Мцгяддимя



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə65/90
tarix23.02.2022
ölçüsü0,77 Mb.
#84013
1   ...   61   62   63   64   65   66   67   68   ...   90
2013-2444

Aytən Quliyeva

 

 



70 

elm,  ədəbiyyat  aləmində  olan  əxlaqi  cəhətdən  kasad  insanların 

tənqidinə yönəlib.  “Əl əli yuyar və yaxud bozbaş dəsgahı”nda 

“gənc nasir” Dərə Düzov yeni yazdığı “Əl əli yuyar, əl də üzü” 

ro

manı barədə “gənc tənqidçi alim” Qarın Quliyevdən rəy göz-



ləyir.  Və  onu  öz  evinə  qonaq  çağırır.  Bozbaş  dəsgahı  zamanı 

Dərə Düzov deyir: “...Bu axşama mənim romanımın müzakirəsi 

təyin olub. Ali məktəb müəllimləri və tələbələri, elmi institutun 

əməkdaşları, ümumən bütün ədəbi ictimaiyyət və maraqlananlar 

dəvət  edilir...  İndi  görürsən  də,  yaman  təkləyiblər  məni,  bibim 

oğlu Mərd Məzarov kurorta gedib, uşaqlıq dostum Heydərqulu 

xəstə  yatır,  eloğlum  Cızma  Qarayev  kəndə  toya  gedib,  məhlə 

qon


şumuz  Hətərən  Pətərənov  da  ki,  məndən  bir  balaca  inci-

yib”(10,30). Aydın olur ki, sabahkı müzakirədə havadarsız qala-

ca

ğını bilən Dərə Duzov ümidini qonaqlıq verdiyi Qarın Quliye-



və bağlayıb... 

 

Müzakirə zamanı Dərə Düzovun əsəri möhkəm tənqid edilir. 

Söz 

Qarın Quliyevə veriləndə, xarakterinə uyğun olaraq o, Dərə 



Düzovun qonaq

lığını yadına salır, onun arvadı Nənəm Nehrə xa-

nımın bişirdiyi bozbaşın keyfiyyəti barədə verdiyi sualların kö-

məyi ilə əsəri “təhlil” etməyə başlayır. Bu çıxışı ilə əsər haqqın-

da haqlı tənqidi fikir söyləyənləri mat qoyur. 

 

Hekayədə  Dərə  Düzov  kimi  istedadsız  qələm  sahiblərinin, 

Qa

rın Quliyev kimi mənəviyyatsız tənqidçilərin təriflərinin han-



sı məqsədlərə xidmət etdiyi oxucunun gözləri qarşısında öz dil-

l

əri ilə açılır. Bununla yazıçı əsl sənətkarın yüksək mənəviyyatla 



dəyərli amallara xidmət etməli olduğu göstərir.  

Qarın Quliyev və Dərə Düzov kimilər müxtəlif yollarla insan 

mənəviyyatına xidmət edən ədəbiyyat aləminə yol tapıb, saflaş-

dırmalı olduqları insan ruhunu, düşüncəsini eybəcər hala salırlar. 

Ya

zıçı bu hekayəsi ilə ədəbiyyat üçün vacib olan çox ciddi mə-



sələlərə toxunur.  Ədəbiyyat sözü özündə əxlaq, ədəb, mənəviy-

yat  məfhumlarını  birləşdirirsə,  onu  təmsil  edən  insanlar  da  ən 

azında öz fəaliyyətlərində bu dəyərləri qorumalıdırlar. 

 

“Sayların  sərgüzəşti”  hekayəsi  ehtiva  etdiyi  mənəvi-əxlaqi 





Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə