Мцгяддимя



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə29/90
tarix23.02.2022
ölçüsü0,77 Mb.
#84013
1   ...   25   26   27   28   29   30   31   32   ...   90
2013-2444

Aytən Quliyeva

 

 



34 

açmaq


da haqlıdır. Hikmət onun qardaşı idi. Zəhra qardaşının ta-

leyi


nə biganə baxa bilməzdi” (12,55). 

Hikmət hər bir fikri, şərhi qəbul edən, onunla razılaşan bir in-

san

dır. Hekayədəki bütün situasiyalarda bu özünü aydın göstərir. 



Baş verən hər bir hadisədə, fərqli yanaşmalarda Hikmət hər iki 

tərəfə  haqq  verir.  Qarşılaşan  tərəflərin  hər  birinin  öz  həqiqəti, 

nəzəriyyəsi olduğunu duyur, dərk edir: “Hikmət bilirdi: Ələsgə-

rov


la  Nəimənin  Zəhra  deyən  əlaqələrdə  olduğunu  aydın-aşkar 

bil


sə, öz gözüylə görsə belə namusu tapdalanmış ərin iztirab və 

in

tiqamı  haqlı  olduğu  kimi,  həyatının  son  bayramından  imtina 



et

mək istəməyən sinli professor da haqlıdır. Və nəhayət, Nəimə 

də haqlıdır. Yəqin onun da müəyyən səbəbləri, dəlilləri, əsasları, 

bəraəti var. Hikmət bilirdi: Bu dünyada haqsız yoxdur. Hərə bir 

səbəbdən, hərə bir cürə haqlıdır”(12,56).   

Hekayə gözlənilməz bir sonluqla bitir. Sonda Hikmətin inti-

har etm

əsi onun zahiri təmkininin və sakitliyinin altında, daxili 

aləmində  fırtınalar  qopduğundan  xəbər  verir.  O  xaricən  bütün 

in

sanların düşüncələri ilə razılaşsa da, daxilən özü ilə barışa, ra-



zılaşa bilmir, intihar yolunu seçir. Bütün bu həqiqətlər içərisində 

o, öz həqiqətini itirir. Həyatı boyu hər kəsi haqlı sayan Hikmətə 

ya

zıçı onun ölümündən sonra sanki haqq qazandırır. “Gecə Hik-



mət özünü asdı.  

Arvadı,  uşaqları,  dost-aşna, qohum-qardaş  yasa  batdı.  Hamı 

təəccüblənirdi. 

 



Axı nəyi çatmırdı. Xoşbəxt ailə. Ev-eşik. Cəmiyyətdə yük-

sək mövqe. Sağlamlıq. Şöhrət. Pul. 

Onlar haqlı idilər. 

Amma Hikmət də haqlı idi” (12,57). 

Cəmi iyirmi yaşlı gənc bir yazıçının həyatın fəlsəfi yönümü 

ba

rədə düşünmək bacarığı, insan psixologiyasının dərin qatları-



nın incəliklərini bu qədər aydın, sərrast dərk etməsi çox müsbət 

və təqdirəlayiq bir hadisədir.  

“Sandıq  hekayələri”nin  sonuncusu  “İztirabın  vicdanı”  adla-

nır. Anar “Şəhidlər dağı” kitabında bu haqda maraqlı məlumat-





Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə