 
Aşığımızın  həyatında  mövcud  olan  ən  böyük  problem-
lərdən biri İsmi Pünhanla bağlı həyat və hadisələridir. Nə üçün 
böyük  sənətkar  ömrü,  həyatı  qədər  sevdiyi,  necə  deyərlər, 
butasının adını gizlətmişdir. 1962-ci ildə Qax rayonunun Zərnə 
kəndində olarkən Vətən müharibəsi iştirakçısı, ağsaqqal Əzəd-
din  Əskərov  dedi  ki,  hələ  indiyə  qədər  xalq  ədəbiyyatında 
tərənnüm  edilən,  təriflənən  gözəlin  adı  gizlədilməmişdir. 
Ancaq  Molla  Cümənin  İsmi  Pünhanı  açılmamış  qaldı.  Molla 
Cümənin  yaradıcılığı  ilə  məşğul  olandan  bu  problem  məni 
düşündürür. Ona görə də bu barədə yazılarım lazım olub. İndi 
müəyyən qədər təkrar olsa da, bəzi  məsələləri demək qərarına 
gəlmişəm. 
Molla  Cümənin  İsmi  Pünhanı  haqqında  çoxlu  mülahi-
zələrdən sonra mən ilk dəfə onun məhz zəmanəsinin və ölkənin 
ən  böyük  və  dindar  şəxsin  qızı  olması  fikrini  söyləmişdim. 
Təsəvvür edin, Molla Cümə nə qədər el gözəlini adı və xasiy-
yəti ilə vəsf eləmişdir. Molla Cümə şeirlərinin birində deyir ki, 
onun  sazının  qotazlarını  üç  gözəl  asmışdır.  Onlar  bunlardır: 
Zeynəb,  Tükəzban  və  Bədircahan.  Aşıq  yazır  ki,  o,  öləndə 
qəbrinin üstündə aşağıda adları olan gözəllər ağlasın. Almalıda 
Tükəzban,  Şotavarda  Leyli,  Marsanda  Reyhan,  Tasmalıda 
Gülüzar,  Güllükdə  Fətmət,  Muxaqda  Asiyət,  Talada  Həlmət, 
Qımırda Gülsənəm, Bazarda Əmnət, Çobankolda Nigar. Molla 
Cümə kəndlərin birisində daha gözəl və daha bəzəkli bir gözələ 
rast  gəlir.  Onun  ilhamı  pərvəzlanır,  elə  yerindəcə  öz  gözəl-
lərinin sırasına daxil edir. Beləliklə, gözəl, təsirli, qiymətli  bir 
müxəmməs oxuyur: 


 
44 
Peyda olum boyuna 
Qəbul eylə minnəti. 
Səni görüb unutdum, 
Aynaynan Həlməti. 
Təmiz yaddan çıxartdım 
Nigarnan Aminəti. 
İnnən belə neylərəm, 
Dursun ilə Mürvəti. 
Daha könlüm istəməz 
Asiyəti, Fətməti 
Hamısından bilginən 
Sən üzübsən əlim gəl. 
Molla  Cümə  tərif  etdiyi  gözəllərin  adını  bərk  ayaqda 
əbcət hesabı  ilə  hərflərlə demiş,  yaxud da gözəlin adında olan 
hərfləri  şeirin  vəzninə  uyğunlaşdırıb  söyləmişdir.  Çoxlu  şeir-
lərində  dörd  hərfin  həsrəti  ilə  alışıb  yandığını  bəyan  edir. 
Ancaq  bu  dörd  hərf  də  müxtəlif  şeirlərdə  müxtəlif  hərflərdir. 
Məsələn,  əbcət  hesabı  ilə  adın  on  beşdir.  Burada  gözəlin  adı 
Mədinədir. Unutma adını yazıram axtar: “iki “mim”, “rey” ilə, 
“yay” üstdədir dilbər”. Burada gözəlin adı “Məryəm”dir. Cey-
ranın  quzusu  adın  bilmişəm.  “Qaf”,  “ze”,  “ye”,  “te”,  “rey”ə 
bağlıdır. Burada gözəlin adı Qızyetərdir.  
İki yüz bir ilə ismin söylərəm, 
Görməsəm dillərin əfqan eylərəm. 
Bu  misalları  artırmaq  olar.  Hər  bir  adı  gözlənən  gözəl 
isə “İsmi Pünhan” ola bilməz. 
Dilrüba  Qiyasbəyli  məqaləsində  yazır.  “Baş  Göynükdə 
Hacı İbrahim Əfəndinin mədrəsəsində Şabalıtlı kəndindən olan 
Şeyx Nəsrullah da dərs deyirdi. Molla Cümə onun gözəl qızına 
aşiq  olur.  Şeyx  Nəsrullah  Molla  Cüməni  hədələyir  ki,  mənim 
qızımı  sazla-sözlə  oxuma.  Ondan  sonra  Molla  Cümə  gözəlin 
adını gizlədir, ancaq sevgisi sönməmiş, nəğmələri oxumuşdur”. 
Dilrüba  Qiyasbəyli  Molla  Cümənin  başqa  bir  şeirini  misal 
gətirir və İsmi Pünhanın kim olduğunu yazır. O, Molla  Cümə-


 
45 
nin  ilk  şeirlər  kitabından  (1966)  aşağıdakı  şeiri  gətirib  təhlilə 
cəlb eləyir. 
Sey, Lam, Nun, Zeynən ismin söylərəm, 
Sənnən ayrı bu cahanı neylərəm. 
Mən Cüməyəm, sənə minnət eylərəm, 
Hər xoryad qucmasın bellərin sənin. (1966, s.53) 
D.Qiyasbəyli  davam  edir.  “Şeirin  birinci  misrasından 
samit  hərflərə  nəzər  saldıqda  İsmi  Pünhanın  təxminən  Səlmi-
naz olduğunu güman edə bilərik”. 
Mövlüd  Yarəhmədov  yazır  ki,  “İsmi  Pünhan  İbrahim 
Əfəndinin qızıdır, adı da Mərziyədir. Molla Cümənin vəsf elə-
diyi gözəl Mərziyə məhz İsmi Pünhandır.” Aydın olsun ki, mən 
2  il  Şəki-Balakən  zonasını  dolaşmışam.  Mərziyə  adına  rast 
gəlməmişəm. Özü də Mərziyənin adı heç bir yerdə qeyd olun-
mamışdır. Mən yenə Molla Cümənin uşaqlıq dostu, ömrü boyu 
onunla  bir  yerdə  olduğu  İdris  Mustafayevin  sözlərini  təkrar 
etmək  istəyirəm. İdris dayı dedi ki,  mən həm də bir neçə dəfə 
çəltik  əkininə  də  getmişəm,  ayla  həntdə  qalmışıq.  Bir  gün 
cəsarət  edib  mən  ondan  soruşdum.  Ay  Cümə,  kimdi  bu  İsmi 
Pünhan elə həmişə ondan danışırsan. Molla Cümə cavab verdi 
ki,  İdris  xahiş  edirəm,  üz  vurma,  bu  sirr  açılmamalıdır. 
Doğrudan da bu sirr açılmır ki, açılmır. Mən 1961-ci  ildən bu 
problem  haqqında  düşünürəm.  Hələ  də  bir  tərəfə  çıxa 
bilməmişəm.  Qocalardan  biri  mənə  dedi  ki,  İsmi  Pünhan  elə 
Molla  Cümənin  özüdür.  Zaqatalada  Aşıq  Kazım  dedi  ki,  İsmi 
Pünhan  Qax  rayonunda  Şabalıtlı  kəndində  Şeyx  Babanın 
qızıdır.  Mən  Molla  Cümənin  qızı  Reyhan  xanımdan  da 
soruşdum.  O  da  bu  haqda  bir  şey  bilmir.  Bircə  onu  dedi  ki, 
İsmi Pünhan da dünyadan nakam gedib. 
Mən bu yazdıqlarımı qabağıma qoyub hey fikirləşirəm, 
bir  tərəfə  gedib  çıxa  bilmirəm.  Diqqətim  də  heç  bir 
mülahizənin üstündə cəmləşmir. Hey  fikirləşirəm, düşünürəm. 
Dilimin ucuna Ulu Tanrımızdan bəzi fikirlər gəlir, hətta sözlər 
də  gəlir.  Deyirəm,  ey  Ulu  Tanrı,  bəlkə  İsmi  Pünhan  ilahi  bir 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə