269
İdeal əxlaqi tərbiyənin və özünütərbiyənin son məqsədidir.
Əxlaqi ideal anlayışı ilk dəfə olaraq xristian əxlaq zəminində
formalaşmağa başlamışdır. Antik cəmiyyəti böhran keçirdiyi
zaman insanlar zəruri və həyatda olan reallıqlar arasında böyük
uçurumun olmasını görməyə başlayır. Xristian əxlaqında İsa
Peyğəmbərin əxlaqi kamil şəxsiyyət olması haqqında
təsəvvürlər formalaşır. Bu ideal digər sadə insanlara qarşı
qoyulur. Həmin ideala yalnız müqəddəs insanlar, möminlər bir
qədər yaxın ola bilərlər. Kant hesab edirdi ki, ideal heç vaxt
əldə edilə bilinməyən bir təsəvvürdür. Feyerbaxın idealı bütöv,
kamil, hərtərəfli, savadlı insandır. Lakin Feyerbaxın idealı
abstrakt və tarixilikdən uzaq idi. Müqəddəsiliyinə baxmayaraq
ideal özündə insanların tarixi meyillərini və arzularını təcəssüm
edirdi.
Ədalətlilik əxlaqi şüura aid anlayışdır; insanın mahiyyəti
və onun hüquqları haqqında müəyyən təsəvvürlərə uyğun olan
borcu nəzərdə tutur. Xeyir və şər anlayışlarından fərqli olaraq
(bunlar vasitəsilə müəyyən hadisələrə ümumi əxlaqi qiymət
verilir) ədalətlilik, bir neçə hadisənin nisbətini nəzərə alaraq
insanlar arasında fəzilət və şərin paylanılması baxımından
əxlaqi qiymətin verilməsi deməkdir. Əməl və cəza, hüquq və
vəzifələr, insan ləyaqəti və onun mükafatlandırılması arasında
nisbətin öyrənilməsi nəzərdə tutulur. Ədalətlilik anlayışı
konkret ictimai-tarixi xarakter daşıyır. Cəmiyyət tarixində
ədalətlilik anlayışı ilk növbədə öz ifadəsini ibtidai kollektivdə
normaların pozulmasına görə cəzalandırılma tələbində
tapmışdır. Bu zaman qan qisası halı da meydana gəlib.
İbtidai-icma
cəmiyyətində
ədalətlilik
anlayışının
əsasında maddi nemətlərə münasibətdə bütün insanların
bərabər
olması ideyası dururdu. Xüsusi mülkiyyətin yaranması
mülkiyyət bərabərsizliyi ilə nəticələndi. Ədalətlilik və
bərabərlik artıq eyniyyət təşkil etmirdi. Ədalətliliyi hər bir
insanın ləyaqətinə və vəziyyətinə uyğun olaraq izah edirdilər.
İnsan ləyaqətin hər hansı bir yozulması hakim siniflərin
271
münasibətlər şeylərin münasibətləri halını alır. Özgələşmə
anlayışı hələ Maarifçilik dövründə alman və fransız
fəlsəfəsində yaranmış və cəmiyyətin humanistləşməsini
xarakterizə edirdi. Göstərilirdi ki, sosial tərəqqi və mədəni
nailiyyətlər insandan üzünü döndəriblər. Burada əsasən mənəvi
məsələlər tənqid atəşinə tutulurdu.
K.Marks özgələşmə prosesini kapitalizm cəmiyyəti
timsalında bir qədər də dərindən təhlil etməyə çalışdı. O hesab
edirdi ki, burada özgələşmə əmək bölgüsü nəticəsində yaranmış
sinfi cəmiyyətin fəaliyyətinin nəticəsidir. Xüsusi mülkiyyət
üzərində qurulan istehsal münasibətləri şəraitində insanın insan
tərəfindən istismar edilməsi ona gətirib çıxarır ki, müxtəlif
qruplar və siniflər arasında münasibətlər olaraq, hər bir insan
üçün yabançı, düşmən bir qüvvəyə çevrilir. İnsan özünü
cəmiyyətdən təcrid olunmuş hiss edir. İnsan əməyinin məhsulu
kapital timsalında yad bir ictimai qüvvə halını alır. Mənəviyyat
sahəsində özgələşmə özünü onda ifadə edir ki, davranış
prinsipləri və qaydaları insanlara yad olur, onların təbii
meyllərini boğur. Nəticədə mənəviyyat haqqında təhrif
olunmuş təsəvvürlər formalaşır.
Səmimilik şəxsiyyəti və onun xasiyyətini xarakterizə
edən əxlaqi keyfiyyətdir. Səmimiyyət onu bildirir ki, insan
gördüyü işinin, danışdığı sözün doğruluğuna inanır, boynuna
aldığı qaydalara uyğun iş görür və s. Səmimilik ikiüzlülüyün,
yalanın əksidir, lovğalığa, şöhrətpərəstliyə ziddir.
İndi isə
əxlaqi prinsiplər haqqında.
Əxlaqi prinsiplər (latınca prinsipium - əsaslar) əxlaqi
şüurun formalarından biri olaraq ümumiləşdirilmiş şəkildə
əxlaqi tələbləri ifadə edir. Əxlaqi norma insana əməl etməli
qaydaları öyrədir, əxlaqi keyfiyyət şəxsiyyətin xasiyyəti və
davranışının ayrı-ayrı tərəflərini xarakterizə edir, əxlaqi
prinsiplər isə hər hansı bir mənəvi sahənin məzmununu