GüLSÜm hüseynova



Yüklə 6,88 Kb.

səhifə1/46
tarix22.11.2017
ölçüsü6,88 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   46


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 

GÜLSÜM HÜSEYNOVA 
 
 
 
 
TAT DİLİ LEKSİK FONDUNUN  
GENEALOJİ TƏHLİLİ  
(Azərbaycan tatlarının dilinin materialları 
əsasında) 
 
 
 
 
 
“Elm və təhsil”
 
BAKI – 2013 
 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 

AMEA Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının  
qərarı ilə çap olunur 
 
 
Elmi redaktor: 
 
 
 
Roza Eyvazova 
 
        
 
        
 
Filologiya üzrə elmlər doktoru, 
 
 
 
 
 
 
      professor 
 
 
Rəyçilər:  
 
 
 
 
Vahid Adilov  
 
 
 
 
 
 
Filologiya üzrə fəlsəfə doktoru,  
 
 
 
 
 
 
     dosent 
 
 
 
 
 
 
       Gülxanım Vəliyeva 
 
 
 
 
 
Filologiya üzrə fəlsəfə doktoru,  
 
 
 
 
 
 
      dosent 
 
 
 
 
   
 
Tat  dilinin  leksik  fondunun  genealoji  təhlili  (Azərbaycan 
tatlarının dilinin materialları əsasında). Bakı, 2013, 157 səh. 
Monoqrafiyada  ilk  dəfə  olaraq  Azərbaycan  tatlarının  dilinin 
leksik  tərkibi  sistemli  şəkildə  tədqiqata  cəlb  olunur,  İran  dilləri  ilə 
ümumi  olan  və  bilavasitə  tat  dilinə  məxsus  leksik  layları,  başqa 
dillərdən  alınmalar  araşdırılır.  Əsərdən  dilçilər  və  dilçiliklə 
maraqlanan digər şəxslər faydalana bilərlər.  
 
 
 
© “Elm və təhsil”, 2013   
gulsum.huseynova27@mail.ru  
 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 

 
 
«Biz  Azərbaycan  deyəndə  onun  sərvətini,  onun 
gözəl  təbiətini  nəzərdə  tuturuq.  Lakin  bütün  bunlarla 
yanaşı  respublikamızın  ən  başlıca  sərvətlərindən  biri, 
bəlkə  də,  ən  başlıca  sərvəti  qədimlərdən  bu  torpaqda 
yaşamış  öz  taleyini,  öz  həyatını  bu  torpağa  bağlayan, 
müxtəlif  millətlərdən  olan,  müxtəlif  dinlərə  etiqad  edən 
adamlardır.  Ölkə  nə  qədər  çox  xalqı  birləşdirsə,  bir  o 
qədər də zəngin olar». 
 
 
 
 
 
 
 
 
 
 
 
 
     HEYDƏR ƏLİYEV 
 
ÖN SÖZ 
 
Dilin inkişaf tarixinin öyrənilməsində müxtəlif dillərin bir-biri 
ilə  qarşılıqlı  əlaqələrinin  araşdırılması  xüsusi  əhəmiyyət  kəsb  edir. 
Çünki  qarşılıqlı  əlaqələr  əlaqədə  olan  dillərin  bir-birinə  təsirini 
gerçəkləşdirən  əsas  amillərdir. Dillərarası  əlaqələrin  xüsusiyyətləri, 
onların  təmaslı  və  ya  təmassız  olması,  hansı  dövrdə  başlanması, 
davametmə  müddəti,  intensivliyi,  dil  daşıyıcılarının  həyat  və 
məişətinin  hansı  sahələrini  əhatə  etməsi  dil  sisteminin  müxtəlif 
səviyyə  və  yaruslarında  öz  izlərini  buraxır.  Tədqiqat  məhz  belə 
izlərin  xüsusiyyətlərini  açmağı,  onları  dəqiqləşdirməyə,  sahə 
anlayışları ilə adlandırmağa yönəldilir. 
Dil əlaqələrinin öyrənilməsinin ən yaxşı obyekti belə əlaqələ-
rin geniş və çoxşaxəli olduğu ərazilərdə fəaliyyətdə olan dillər təşkil 
edir.  Tarixən  və  bu  gün  də  dünyada  daha  çox  dilin  təmaslı  əla-
qələrdə  olduğu  regionlardan  biri  Qafqazdır.  Müxtəlifsistemli  dillər 
nəzərə  alındıqda  Qafqazda  dil  əlaqələrinin  geniş  yayılması, 
çoxşaxəli olması, ardıcıl, kəsilmədən getməsi və bu gün də davam 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 

etməsi  baxımından  diqqəti  ən  çox  cəlb  edən  ərazi  Azərbaycandır. 
Ona görə də Azərbaycanda müxtəlif dillər arasındakı əlaqələr daim 
tədqiqat obyekti olur.  
Azərbaycan  ərazisində  yayılmış  dillərdən  biri  də  tat  dili-dir. 
Tatlar  irandilli  xalq  olub,  Xəzəryanı  ərazilərdə,  xüsusən,  İranda, 
Azərbaycanın  şimal-şərq  rayonlarında,  Abşeron  yarımadasında, 
Dağıstanın  cənub-şərqində,  Dərbənd  və  Mahaçqala  şəhərlərində 
məskunlaşmışlar. 
Azərbaycan 
ərazi-sində 
tatlar, 
əsasən, 
respublikanın  İsmayıllı,  Xızı,  Şamaxı,  Quba,  Dəvəçi  və  Abşeron 
ərazilərində  daha  kompakt  şəkildə  yaşayırlar.  Tatlar  bu  ərazilərə 
hələ  VI  əsrdə  İrandan  köçürülməsi  ədəbiyyatda  qeyd  olunur.  XIX 
əsr  yazılı  mənbələrində  Cavad,  Naxçıvan  və  Zəngəzur  qəzalarında 
da tatların yaşaması haqqında məlumatlara təsadüf olunur. 
Göründüyü  kimi  tatlar  Azərbayjanın  müxtəlif  regionlarında 
qədim  dövrlərdən  yaşayırlar.  Bu,  bir  tərəfdən,  tat  dili  ilə  Azər-
baycan  dili  arasındakı  əlaqələrin  əsrlər  boyu  getməsini  və  bu  gün 
davam etməsi, digər tərəfdən isə respublikanın müxtəlif ərazilərində 
qarşılıqlı təsirdə olması baxımından linqvistik tədqiqat üçün mühüm 
əhəmiyyət  kəsb  edir.  Çünki  hər  bir  ərazinin  öz  dil  mühiti,  öz  təsir 
şərtləri  vardır.  Məsələn,  Bakı  ərazisində  Azərbaycan  tat  –  dil 
əlaqələri  uzun  müddət  həm  də  rus-Azərbaycan  dil  əlaqələri 
prosesində  gerçəkləşmişdirsə,  Quba  ərazisində  bu  dillərin 
əlaqələrinə  Dağıstan  dilləri  də  öz  təsirini  göstərmişdir.  Bu  isə 
çoxtərəfli  dil  əlaqələrini,  daha  doğrusu,  əlaqədə  olan  dillərin 
çoxluğunu və müxtəlifliyini şərtləndirmişdir.  
Hər  bir  dilin  genealoji  mənzərəsi  bu  dildə  istifadə  olunun  dil 
vahidləri  əsasında  müəyyənləşdirilir.  Belə  bir  mənzərənin  tam  şə-
kildə  açılması  həmin  dili  müxtəlif  səviyyələrdə  genetik  baxımdan 
araşdırmağı  tələb  edir.  Bu  kitabda  tat  dilinin  genealoji  mənzərəsi 
onun müxtəlif yaruslarına aid vahidlərin mənşəyi əsasında öyrənilir. 
Təbii  ki,  uzaq  keçmişdə  Azərbaycan  gəlmiş  tatlar  ilk  əvvəl  öz 
dillərinə  aid  vahidlərdən,  sözlərdən,  qrammatik  vahidlərdən, 
sintaktik  konstruksiyalardan  istifadə  etmişlər.  Onlar  məskun-




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   46


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə