Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə3/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   2   3   4   5   6   7   8   9   ...   104

 

təhlillər  aparasan  ki,  mahiyyəti  açasan,  demək  istədiklərinin 
ünvanına çıxasan. Hələ onu deyə bilcəksən, bilməyəcəksən bu 
başqa məsələdir. Belə böyüklərin isə cəmiyyətdə sıxıntıları çox 
olur,  müxtəlif  səviyyələrdə  gərəksiz  söz-söhbət  mövzularına 
çevrilir və bəzən qarayaxmalar, təhdid, təqiblər bir ucsuğzluğa 
qədər  gedib  çıxır.  Onların  mükafatı,  təltifi,  hər  cür  türlü  adı 
xalqdan, etnosun münasibətindən gəlir. Yuxarıların qiymətlən-
dirməsi isə bir müşkülə çevrilir, çünki onlarla mənsəb sahibləri 
arasında  alınmaz  bir  qala,  sərhəd    mövcuddur.    Folklorşünas 
Paşa  Əfəndiyevdə  də  belədir.  Təkcə  onu  demək  kifayətdir  ki, 
Paşa  müəllimin  “Azərbaycan  şifahi  xalq  ədəbiyyatı”  dərsliyi 
1970-ci  ildən  bu  yana  bütün  auditoriyaların,  folklorşünaslığa 
qədəm qoyanların stolüstü kitabıdır. Bəlkə də neçə əlli illər də 
belə  olacaqdır.  “C.Cabbarlı  və  şifahi  xalq  ədəbiyyatı”  (Bakı, 
Yazıçı”,  1985),  “Səməd  Vurğun  və  xalq  yaradıcılığı”  (Bakı, 
Yazıçı, 1992), “Azərbaycan folklorşünaslığı. 1920-ci ilə qədər”  
(Bakı,  ADPU,  1994),  “Azərbaycan  folklorşünaslığı.  1920-30-
cu  illər”  (Bakı,  ADPU,  1997),  “Azərbaycan  folklorşünaslığı. 
1940-60-cı  illər”  (Bakı,  1998),  “Dastan  yaradıcılığı”  (Bakı, 
ADPU,  1999),  “Azərbaycan  folklorşünaslığı  (müntəxabat)” 
(Bakı,  ADPU,  2000),  “Azərbaycan  folklorşünaslığının  prob-
lemləri” (Bakı, ADPU, 2003), “Azərbaycan folklorşünaslığının 
problemləri”. II kitab, (Bakı, ADPU, 2004), “Azərbaycan folk-
lorşünaslığının  problemləri”.  III  kitab,  (Bakı,  ADPU,  2005), 
“Azərbaycan  folklorşünaslığının  tarixi”  Bakı,  ADPU,    2006), 
“63  il  institut  divarları  arasında”.  Bakı,  ADPU,  2009)  və  s. 
kitabları  möhtəşəm  abidələrdir.  Onun  qədir-qiyməti  isə  əvəz-
sizliklədir.  Bu  kitabların  adını  təsadüfi  deyil,  məqsədli  olaraq 
xatırlatdım. Çünki  bu adların  verdiyi  informasiya daha əhatəli 
düşünməyi zəruri edir.  
Görkəmli  folklorşünasın  elmi  fəaliyyətində  mühüm    bir 
hissəni ustad sənətkarımız Molla Cümə  ilə bağlı  araşdırmaları 
təşkil  edir.  Onun  folklorşünas  ömrünün  mühüm  bir  hissəsi, 
demək olar, bu böyük sənətkarla bağlıdır. Folklorşünaslığa qə-


 

dəm qoyduğu ilk illərdən Molla Cümə onun yaddaşını məşğul 
etmiş, ruhunu, ürəyini ovsunlamışdır. Artıq həmin illərdən Paşa 
müəllimi təxminən 60 illik zaman ayırır və bu gün də belədir. 
Etdiyi  söhbətlərin  mühüm  bir  hissəsi  Molla  Cümə  irsini 
öyrənmək  işi  ilə  bağlıdır.  Ustadın  hər  sözü,  misrası,  şeiri 
ətrafında  olan  söhbətləri,  yazdığı  yazılar  mənim  üçün  nümu-
nədir.  Elə  əlimin  altında  olan  “Molla  Cümə  (həyatı  və  yara-
dıcılığı)”  adlı  möhtəşəm  kitabının  hər  cümləsi  də  bunu  diktə 
edir.  Aydınlıq  üçün  əlavə  edim  ki,  Paşa  müəllim  bu  kitabı  89 
yaşında çapa hazırlayıb. Bax burada məsələnin mahiyyəti daha 
da  böyüyür  və  böyük  folklorşünasın  hansı  ideallarla  yaşaması 
təkrarən aydınlaşır. Ulu Tanrı ona bu müdriklik çağında xüsusi 
qüvvət, ilham vermiş və Molla Cümə ilə bağlı dediklərini tək-
rarən  saf-çürük  etmiş  və  əlavələrlə  hamısını  bir  yerə  yığaraq 
kitab bağlamışdır.  
Paşa  müəllim  görkəmli  ustadın  gəzib  dolaşdığı  bütün 
yerləri diqqətlə izləmiş, onun yaxınlıq, dostluq etdiyi adamlarla 
görüşmüş,  söhbətlər  aparmış,  yaddaşlarda  olan  əhvalatları, 
hadisələri  el  ağsaqqallarının,  ağbirçəklərinin  dilindən  yazıya 
almış, şeirlərinin müxtəlif nümunələrini toplamış və fundamen-
tal bir baza formalaşdırmışdır. Dörd əlyazmanın ortaya çıxarıl-
ması  özlüyündə  böyük  hadisədir  və  bu  nəinki  folklorşünaslıq, 
bütünlükdə  ədəbiyyat tariximiz  üçün  əvəzsizdir.  Professor  ya-
zılarında vurğulayır ki, “mən ömrümün yarısını sərf edib bun-
lar  üzərində  çox  gərgin  işləmişəm”.  Molla  Cümənin  həyatı 
faciə  ilə  bitsə  də  onun  yaradıcı  taleyi  uğurlu  olmuşdur. 
Qarşısına  Paşa  müəllim  kimi  folklorşünas  çıxmış,  şeirlərini 
Qax,  Şəki,  Balakən,  Zaqatala  rayonlarından  toplamış  və  kitab 
şəklinə  gətirmişdir.  “Molla  Cümə.  Şeirlər”  (Bakı,  Azərnəşr, 
1966),  “Molla  Cümə.  Seçilmiş  əsərləri  (Bakı,    Yazıçı,  1983),  
“Molla  Cümə  (rus  dilində)”.  (Bakı,  Yazıçı,  1984),  “Molla 
Cümə.  Əsərləri.  (Bakı,  Maarif,  1995),  “Molla  Cümə”  (Bakı, 
Şərq-Qərb,  2006)  kitabları  məhz  P.Əfəndiyevin  uzunmüddətli 
zəhmətinin  bəhrəsi  kimi  ortaya  çıxmışdır.  Onu  da  əlavə  edək 


 
10 
ki,  bu  kitablara  yazılan  “Ön  söz”,  “Qeydlər  və  izahlar”  bir 
tədqiqat əsəri qədər əhəmiyyətlidir. Bu kitablar bütünlükdə aşıq 
ədəbiyyatına əvəzsiz töhfədir. Onun sənət dünyası, istedadının 
ecazkarlığı, klassiklərdən gələn ənənəni hansı səviyyədə özün-
də  ehtiva  etməsi  və  s.  kimi  məsələlər  bu  toplularda  bütün 
tərəfləri ilə özünə yer tapır. Birmənalı olaraq onu deməyə əsas 
verir ki, Molla Cümə Azərbaycan aşıq sənətinin yetişdirdiyi ən 
qüdrətli sənətkarlardandır. O, zəngin yaradıcılığı ilə aşıq şeirini 
təkcə  məzmun,  mündəricə  baxımından  deyil,  həm  də  forma 
baxımından  zənginləşdirmişdir.  Ayrı-ayrı  nümunələrdə  rast 
gəldiyimiz poetik fiqurlar, janr etiketləri, folklorşünaslığa (bü-
tünlükdə  bədii  düşüncəyə)  təqdim  etdiyi  İsmi  Pünhan  modeli 
ədəbiyyatımız  üçün  hadisədir.  Molla  Cümə  öz  zəngin  yara-
dıcılığı ilə Qurbani, Dədə Kərəm, Abbas Tufarqanlı, Sarı Aşıq, 
Xəstə  Qasım,  Ağıq  Alı,  Abdalgülablı  Valeh,  Aşıq  Hüseyn 
Şəmkirli, Aşıq Ələsgər səviyyəsində olan ustadlardandır. Onun 
bizə  ərməğan  elədiyi  bədii  irs  müxtəlif  istiqamətlərdə  araş-
dırma və təhlillərin ehtiyacındadır. Yaradıcılığının poetik siste-
minin bir bütöv olaraq araşdırılması, müəmmalarının açılması, 
sirlə-sehrlə dolu şeirlərinin  məzmun və  forma  sisteminin tipo-
loji  müqayisələrdə  aydınlaşması  bugünkü  folklorşünaslığın 
qarşısında duran ən ümdə məsələlərdəndir.  
Görkəmli  folklorşünasımız  P.Əfəndiyev  “Molla  Cümə 
(həyatı və yaradıcılığı)” kitabının sonuncu səhifəsində yazır ki, 
“mən  şəxsən  F.Köçərli,  R.Əfəndiyev,  S.Mümtaz,  H.Zeynallı, 
Ə.Abid,  Y.V.Çəmənzəminlinin  böyük  və  müqəddəs  ənənələri 
üzərində pərvəriş tapmışam... Beləliklə, respublikamızın ən bö-
yük,  ağsaqqal  folklorşünası  kimi  yüksəlmişəm.  Təbii  mən 
əsərlərimin sayı miqdarına görə deyil, məhz elmi, təcrübi, tari-
xi əhəmiyyətinə görə titanik işlər görmüşəm”. Doğurdan da, bu  
deyilənlər reallıqdır və birmənalı olaraq belədir. F.Köçərli hələ 
XX əsrin əvvəllərində M.P.Vaqif və M.V.Vidadi haqqında da-
nışanda  vurğulayırdı  ki,  onlar  müqtədir  sənətkarlardır.  Profes-
sor P.Əfəndiyev də Azərbaycan folklorşünaslığı üçün müqtədir 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə