“Azvirt” MMC
31 dekabr 2015-ci il tarixə konsolidə edilmiş (birləşdirilmiş)
maliyyə Hesabatları və Müstəqil Auditor Rəyi
12
Cəmiyyət aktivin bərpa olunma dəyərini hesablamalıdır.Bir maliyyə aktivi və ya bir qrup maliyyə aktivi
yalnız və yalnız o zaman dəyərdən düşür və dəyərdən düşmə zərərləri baş verir ki, həmin aktivin ilkin
tanınmasından sonra baş vermiş bir və ya daha çox hadisənin nəticəsi kimi dəyərdən düşmə haqqında
obyektiv sübüt olsun və həmin zərər hadisəsinin düzgün qiymətləndirilə bilən həmin maliyyə aktivinin və
ya maliyyə aktivləri qrupunun qiymətləndirilmiş gələcək pul vəsaitlərinin hərəkətinə təsiri olsun. Aktivin
qalıq dəyərinin bərpa dəyərində yüksək olduğu hal dəyərdən düşmə kimi qiymətləndirilir və aktivin
dəyəri bərpa dəyərinə endirilir. Istifadə dəyəri qiymətləndirilərkən, təxmin edilən gələcək pul vəsaitlərinin
hərəkəti pul vəsaitlərinin zaman dəyəri və aktiv üçün spesifik olan risklərin cari bazar
qiymətləndirmələrini əks etdirən vergidən öncəki diskont dərəcəsi əsasında cari dəyərindən çıxılır.
Ədalətli dəyər və satəş xərcləri arasındakı fərq hesablanarkən cari bazar əməliyyatları nəzərə alınır. Bu
cür əməliyyatlar olmadıqda isə müəyyən modellər istifadə edilə bilər.
Bu hesablamalar qiymətləndirmə Multiples təsdiq edilir, xalqa açıq şirkətlər və digər ədalətli dəyər
göstəriciləri səhm qiymətləri bildirib. Bu hesablamalar səhm bazarında açıq şəkildə satılabilən
qiymətlərlə təsdiq edilir. Şirkət hər bir aktiv üçün fərdi şəkildə dəyərsizləşmə ilə bağlı büdcə və proqnoz
hesablamalarını aparmalıdır. Bu hesablamalar adətən beş illik dövrü əhatə edir. Daha uzun müddətli
hesablamar üçün uzunmüddətli artım tempi də nəzərə alınmaqla gələcək pul axını hesabatları
hazırlanmalıdır. Bu kimi aktivlər üçün dəyərsizləşmə maliyyə nəticələri haqqında hesabatda əvvəlki
illərin yenidənqiymətləndirilməsi də nəzərə alınmaqla tanınmalıdır.
Müştərilərə verilmiş borc avanslar
Müəssisə müştərilərə verilmiş borc və avans məbləğlərini birinci növbədə eyni dərəcədə əhəmiyyətli olan
maliyyə aktivləri üçün ayrı-ayrılıqda və eyni dərəcədə əhəmiyyətli olmayan maliyyə aktivləri üçün ayrı-
ayrılıqda və ya kollektiv şəkildə dəyərdən düşmə ilə bağlı obyektiv sübutun olub-olmamağını müəyyən
edir. Əgər müəssisə müəyyən edirsə ki, fərdi olaraq qiymətləndirilmiş maliyyə aktivinin dəyərdən
düşməsi haqqında heç bir obyektiv sübut yoxdur, əhəmiyyətli olub-olmamağından asılı olmayaraq o,
həmin aktivi eyni kredit (borc) riski xüsusiyyətləri ilə maliyyə aktivləri qrupuna daxil edir və onların
ümumi şəkildə dəyərdən düşməsini təyin edir. Dəyərdən düşmədən dəyən zərərləri tanınan və ya
tanınmaqda davam edən dəyərdən düşmə üçün fərdi şəkildə müəyyən olunan aktivlər ümumi
qiymətləndirmənin tərkibinə daxil edilmir.
Əgər qiyməti təyin edilməmiş kapital alətləri (ədalətli dəyəri düzgün qiymətləndirilə bilmədiyindən bu
dəyərdə qiymətləndirilməyən) və ya törəmə aktivi (kapital aləti ilə əlaqəli və bu cür qiyməti müəyyən
olunmamış kapital alətinin təqdim edilməsi ilə uçota salınan nizama salınmalıdır) ilə bağlı dəyərdən
düşmədən dəyən zərərinin baş verməsi barədə obyektiv sübut varsa, oxşar bir maliyyə aktivi üçün cari
bazar faizi gəlirliliyində diskontlaşdırılmış gözlənilən gələcək pul vəsaitinin hazırkı dəyəri arasındakı fərq
kimi qiymətləndirilir. Əgər qiyməti təyin edilməmiş kapital alətləri (ədalətli dəyəri düzgün
qiymətləndirilə bilmədiyindən bu dəyərdə qiymətləndirilməyən) və ya törəmə aktivi (kapital aləti ilə
əlaqəli və bu cür qiyməti müəyyən olunmamış kapital alətinin təqdim edilməsi ilə uçota salınan nizama
salınmalıdır) ilə bağlı dəyərdən düşmədən dəyən zərərinin baş verməsi barədə obyektiv sübut varsa, oxşar
bir maliyyə aktivi üçün cari bazar faizi gəlirliliyində diskontlaşdırılmış gözlənilən gələcək pul vəsaitinin
hazırkı dəyəri arasındakı fərq kimi qiymətləndirilir.
Cəmiyyət balans dəyərini qiymətləndirilən gələcək nəğd pul axınlarının cari dəyərinin maliyyə alətinin
ilkin effektiv faiz dərəcəsində hesablanması ilə yenidən kalkulyasiya edir.
Əgər ssuda, debitor borcu və ya müddəti bitənə qədər saxlanılan investisiya dəyişkən faiz dərəcəsinə
malikdirsə, hər hansı korlanmadan zərəri hesablamaq üçün uçot dərəcəsi müqavilə əsasında təyin
olunmuş cari effektiv faiz dərəcəsidir.
Maliyyə aktivlərinin tanınmasının dayandııılması
Maliyyə aktivləri
“Azvirt” MMC
31 dekabr 2015-ci il tarixə konsolidə edilmiş (birləşdirilmiş)
maliyyə Hesabatları və Müstəqil Auditor Rəyi
13
Maliyyə aktivlərinin (maliyyə aktivinin bir hissəsi və ya oxşar maliyyə aktivləri qrupunun bir hissəsi)
tanınması yalnız və yalnız aşağıdakı hallarda dayandırılacaqdır:
maliyyə aktivlərindən pul vəsaitlərinin hərəkətləri ilə bağlı müqavilə üzrə hüquqlar qüvvədən
düşəndə; və
Müəssisə maliyyə aktivlərinin pul vəsaitlərinin hərəkətlərini qəbul etmək üçün müqavilə üzrə
hüquqları saxlayır, pul vəsaitlərini bir və ya bir necə alıcıya ödəmək üzrə müqavilə öhdəliyini
nəzərdə tutur; ya (a) Müəssisə maliyyə aktivinin mülkiyyət hüququ ilə bağlı əsas etibarilə bütün
riskləri və mükafatlarını köçürür, ya da (b) müəssisə maliyyə aktivinin mülkiyyət hüququ ilə bağlı
əsas etibarilə bütün riskləri və ya mükafatlarını nə köçürür, nə də saxlayır.
Cəmiyyət koçürülmüş aktivə mülkiyyət hüququnun əsas etibarilə bütün riskləri və mükafatlarını nə
köçürdüyü, nə də saxladığı, habelə köçürülmüş aktivə nəzarəti saxladığı təqdirdə, muəssisə köçürülmüş
aktivi onun davamlı iştirak dərəcədə tanımağa davam edir.
Cəmiyyətin davamlı iştirakı köçürülmüş aktivin zəmanət verilmə formasını alanda, müəssisənin davamlı
iştirak həcmi aktivin məbləğinin aşağı və müəssisədən ödənilməsi (zəmanət məbləği) tələb edilə bilən
qəbul edilmiş kompensasiyaların maksimum məbləğidir.
Cəmiyyətin davamlı iştirakı köçürülmüş aktivin zəmanət verilmə formasını alanda, müəssisənin davamlı
iştirak həcmi aktivin məbləğinin aşağı və müəssisədən ödənilməsi (zəmanət məbləği) tələb edilə bilən
qəbul edilmiş kompensasiyaların maksimum məbləğidir.
Cəmiyyətin davamlı iştirakı köçürülmüş aktivdə yazılı və ya satın alınmış opsion (və ya hər ikisi)
formasını alan zaman, müəssisənin davamlı iştirak həcmi müəssisənin yenidən ala bildiyi köçürülmüş
aktivin məbləğidir. Buna baxmayaraq, ədalətli dəyərdə ölçülən aktivdə yazılı alıcı (“put”) opsionu olan
halda, müəssisənin davamlı iştirak həcmi köçürülmüş aktivin ədalətli dəyərindən aşağı və opsionun icra
edilməsi qiyməti ilə məhdudlaşdırılır.
Maliyyə öhdəlikləri
Cəmiyyət öz balansından maliyyə öhdəliyini ya müqavilədə müəyyən olunmuş öhdəlik yerinə
yetirilməmiş, ya ləğv olunmuş və ya da müddəti bitmiş olsa kənarlaşdıra bilər.
Başlıca olaraq müxtəlif şərtlərlə borc alətlərini mövcud borc alan və borc verən arasındakı mübadilə ilkin
maliyyə öhdəliyinin dayandırılması və yeni maliyyə öhdəliyinin tanınması üçün uçota alınacaqdır. Eynilə,
mövcud maliyyə öhdəliyinin və ya onun bir hissəsinin şərtlərinin əsaslı dəyişdirilməsi ilkin maliyyə
öhdəliyinin dayandırılması və yeni maliyyə öhdəliyinin tanınması üçün uçota alınacaqdır. Dayandırılmış
və ya digər bir tərəfə köçürülmüş maliyyə öhdəliyinin balans dəyəri ilə köçürülmüş hər hansı bir nağdsız
aktivlər və ya götürülmüş öhdəliklər də daxil olmaqla ödənilmiş kompensasiya arasındakı fərq mənfəət və
ya zərərdə tanınacaqdır.
Törəmə maliyyə alətləri və hedcinq zamanı uçot
İlkin tanınma və növbəti ölçülmə
Cəmiyyət forvard valyuta müqavilələri və faiz mübadilələri kimi maliyyə alətlərini müvafiq olaraq xarici
bazar riski və faiz dərəcəsi risklərini sığortalamaq üçün istifadə edir. Bu kimi törəmə maliyyə alətləri ilkin
olaraq törəmə müqavilə aparılan gündəki ədalətli dəyərdə tanınır və sonralar ədalətli dəyərdə yenidən
ölçülür. Törəmələr, ədalətli dəyər pozitiv olarkən maliyyə aktivləri, neqativ olarkən isə maliyyə
öhdəlikləri kimi qəbul edilir.
Hesabat dövrü ərzində hedcinq zamanı uçot və ya effektiv hedcinqə məxsus effektiv olmayan hissəsi
tələblərinə cavab verməyən, törəmənin ədalətli dəyərində baş verən dəyişikliklər mənfəət və zərər
hesabatına silinir.
Forvard valyuta müqavilələrinin ədalətli dəyəri, forvard mübadilə dərəcəsi ilə müqavilə dərəcəsi
arasındakı fərqdir.