Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   22   23   24   25   26   27   28   29   ...   94

48 
 
Belə bir cəhətə də diqqət yetirmək lazımdır: ənənəvi aşıq ifaçılıq məktəbləri və birliklər (sexlər) oxşar 
anlayışlar  olsa  da,  onları  eyniləşdirmək  olmaz.  Həm  məktəblər,  həm  də  sexlər  eyni  bir  funksional  mühitə, 
peşəkar istiqamətə aid musiqiçiləri birləşdirir. Lakin sex orta əsrlər dövründə şəhər mədəniyyətinin təsiri altında 
yaranaraq, bu gün də öz ənənəvi formasını saxlamışdır; bu da əsasən musiqiçi-nağılçıların təşkilat forması kimi 
xarakterizə  olunur  və  onların  cəmiyyətdəki  ictimai  statusunu  müəyyənləşdirir.  Sexlərdə  birləşmiş  musiqiçilər 
hal-hazırda  da  peşə  istiqamətinə  görə  birləşir  (məsələn,  aşbaz,  toxucu  və  s.  peşəkar  insanların  yaratdıqları 
sexlər)  və  öz  əsasnamələrinə  (Şərqdə  risalə  -  T.M.),  bayrağına,  məhkəmə,  dəqiq  vergi  isteminə  malik  olur. 
Məktəblər  isə  belə  ictimai  statusdan  məhrum  olub,  yaradıcılıq,  ifaçılıq  baxımından  birliyi  nümayiş  etdirir. 
Şəhərdə mövcud olan sexlərə müxtəlif məktəblərin nümayəndələri daxil idi; eyni bir məktəbin yetirmələri isə 
müxtəlif sexlərdə (indiki ansambllarda) fəaliyyət göstərə bilirdi. 
 
 
 
 
Ədəbiyyat:  Azad  Nəbiyev.  Azərbaycan  xalq  ədəbiyyatı.  II  hissə  (orta  əsr  və  yeni  dövr  folklor 
yaradıcılığı). Bakı, “El m”, 2006, səh. 28-42. 
 
Məmmədov Tariyel. Azərbaycan aşıq yaradıcılığı. Bakı, 2011, səh 54-58. 


49 
 
 
Memarlıq 
 
Azərbaycan  ərazisi  memarlıq  abidələri  ilə  zəngindir.  Qədim  insanların  bədii  yaradıcılığı  Neolit  və 
Eneolit dövrlərinə aid abidələrdən məlumdur. Təbii-coğrafi və iqlim şəraitinin müxtəlifliyi lap qədim dövrlərdən 
Azərbaycan  sənətkarlarını  müəyyən  tikinti-memarlıq  problemlərinin  həllinə  sövq  edirdi.  Müxtəlif  memarlıq 
tikililərinin yaranması və yayılmasında Azərbaycanın tarixən inkişaf etmiş vilayətlərinin önəmli rolu olmuşdur. 
Qobustanda ən qədim yaşayış yerləri (mağaralar, müxtəlif primitiv sığınacaqlar və sairə) ilə yanaşı, meqalitik 
memarlıq  abidələri  -  kromlexlər,  menhirlər  (çoban  daşı),  dolmenlər  və  siklop  tikililəri  də  aşkar  edilmişdir. 
Azərbaycanın  müxtəlif  yerlərində  tez-tez  təsadüf  edilən  siklop  tikililər  xüsusilə  maraq  doğurur.  Hündür 
daşlardan  quraşdırılmış  qurğular  el  arasında  "qalaça",  yaxud  "hörükdaş"  adlanır.  Naxçıvan  şəhəri  yaxınlığındakı 
Çalxanqala (Tunc dövrü) və Arpaçay sahilində Qaratəpə dağındakı Oğlanqala (e.ə. II-I minilliklər) müdafiə tikililəri 
siklop tikililərə aid edilir. Cənubi Azərbaycan ərazisində, Araz yaxınlığında da bu tipli qala tikililəri (Bastam, 
Danalı, Qalaoğlu və sairə) aşkar edilmişdir. Başlanğıcını mağara yaşayış məskənlərindən (Azərbaycanda onun 
ən tipik nümunəsi Azıx mağarasıdır) alan qazma damların təkmilləşməsi nəticəsində sonralar ağacdan pilləvarı 
örtüklü ev tipi geniş yayılmışdı.  
Azərbaycanın qədim ev tiplərindən olan qaradamların səciyyəvi xüsusiyyəti onların örtük konstruksiyasında 
idi.  İçərisində  ocaq  yandırıldığından  divarlarını  his  basmış  (adı  da  buradandır)  qaradamlarda  tüstü  çıxması  və  işıq 
düşməsi üçün baca qoyulurdu. 
Azərbaycan  ərazisində  Manna  dövlətinin  təşəkkülü  (e.ə.  IX-VII  əsrlər),  daha  sonralar  Cənubda 
Atropatena dövlətinin yaranması ilə şəhərlər salınmış, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilmişdi. 
Həsənli (Həsənlu) abidələr kompleksi, eləcə də Urmiya gölü sahilindəki qayalarda çapılmış sərdabaların tədqiqi 
göstərir  ki,  Azərbaycanda  eyvanlı  ev  tipi  VII  əsrdən  təşəkkül  tapmışdır.  Həmin  dövrün  digər  memarlıq 
qurğularından  yeganə  dini  tikili  olan  od  mehrabları  (müqəddəs  odun  saxlandığı  yer)  zəmanəmizədək  gəlib 
çatmışdır.  Bu  dövrdə  yaranmış  tikililər  Azərbaycan  memarlığının  sonrakı  inkişafına,  eləcə  də  Əhəmənilər 
dövlətinin  və  Ön  Asiyanın  digər  ölkələrinin  memarlığına  əhəmiyyətli  təsir  göstərmişdir.  Atəşpərəstliyin 
yayılması ilə bağlı yaranan ibadətgahlar (atəşgədələr) islamdan öncə tikilmiş əsas dini binalar olmuşdur. Cənubi 
Azərbaycanda, qədim Şiz şəhərinin ərazisindəki Təxti-Süleyman adlanan qalada yerləşən Sasanilər dövrünə aid 
Azərgəşəsb  atəşgədəsi  bu  cür  tikililər  üçün  səciyyəvi  olan  elementləri  özündə  birləşdirmişdi.  Qafqaz 
Albaniyasında (e.ə. IV əsr - eramızın VII əsri) şəhərsalma xeyli inkişaf etmişdi. Qəbələ şəhərinin möhkəm qala 
divarları, saxsı borulardan çəkilmiş su kəməri, Dəmirqapı (Dərbənd) keçidində daşdan tikilmiş müdafiə sistemi 
("uzun divarlar"), Çıraqqala (VI əsr), Ləkit kəndindəki dairəvi xristian məbədi (V-VI əsrlər), Qum kəndindəki 
bazilika  (təqr.  VI  əsr),  Mingəçevirdəki  məbədlər  kompleksi  (VII  əsr)  və  sairə  şəhərsalma  mədəniyyətinin 
yüksək səviyyəsini göstərir. Sasanilər dövrü memarlıq abidələrindən müdafiə tikililəri xüsusilə diqqəti cəlb edir. 
Bakıdakı  Qız  qalası  və  ətrafındakı  inşaat 
kompleksi,  Xəzər  dənizinin  sahilindən 
başlayaraq,  Babadağın  ətəyində  qurtaran 
Gilgilçay  səddi,  Beşbarmaq  səddi  (Dəvəçi 
rayonu  ərazisində)  Azərbaycanda  istehkam 
tikililərinin  inkişafı  haqqında  geniş  təsəvvür 
yaradır. 
Ərəb  istilasından  (VII  əsr)  sonra 
Azərbaycanda  islam  dininin  yayılması  ilə 
bağlı  memarlığın  da  inkişaf  yönü  dəyişdi. 
Yeni  tipli  binalar  -  məscid,  mədrəsə,  türbə, 
karvansara və sairə tikilməyə başladı. Bərdə, 
Ərdəbil,  Marağa,  Urmiya,  Şamaxı,  Şəmkur 
(Şəmkir),  Şabran,  Beyləqan,  Gəncə  və 
Naxçıvan  bu  dövrdə  Azərbaycanın  ən  önəmli  şəhərləri  idi.  Şamaxı,  Gəncə  və  Beyləqanın  böyük  şəhərlərə 
çevrilməsi  də  məhz  bu  dövrə  aiddir.  Erkən  feodal  şəhərlərinin  formalaşmasında  möhtəşəm  qala  divarları  ilə 
əhatələnmiş  içqalaların  mühüm  əhəmiyyəti  vardı.  Feodal  hakimlərinin  sarayları  yerləşən  içqalaların  ətrafında 
"şəhristan" adlanan yaşayış məskənləri salınır, iri inzibati və ictimai binalar tikilirdi. Bu dövrdə islam dini ilə 
bağlı  tikililərlə  yanaşı,  Qafqaz  Albaniyasının  bəzi  əyalətlərində  xristian  məbədləri,  müdafiə  istehkamları  inşa 
edilirdi.  Bunlardan  indiki  İsmayıllı  rayonunun  ərazisindəki  Cavanşir  qalası  (təqribən  VII  əsr)  və  Qazax 
rayonunun Yuxarı Əskipara kəndi yaxınlığındakı qala kompleksi (V-VIII əsrlər) diqqəti cəlb edir. 
Orta  əsrlərdə  Azərbaycan  ərazisində  inşa  edilmiş  alban  tikililəri  memarlığın  inkişafında  önəmli  rol 
oynamışdır. Bu abidələrdən Zaqatala rayonundakı Paşan və Muxax kəndində IV-V əsrlərə aid tikili qalıqları, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə