Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə5/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   2   3   4   5   6   7   8   9   ...   104

 
14 
zusu  fikirləşin.  Mən  heç  fikirləşmədən  dedim  ki,  Mirzə,  mən 
Molla  Cümə  yaradıcılığı  ilə  məşğul  olmaq  istəyirəm.  Mirzə 
XIX  əsr  Azərbaycan  ədəbiyyatının  böyük  tədqiqatçısı  idi.  O, 
dedi  ki,  Molla  Cümə  maraqlı  şəxsiyyətdir  və  görkəmli  sənət-
kardır.  Əvvəlcə  onun  şeirlərini  toplamaq  və  sonra  isə  tədqiq 
etmək  lazımdır.  Mirzənin  toplamaq  sözü  məni  necə  deyərlər 
bərk tutdu. Bir neçə gün bu barədə düşündüm, yollar axtardım. 
Nə edim, nədən və necə başlayım. Axı Molla Cümənin fəaliy-
yət göstərdiyi  yerlər mənə tanışdır. Mən oralara getsəm sözün 
həqiqi  mənasında  uğurlar  qazana  bilərəm.  Bir  gənc  folklor-
şünas kimi əlbəttə yadıma ekspedisiya düşdü
1
. Gedib bilavasitə 
oraları  gəzməli,  axtarmalı  və  fəaliyyət  göstərməliyəm.  İnstitut 
rektorluğunun  razılığı  ilə  fərdi  ekspedisiyaya  getmək  qərarına 
gəldim. İki il, hər il oktyabr ayını fərdi ekspedisiyaya sərf elə-
dim. Böyük işlər gördüm. Bu barədə yazmışam. İndi  ən ümdə 
işim əldə etdiyim əlyazmaları (onlar dörd nüsxədi, ərəb əlifbası 
ilə  yazılmışdı)  üzərində  iş  idi.  11  bloknotda    mən  dolaşdığım 
kəndlərdən  yazmışdım.  İki  il  gördüyüm  işlər  haqqında  insti-
tutun böyük sovetində hesabat verdim. Elmi işlərə həsr olunan 
kitabçada hesabatım çap olundu
2
.  
Budur,  əldə  elədiyim  4  əlyazması,  kəndləri  dolaşıb  yaz-
dığım 11 bloknot əlimin altındadır. 4 əlyazması, 4 nəfərin yaz-
dığı  və  mənim  yazdığım  etibarlı  qaynaqlar.  Mən  ömrümün 
yarısını sərf edib bunlar üzərində çox gərgin işləmişəm. Bunlar 
barədə  yazmışam  və  çap  da  eləmişəm.  Onları  bir  də  təkrar 
eləmək istəmirəm. Əziz oxucularım, mən indi başqa bir cəhəti 
sizin  nəzərinizə  çatdırmaq  istəyirəm.  Molla  Cümənin  ömrü 
faciə  ilə  başa  çatıb.  İdris  Mustafayevin  dediklərini  də  mən 
yazmışam,  Kənddən  bir  az  aralı  bir  neçə  adamın  qalaxlanmış 
                                                
1
 
Oxuculardan üzr istəyirəm, Molla Cümədən danışanda yazılarımda 
məcburiyyət qarşısında bəzi məqamları təkrar etməli oluram. 
2
 Aşıq Cümənin yaradıcılığı. V.İ.Lenin adına APU-nun 1962-ci il elmi-
tədqiqat işlərinin yekunlarına həsr olunmuş XVIII elmi – hesabat 
konfransının tezisləri. 1963, səh.152-153. 


 
15 
şəkildə meyidlərini tapıblar. İdris dayı deyir ki, Molla Cüməni 
qılıncla  tanınmaz  bir  şəklə  salmışdılar.  Biz  onu  paltarından 
tanıdıq.  Əlbəttə,  böyük  sənətkarın  faciəvi  ölümü  haqqında 
mənbələr əldə edib  iki  böyük  məqalə çap eləmişəm. Onlar bu 
kitabda  özünə  yer  alıb.  Mən  əlbəttə,  qürurla  demək  istəyirəm 
ki,  Molla  Cümənin  ədəbi  irsinin  bir  növ  bəxti  gətirmişdir. 
Çünki  onun  ilk  naşiri  və  ilk  geniş  tədqiqatçısı  məhz  Paşa 
Əfəndiyev  olmuşdur.  Bir  də  ona  görə  ki,  axı  mən  bilavasitə 
Molla  Cümənin  həmyerlisiyəm.  Aşığın  yaşayıb  fəaliyyət  gös-
tərdiyi  yerlər  mənə  hamıdan  daha  çox  məlum  və  doğmadır. 
Şəki-Balakən  ərazisinin  adət  və  ənənələri,  etnoqrafiyası  yer, 
kənd,  çay  adları  o  zamanın  ləhcə  xüsusiyyətləri,  müəyyən 
şəklə, formaya düşən sözlər və sairə haqqında məlumata bələd 
olmaq lazımdır. Həmçinin Azərbaycan aşıq sənətinə, onun tari-
xi  və  mərhələlərinə,  görkəmli  nümayəndələrin  həyat  və  yara-
dıcılığına bələd olmadan Molla Cümə poeziyasını sözün həqiqi 
mənasında düzgün qiymətləndirmək çətindir. Elə sözlər var ki, 
onlar yalnız Şəki-Balakən zonasında işlənir, bunlar ləhcə sözlə-
ri,  yaxud  ümumi  sözlərdir.  O  zonanın  dilində  işlənir.  Qənfit, 
həşir,  cehil,  nəbqət,  mağmul,  cürə  (kimi),  nükəndi,  məhlə, 
ixtilat, yimax, zığılda, badax, eşik, ərəsət, doqqaz, pota, gimgə, 
aquba  və  sairə.  Məsələn,  dildə  “həş”  sözü  var.  Almanı  yeyir-
sən, çəyirdəyi ilə birlikdə içi qalır, ona “həş”  deyirlər. Tez-tez 
belə  ifadələr  də  işlənir,  gözümə  həş  düşüb.  Yaxud,  “qaşqa” 
sözü var. Bu insanın alnına verilən addır.. Ruslar buna “çelo”, 
“lob”  deyirlər.  Bu  sözü  uzun  müddət  əlyazmalarından  oxu-
maqda çətinlik çəkdim. Qax rayonunun  Lələpaşa kəndində 75 
yaşlı  Şirin  dayı  var.  O,  Molla  Cümənin  bir  neçə  şeirini  bizə 
əzbər  dedi.  Özü  də  çox  şən,  şux,  söhbətcil  adamdı.  Onun 
dilindən  mən  eşitdim  ki,  “O,  sözünü  düz  deyən  adamdı,  sözü 
adamın lap qaşqasına deyir”.  
Molla Cümə şeirlərinin birində deyir ki, ey yaradan, bö-
yük  Allahımız  sənə  ibadət  eləməkdən  qaşqam  yara  olub. 
Yaxud  başqa  bir  misal.  Şəki-Balakən  zonasında  cavanlara 


 
16 
cehil,  yaxud  cayıl  deyilir.  M.Yarəhmədov  bu  sözü  cahil  oxu-
yub böyük aşığın şeirlərini zəhərləmişdir. Sözümün sonu yenə  
təkrar edirəm, yaxşı ki, Molla Cümənin həyat və yaradıcılığını 
tədqiq  eləmək  məhz  həmyerlisi  Paşa  Əfəndiyevə  nəsib 
olmuşdur. 
Molla  Cümə Şəki rayonunun Layisqi kəndindəndir. Özü 
şəxsən bunu dəfələrlə təsdiq eləmişdir.  
Aşıq anasıyam şairlər kökü, 
Gəzərəm dünyada divanə təki , 
Mahalım Göynükdür, şəhərim Şəki 
Layisqi kəndinin binasıyam mən. 
Yaxud,  “Kəndim  Layişqidir  mənim,  Salah  oğlu 
Cüməyəm”.  Molla  Cümə  Layisqilidir,  bu  bir  mənalıdır.  Hətta 
çox  zaman  və  çox  yerdə  ona  Layisqili  Molla  Cümə  deyirlər. 
Bununla  belə  “Adəmin  nəvəsi” şeirində bəndlərdən  birisi  belə 
başlayır: 
Binəm Layisqiyə düşübdür mehman. 
Mehman  qonaqdır,  bunu  biz  necə  başa  düşək.  Nə  üçün 
aşıq özünü Layisqidə qonaq adlandırır. Bütün bunlarla bərabər 
başqa cəhətlər də var. Əslən Şəkili olan böyük ədəbiyyatşünas 
və  folklorşünas Salman  Mumtaz 1927-1928-ci  illərdə çap elə-
diyi iki cildlik “El şairləri” kitabında Molla Cümənin bir şeirini 
də çap eləmiş və yazmışdır ki, İlisulu Molla Cümə. Fərdi eks-
pedisiyamın  ikinci  ilində  Qaxın  mərkəzində  milliyətcə  ləzgi 
olan Aşıq Əhməd digər  məlumatlarla  yanaşı söylədi ki, Molla 
Cümə aşağıdakı bayatını çox sevirdi və onu tez-tz oxuyardı:  
İlisuda olaydım 
Şişələrə dolaydım 
İlisu qızlarının  
Nişanlısı olaydım. 
İlisulu Laçına Molla Cümə xüsusi bir şeir həsr eləmişdir, 
şeirdə Laçın bütün gözəl xasiyyətləri ilə təriflənir. 
Yaz fəslinin bir gülüsən, 
Nə xoş cavansan, a Laçın. 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə