Aytən Quliyeva
42
ğa, məqsədləri uğrunda mübarizə aparmağa vadar edir. Bu məq-
sədlər çox adi, sadə olsalar belə. “İndi Kazım işləmək, gecə-
gün
düz tər töküb işləmək, bir qədər pul yığmaq və bu pula bir
ra
diocihaz almaq məqsədiylə yaşayırdı” (5,256). Hekayənin belə
sonluqla bitməsi oxucuda həyata məhəbbət hissini gücləndirir,
dü
şündürür, onu mənən yüksəlməyə, inkişafa çağırır.
Yazıçı obrazın hiss və həyəcanlarını, daxili əzab və iztirabla-
rını olduqca təbii şəkildə təsvir etmişdir. Bu da hekayənin oxu-
naq
lığını təmin etmiş, onun təsir və təlqin qüvvəsini artırmışdır.
He
kayədə vətənpərvərlik, vətənə sədaqət hisslərinin aşılanması
onun tərbiyəvi mahiyyətini, əxlaqi dəyərini artırır. Əsər mühüm
tərbiyə vasitəsi kimi diqqəti cəlb edir.
Anarın ilk mətbu əsərlərindən biri “Asılqanda işləyən qadının
söh
bəti” adlanır. Həcmcə çox kiçik olan bu hekayə öz emosional
t
əsir qüvvəsi, orijinal üslub xüsusiyyətləri ilə diqqəti cəlb edir.
Əsər qəribə təhkiyə üsuluna, formasına malikdir. Bu hekayə ilə
Anar ilk baxışda adi bir əhvalat təsiri bağışlayan hadisələri çox
bö
yük ustalıqla sənət səviyyəsinə qaldırmaq məharətini göstərir.
Anarın “Adamın adamı” kitabına yazdığı ön sözdə Y. Səmə-
doğlu “Asılqanda işləyən qadının söhbəti”ni belə dəyərləndirir:
“Məhz bu hekayə sonralar yazılacaq və çoxlarımızın müasir nəsr
haq
qında təsəvvürlərini yaxşı mənada alt-üst edəcək bir sıra gö-
zəl povest və hekayələrin meydana çıxması üçün zəmin olmuş-
dur. Bəzən bir cümlə ilə xarakter yaratmaq, kiçik bir abzasla
güc
lü emosional təsir oyatmaq, ənənəvi yazı manerasının yeknə-
səq axarını cəsarətlə pozub yeni güclü bənzətmələrə, metaforala-
ra, üslub və kompozisiya elementlərinə geniş yer vermək bacarı-
ğı bu zəmindən başlayıb, yazıçının sonrakı illərdə yaratdığı əsər-
lərində daha da möhkəmlənmişdir” (7,5).
Adından göründüyü kimi, əsərdəki hadisələr asılqanda işlə-
yən bir qadının dili ilə nəql edilir. Hekayənin qəhrəmanları kimi
biz asılqanda işləyən qadını və sahiblərinin maddi, mənəvi dün-
ya
sından xəbər verən sarı, qara və mixəyi paltonu görürük. Bu
qa
dın artıq yeddi ildir ki, beş yüzə yaxın işçisi olan bir idarənin
|