GüLSÜm hüseynova



Yüklə 6,88 Kb.
Pdf görüntüsü
səhifə2/46
tarix22.11.2017
ölçüsü6,88 Kb.
#11395
1   2   3   4   5   6   7   8   9   ...   46

 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 

laşdıqları  yeni  ərazidə  yaşayan  başqa  xalqlarla  müxtəlif  tipli 
əlaqələrə girmək məcburiyyətində qalmışlar. Bu əlaqələr isə təbii ki, 
dil  vasitəsi  ilə  gerçəkləşmişdir.  İnsanın  öz  məişətinə  gətirdiyi  və 
başqa bir xalqa məxsus olan hər bir yeni əşya öz adı ilə alınmışdır. 
Çox zaman dil daşyıcıları dilin daxili imkanlarından istifadə edərək 
yeni sözlər  yaradırlar. Bununla belə, dilə onunla təsirdə olan başqa 
dildən  alınma  sözlərin  daxil  olması  hadisəsi  də  daim  gedir.  Bu 
hadisə  nəticəsində  dilin  leksik  səviyyədə  genealoji  mənzərəsi 
dəyişməyə  başlayır.  Qeyd  edilən  cəhət  daha  çox  ozünü  leksik 
səviyyədə  göstərir.  Leksika  dilin  kənar  təsirə  daha  çox  reaksiya 
verən  yarusudur.  Ona  görə  də  dilin  genealoji  mənzərəsini  çox 
zaman  lüğət  fondundakı  sözləri  mənşəcə  qruplaşdırmaq  yolu  ilə 
tədqiq edirlər.  
Məlumdur  ki,  dildəki  sözlərin  müəyyən  qismi  derivatlardır. 
Yəni  müəyyən  sözlər  vardır  ki,  onlar  kökə  sözdüzəldici  şəkilçilər 
artırılması  yolu  ilə  düzəlir  və  əvvəlki  sözdən  törəmə  vahid  kimi 
çıxış  edir.  Tərkibində  sözdüzəldici  şəkilçi  olan  sözlərin  dilə  daxil 
olması  prosesində  eyni  şəkilçi  tərkibli  sözlərin  sayca  artımı  bu  şə-
kilçinin tədricən başqa dildə də sözdüzəltmə imkanları əmələ gəlir. 
Söz  tərkibində  dilə  keçən  vahid  müstəqil  alınmaya  çevrilir. 
Beləliklə, qrammatik səviyyədə alınmalar meydana çıxır. Alınmalar 
leksik  səviyyədə  başqa  şəkildə  də  dildə  yer  alırlar.  Dilə  keçən 
alınma müxtəlif nitq hissəsinə aidliyi ilə seçilir.  
Ayrı-ayrı nitq hissələrinə mənsubluğuna görə alınmaların öy-
rənilməsi  genealoji  qrammatik  mənzərənin  təyin  edilməsində 
mühüm rol oynayır.  
Dillərarası  əlaqələrin  uzun  müddət  davam  etməsi,  qarşılıqlı 
təsirdə  olan  dillərdən  birinin  digəri  ilə  müqayisədə  dominant,  yəni 
üstün mövqedə olması, daha geniş dairədə işlənməsi onun müəyyən 
hazır  qəliblərinin,  xüsusi  sintaktik  konstruksiyalarının  da  keçidi 
üçün  zəmin  yaradır.  Bu  isə  sintaktik  səviyyədə  genealoji 
mənzərənin təyini üçün material verir.  
Bu  kitabda  tat  dilinin  lüğət  fondunun  geneаloji  mənzərəsi 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 

tədqiq  və  təhlilə  cəlb  olunmuşdur.  Azərbaycanın  müxtəlif  bölgələ-
rində  yaşayan  tatların  dilindəki  alınmalar  qruplaşdırılmış,  onların 
işləklik  dərəcələrinin  aydınlaşdırlılmasına  cəhd  göstərilmişdir. 
Genealoji  mənzərənin  tədqiq  edilməsi  prosesində  vasitələi  və 
vasitəsiz alınmalar məsələsinə də baxılmışdır.  
Monoqrafiyada  tat  dili,  eləcə  də  tat  və  Azərbaycan  dillərinin 
qarşılıqlı  əlaqələri  ilə  bağlı  tədqiqat  işlərinə  də  müraciət  edilmiş, 
onlardakı materiallardan, dil faktlarından istifadə edilmiş, həmçinin, 
tat  dilinin  genealoji  mənzərəsinə  dair  əldə  edilmiş  nəticələrin 
müqayisəli təhlili aparılmışdır. 
 
 
AMEA Nəsimi adına Dilçilik İnstitutu 
 Dil əlaqələri şöbəsinin müdiri  
filologiya üzrə elmlər doktoru
 professor R.H.Eyvazova 
 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 

GİRİŞ 
 
Dilin  lüğət  fondunun  ənənəvi  təsnif  formalarından  biri 
genealoji  təsnifatdır.  Belə  bir  təsnif  zamanı  sözlər  mənşəyinə 
görə  qruplara  bölünür.  Belə  bölgü  sözlərin  iki  əsas  qrupunu 
fərqləndirməyi  vacib  edir:  1)  dilin  mənşəcə  öz  sözləri;  2) 
alınma sözlər.  
Dilin mənşəcə öz sözləri hər bir dilin lüğət fondunun əsas 
hissəsini  təşkil  edir.  Dil  müəyyən  dillər  ailəsinə  daxil  olur. 
Müəyyən  dil  ailəsinə  daxil  olan  dillər  tarixin  müəyyən  dövr-
lərində  təşəkkül  tapıb  formalaşdığından, qohum dillərin qədim 
dövrünə  aid  leksik  vahidlərə  münasibətdə  ortaqlıq  özünü  gös-
tərir. Yəni, pradil səviyyəsinə aid leksik fonda daxil olan vahid 
qohum  dillərin  hamısına  məxsusdur.  Yazısı  olan  dillərin  lüğət 
tərkibinə  daxil  olan  sözləri  müəyyən  etmək  üçün  yazılı 
abidələr  müstəsna  rol  oynayır.  Lüğət  tərkibi,  ilk  növbədə,  bu 
abidələr  əsasında  formalaşır.  Yazılı  abidələrdə  işlənmiş  sözlə-
rin  mənşəcə  qruplaşdırılması  isə  etimoloji  və  təsviri  təhlillər 
əsasında aparılır. Yazısı olmayan dillərin leksik fonduna daxil 
olan  vahidlərin  ayırd  edilməsi  isə  müəyyən  çətinliklərlə 
bağlıdır.  Bu  zaman  dilin  daşıyıcılarının  nitqi  üzrə  toplanmış 
materialların  öyrənilməsi  tələbi  meydana  çıxır.  Yalnız  həmin 
materiallar  əsasında dilin lüğət tərkibini müəyyən etmək, onun 
leksikasını  öyrənmək  mümkün  olur.  Dilin  leksik  sisteminin 
hərtərəfli  araşdırılması  bu  dilə  aid  sözlərin  başqa  dillərdə 
işlənməsi ilə bağlı axtarışlara yol açır.  
Qohum  dillər  də  bir-birinə  yaxınlıq  və  uzaqlıq  baxımın-
dan  fərqləndirilir.  Bu  baxımdan  bir-birinə  yaxın  olan  qohum 
dillərin  leksik  fondunda  eyni  və  ya  kiçik  fonetik  dəyişməyə 
məruz  qalmış  sözlər  aşkara  çıxır.  Qeyd  olunan  cəhət  yazısız 
dildə işlənən sözün derivatlarının  yaxın qohum dildə  tapılması 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 

nəticəsində 
leksik 
fondun 
üzdə 
olmayan 
vahidlərini 
müəyyənləşdirməyə  imkan  verir.  Belə  araşdırmalar  lüğət 
fondunun  əsas  kütləsini  əhatə  edə  biləcək  lüğətin  forma-
laşdırılması, hazırlanması üçün xüsusi əhəmiyyət kəsb edir.  
Dilin  əsas  lüğət  fondu  daim  dəyişikliklərə  məruz  qalır. 
Bu  dəyişikliklər  bilavasitə  cəmiyyətin  həyatında  baş  verən  ha-
disələrlə bağlı olur. Eyni zamanda lüğət fondunda dəyişikliklər 
dil  daşıyıcılarının  ictimai,  siyasi,  iqtisadi,  mədəni  həyatında 
baş verən hadisələrdən asılı olur. 
Q.Cəfərov  lüğət  tərkibinin  dəyişməsini  dinamik  proses 
kimi  səciyyələndirərək  yazır:  «Lüğət  tərkibi  qeyri-sabit  və 
daim  dəyişkəndir,  dilin  hər  bir  halında  yeni  sözlər  meydana 
gəlməklə  yanaşı,  köhnə  sözlər  də  sıradan  çıxır.  Ona  görə  də 
lüğət tərkibi sabitlik vəziyyətinin inkarı təsiri bağışlayır. Lüğət 
tərkibində  baş  verən  bütün  dəyişikliklərə  baxmayaraq,  o, 
sistemli  tədqiqatdan  kənarda  qala  bilməz»  (17,  17).  Şübhəsiz 
ki,  bütün  dillərin,  o  cümlədən  Azərbaycan  tatlarının  dilinin 
lüğət  tərkibində  də  belə  proseslər  daim  gedir,  lüğət  tərkibi 
dəyişir.  Dildə  yeni  sözlər  yaranır,  yeni  alınmalar  lüğət  tər-
kibinə  daxil  olur.  Bununla  yanaşı,  dilin  bir  çox  sözləri 
arxaikləşir,  passiv  lüğət  fonduna  keçir.  Passiv  lüğət  fondu 
anlayışı  yazısı  olan  dillərə  şamil  olunur.  Arxaikləşmiş  və  ya 
köhnəlmiş  sözlər  yazılı  abidələrdə,  ədəbi  əsərlərdə,  nəhayət, 
lüğətlərdə  qalır,  onlar  dil  daşyıcılarının  nitq  fəaliyyətində  üzə 
çıxmır.  Lüğət  tərkibinin  dil  daşıyıcılarının  nitq  materialları 
əsasında  formalaşdırılması  zamanı  materialın  toplandığı  dövrə 
aid  söz  və  ifadələri  aşkara  çıxarmaq  mümkündür.  Deməli,  bu 
zaman  arxaikləşməyə,  köhnəlməyə  məruz  qalmış  sözlərin 
müəyyənləşdirilməsi mümkün olmur.  
Azərbaycanda tat dilinin yayılma arealları  əsas götürülər-
sə,  bu  dilin  lüğət  fondunu  müxtəlif  ləhcələrin  leksikası  əsa-


Yüklə 6,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə