Anar – 75
43
asılqanında çalışır. Onun sözlərindən bəlli olur ki, o, işini sevən,
insanlara diq
qətlə yanaşmağı bacaran bir insandır. Yeddi illik iş
həyatında onun nəzərini daha çox çəkən üç palto və bu paltola-
r
ın sahibləri olur. Paltoların simasında onların sahiblərinin mü-
na
sibətləri bu həssas qadına elə təsir edir ki, hadisədən bir neçə
il keçməsinə baxmayaraq əhvalat onun yaddaşından silinmir.
“İki-üç il bundan əvvəl, bax, bu yeri ki, görürsən, indi ora meşin
pal
to asmışam ha, bax, həmişə o nömrəyə iki palto asırdım. Pal-
to
ların rəngi də yadımdadı. Arvad paltosu sarıydı, özü də çox
əntiqə şeydi. Kişi paltosu qaraydı. Özü də köhnə, nimdaş idi; qo-
lu-
zadı getmişdi. Mən burda işləyəndən bəri bu iki paltonu bir
təhvil almışam, bir qaytarmışam. Görürsən, ildə-ayda bir dəfə
elə düşürdü ki, işə gəlmirlərdi. Gəlməyəndə ikisi də gəlmirdi.
Elə bil azarlayanda da bir yerdə azarlayırlardı. Bilmirəm də, ay
ba
la, ər-arvaddılar yainki yar-yoldaş. Hər nəysə, mən ki, o palto-
la
rı bir dəfə də ayrı asmadım” (7,103). Bu cümlələrdə biz asıl-
qan
da işləyən qadının daxili dünyasının saflığını, yüksək əxlaqi
dəyərlər sahib olmasını aydın şəkildə hiss edirik.
Əsərin çox hissəsində qadının incə, kövrək qəlbi, insana, in-
san müna
sibətlərinə olan həssas yanaşma tərzi oxucunu riqqətə
gətirir, onun düşünməyə vadar edir. “İstəyir işə tez gəlsinlər, is-
təyir gec, həmişə mən bax bu yeri onlarçün saxlayırdım. Görür-
sən bəzi günlər heç paltoların çoxuna yer olmurdu, onlar da heç
gö
rürsən, o gün işə çıxmayıblar. Amma mən bu yeri boş qoyur-
dum, bilmirəm, ay bala, nəyə görəsə o yerdən ayrı palto asmağa
ürəyim gəlmirdi, qıymırdım” (7,103).
Hekayədə yazıçı palto sahiblərinin xarici görünüşü, xarakteri
haq
qında heç bir məlumat vermir. Oxucu yalnız onların əşyala-
rından bu şəxslər arasında münasibəti, onların xarakterlərini,
mad
di və mənəvi vəziyyətlərini öyrənir. Sarı paltolu qadının ge-
yi
mindən onun gözəl, baxımlı, maddi vəziyyəti yaxşı olan bir
xa
nım olduğunu anlayırıq. Bu qadının işə daim birlikdə gəlib-
get
diyi kişinin “qara”, “nimdaş”, “qolu-zadı getmiş” paltosu var-
dır. Yazıçı bir neçə kiçik epizod vasitəsilə bizə qara paltolu kişi-
|