Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə7/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   2   3   4   5   6   7   8   9   10   ...   104

 
21 
 
Mən Cüməyəm, başım düşdü bəlaya 
Hamam döndü qızılgülə, lalaya. 
Yönümü çevirdim Tovla Talaya, 
Hayıf ki, yollarım qara daş oldu. 
Sonuncu  iki  misra  maraqlıdır.  Yönümü  çevirdim  Tovla 
Talaya,  heyif  ki,  yollarım  qara  daş  oldu.  Məsələ  burasındadır 
ki,  İlisu  bir  neçə  məhəllədən  ibarətdir.  Biri  də  Tovla  Taladır.  
Burada həm Tovla var və həm də Tala var. Hər iki sözün özünə 
görə  mənası  vardır.  Bu  məhəllə  Kürmük  və  Ağçay  çaylarının 
arasındakı yüksəklikdə yerləşir. Mənim fərziyyəmə  görə bura-
da  İlisu  sultanlarının  atları  saxlanmışdır.  Atlara  burada  xüsusi 
qayğı  göstərilmişdir.  Bəs  “qara  daş”  nədir?  Tovla  Talanın 
ətəyində, çaylaqda daşların altından çox zəif bir şəkildə su axır. 
İlisulular ona Moh suyu deyirlər. Bu su həmin kəndin başında 
olan hamamın suyundandır. Ancaq çox az axır. Qadınlar hama-
ma  getməyə  imkanı  olmadıqda  bu  suyu  qablara  yığıb  çimir, 
üzlərini, əllərini yuyur. Görünür Molla Cümə hamamda və həm 
də  Tovla  Talada  olan  Moh  suyunda  olub,  diqqətlə  müşahidə 
aparmışdır. Məncə, bu şəkildə olan əhvalatlar aşığın İlisuya və 
İlisululara qarşı rəğbəti ilə əlaqədar olur. Molla Cümənin çoxlu 
dostları  olub.  Aşığın  el  içində  böyük  hörməti  olmuşdur.  Çox 
ağayana,  sözünə  düz,  ədalətli,  qayğıkeş,  insanpərvər  bir  şəxs 
idi.  Aşıqlığı  əsas  etibarilə  şeir  demək,  söz  qoşmaqdan  ibarət 
idi.  İfadan  daha  çox  şeir  qoşmaqla  məşğul  olub.  Yaxşı  səsi 
olmayıb. Çox gözəl iti hafizəsi olub. Allahdan vergi alıb. Dili-
mizin  incəliklərinə  çox  yaxın  olub.  Kiçik  bir  hadisədən  təsir-
lənərək böyük bir əsər ortaya gətirərmiş. 
Molla Cümənin şeirlərini toplamaq məqsədilə 2 il (1961-
1962)  hər  dəfə  1  ay  olmaqla  Şəki-Balakən  zonasında  fərdi 
ekspedisiyada olmuşam. Şəkinin Baş Göynük kəndində olarkən 
dedilər ki, bu kənddə 1 nömrəli orta məktəbin dil və ədəbiyyat 
müəllimi  Şərif  İdrisov  da  neçə  vaxtdır  Molla  Cümənin  şeirlə-
rini  toplamaqla  məşğuldur.  O  vaxt  Şərif  müəllim  kənddə  yox 


 
22 
idi.  Mən  artıq  üç  gün  idi  ki,  Molla  Cümənin  qızı  Reyhan 
xanımın  qonağı  idim.  Üçüncü  gün  yola  düşməli  idim.  Şərif 
müəllim  gəlib  çıxdı.  Onunla  görüşüm  oldu,  əməlli  başlı 
söhbətlər  apardıq.  Şərif  İdrisov  mənə    Molla  Cümənin  2 
müxəmməsinin  əlyazmasını  lütflə  hədiyyə  verdi.  “Deyim”  və 
“Göynüyü”  rədifli  müxəmməslərini  Molla  Cümənin  1966-cı 
ildə  “Azərnəşr”  tərəfindən  buraxılan  “Şeirlər”  kitabında  çap 
elədim.  Sonralar  ara-sıra  Şərif  İdrisov  mənə  nələri  necə  top-
lamaq  və  sairə  haqqında  məktublarla  müraciət  eləyirdi.  Hətta 
özünün fərdi yaradıcılığı haqqında da danışırdı. Onu deyim ki, 
mən  yuxarıda  dediyin  2  müxəmməsdən  başqa    ondan  heç  nə 
istəməmişəm və almamışam. Ona görə ki, mənim əlimdə kifa-
yət  qədər  əlyazmaları  olub.  Onlar  üzərində  intensiv  olaraq 
işləmişəm.  Bir  gün  Şərif  İdrisov  zəng  eləyib  bizə  evə  gəldi. 
Dedi  ki,  Paşa  müəllim  xahiş  edirəm  mənə  kömək  göstərin, 
əlimdə  o  qədər  şeirlər  var,  onları  nə  edim?  O,  dərdini  açıb 
mənə  danışdı.  Dedi  ki,  mən  Molla  Cümənin  əlimdə  olan 
şeirlərini  bir  yerə  toplayıb  makinada  çıxardım.  Cild  eləyib 
“Yazıçı”  nəşriyyatına  apardım.  Mənə  dedilər  ki,  şeirlər  haq-
qında müsbət rəy olmalıdır. Məni Milli Elmlər Akademiyasının 
Nizami  adına  Ədəbiyyat  İnstitutunun  folklor  şöbəsinə 
göndərdilər.  Folklor  şöbəsinin  müdiri,  professor  M.H.Təh-
masib  idi.  Şeirləri  şöbənin  işçisi  Bəhlul  Abdullayevə  rəyə 
verdim.  O  da  mənfi  rəy  yazdı.  Mən  sonra  Əziz  Mirəhmədov, 
Kamal Talıbzadə ilə də söhbət eləmişəm. Heç bir xeyri olmadı. 
Paşa  müəllim  xahiş  edirəm  ki,  mənə  kömək  edin.  Şeirlərinin 
heç olmasa kiçik  bir  hissəsini çap eləyə  bilim. Mən dedim ki, 
“Yazıçı”  da  kitabım  var.  Demək  olar  ki,  onu  tərtib  eləyib 
qurtarmışam. Çalışaram sənin şeirlərindən bir neçəsini o kitaba 
daxil edəm. O zaman “Yazıçı”nın direktoru Əjdər Xanbabayev, 
baş  redaktoru  Sabir  Rüstəmxanlı,  şöbə  müdiri  Məmməd 
İsmayıl,  mənim  kitabımın  redaktoru  isə  Qəşəm  İsazadə  idi. 
Nəşriyyatın  icazəsi  ilə  Şərif  İdrisovun  30-40  şeirini  kitabıma  
daxil  elədim.  Bir  neçə  gündən  sonra  Qəşəm  İsazadə  məni 


 
23 
redaksiyaya  çağırdı.  Əlavə  elədi  ki,  burada  bir  neçə  şeir  var. 
Onlar  qüsurludur,  çap  eləmək  olmaz.  Göstərdi  ki,  hansı  şeir-
lərdir.  Hamısı  da  Şərif  İdrisovun  kitabından  götürülən  nümu-
nələr  idi.  Şərif  İdrisovu  çağırdı.  Qəşəm  İsazadə  dedi  ki,  Paşa 
müəllim  şeirləri  əlyazmalarından  götürüb  çap  eləyir.  Əlyaz-
malar  sözünü  eşidən  Şərif  İdrisov  tezliklə  Şəkiyə  yollanır. 
Molla  Cümənin  yaxşı  şagirdlərindən  olan  Aşıq  Hacıbalanın 
arxivindən  bir  sıra  şeirlər  gətirdi.  Mən  həmin  şeirlərdən  bir 
neçəsini seçib kitaba daxil elədim. Həmin şeirlər mənim Molla 
Cümə haqqında 1983-cü il nəşrinə Şərif İdrisovun adı ilə daxil 
edildi.  
Günlərin  birində  yenə  Şərif  İdrisov  bizə  gəldi.  Dedi  ki, 
mən  indi  M.H.Təhmasiblə  görüşmüşəm.  Mənə  dedi  ki,  Molla 
Cümə  haqqında  namizədlik  dissertasiyası  yazmaq  istəyirəm. 
Mən Akademiyaya dissertant qəbul olmaq istəyirəm. M.H.Təh-
masib müəllim mənə dedi ki, respublikada Molla Cümənin ilk 
və əsas tədqiqatçısı professor Paşa Əfəndiyevdir. O, institutda 
işləyir,  özü  də  kafedra  müdiridir.  O,  asanlıqla  səni  dissertant 
götürə bilər. Paşa müəllimlə görüşün. Mən razılıq verdim, elmi 
rəhbəri  olmağı  da  öhdəsinə  götürdü.  Şərif  İdrisovdan  xahiş 
etdim ki, sənədləri hazırlasın. Dissertantlığa qəbul üçün Molla 
Cümənin  yaradıcılığı  ilə  bağlı  bir  referat  hazırlasın.  Şərif 
İdrisob təxminən 20 makina yazısında referat hazırladı. Ancaq 
sonra onun sorağı gəlmədi. Dedilər ki, o dünyasını dəyişib. İndi 
onun  referatı  əlimdədir.  İstəyirəm  Molla  Cümə  ilə  bağlı 
hazırladığım kitabda onun  bir  hissəsini çap eləyəm. Qoy Şərif 
İdrisovun ruhu xoş olsun.  
Baş  Göynükdə  olarkən  yadıma  nə  düşdü.  Mən  dil  və 
ədəbiyyat  fakültəsini  qurtaranda  Maarif  Nazirliyi  məni  Şəki 
rayonu Baş Göynük kəndi 1  nömrəli orta məktəbə dil  və ədə-
biyyat  müəllimi  təyin  eləmişdi.  Yol  kağızları,  sənədlər  hazır 
şəkildə əlimdə idi. Mən də oraya getməyə hazırlaşırdım. Ancaq 
Ulu Tanrı mənim yolumu dəyişdirdi. Mən özümü tərifləmirəm, 
baxmayaraq  ki,  buna  tamamilə  layiqəm.  o  ili  dil  və  ədəbiyyat 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə