253
16.Siz əminsiniz ki, başqası üçün özünü gücə salmaq lazım
deyil?
17.Siz ən çox işinə həqiqətən aludə ola biləcək insanlara
hörmət edirsinizmi?
18.Siz tez - tezmi narahat şəraitə, vaxt çatışmazlığına,
kənardan maneələrə baxmayaraq, işinizi başa çatdırırsınız?
19.Adətən sizin özünüzə nə vaxtınız, nə də gücünüz
çatmır?
20.Sizə başqası üçün nə isə etməyə özünüzü məcbur etmək
çətindir?
21.Siz tez - tez eyni vaxtda çox işi başlayırsınız və onları
sona çatdıra bilmirsiniz?
22.Siz düşünürsüz ki, həyatda uğur əldə etmək üçün
yetərincə gücünüz var?
23.Siz çalışırsınız ki, başqaları üçün bacardıqca çox şey
edəsiniz?
24.Siz əminsiniz ki, başqalarının qayğısını çəkmək çox
vaxt sizə zərər vurur?
25.Siz işinizə o dərəcədə aludə ola bilərsiniz ki, özünüzü
və vaxtı tamam unudasınız?
26.Siz tez- tezmi başladığınız işi başa çatdıra bilirsiniz?
27.Siz əminsiniz ki, həyatda ən qiymətli şey – başqalarının
maraqları ilə yaşamaqdır?
28.Özünüzü xüdbin adlandıra bilərsiniz?
29.Olurmu ki, detallara həddindən çox daldığınız üçün,
başladığınız işi qurtara bilmirsiniz?
30.Siz işgüzar keyfiyyətləri olmayan insanlardan uzaq
olmağa çalışırsınızmı?
31.Sizi fərqləndirən cəhət – təmənnasızlıqdır?
32.Asudə vaxtınızı öz maraqlarınıza sərf edirsinizmi?
33.Siz tez-tezmi öz məzuniyyətinizi və ya istirahət
gününüzü başqasına söz verdiyiniz hər hansı bir işi görməyə
sərf edirsiniz?
34.Siz öz qeydinə qala bilməyən insanları qınayırsınız?
254
35.Sizin üçün başqasının zəhmətini öz mənafeyiniz üçün
istifadə etmək çətindir?
36.Siz tez-tezmi öz maraqlarınızı güdərək başqalarından nə
isə etməyi xahiş edirsiniz?
37.Hər hansı bir işə razılaşanda, siz daha çox onun sizə nə
dərəcədə maraqlı olduğunu düşünürsünüz?
38.Hər bir işdə nəticəyə can atmaq sizin fərqləndirici
xüsusiyyətinizdirmi?
39.Sizin fərqləndirici cəhətiniz başqalarına kömək etmək
bacarığınızdırmı?
40.Siz ancaq yaxşı mükafatlandırmaya görə maksimal
çalışqanlığa qadirsiniz?
Protokol nümunəsi:
1
5
9
1
3
1
7
2
1
2
5
2
9
3
3
3
7
2
6
1
0
1
4
1
8
2
2
2
6
3
0
3
4
3
8
3
7
1
1
1
5
1
9
2
3
2
7
3
1
3
5
3
9
4
8
1
2
1
6
2
0
2
4
2
8
3
2
3
6
4
0
Göstəricilərin işlənməsi və interpretasiyası:
Göstəricilərin işlənilməsi protokolun üfüqi sırası ilə
aparılır (nümunəyə bax)
«Altruizm-xüdbinlik», «proses-nəticə» yönlü durumları
aşkarlama metodikasının açarları:
1. Birinci sıranın «müsbətlərinin» cəmi – suallar: 1, 5, 9,
13, 17, 21, 25, 29, 33, 37- «prosesə meyllilik».
Adətən insanlar prosesə daha çox istiqamətlidirlər, nəticə
əldə edilməsi barəsində az düşünürlər, çox vaxt işin təhvil
verilməsini yubadırlar,onların prosesə yönlü olması yaxşı
nəticələr əldə etməyə maneəçilik törədir; onlara işə olan maraq
255
təkan verir, yaxşı nəticə əldə etmək üçün çoxlu yorucu işlər
görülməlidir , onlar isə belə işləməyə qarşı olan mənfi
münasibətlərinin öhdəsindən gələ bilmirlər.
2. İkinçi sıranı «müsbətlərinin» cəmi – suallar 2, 6, 10,
14, 18, 22, 26, 30, 34, 38 – «nəticəyə meyllilik». Nəticəyə
istiqamətlənən insanlar – ən etibarlı olanlardan biri sayılırlar.
Onlar maneə və çətinliklərə baxmayaraq, öz fəaliyyətlərində
yüksək nəticələr əldə edə bilirlər.
3. Üçüncü sıranın «müsbətlərinin» cəmi – suallar 3, 7,
11, 15, 19, 23, 27, 31, 35, 39 – «altruizmə meyllilik». Altruist
dəyərlərinə yönlənən insanlar çox vaxt ziyan çəksələr də,
ətrafdakıların hörmətini qazanır. Bu insanların qeydinə qalmaq
lazımdır. Altruizm – ən qiymətli ictimai mövqedir ,onun olması
yetkin insanı fərqləndirir . Altruizm hədsiz ziyan versə də,
məntiqsiz görünsə xoşbəxtlik gətirir.
4. Dördüncü sıranın “müsbətlərinin” cəmi- suallar 4, 8,
12, 16, 20, 24, 28, 32, 36, 40 - «xudbinliyə meyllilik». Hədsiz
dərəcədə xudbin insanlara az rast olunur. Müəyyən dərəcədə
«məntiqli xudbinlik» insana zərər verməz. Onun yoxluğu daha
çox ziyandır, həm də ki, buna «ziyalı ixtisaslı» insanlar
arasında daha çox rast gəlinir.
Beləliklə, etika elminin istər nəzəri, iztərsə də tətbiqi
sahələrinin olduqca böyük predmet sahəsi və tədqiqat imkanları
vardır. Buna görə də bu elmin inkişaf perspektivləri böyükdür.
Sosial və humanitar elmlərin qovşağında formalaşan bu elmi
nəzəriyyə insan cəmiyyətinin bütöv bir canlı, tərəqqiyə doğru
inkişaf edə biləcək sistem kimi fəaliyyətində olduqca böyük rol
oynamış və oynayacaqdır.
Müstəqil iş
Suallar
1.
Etikanın tədqiqat metodları hansılardır?
256
2.
Etikada sosioloji tədqiqatlar.
3.
Etikada psixoloji tədqiqatlar.
4.
Bədii yaradıcılıqda etik ideyalar.
Mövzu 9. Etikanın kateqoriyaları və prinsipləri
Etik kateqoriyalar (borc, vəzifə, vicdan, namus, qeyrət,
ləyaqət, xoşbəxtlik, əxlaqi məqsəd, əxlaqi sərvətlər, əxlaqi
normalar, əxlaqi ziddiyyətlər, əxlaqi məsuliyyət, əxlaqi azadlıq
və s.). Etik prinsiplər (fərdiyyətçilik, xəyanət, hümanizm,
fərdiyyətçilik, amoralizm, asketizm, irrasionalizm, konformizm,
riqorizm və s.)
Etikanın kateqoriyaları (yunanca kateqoria – kateqoriya,
yəni anlayış deməkdir) etikanın əsas anlayışlarını bildirir.
Bunlar əxlaqın ən vacib tərəflərini özündə əks etdirərək etika
elminin nəzəri aparatını təşkil edir. Etikanın kateqoriyaları
bütöv bir sistem təşkil edir. Bunların konkret məzmunu və
ümumi sistemdə yeri tarixi inkişaf nəticəsində tədricən
formalaşmışdır. Burada mənəviyyatın təbiətinin mahiyyəti necə
başa düşülməsi əhəmiyyətli olmuşdur.
Etika tarixində başlıca kateqoriyalar xeyir və şər sayılır,
bundan başqa, buraya fəzilət, vicdan, bir sıra digər
kateqoriyalar da əlavə olunmalıdır. Etikada rasionalizm
nümayəndələri çalışırdılar ki, anlayışlar sistemini qursunlar və
burada deduktiv yolu ilə hər bir anlayış vasitəsilə mənaları
müəyyən edilsin. Bəzi filosoflar burada əsas kateqoriyanı xeyir
sayırdılar (Platon) və onun əsasında bütün qalanları xarakterizə
edirdilər, digərləri isə burada borc anlayışına müraciət edirdilər
(Kant).
Kateqoriyalar
sisteminin
qurulmasında
yaranan
çətinliklər göstərir ki, burada əslində sistemyaradıcı
kateqoriyalar yoxdur. Məsələn, deontoloji intuitivizm
nümayəndələri göstərirdilər ki, xeyir və borc anlayışları
Dostları ilə paylaş: |