~ 322 ~
ASUNTA HÜSEYNOVA
BDU, magistr
“QURBANĠ” DASTANINDA MĠLLĠ-MƏNƏVĠ
DƏYƏRLƏRĠN TƏCƏSSÜMÜ
Açar sözlər: Dastan, Qurbani, mənəvi dəyər, inanc, pir,
buta, ad qoyma mərasimi, qarğışlar
Azərbaycan xalqının folklor nümunələri Azərbaycan xalqı-
nın tarixi qədər qədim, Azəri türklərinin mənəviyyatı qədər
zəngindir. Folklor nümunələri milli ruhumuzu, mənəvi dəyər-
lərimizi, adət-ənənələrimizi, psixologiyamızı, dünyagörüĢümüzü
özündə ehtiva edən çox qiymətli xəzinəmizdir. Dövrün ümumi
mənzərəsini ifadə etmək baxımından, Ģifahi xalq ədəbiyyatında
ayrıca bir janr təĢkil edən dastanlar xüsusi əhəmiyyətə, dəyərə
malikdir. Öz bünövrəsini tarixin dərin qatlarından götürən
Azərbaycan xalq dastanları mövzu və məzmun müxtəlifliyinə
görə 3 yerə bölünür:
1.Qəhrəmanlıq dastanları; 2.Məhəbbət dastanları; 3.Ailə-
əxlaq dastanları.
Məhəbbət dastanlarımızın rəmzi səciyyə daĢıyan ən
mükəmməl örnəyi ―Qurbani‖ dastanıdır. ―Qurbani‖ dastanının
ilkin versiyasını Qurbani özü qələmə almıĢdır. Bu dastanın
müxtəlif aĢıq mühitlərindən yazıya alınmıĢ on beĢə yaxın variantı
üç müstəqil versiya ətrafında qruplaĢır:
1.Gəncə versiyası (4 variant)
2.Diri versiyası (4 variant)
3.Zəncan versiyası (2 variant)
Bu versiyalardan ən dolğunu Gəncə versiyasıdır. ―Qurbani‖
dastanında milli- mənəvi dəyərlərimiz, bu dəyərlərimizdən doğan
adət-ənənələrimiz bədii Ģəkildə əks olunmuĢdur. Gəncə versiya-
sına görə Qurbani Mirzalı xan adlı yoxsul bir kəndlinin oğludur.
Mirzalı xan təbiətcə çox yumĢaq adam idi, özünün də züryətdən
heç nəyi yox idi. QardaĢı Hüseynalı xan ataları öləndən sonra
mal-mülkü onun əlindən alıb, özünü də evdən çıxardır. Günlərin
bir günü Mirzalı xan arvadını çağırıb dedi: ―Arvad, bütün bu iĢlər
ona görə bizim baĢımıza gəldi ki, bizim züryətimiz, arxa-
köməyimiz yoxdu. Deyirlər ki el duası müstəcəb olar. Bir qurban
götür, gedək ocağa orada nəzir paylayaq, qurban kəsək, verək
yetim-yesirə, bəlkə bir övladımız ola‖ (1,39).
~ 323 ~
Ocağa gedib qurban kəsməklə, nəzir-niyaz paylamaqla
övladın dünyaya gəlməsi folklor nümunələrində tez-tez rast
gəlinən motivdir. Bunun kökündə inanc dayanır. Ġnanclarda
sınamalar nəticəsində xalq tərəfindən qətiləĢmiĢ hökmlərdir. Kim
bilir bəlkə pirlərə, ocaqlara inam təsadüfən olan hadisələrdən,
yaxud da həqiqətən arzu və istəkləri yerinə yetirən müqəddəs
yerlər olduğundan yaranmıĢdır. Bəzən elə hadisələr olur ki,
insanların inancını birə-beĢ artırır. Belə hadisələr təkcə adi
insanların həyatında baĢ verməmiĢ, XurĢidbanu Natəvanla bağlı
da belə bir hadisə baĢ vermiĢdir. Natəvanın övladı olmurmuĢ, pirə
getdikdən sonra uĢağı dünyaya gəlir. Hətta XurĢidbanu Natəvan o
pirin yolunu dövrün qızıl pulu ilə düzəltdirir. Belə bir rəvayət də
vardır ki, Hafiz ġirazi Baba Kuhinin qəbrini gecə ziyarət etdikdən
sonra Ģairlik istedadı tapmıĢdır.
Zaman keçdikcə pirlərə, ziyarətgahlara olan münasibət
birmənalı qarĢılanmamıĢ, mövhumat, cəhalət ocağı kimi qiymət-
ləndirilmiĢ, bu da Nəriman Nərimanov (―Pir‖), Ə.Haqverdiyev
(―Pir‖, ―Seyidlər ocağı‖), Abdulla ġaiq (―Pirin kəraməti‖) və.s
sənətkarların yaradıcılığında daha dolğun bədii əksini tapmıĢdır.
N.Nərimanovun ―Pir‖ hekayəsində Pirin yaranması qeyri-etik
hərəkətləri pərdələmək, ört basdır etmək üçün yaranmıĢdısa,
Ə.Haqverdiyevin ―Pir‖ hekayəsində pul qazanmaq məqsədi ilə
Əhmədin yerin deĢiyindən Ģam çıxarması ilə buranı ―müqəddəs
ocaq‖ adlandırmıĢdılar. Hətta atası igid oğlum, qoçaq oğlum
deyərək ona alqıĢ tutmuĢdur. Abdulla ġaiqin ―Pirin kəraməti‖
əsərində isə Əhməd adlı gəncin Ģəfa tapmaq üçün pirə getməsi,
orada qorxaraq yorğan-döĢəyə düĢməsi və ölməsi təsvir olunur.
Bu da ―Pirin Kəraməti‖.
Ancaq məncə bir həqiqət də var ki, o dövrdə yaranan
ocaqları yalançı, fırıldaqçı din xadimləri özlərindən uydurmamıĢ,
insanlar da mənən o qədər saf, ürəkdən Allaha dua eləyirmiĢlər ki,
Allah da onların duasını qəbul edib onlara övlad payı verirmiĢ.
Qurbani dastanında da məhz ata-ananın Allaha yalvarıĢları, qur-
ban kəsib ac qarınları doyurmaları sayəsində övladları dünyaya
gəlir. Ona görə də adını Qurbani qoyurlar.
Bu gün unudulsa belə ad qoyma mərasimi də bizim qədim
adətlərimizdən biridir. Ġgidliyə görə ad qoyulmasına ―Kitabi-Dədə
Qorqud‖ dastanında tez-tez rast gəlirik.
Baybörə bəy deyir: ―Ədə, mənim oğlum baĢmı kəsib,
qanmı töküb?‖. Bəli baĢ kəsdi, qan tökdü, atdan adam saldı! –
~ 324 ~
dedilər. ―Aha, bu oğlan ad qoymaq həddinə çatıbmı?‖ – dedi.
―Bəli, sultanım, ondan da artıqdır!‖ –dedilər.
Baybörə bəy Qalın oğuz bəylərini çağırdı, qonaq etdi.
Dədəm Qorqud gəldi, oğlana ad qoydu. Dedi: Sözümü dinlə,
Baybörə bəy! Allah-taala sənə bir oğul vermiĢdir, əlində qalsın!
Sən oğlunu ―Bamsım‖ − deyə oxĢayırsan; onun adı Boz ayğırlı
Bamsı Beyrək olsun! Adını mən dedim, yaĢını Allah versin!‖.
Qeyd etdiyimiz kimi Qurbani adının verilmə səbəbi nəzir-
niyazla doğuluĢ idisə, ―Kitabi-Dədə Qorqud‖ boylarında qəhrə-
manlıq ənənələrinə söykənirdisə, məiĢət münasibətlərində isə ad
qoyma mərasimlərinə fərqli bir münasibət özünü göstərir.
Novruzda anadan olan uĢaqlara Bayram, Novruz adlarının, nəzir-
niyazla doğulan oğlan uĢaqlarına Allahverdi, Tanrıverdi kimi
adların qoyulmasının da Ģahidi oluruq. Bəzən isə övladları
qalmayan analar uzun bir müddətdən sonra övlad sahibi olanda
onları bəd nəzərdən qorumaq üçün Yolçu və Dilənçi adlarını
uĢaqlarına verməkdən belə çəkinmirlər. Bu da milli mənəvi
dəyərlərlə heç bir əlaqəsi olmayan kortəbii inancların məcmusu
kimi qavranılmalıdır.
Dastanlarımızda buta motivi də aparıcıdır. Bütün dastan
qəhrəmanları kimi Qurbaniyə də yuxuda buta verilir. Yuxuda
―buta almaq‖ qəhrəmanın daxili aləmini, bütün varlığını kökün-
dən dəyiĢdirir, onu keyfiyyətcə yeniləĢdirir. Misal üçün, hələ buta
almamıĢ Qurbaninin əlindən demək olar ki, heç bir iĢ gəlmir. O,
hətta bircə gün iĢləyib atasının tapĢırdığı yeri də Ģumlaya bilmir‖
(1,7). Qurbani buta aldıqdan sonra xüsusi istedada malik olur və
haqq aĢığına çevrilir.
YatmıĢdım, üstümə gəldi ərənlər,
Səfil, nə yatmısan, oyan dedilər.
Oyandım qəflətdən, açdım gözümü,
Al, abi-kövsərdən iç, qan dedilər.
Qurbani, batıbsan qəm dəryasına,
Ovçunun məskəni dağ arxasına,
Bir siyqəl versənə könlün pasına,
AĢiqi məĢuqa qurban dedilər.
Qurbaninin butası Gəncəli Ziyad xanın qızı Pəri xanım idi.
Mirzalı xan oğlunu bu yoldan döndərməyə çalıĢsa da gördü ki,
alınmır oğluna xeyir-dua verib yola saldı. Bu da insanlarımızı
mənən zənginləĢdirən xüsusiyyətlərdən biridir. Ata-ana xeyir
duası iĢlərin uğurlu getməyi baxımından böyük əhəmiyyət kəsb
Dostları ilə paylaş: |