5
Ə
dəbiyyat: 1. II hissə 2-3-cü bəndlər (S. 218-243); 2. səh.
589-628. 3. III-IV Fəsil (S. 68-165).
8. Azərbaycanın MDB-də yeri və əhəmiyyətinin
iqtisadi coğrafiyası.
Sahəsi-86,6 min km
2
. Əhalisi-8,6 mln nəfər.
Azərbaycanın əlverişli nəqliyyat-coğrafi mövqeyi, təbii
ehtiyatlarla, xüsusilə neft-qazla zənginliyinin inteqrasiyaya
müsbət təsiri əhalinin demoqrafiyası, miqrasiyası, şəhərləri
və kəndləri. Bakı aqlomerasiyasının rolu.
Təsərrüfatının aparıcı sahələrinin coğrafiyası. MDB və
GUAM strukturlarında fəal iştirakı, balanslaşdırılmış xarici
siyasət yürütməsi və s. ölkəmizin sabitliyinə və iqtisadi
inkişafına təminat yaradır.
Xarici iqtisadi əlaqələrində və ticarətində MDB və
GUAM ölkələrinin yeri.
Mövzu ətrafında tələbə bilməlidir:
1.
Azərbaycan-SSRi-MDB-də geosiyasi tarixini;
2.
MDB və Azərbaycanda əhalinin demoqrafiyası,
miqrasiyasını;
3.
MDB-nin iqtisadi məkanında Azərbaycanın iqtisadi
yerini;
4.
MDB-nin xarici iqtisadi əlaqələrində Azərbaycanın
yeri;
Ə
dəbiyyat:1. II hissə 5-ci bənd (S. 264); 2. VII Fəsil (S. 11-
23, 255-286).
9. Gürcüstan və Ermənistanın iqtisadi-sosial coğrafiyası.
Gürcüstan Ermənistan
Sahəsi-69,7 min km
2
. Sahəsi-29,7 min km
2
.
Əhalisi-4,5 mln nəfər. Əhalisi-3 mln nəfər.
Qonşuluq münasibətləri. Gürcüstanın müasir iqtisadi-
coğrafi mövqeyinin üstünlükləri və geosiyasi şəraitindəki
çətinliklər.
Təbii
şəraitinin
kənd
təsərrüfatı,
əhali
məskunlaşması, rekreasiya-turizm üçün əlverişli olması.
Təbii sərvətlərinin azlığı. Əhalisinin demoqrafik vəziyyəti,
sıxlığı amilləri, milli tərkibi, ərazidə paylanması. Şəhər və
kənd məskunlaşması. Əmək ehtiyatları və məşğulluğunun
xüsusiyyətləri. Sosial vəziyyətindəki çətinlikləri.
Təsərrüfatının tərkibi, əsas sahələri və onların yerləşməsi
xüsusiyyətləri.Sənayenin əsas sahələri. Subtropik və
üzümçülük-şərabçılıq ən-ənəvi sahələrinin inkişafı və
rayonları. Kurort-turizm yerləri və inkişafının müasir
vəziyyəti. Nəqliyyatı və iqtisadi əlaqələri. Azərbaycanın
strateji tərəfdaşı olması və aralarındakı iqtisadi və mədəni
əlaqələri. Təsərrüfatının inkişaf istiqamətləri.
Ermənistanın qapalı coğrafi mövqeyi, təcəvüzkar xarici
siyasəti, monomilli tərkibi, təsərrüfat sahələri.
Mövzu ətrafında tələbə bilməlidir:
1. Gürcüstanın və Ermənistanın iqtisadi-coğrafi və geosiyasi
mövqeyinin xüsusiyyətlərini;
2. Təbii ehtiyatları və şəraitini coğrafiyasını;
3. Əhalisi və demoqrafik vəziyyətini;
4. Təsərrüfat sahələrinin müasir coğrafi vəziyyətini;
5. Daxili rayon və şəhərlərini;
Ə
dəbiyyat: 1. II hissə, 6-7-ci bəndlər (S. 276-281) ; 3. Fəsil
V-VI (S. 187-254).
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
6
10. Qazaxıstan.
Sahəsi-2,7 mln km
2
.
Əhalisi-15,5 mln nəfər.
Ərazisinə görə Mərkəzi Asiya və türk dünyasının ən böyük
ölkəsi olması. İqtisadi coğrafi mövqeyi və geosiyasi şəraiti.
Təbii şəraitinin az əlverişliliyi. Təbii sərvətlərinin zənginliyi,
neft-qaz, daş kömür və qara və əlvan metal filizləri ilə
zənginliyi və əsas mədənləri. Əhalisinin təbii artımı, milli
tərkibi.
Əmək
ehtiyatlarının
çatışmazlığı.
Şəhərləri.
Təsərrüfat
sahələri
və
onların
yerləşməsi.
Kömür-
metallurgiya,
neft-qaz-energetika
və
neft
kimya
komplekslərinin coğrafiyası. Kənd təsərrüfatının təbii zonalar
və qərbdən şərqə dəyişilməsi xüsusiyyətləri. Taxılçılıq və
heyvandarlıq sahələri. Nəqliyyatın əhəmiyyəti. Yeni neft-qaz
kəmərləri və neft terminalları. Xarici iqtisadi əlaqələrinin
Azərbaycanla intensiv olması səbəbləri və idxal ixracatın
tərkibi. Daxili fərqləri. İnkişaf istiqamətləri.
Mövzu ətrafında tələbə bilməlidir:
1. Qazaxıstanın geniş ərazisinin və coğrafi və geosiyasi
mövqeyinin onun inkişafına təsirini;
2. Təbii şəraitinin müxtəlifliyi və ehtiyatlarının çox zəngin
olması;
3. Əhalisinin və demoqrafik vəziyyətinin təsərrüfata təsirini;
4. Təsərrüfatının əsas sahələrinin ( xüsusilə neft-qaz və
metallurgiya sənayesi) coğrafi yerləşməsini;
5. Daxili iqtisadi rayonların səciyyəsini;
Ə
dəbiyat: 1. II hissə 8-ci bənd (S. 285-301); 3. Fəsil 8. (S.
287-333).
11. Özbəkistan və Türkmənistan.
Özbəkistan Türkmənistan.
Sahəsi-447,4 min km
2
. Sahəsi- 488,1min km
2
.
Əhalisi-26,5 mln nəfər. Əhalisi-5,4 mln nəfər.
Orta Asiyanın qonşu türk dövlətləridir.
Özbəkistanın iqtisadi-coğrafi mövqeyi və geosiyasi
şəraiti. İslahatların keçirilməsi vəziyyəti. Təbii şəraitinin
müxtəlifliklərinin təsərrüfata və məskunlaşmaya təsiri.
Vadilərinin əhəmiyyəti. Təbii sərvətlərinin yayılması, su
ehtiyatları. Əhalisinin sürətlə artması, miqrasiyası, milli
tərkibi,
Qara-Qalpaq
Muxtar
Respublikası.
Əhalinin
yerləşməsi.
Təsərrüfatı.
Orta
Asiyanın
inkişaf
etmiş
respublikasıdır. Əsa təsərrüfat sahələrinin coğrafiyası. Sənaye
sahələri: neft-qaz sənayesi, kənd təsərrüfat maşınqayırması,
əlvan metallurgiyası, mineral qübrələr sənayesi, yüngül və
yeyinti sənaye sahələri.Pambıqçılıq aqrar sənaye kompleksi.
Nəqliyyatın və iqtisadi əlaqələrin coğrafiyası. Azərbaycanla
əlaqələri. İnkişaf istiqamətləri.
Türkmənistan Azərbaycanla qonşu ölkədir. Su
sərhədlərinin mübahisəli məsələləri var. Təbii şəraiti. Zəngin
qaz və neft ehtiyatları. Əhalisi və əmək ehtiyatları.Şəhərləri.
Təsərrüfat sahələrinin coğrafiyası. Qaz sənayesi və
onun xaricə ixracat istiqamətlərinin yeni coğrafiyasının
yaradılması. Kənd təsərrüfatı. Nəqliyyat-iqtisadi əlaqələri.
Azərbaycanla getdikcə genişlənən inteqrasiyası. İnkişaf
istiqamətləri.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir